COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

ÖLKƏNİ QARIŞDIRAN VİDEOSÖHBƏT – TAM MƏTN
Tarix: 27-09-2012, 11:12 | Çap et
ÖLKƏNİ QARIŞDIRAN VİDEOSÖHBƏT – TAM MƏTN

“QURTARANDA QAYINANANI ÇAĞIRARSINIZ”

Sentyabrın 25-də internetdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin YAP-çı deputat Gülər Əhmədova ilə sövdələşmə aparması barədə video yayılıb. Rektorun 2005-ci il parlament seçkilərində deputat seçilməsi üçün ödəməli olduğu rüşvətin məbləği barədə aparılan sövdələşmədə tərəflərin “Seva”, “Sevinc xanım” deyə çağırdığı bir qadın da iştirak edir. O, danışıq iştirakçıları arasında vasitəçi rolunu oynayır və qiymət barədə razılaşma aparır. Sevinc Telman qızı Babayeva adlanan bu xanım sövdələşmənin gizlinləri barədə detalları deyir. “16 dəqiqə 31 saniyə davam edən sövdələşmə videosunun stenoqramını təqdim edirik. Mötərizədə tərəflərin işlətdiyi rus sözlərinin tərcüməsi verilib.

Görüntü belə başlayır: G.Əhmədova, E.Abdullayev və S.Babayeva eyni masa ətrafında oturub. Hiss olunur ki, ilk dəqiqədən hər üçü gərgin və pərtdir, çünki sövdələşmədə problem yaranıb.

G.Əhmədova:
- Seva, səninlə çox danışmağa halım yoxdur. Qərar verin, sonra qayınananı çağırarsınız.
S.Babayeva:
- Bildim də. Reşim (qərar verərik).
G.Əhmədova:
- İli k konsu dnya reşim (Ya da günün sonuna qədər həll edərik).
S.Babayeva:
- Reşim da.
E.Abdullayev:
- Ay Sevinc xanım, bir dəqiqə…
G.Əhmədova:
- (Əlini çantasına atır, getməyə hazırlaşır) Siz “reşat” (həll) edin, mən getdim, qurtaranda qayınananı çağırarsınız.
E.Abdullayev:
- Cənab qaynana, burda məsələ nə yerdədir?
G.Əhmədova düzəliş edir:
- Xanım qayınana (gülümsünür). Mənə də hamı cənab deyir, bilmirəm nə məsələdir.
E.Abdullayev:
- Bu mənə dedi 500, mən də 500-ü verdim də (Söhbət 500 min manatdan və ya dollardan gedir-red.)
G.Əhmədova:
- Ay qardaş, 500-lə sən gəlmədin. Gəlmədin sən 500-lə. Sən bizi saymadın.
E.Abdullayev:
- Niyə ki? Niyə saymadım?
G.Əhmədova:
- Sən 500-lə gəlmədin. Dedin mən başqa adamla işləyirəm. Sən gəldin 500-lə? Bu gəldi (əli ilə S.Babayevanı göstərir-red.), dedi ki, o, sənlə görüşmək istəmir, başqa adamla işini görür.
E.Abdullayev:
- Dedi, 500, mən də 500-ü verdim də.
G.Əhmədova:
- Eto v naçale bılo (Bu, başlanğıcda belə idi). Sonra gəlib dedi ki, başqa adamla işini görür.
E.Abdullayev:
- Mən işimi konkret görən adamam. Ramiz müəllimin (Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev nəzərdə tutulur-red.) özünə də deyə bilərsiniz. Mən bu günə qədər…
G.Əhmədova:
- (Sözünü kəsir) Mən Ramiz müəllimə vermirəm e, özüm alıram.
E.Abdullayev:
- Ramiz müəllimlə işləyirsən də, kiminlə işləyirsən ki?
G.Əhmədova:
- Özüm alıram e. Özümün qiymətim budur. Priçyom tut Ramiz müəllim (burada Ramiz müəllimlik nə var ki?) İstəyirsən, eləyirəm. İstəmirsən, eləmirəm. Qısa, konkret.
