MƏHKƏMƏ VAHİD MUSTAFAYEVİN ƏMRİNİ GERİ OXUDU
Tarix: 16-10-2012, 09:35 |
Çap et
KEÇMİŞ İŞÇİSİ ANS-Ə QALİB GƏLDİ
ANS Şirkətlər Qrupu və “ANS Kommers” şirkəti məhkəməyə verilib. Femida.az-ın məlumatına görə, adıçəkilən qurumlarla bağlı məhkəməyə şirkətin sabiq işçisi Səbinə Salayeva müraciət edib.
O, əmək haqqının, digər ödənişlərin və maddi ziyanın tutulması, işdən azad edilmə barədə əmrin və cərimələrin ləğv edilməsi iddiasını qaldırıb.
Səbail rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə aktını qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.