DEPUTAT PREZİDENT OLMAQ İSTƏYİR
Tarix: 27-09-2012, 13:13 |
Çap et
FAZİL MUSTAFA PARTIYASININ NAMİZƏDİ OLACAQ
Böyük Quruluş Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Bunu “OLAYLAR”a eksklüziv açıqlamasında BQP sədri Fazil Mustafa deyib. Onun sözlərinə görə, BQP-nin prezident seçkilərində öz namizədi olacaq:
“Seçkiyə hazırlıq işləri gedir. Ancaq hələlik seçki prinsipləri, Seçki Məcəlləsinə hansı dəyişiklər olacağı bəlli deyil deyə bu yöndə konkret addım atmamışıq”. BQP sədri rəhbərlik etdiyi partiyanın seçkidə müstəqil iştirak etmək niyyətlərinin olduğunu bildirib.