E.Abdullayev:
- Siz mənə 500 dediniz, mən də 500 verdim də…
S.Babayeva:
- İndi deyir 500 də vermək lazımdır da…
G.Əhmədova:
- Mən indi demirəm. Mən maşından düşəndə deyib düşmüşəm bunu. Mən ora gedəndə xahiş üçün gedəndə bu sözü deyib düşmüşəm.
S.Babayeva:
- Hətta dedim, sonu olarmı. Dedi yox, olmaz. 500 də gəlməlidir. Sonu budur.
G.Əhmədova söhbəti bir daha yönəltmək istəyən rektorun sözünü kəsərək:
- Ramiz müəllimə-zada da heç nə vermirəm. Ramiz müəllim heç kimdən rüşvət alan deyil. Bu günə qədər heç kimdən pul almayıb. Pulu mən istəyirəm – Gülər Əhmədova (gülümsünür). Verirsən – eləyirəm, vermirsən – eləmirəm. Reket deyiləm, adam oğurlamıram, verirsən – eləyirəm. Vermirsən də yox. (əli ilə S.Babayevanı göstərir) Gəlib xahiş edib, eləyirəm. İstəmirsənsə eləməyim.
S.Babayeva:
- 500 bilirsən nə vaxt idi? 500 o vaxt idi ki, mən sənə deyən gün idi maşında. İndi o vaxtdan keçdi. 7 gün qalıb, qurtardı… (Bu arada G.Əhmədova ayağa durub bu söhbətin onun üçün bitmiş olduğuna işarə verir).
G.Əhmədova:
- (Əlini stulda oturmuş E.Abdullayevin gözü qabağında yelləyərək) Sən nə danışırsan, ay qardaş? Mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam. Sən oynayırsan belə şeylərlə?
E.Abdullayev:
- Mən oynamıram. Amma siz mənə nə demisiniz odur.
G.Əhmədova:
- Xeyr. Mən sizə heç nə deməmişəm. Mən əvvəldən bu kişinin qızına (S.Babayevanı göstərir-red.) demişdim. O da gəldi mənə dedi ki, səninlə işləmir. Onun adamı var.
E.Abdullayev:
- Bir dəqiqə otur (G.Əhmədova hələ də ayaq üstədir).
G.Əhmədova:
- (Saatına baxır) Mənim seçicilərim var, gözləyir.
E.Abdullayev:
- 2 dəqiqə otur da, işimizi araşdıraq. Bunu seçicilərlə səhəri gün “raşyot” edərik.
G.Əhmədova:
- (Gülür) O qədər deputat olmaq istəyən var ki, amma seçici bir dənədir.
E.Abdullayev:
- Mənim o qədər işim var ki, deputatlığa ehtiyacım yoxdu. Prosto (sadəcə) camaat xahiş edib, aparıb vermişəm.
G.Əhmədova:
- Əzizim, mən sənə qardaş kimi deyirəm ki, istəyirsənsə…
E.Abdullayev:
- (Sözünü kəsir) Ay qaynana, vəziyyət belədir ki…
G.Əhmədova:
- Qayınananın sözü belədir. Sən qayınananı pis tanıyırsan. Qayınananın xasiyyətini də bilmirsən. Qayınananın yek kəlməsi var.
S.Babayeva:
- Ola bilər, bunu da qısnayıblar e (əli ilə G.Əhmədovanı göstərir-red.) Bilmədiyimiz çox şey var.
E.Abdullayev:
- Hə də, niyə 500 əlavə istəyirlər e?
S.Babayeva:
- Qısnayıblar da. Deyiblər ki, gecdir. Sənə çox şeyi deyə bilmir.
G.Əhmədova:
- (Barmaqlarını masaya vurur) Mənə bax, qardaş, sənə görə o boyda siyahını baş-göz eləmişik. Sən belə şeylərlə zarafat eləyirsən. Mən belə şeylərlə zarafat eləməyə öyrəşməmişəm.
E.Abdullayev:
- Mən zarafat eləmirəm. Sözümün yiyəsiyəm. Zarafatı siz eləyirsiniz.
G.Əhmədova:
- Bura bax, sənin adın siyahıdan pozulmuşdu.
E.Abdullayev:
- Nolsun pozulmuşdu? İki dəfə vermişəm, keçməmişəm.
G.Əhmədova:
- Qardaş, mən sənə zorla demirəm ki?! Özün bilərsən, istəmirsən, istəmə.
E.Abdullayev:
- Mənim orda 19 dənə vəkilim var. Gedib o gün “Azercell”də bir dənə iş udmuşuq, 250 min manat. Bu, ondan da yaxşı işdir. Neynirəm gedib qapı-qapı gəzim?
G.Əhmədova:
- Əcəb eləyirsən. Əgər sən o işdən 250 min udursansa, gəlib burda nə bazar eləyirsən?
E.Abdullayev:
- Mən bazar açmıram e. Siz mənə necə demisiniz?
G.Əhmədova:
- Mən sənə heç nə deməmişəm.
S.Babayeva:
- O gecikib. O vaxt elə idi.
E.Abdullayev:
- Ayə, lap gecikib, gecikməyib. Sən mənə 500 dedin, mən də 500 verdim də.
G.Əhmədova:
- (Üzünü S.Babayevaya tutur) 4 ay qabaq deyilib bu qiymət.
S.Babayeva:
- Hələ 4 ay bundan qabaq 300 idi, sonra oldu 500. Dəyişdi qiymət. İndi qane olmur da. Deyir gecikirik. Ona görə də üstünü düzəltmək lazımdır.
G.Əhmədova:
- (Ayağa durur, çantasını götürüb getməyə hazırlaşır) Seva, özün danış, mən getdim.
E.Abdullayev:
- Gülər xanım, bu düz söhbət deyil axı. Mən getdim. Mən burda sizinlə iş görürəm. Bir manat deyil, iki manat deyil. O qədər pul vermişəm, indi gəlib deyirsiniz ki…
G.Əhmədova:
- (Səsinin tonunu qaldırır) Ay kişinin oğlu, sən mənim gücümü gördün? Bir gecənin içində getdim, qoydum, gəldim. İndi sən mənimlə nə danışırsan?
E.Abdullayev:
- Otur, zəhmət olmasa, bu işə bir aydınlıq gətirək.
S.Babayeva:
- Bunluq deyil e bu iş.
G.Əhmədova:
- (hirslənir) Mənlikdi e, sənin nə işinə qalıb? Mənlikdir.
E.Abdullayev:
- Bu xanım mənə 500 deyib, 500-nü də vermişəm.
G.Əhmədova:
- Seva, ya tebe vsyo obyasnila (sənə hər şeyi izah etdim). Maşından düşəndə sənə 1 demişdim? Niyə buna deməmisən?
S.Babayeva:
- Dedim sonra verər də. Komissiya olar, o birisi olar, sonra verər.
G.Əhmədova:
- Mən komissiya söhbəti danışmışdım səninlə?
S.Babayeva:
- Mən dedim potom (sonra).
G.Əhmədova:
- Mən də dedim potom (sonra). Hələ qoy keçsin, sonra danışarıq.
E.Abdullayev:
- Ay Gülər xanım, balamın canı üçün, Allaha and olsun, bu, mənə 500 deyib, mən də 500 vermişəm.
S.Babayeva:
- Sonra dedi ki, gecdir.
E.Abdullayev:
- Hara gecdir? Qaçaqaçdır?
G.Əhmədova:
- (Gedib masanın başında, E.Abdullayevin yerində oturur. G.Əhmədova hər dəfə yerini dəyişdikcə E.Abullayev masanın üstündəki naməlum alətin yönünü dəyişir. Çox güman ki, onunla səsin daha effektli yazılmasına çalışır). Mənə bax, sənə axırıncı dəfə deyirəm. Mən birinci dəfə mənə deyəndə Sevaya dedim 500-ü gətir, bunu həll edək.
