ERMƏNİYƏ ORTAQ TÜRK MÜĞƏNNİ BAKIYA GƏLİR
Tarix: 3-11-2011, 14:06 |
Çap et
GÜLBƏN ƏRGƏNİN PƏRƏSTİŞKARLARI MƏYUS OLUB
Dünya turnesi çərçivəsində Azərbaycana da gəlməyi planlaşdıran Türkiyənin tanınmış sənətçisi Gülbən Ərgənin erməni milliyətindən olan aranjemançı ilə işbirliyində olması bundan xəbərdar olan azərbaycanlı pərəstişkarları məyus edib.
Türkiyə mətbuatının xəbərinə görə, üç uşaq anası olan xanım müğənni 15 illik karyerasında ilk dəfə dünya turnesinə çıxmağı planlaşdırır. Onun bu ilin noyabr ayından gələn ilin mart ayına qədər 20 ölkədə çıxış edəcəyi gözlənilir. Həmin ölkələr arasında Azərbaycanın da adı qeyd olunub. Sənətçi özü ilə bərabər üç uşağını da konsertlərə aparmaq fikrindədir.
Modern.az-ın məlumatına görə, Gülbən Ərgənin Azərbaycandakı pərəstişkarlarının çoxu müğənninin erməni milliyətindən olan şəxslə işbirliyi qurmasından xəbərsizdir. Amma Türkiyədə şou-biznesi izləyənlərin hamısı bilir ki, Gülbən Ərgənin mahnılarının aranjemançısı Daşqın Sabah milliyətcə ermənidir. Qeyd edək ki, Daşqın Sabah Türkiyənin populyar sənətçilərindən olan ud ifaçısı Coşqun Sabahın qardaşıdır. Daşqın Sabah Gülbən Ərgənlə işləməyə başlayandan sonra xanım müğənninin yaradıcılıq imicini də dəyişib.
Türkiyə mediasının məlumatına görə, Daşqın Sabahın atası Mardiros Sabak da musiqi ilə bağlı şəxs olub. Daşqın Sabah Gülbən Ərgəndaən başqa, Ebru Gündeş, Hülya Avşar, Pətək Dinçöz kimi bir çox məşhur sənətçi ilə işbirliyindədir.