Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                     DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı .....                     “Azər-Türk Bank” yenə də narazılıq yaradır... .....                     `Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                 

Vergilər Nazirliyi müğənnilərin pullarını araşdırır
Tarix: 26-11-2015, 09:51 | Çap et
Vergilər Nazirliyi müğənnilərin pullarını araşdırır
Vergilər Nazirliyi müğənnilərin fəaliyyəti zamanı çəkdikləri xərclərin təhlilini aparıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aparılan təhlil zamanı müğənnilərin xərcləri müəyyən edilib.

Müğənnilərin xərcləri bunlardan ibarətdir:

-Musiqiçilər qrupunun (ansambl üzvlərinin) xərcləri. Müğənni dəvət aldığı obyektdə (xidmətin həyata keçirildiyi arenada) ya ansambl üzvləri ilə birlikdə, ya da tək ifaçılıq edə bilər. Ansambl üzvləri ilə birlikdə ifaçılıq etdiyi halda, müğənni ilə musiqiçilər (ansambl üzvləri) arasında münasibətlər hüquqi səviyyədə sənədlərlə təmin olunmalıdır. Bunu iki yolla həll etmək olar. Birincisi, müğənni (işəgötürən) ilə hər bir ansambl üzvü (işçi) arasında əmək müqaviləsi bağlanıla və onlara əməkhaqqı ödənilə bilər. Əməkhaqqının məbləğini də müxtəlif formalarda (işəmuzd və ya vaxtamuzd) tətbiq etmək olar. İşçi hesab edilən həmin ansambl üzvlərinin əməkhaqqının hesablanması və ödənilməsi, həmçinin əmək münasibətləri ilə bağlı bütün tələblər Əmək Məcəlləsi və əmək qanunvericiliyinə aid olan digər hüquqi aktlarla tənzimlənir.

İkincisi isə hər bir ansambl üzvü vergi orqanında uçota durmaqla VÖEN əldə edə və müğənni ilə həmin VÖEN-i olan musiqiçi arasında mülki-hüquqi müqavilə bağlanıla bilər. Belə müqavilə konkret icraçı- musiqiçi (məsələn, qarmonçalan və ya qarmonla ifaçılıq xidməti göstərən fiziki şəxs) tərəfindən sifarişçi-müğənniyə «musiqi alətində ifa xidmətlərinin göstərilməsi» müqaviləsi hesab ediləcəkdir və müğənni musiqiçiyə (xidmət göstərənə) xidmət haqqı ödəyəcəkdir. Musiqiçi müğənnidən aldığı xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq müğənniyə (sifarişçiyə) təsdiq üçün təqdim etməlidir. Prodüser xərcləri. Müğənninin fəaliyyətində əsas aparıcı rol oynayan şəxs kimi çıxış edən prodüserlə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə bağlanıla bilər. Adətən, prodüserlik edən fiziki şəxslər təkbaşına (müstəqil) fəaliyyətə üstünlük verirlər və bu baxımdan, onların VÖEN-i olmalıdır ki, bağlanılan xidmət müqaviləsi hüquqi cəhətdən təmin olunsun. Müğənni prodüserə verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun. Bəstəkarlara verilən qonorarlar Bəstəkarların bəstələdiyi mahnının kütləvi ifası üçün müğənni (müəllif hüququnun digər istifadəçisi) bəstəkardan (əsərin müəllifindən) icazə alır (müəllif hüququndan istifadə edilməsinə dair razılıq) və bəstəkara qonorar (müəllif hüquqlarından istifadə haqqı) ödəməli olur. Bunun üçün də müğənni ilə bəstəkar arasında müəllif hüquqlarından istifadə haqqında müqavilə bağlanmalı, müqavilədə nəzərdə tutulan qonorarın hesablanmış məbləğindən müğənni tərəfindən (ödəmə mənbəyində) 14% vergi tutulmalı (saxlanılmalı) və qalan məbləğ bəstəkara ödənilməlidir (VM, maddə 124).