S.Babayeva:
- 2-3 ay əvvəl idi.
G.Əhmədova:
- Bu da (S.Babayevanı nəzərdə tutur-red.) getdi-gəldi. Dedi, bu, səninlə görüşmək istəmir. Mən səninlə açıq danışıram. Kimin xoşu gəlmir, gəlməsin. O qədər elə söz olur ki. Mənim də haqqımda olur. Səhər bir nadir dostumuz zəng edib ki, filankəs sənin qardaşındır. Deyirəm mənim iki qardaşım var, biri budur, o biri də budur. Halbuki bunun əleyhinə işləyən adamdır. Qayıdıb yenə soruşur. Axırda hirslənib dedim ki, p… yeyirlər. Səhər-səhər bunlara da p… yedizdirmişəm (gülür). Daha neynim? Mənim razborkalarda-zadda stajım çoxdur. Sən iki ildir qardaşını tapa bilmirsən. Mən iki ayda tapardım, mənə desən. Söhbət ondan gedir ki, bu adam mənə dedi. Mən də dedim, bu adamla özüm danışacağam, pulu da götürək, həll edək. Amma özü ilə danışaq. Ona deyəcəklərim var. Bu, siyasətdir, burda nala-mıxa vurmaq olmaz. Alverdə nala-mıxa vurarsan, amma siyasətdə nala-mıxa vurmağın cəzası çox böyükdür. Əli İnsanov kimi adam cəzasını gördü. Fərhad Əliyev kimi adam cəzasını gördü. Ondan artıq nə sən deyilsən, nə mən. Nə sənin pulun onlardan artıqdır, nə mənim.
E.Abdullayev:
- Yox, biz onlardan çox-çox kiçik adamlarıq.
G.Əhmədova:
- Yeri gələndə. Düzdü, ya yox? Nala-mıxa vurmağın yeri yoxdur. Əgər mən də bu işə sənlə getmişəmsə, sənin getdiyin yolun məsuliyyətinin yarıdan çoxu mənim boynumdadır. Mən bu məsuliyyəti boynuma götürürəmsə, sabah sənin hara dönəcəyini mən bilməliyəm. Və bilməliyəm ki, dönməyəcəksən. Bunları mən bilməliyəm. Siyasət məsələsində zarafat eləmək olmaz.
S.Babayeva:
- Yox, mən də sənə demişəm…
G.Əhmədova:
- Seva, üzr istəyirəm, mən açıq danışacam. Gəldi mənə Seva dedi ki, ona sənin haqqında nə deyiblərsə, mənə deyir ki, o, yaxşı adam deyil. Onunla görüşmək istəmirəm. Başqa adamlarla görüşüb həll edəcəm işimi. Mən də dedim, lap yaxşı, qoy kimlə istəyir görsün işini. Allah xeyir versin. Belə danışdıq. Düzdü, Seva? Dedimmi Allah xeyir versin?
S.Babayeva:
- Düzdü, dedim görüşmək istəmir.
G.Əhmədova:
- Üstündən bir müddət keçəndən sonra yenə gəldi. Özü də bir dəfə gəlmədi ha, bir neçə dəfə…
E.Abdullayev:
- Mənə dedi, Ramiz müəllim belə deyir. Qızına belə deyib.
S.Babayeva:
- Düz deyir də. Ailəsi ilə danışıb da…
E.Abdullayev:
- Mən Ramiz müəllimin qızının ərinin elmi rəhbəri olmuşam. Yurfakda (hüquq fakültəsində), KQB-də dərs demişəm…
G.Əhmədova:
- Eşidirsən məni? Mən nə Ramiz müəllimin qızını tanıyıram, nə də kürəkənini.
E.Abdullayev:
- Yox da, mənə Sevinc xanım elə deyib.
