“GÖRÜNÜR MÜXALİFƏTİN PULU QURTARIB”
Tarix: 9-10-2012, 11:18 |
Çap et
“ONA GÖRƏ DƏ AKSİYA KEÇİRMƏK İSTƏYİR”
Müxalifətin aksiyaları mövsümi xarakter daşıyır. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın oktyabrın 13-nə planlaşdırdığı yürüş aksiyasına münasibət bildirərkən deyib.
"Misal üçün, görürsünüz aksiyalar yazda, payızda keçirilir. Görünür pulları qurtarıb, beynəlxalq təşkilatlardan bir az pul almaq lazımdır, çünki qarşıdan qış tətili gəlir, ona hazırlıq görürlər. Yazda aksiya keçirib sanatoriyalara gedirlər, indidə qışın tədarükünü görmək istəyirlər", - Novruzov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, onların sosial bazası, elektoratı yoxdur, onlar aksiyalar keçirməklə özlərinin beynəlxalq təşkilatlar qarşısında lüzumlu olduqlarını göstərmək istəyirlər. Ancaq Azərbaycanda artıq onların lüzumsuz olduğu bütün xalqa bəllidir.
Novruzov onu da qeyd edib ki, aksiya sərbəst toplaşma azadlığının tələblərinə uyğun olmalıdır. "Bakı şəhər İcra Hakimiyyəti hansı yeri müəyyənləşdirəcəksə, onlar da aksiyanı orada keçirməlidirlər. Digər halda qeyri-qanuni aksiya keçirilərsə, bunun qarşısı alınacaq", - YAP rəsmisi bildirib.