ŞOK: MİLLİ MƏCLİSDƏ DÖVLƏT ÇEVRİLİŞİ SSENARİSİ
Tarix: 15-10-2012, 11:43 |
Çap et
MEHDİYEVİN DEPUTATLARI PARLAMENTİ QARIŞDIRA BİLƏR
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin başlatdığı videoqalmaqalın başlıca hədəfii olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Milli Məclisdəki dayaqları ilə bağlı şok bir məlumat almışıq. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, parlamentin sabahkı iclasında Ramiz Mehdiyevə yaxın olan deputatlar vəziyyəti qarışdıra bilər.
Mənbənin söylədikləri: «Onlar «dövlətçilik təhlükədədir» deyib hay-küy salmaları və xüsusən də hakim Yeni Azərbaycan Partiyasının bəzi rəhbərlərinin «yarıtmaz fəaliyyət göstərməsi» barədə iddialar səsləndirib, YAP sədrinin müavini Əli Əhmədovu hədəfə almaları barədə təlimat alıblar».
Doğrudur, bu təlimata hər kəsin uymaq istəmədiyini bildirən mənbəmiz onu da vurğuladı ki, əsas hadisələr sabah səhər saatlarında bəlli olacaq: «Əgər parlamentin iclasına qədər qərar dəyişməzsə, o zaman Ramiz Mehdiyev əslində Milli Məclisdə dövlət çevrilişinə bərabər bir qiyamı həyata keçirəcək. Yox, qərar dəyişərsə, o zaman qiyam ertələnmiş olacaq».
Amma bütün bunlara rəğmən PA şefinin adamlarının hərəkətdə olduqları da məlumdur - deyən mənbəmiz onu da vurğuladı ki, yaxın günlərdə çox ciddi olaylar baş verəcək: «Ramiz Mehdiyev elə bir simadır ki, onu siyasətin pəhrizinə oturtmaq qeyri-mümkündür. Çünki siyasətdə olmasa, Mehdiyev özünü məhv olmuş hesab edər».