G.Əhmədova:
- Əşi, Sevinc nə deyib, özü bilər. Mən Sevincə görə “atveçat” (cavabdeh) deyiləm.
E.Abdullayev:
- Mən də sizi Sevincə görə tanıyıram da. Sevincə görə bu boyda haqq-hesab…
G.Əhmədova:
- (Səsini qaldırır) Eşidirsən nədir? Burda heç kimin adını çəkmək lazım deyil e…
E.Abdullayev:
- Niyə ki? Burda kim var? Mən bilməli deyiləm?
G.Əhmədova:
- Dəxli yoxdur. Yox, heç nə bilməli deyilsən.
E.Abdullayev:
- Niyə? Burda iş görmürük?
G.Əhmədova:
- Mən sənin işini görmədim burda? Bir günün içində düzəltdim də…
E.Abdullayev:
- Belə iş olar? 500 almısan, indi iş düzələndə deyirsən 500 də gətir.
G.Əhmədova:
- Mən sənə heç vaxt heç nə deməmişəm, əziz qardaşım. Mən sənə qiymət demişdim? Mən buna (S.Babayevanı nəzərdə tutur-red.) demişdim maşından düşəndə. Sən orda oturdun maşında.
E.Abdullayev:
- (üzünü S.Babayevaya tutur) Sevinc xanım, siz mənə 500 demədiniz?
S.Babayeva təsdiqləyir. Bu yerdə G.Əhmədova onu sorğu-suala tutur:
- Ay qız, sən mənə zəng vurmadınmı buna deyiblər get geri götür? (S.Babayeva təsdiqləyir) Mən də demədim ki, sən ona denən narahat olmasın.
E.Abdullayev:
- Bilirsiz nə vaxt dedilər? Mən sizlə görüşəndən bir gün sonra dedilər ki, geri götür namizədliyini. Səhər-səhər mən də Sevinci öldürürdüm ki, bu nə deməkdir, burdan belə, bir gün sonra isə deyirlər geri götür.
S.Babayeva:
- Biz ofisdə görüşdüyümüz günün səhəri buna demişdilər ki, geri götür. Akazıvayetsa (sən demə), həmin gün hamıya demişdilər ki, geri götür.
G.Əhmədova:
- Mən ofisdə görüşdüyümüz gün sizə dedimmi ki, sizə deyiblər, namizədliyini geri götür? Dediniz ki, yox. Amma həmin gün hamıya deyilmişdi.
E.Abdullayev:
- Yox, bir gün sonra deyildi.
G.Əhmədova:
- Onun mənə dəxli var? Sənə bir gün sonra deyiblər. (Bu yerdə G.Əhmədovanın telefonuna zəng gəlir, ad çəkərək danışır, danışıqdan sonra müzakirəyə qaldıqları yerdən davam edir). Seva, indi belə çıxır ki, buna mən demişəm geri götürsün?
S.Babayeva:
- Yox e, həmin gün hamıya demişdilər, geri götürürdü. Biz sənlə görüşüb gələndən sonra. Sonuncu gün hamı geri götürürdü.
E.Abdullayev:
- Mənə Sevinc xanım 500 dedi də.
G.Əhmədova:
- Seva, mən sənə 500 dedim? Son gün maşında dedim ki, razıdırsa, gedim. Razı deyilsə, lazım deyil. Niyə sən bu adama bildirməmisən?
S.Babayeva:
- Aaz, dedim qalanını da sonra verər də…
G.Əhmədova:
- Sən bunun yerinə pul verəcəkdin? Sonra nədir? Qəribə söhbət edirsiniz e. Maşından düşəndə sənə dedim buna denən, min adamla işləməyəcək, bizlə işləyəcək.
E.Abdullayev:
- Ramiz müəllimlə işləmisiniz də. Bunu niyə demirsiniz?
G.Əhmədova:
- Yox, Ramiz müəllimlə işləmirik. Sən Aqil müəllimlə (Aqil Əliyev nəzərdə tutulur-red.) işləyirsən.
