
78 YAŞLI KİŞİNİ İNTİHARA NƏ VADAR EDİB?
Azərbaycanda 78 yaşlı kişi özünü öldürüb.
Bu barədə APA-ya Kürdəmir Rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü İnqilab Zehni oğlu Əyyubov sirkə turşusu içərək özünə qəsd edib. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.