RƏSMİ BAKI HƏLƏ DƏ İRANA EHTİYATLA YANAŞIR
Tarix: 3-11-2011, 14:11 |
Çap et
BAHAR MURADOVANIN İRANDA DOSTU VAR İMİŞ
“Azərbaycanda bütün dinlər yanaşı, bərabər fəaliyyət göstərirlər. Ölkədə bütün dini konfessiyalar fəaliyyətini qanun çərçivəsində qurur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova son vaxtlar İranın bəzi dini xadimlərinin Azərbaycanla bağlı səsləndirdikləri tənqidlərə münasibət bildirərkən deyib.
“Azərbaycanda heç vaxt biristiqamətli, biryönümlü fəaliyyət olmayıb. Buna görə də düşünürəm ki, iranlı dostlarımız İranda Azərbaycan haqqında fikirlər səsləndirərkən ən azı Azərbaycanın müstəqil dövlət olduğunu, eləcə də ikitərəfli münasibətlərdə İranla bağlı mövqeyimizi, bu ölkə ilə dost münasibət saxladığımızı unutmasınlar”, - deyə B. Muradova bildirib.