Pulun bəstəkara verilməsini rəsmiləşdirmək üçün müğənni tərəfindən kassa məxaric orderi tərtib oluna bilər. Musiqi səhnəsinin dekor xərcləri Müğənni ifa edəcəyi səhnənin əvvəlcədən baxımlı səviyyəyə gətirilməsi və texniki cəhətdən yararlı olması üçün müxtəlif dekorativ vasitələrdən istifadə etməli olur. Aydındır ki, müğənni çox hallarda dekorativ işləri özü həyata keçirmir və bu işi peşəkarlara (dekorativ səhnə 3 ustalarına) tapşırır. Dekorativ səhnə ustaları ilə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə (VÖEN-i olan dekorativ səhnə ustası tərəfindən dekor xidmətlərinin göstərilməsi haqqında müqavilə) bağlanıla bilər. Müqavilədə dekor işləri zamanı səhnədə quraşdırılan hazır dekor əşyaları və istifadə olunan mal-materialların kim tərəfindən təmin ediləcəyi barədə də müddəaların olması tövsiyə olunur. Əgər quraşdırılan hazır dekor əşyaları və istifadə edilən mal-materiallar müğənni tərəfindən təmin olunarsa, birdəfəlik, yəni yalnız bir dəfə istifadə edilib yararsız hala düşənləri həmin anda müğənninin xərcləri kimi, təkrar istifadə olunanlar isə istifadəyə yararsız olduğu anda xərc kimi qəbul edilməlidir. Həmin əşyalar dekor ustası tərəfindən təmin olunarsa, belə xərclərin müğənniyə aidiyyəti olmamalıdır. Müğənni VÖEN-i olan dekorativ səhnə ustasına da verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun. Nəqliyyatla bağlı xərclər (yanacaq, saxlama, təmir və digər xərclər) Müğənni özünün, ona tabe olan musiqiçilərin və digər əməkdaşların, həmçinin bu xidmətlərlə bağlı alətlərin və digər əşyaların daşınması üçün ya özünə məxsus, ya da başqalarının nəqliyyat vasitələrindən istifadə edə bilər. Başqa nəqliyyat vasitələrindən istifadə üçün ya nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan daşıma xidmətləri haqqında müqavilə çərçivəsində nəqliyyat xərcləri çəkilməli, ya da nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan icarə müqaviləsi çərçivəsində nəqliyyat vasitəsi icarəyə götürülməli, bu nəqliyyat vasitəsinə də əmək müqaviləsi çərçivəsində sürücü təyin etməklə daşımaları həyata keçirmək olar.

Nəqliyyat vasitəsi müğənniyə məxsus olduğu halda isə bu xərcin müəyyən edilməsində çətinliklər ola bilər. Sırf müğənnilik fəaliyyəti ilə bağlı xərclərinin dürüstlüyünə nail olmaq üçün müğənninin gərək ayrıca bu fəaliyyəti üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (yəni, öz şəxsi həyatı ilə bilavasitə əlaqəsi olmadan istismar olunan yüngül avtomobil, mikroavtobus, avtobus) olması daha yaxşı hal hesab edilərdi. Əgər müğənninin bir nəqliyyat vasitəsi vardırsa, bu nəqliyyat vasitəsi ilə bağlı bütün xərclərin içərisindən sahibkarlıq fəaliyyətinə aid olanlarının ayrılmasını təmin edən sənədləşmə həyata keçirmək lazım gələcəkdir. Özünə məxsus və icarəyə götürdüyü nəqliyyatla bağlı xərclərə əsasən yanacaq, yağ, digər saxlama xərcləri, təmir xərcləri (vergi məqsədləri üçün məhdudlaşdırılan hədd daxilində) və nəqliyyat vasitəsinin istismarı ilə bağlı digər xərcləri aid etmək olar. Müğənninin daşıma xidmətləri haqqında müqavilə çərçivəsində başqa nəqliyyatla bağlı yuxarıda sadalanan 4 xərcləri əsasən nəqliyyat xidmətləri göstərən başqa şəxs (VÖEN-i olan nəqliyyatçı) tərəfindən çəkilir. Müğənni ona nəqliyyat xidmətləri göstərən başqa şəxsdən ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini tələb edə bilər. Bu halda, mədaxil qəbzində və ya xidmətlərin təhvil-təslim aktında əks olunan xidmət haqqı müğənninin nəqliyyat xərci hesab ediləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru