DİA.AZ-A HƏMKARLARIMIZDAN DƏSTƏK
Tarix: 11-10-2012, 11:17 |
Çap et
“BU BİR SAYTA DEYİL, MƏTBUATA OLAN TƏZYİQDİR”
Məlum olduğu kimi dünən dia-az.site saytının rəhbəri Məhəmməd Ərsoya məlum nömrələrdən və ünvanlardan təhdid edici zənglər gəlib. Məsələ ilə bağlı baş redaktor aidiyyatı qurumlara müraciət edib. Aidiyyatı qurumlarda bu məslənin araşdırılması üçün lazımı tədbirlər görəcəyinə söz veriblər.
İkinci dəstək isə jurnalistin həmkarlarından gəlib. Saytımızın rəhbəri Əlişir Əhədin məsələyə olan münasibəti belə oldu. “Bəzi məmurlar öz çirikin niyyətlərini həyata keçirmək üçün onlara mane olanları zərərsizləşdirmək istəyirlər və bunun üçün də onların qanunsuz hərəkətlərini üzə çıxaran yazıların dayandırılması üçün hədə-qorxudan istifadə edirlər”. Əlişir Əhədin sözlərinə görə dia-az.site saytının rəhbərinə olan təhdidlər bir sayta olan təhdid deyil, umumilikdə mətbuata olan təziqdir. “Hər halda həmin insanlar düşünməli, mətbuata olan təziqlərdənsə öz qanunsuz əməllərinə düzəliş etməlidirlər”. \ tia.az \