E.Abdullayev:
- Guya Aqil müəllim nə edib ki? Gülər xanım…
G.Əhmədova:
- (Üzünü S.Babayevaya tutur, rus dilində danışır) Sən məni başa düşürsən də, mənimçün danışmaq çətindir. (S.Babayeva təsdiqləyir ki, onu anlayır).
E.Abdullayev:
- Gülər xanım, biz Ramiz müəllimlə neçə dəfə imza yaratmışıq, hamısına özü qol çəkib. Mənə Aqil söz deyib? Hə, deputatlığımı da Aqil edib, elədiyini də gördüm də. Ramizə demişdi, o da eləmişdi. Çünki açıq oynayırdı.
S.Babayeva:
- Açıq oynamırdı e, alırdı qoyurdu evə, heç kimə heç nə vermirdi. İndi girib içəri, gerisini istəyirlər. Bunluq heç nə yoxdur.
G.Əhmədova:
- (Ayağa durur, üzünü S.Babayevaya tutur) Mənə bax, sən heç kimin adını çəkmə burda.
E.Abdullayev:
- (G.Əhmədovanın getməyə hazırlaşdığını görüb onu saxlamağa çalışır) Otur da, vacib söhbət var burda.
G.Əhmədova:
- Ay qardaş, mənim işlərim var. Eyni sözləri siz də deyin, mən də. Nə mənası var? Mən bu işin dalınca gedəndə 1 demişəm. (1 milyon manat, ya da dollar nəzərdə tutur-red.)
E.Abdullayev:
- Mənə bu haqda məlumat verilməyib.
G.Əhmədova:
- Verilməyib, indi bu, sizin probleminizdir. İkiniz həll edin. Siz mənə təklif elədiniz ki, təhsil haqqını deyin. Mən də dedim öyrənib sizə deyəcəm. Maşında dedim Seva, 1-dir. Razıdırsa, bu işin dalınca gedək. Deyilsə, getməyək. Özü də dedim, Aqillə-maqillə, heç kimlə işlənməyəcək. Özü də universitetlə bağlı bütün problemləri biz həll edəcəyik.
E.Abdullayev:
- Guya bu günə qədər mən bütün işləri Ramizlə özümüz eləməmişik?
G.Əhmədova:
- Xeyr. Siz Ramiz müəllimlə işləməmisiniz.
E.Abdullayev (açıq görünür ki, R. Mehdiyev haqda təsdiqləyici bir fikir almağa cəhd göstərir – Red.):
- Yox, Ramizlə eləmişik. Kənar adam olmayıb.
G.Əhmədova:
- Siz niyə ad çəkirsiniz axı, mən başa düşə bilmirəm.
E.Abdullayev:
- Mən sənə deyirəm də. Burda özümüzük də. Başqa adam var? Televiziya, internet deyil ki… Özümüz danışırıq da.
G.Əhmədova:
- (üzünü S.Babayevaya tutur) Sənə dedim ki, bu işi bişir, sonra mənimlə danış?
S.Babayeva:
- Bişirmişdim də.
G.Əhmədova:
- Bişirməmisən, çiydir.
S.Babayeva:
- Mən həmişə işləri bişirib çıxarıram ortaya.
G.Əhmədova:
- Nəyi bişirmisən e? Buna deməmisən 500-ü.
S.Babayeva:
- (Rus dilində cavab verir) Mən dedim komissiyadan sonra verər. Sən deyirsən, indi ver.
G.Əhmədova:
- Mən sənə komissiya-momissiya söz verməmişəm. Ay qız, maşında söhbət olanda mən demədim ki, Əli Hüseynovdur komissiyanın sədri? Komissiya söhbəti olub burda?
E.Abdullayev:
- Heç mənə komissiya lazım da deyil. O, sonranın işidir.
S.Babayeva:
- (G.Əhmədovaya cavab verir) Yox, deməmisən. Sən daje (hətta) demisən ki, komissiyanın pulu ayrıdır.
G.Əhmədova:
- Mən sənə dedimmi ki, Əli Hüseynov bu gün komissiyanın sədridir və onu heç kim bu gün yerindən tərpədə bilmir. Maşından düşəndə sənə dedimmi ki, 1-dir, Seva? (1 milyon manatı, ya da dolları nəzərdə tutur-red.) Sonra sənə zəng vurdum, dedin ki, razıdır. Sonra dedin bacısıgildə oturmuşam. Yığırlar. Səhər gətirdin. Dedim nə qədərdir. Dedin 500. Dedin qalanını bir-iki günə gətirəcək. Dedim bazar ertəsi getməliyəm. Dedin o vaxta qədər çatacaq.
S.Babayeva:
- Mən ona deməyə hazırlaşırdım da.
G.Əhmədova:
- Deyəydin də. Telefonunu söndürmüsən.
S.Babayeva:
- Söndürməmişəm. Telefonum xarabdır.
G.Əhmədova:
- (üzünü S.Babayevaya tutur) Sənin nəsə problemin var?
S.Babayeva:
- Hə.
G.Əhmədova çantasını götürüb ayağa durur. E.Abdullayev yenə söz deməyə çalışır:
- Gülər xanım, mənə deyildi ki, 500 gətir. Özü də dedi, verilmə mexanizmi nə olacaq. Mən də dedim ki, ya mənə Ramiz müəllim deməlidir ki, get Gülərlə qurtar, ya da başçı məni qəbul etsin, sözünü desin.
G.Əhmədova:
- Elşad müəllim, Ramiz müəllim sizə heç nə deməyəcək. Başçı sizi qəbul edib də, sizi saxlayıblar da, qabaqda da seçkiniz var (Bu yerdə yenə eyni sözlər, iddialar təkrarlanır, xanım deputat qəzəblənir). A kişi, mənə bax, qardaşımsan, qulaq as mənə. Ad çəkməyək burda. Mənim elə şeylərdən xoşum gəlmir. Mən ATƏT-lə eləyirəm, Avropa Şurası ilə eləyirəm.
E.Abdullayev:
- Allah canınızı sağ eləsin. Bu məsələdə sizə dedi 250. Oturmuşduq maşında, Sevinc xanımın maşınında, gördüm başçı zəng elədi. Dedi, sabah gəl bura. Dedim, xeyirədir, şərə. Dedi, xeyirə. Sözünü dedi. Onun yanından çıxan kimi dedim, Sevinc xanım, ordan çıxan kimi əmanəti çatdıracam. Çatdırdım da.
G.Əhmədova:
- Siz eşitdiniz bayaq mən deyənləri? (Üzünü S.Babayevaya tutub rus dilində deyir) Seva, sənə dediklərimin hamısını buna çatdır.
E.Abdullayev:
- Gülər xanım, əgər komissiyanı da eləsəniz, hə, onda sizə 500-ü də verərik.
S.Babayeva:
- Komissiyanı eləyəcək də.
G.Əhmədova:
- (Ayaq üstə dayanıb üzünü E.Abdullayevə tutur, əllərini oynadır) Siz bu nə alverdir mənimlə edirsiniz? Mən sizə komissiya-zad söz vermişəm?
E.Abdullayev:
- Heç mənə lazım da deyil. Əsas odu, işimiz qaydasına düşsün, keçək.
G.Əhmədova:
- (Hədə tonunda) Mənim 40 yaşım var, mənimlə oyun oynamayın. Yaxşı?
S.Babayeva:
- Mübahisə etmək lazım deyil.
Bu yerdə artıq G.Əhmədova otağı tərk edir. E.Abdullayev isə o, gedə-gedə “Biz oyun oynamırıq. Biz bura iş düzəltməyə gəlmişik” deyir…
“Yeni Müsavat”da olan məlumata görə, bu mövzuda yeni videoroliklər var və onlar hazırda yayıma hazırlanır. \ musavat.com \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru