"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                 

“Elməddinin açıqlamaları kişilikdən deyil…” - Həsəndən VİDEOCAVAB
Tarix: 2-05-2015, 10:56 | Çap et
“Elməddinin açıqlamaları kişilikdən deyil…”
Məlum olduğu kimi, bir neçə gün əvvəl saytımızda tanınmış yumor ustası, aktyor Elməddin Cəfərovla müsahibə və videomüsahibə dərc olunub. Elməddin müsahibədə bir sıra məsələlərdən danışıb, eləcə də bir vaxtlar üzvü olduğu “Tək səbir” komandasının rəhbəri Həsən Əliyev haqda maraqlı açıqlamalar (müsahibəni bu linkə keçid etməklə oxuya və izləyə bilərsiniz) verib. Bu açıqlamalar bir neçə gün ölkə mediasının da diqqətində oldu. Həmçinin, E.Cəfərovun açıqlamaları ilə bağlı qarşı tərəf –Həsən Əliyev də “a24.az”ın redaksiyası ilə əlaqə saxlayaraq onun fikirlərinə cavab vermək istədiyini bildirdi. Biz də təbii ki, ona bu haqqı tanıyaraq geniş müsahibə verməsinə şərait yaratdıq.

Eləcə də, fürsətdən istifadə edib, bu günlərdə “Toy 2” filminin təqdimatını və qala-gecəsini keçirən Həsənə işləri ilə bağlı suallar verdik.

“Qoca vaxtımda bütün qalmaqallar məni tapır…”

- Həsən bəy, öncə “Toy 2” filmindən danışaq. Sizcə, tamaşaçı filmi necə qarşıladı?

– Son zamanlar nə qədər qalmaqaldan uzaq dursam da, xeyiri yoxdu. Sanki, qocalıq vaxtımda bütün qalmaqallar məni tapır (gülür). “Toy 2” filmi haqda mediada xoşagəlməyən bəzi xəbərlər çıxdı. Bir çoxları elə düşündü ki, kinoda cinsi azlıqlardan bəhs etmişəm. Sonda film sübut etdi ki, burda cinsi azlıqlardan bəhs olunmayıb. Axırda məcbur olub açıqlama verdim ki, bu filmə ailəvi şəkildə gəlib baxa bilərsiniz. Mənim filmimdə nə açıq-saçıq zarafat, nə də söyüş var. Mənim yumor zövqüm başqadır. 500 nəfərlik zalda olan insanların hamısı güldüsə, deməli, film gülməli olub. Burdan belə nəticəyə gəlirəm ki, film mənim üçün uğurlu olub. Çox əfsuslar olsun ki, “Xoxan” və “My name is İntiqam” filmlərindən sonra insanların kinoya olan marağı yenə azalmağa başladı. Yəni, sanki insanlar güldü, doydu və bitdi.

- Yeni film çəkmək niyyətiniz var?

– “Toy 2”-dən sonra 3 film təklifi gəldi. Yalnız Azərbaycandan deyil, xarici dövlətlərdən də təkliflər gəldi. Onları dəyərləndirməyi düşünürəm. Lakin komediya janrı artıq məni çox yordu. Çünki elə son filmimizin hazırlıq etapları həqiqətən yorucu və zəhmət tələb edən idi. Əvvəllər düşünürdüm ki, qoy, yerli film inkişaf etsin. Lakin zamanla bəzi məsələlərə görə bu fikrimdən daşınıram.IMG_3510- Yanılmıramsa, filmlərin qala-gecələrinin keçirilməsinə qarşı olduğunuzu bildirmisiniz. Ancaq öz filminizin də qala-gecəsi oldu…

– Bəli, tamamilə haqlısınız. Hələ də sözümün üstündə dururam. Sadəcə, filmin sponsorları var. Mən ancaq rejissoruyam. Sponsor qala-gecəsinin keçirilməsini istədi. Necə deyərlər, ağa deyir sür dərəyə, sür dərəyə… Qala gecələrinə və qırmızı xalçaların sərilməsinə qarşıyam. Mən Hollivud ulduzu deyiləm, Tom Kruz, Corc Kluni deyiləm. Bu, sadəcə, filmin kollektivi üçün maraqlıdır, bir anlıq o sevinci yaşayırlar. Zəhmət çəkirlər və o qırmızı xalçanın üstündə addımlamaqla əhvalları daha xoş olur. Mən isə dəbdəbəli həyat yaşayan insanlardan deyiləm. Ulduzluq, məşhurluq xəstəliyim yoxdur. Bu günə qədər hansısa verilişə çıxmamışam, müsahibə verməmişəm. Düşünürəm ki, insan yalnız yaradıcılığı ilə məşğul olmalıdır. Onsuz da yaradıcı insanın başqa şeylərə vaxtı yoxdur.

“Aramızda bir mövzu oldu, amma bunu o bilir, mən bilirəm, Allah bilir…”

- Elməddin son müsahibəsində sizin onun haqqını yediyinizi, özünüzə villa, idman avtomobili alıb, ona isə ayda cəmi 100 dollar verdiyinizi söylədi. Bütün bunlar həqiqətdirmi?

– Bu cür məsələlər haqda danışmaq belə istəmirəm. Daima öz səviyyəmi qorumağa çalışmışam. O insan desəydi ki, Həsən zövqsüzdür, istedadı yoxdur, kobud insandır, Allah şahiddir ki, mən onun haqında bir kəlmə belə danışmazdım. Bu iddia isə tamamilə başqa cür iddiadır, burda etik söhbətlər gedir. Elməddinin dediyindən belə çıxır ki, Həsən oğrudur. Öncəliklə onu deyim ki, bu açıqlamalar nə məntiqdən, nə də kişilikdəndi. “Tək səbir” kollektivi ilə biz dost olduq, insanlar ordakı aktyorlara “Həsənin balaları” deyirdi. Hamısının xətirlərini çox istəmişəm, çoxusu ilə halallaşıb ayrılmışam. Amma hamısı ilə yox. Yaxşı, tutalım ki, mən uşaqların haqlarını əllərindən aldım. Mən o qədər qorxulu insanam ki, bütün komanda ayrıldıqdan sonra belə, bu hadisələrə göz yumdu? Elməddinə qarşı nəsə haqsızlıq olubsa, komandadan ayrılandan sonra gedib mediaya açıqlayaydı ki, Həsən mənim haqqımı yeyib. Tam 10 il sonra yatıb yuxusunda ona deyiblər ki, “Elməddin, artıq susmaq vaxtı deyil, Həsən sənin haqqını yeyib. Çıx bu haqda danış…” Bu hansı məntiqə uyğundur? Hətta “Tək səbir”in uşaqları zəng etdilər ki, “Həsən, bu nə məsələdir?” Hamı şoka düşmüşdü. İndi sizinlə o insan haqda danışıram, onun yerinə mən utanıram. Çünki biz çörək kəsmişik, bir-birimizin evinə getmişik. O mənim, mən onun ailəsini tanıyıram. Vallah ayıbdır… Əgər siz də bu gün həqiqəti araşdırsanız, bu, elə də çətin deyil. Həqiqəti ortaya çıxarmağın iki yolu var. Bütün “Tək səbir” kollektivi hal-hazırda yaşayır. Gedin, hamısından soruşun ki, Həsənin villası olubmu? Hal-hazırda varmı? Bəlkə nə vaxtsa olub, sonra satıb? Belə qara yalan dindar insana yaraşmaz. Bu gün mənim yerimdə oturan insan Elməddini məhkəməyə verərdi.IMG_3511Bu məsələni aydınlaşdırmağın ikinci yolu isə mənim arxivimi yoxlamaqdır. Bu gün bunu etmək heç də çətin deyil. Araşdırın, baxın görün ki, mənim villam olubmu? Varsa, Elməddin məni həmin villaya aparsın. Ola bilər, bəlkə kimlərsə mənim adımdan villa alıb… Bəli, bir idman avtomobilim olub. 1994-cü il istehsalı olan həmin avtomobili 2005-ci ildə 5000 dollara kreditə almışam. Bütün bunları danışa-danışa çox utanıram, diksinirəm belə söhbətlərdən. Elməddinlə mənim aramızda olan münasibətdən zərrə qədər də məlumatınız yoxdur. Ancaq bu elə iyrənc iddiadır ki, mən bu məsələlərə aydınlıq gətirməliyəm. Siz bu məsələni Müşfiqdən, Fərdadan da soruşa bilərsiniz. Kollektivin heç bir üzvü susan insanlardan deyillər. Sözlərini üzə deməyi bacarırlar.

- Heydər Əliyev Sarayındakı konsertlərdən sonra aktyorlara 75 dollar verdiyiniz də iddia olundu…

– Biz Heydər Əliyev Sarayında iki il konsert verdik. Birinci il Sarayın hesabatı hər kəsə göstərildi. Yəni, hansı pul hara, nə qədər xərcləndi, bütün bunlar sübut olundu. Sarayın kirayəsi, işıq və səs effektləri və s. hamısı pulun böyük hissəsini tutdu. Vallah dəqiq yadımda deyil, 75 dollar vermişdim, yoxsa yox… Bunu yenə də uşaqlarla aydınlaşdıra bilərsiniz. İkinci il isə maliyyə işlərindən uzaq durdum. Uşaqlara dedim ki, bu il mən heç bir maliyyə işlərinə baxmayacam. Sarayda konsert vermək maddi cəhətdən sərf etmir. Ancaq insanların gözündə imic yaradır. Siz gərək Sarayda 5-6 gün konsert verəsiniz ki, toplu olaraq ordan gəlir əldə edəsiniz. Hələ də bu iddianın hardan çıxdığını anlaya bilmirəm…

Mən demirəm ki, hər şey qaydasındaydı. Bəli, münasibətimiz soyudu, biz ayrıldıq. Ancaq düşmən kimi ayrılmadıq. Aramızda bir mövzu oldu, amma bunu açıqlamaq istəmirəm. Bu məsələni o bilir, mən bilirəm, Allah bilir. Həmin məsələ mənə əmanətdir, axirətdə ikimiz bu haqda danışacağıq. Mən bu haqda danışmaq istəmirdim, dostlarımın təkidi ilə bu müsahibəni verirəm. Gəlin, hesabatlara baxaq, görək, “Tək səbir”in gəliri nə qədər olub? O vaxt sponsordan qazanc yox idi, hamısı telekanala gedirdi. Bizim büdcəmiz 1300 dollar olub. Sonra bunu 1700 etdilər. Birinci il mən və digər müəllif Məmmədağa pul almırdıq. Sadəcə, kənar işlər və reklam çəkilişləri ilə dolanırdıq. 12-13 nəfər insan idik və hər adama 100 dollar pul düşürdü. Bəzən mənə şikayət edirdilər ki, “sən uşaqların hamısına gördüyü işdən asılı olmayaraq, eyni pulu ödəyirsən”. Mən də bilmirdim nə edim, axı kadrarxasında işləyən də əziyyət çəkir. Kollektivi seçməmişdim ki, bu, dostların komandası idi. Bir də, o insan videoda deyir ki, “məcbur oldum, reklamlara çəkildim, toylara getdim”. Anlamıram, insanlar bu gün toya getmək, reklama çəkilmək üçün dəridən-qabıqdan çıxır. Burda ayıb bir şey yoxdur. Bunu istəmirdin, başqa işlə məşğul olaydın. Müsahibəni oxuyuram, anlaya bilmirəm ki, məni tərifləyir, ya pisləyir. Bilmirəm, bunlara nə cavab verəcək. Sən axı bilirsən ki, kim hardan gəldi kim oldu, bu, mənə əmanətdir…

- Ola bilərmi ki, “Toy 2” filminin yayımlanması, yenidən “Tək səbir” layihəsinin yaranması Elməddini bu açıqlamaları verməyə məcbur edib? Məsələn, sizi gözdən salmaq üçün…



– Qardaş, əgər Elməddinin sözü ilə insanların gözündən düşəcəmsə, deməli, mənim heç hörmətim olmayıb. Məni tanıyanlar bilir ki, ziyalı ailənin övladıyam. Bazar adamı deyiləm. Yalnız sırf yaradıcılığımla məşğulam.Əsas marağım budur ki, yeni simalar yaradım və insanlara təqdim edim. Belə baxanda, “Ttək səbir” layihəsinə heç ehtiyacım yox idi. Elə öz taksi layihəm var idi, onunla da tanınırdım. “Tək səbir” layihəsini yaradıb uşaqları irəli çəkdim, özüm geri çəkildim. Tanınmaq marağımda olmayıb. Anlamıram, niyə mənim daşım ağır olub? Beynimdə hər cürə Elməddinə bəraət qazandırmağa çalışıram…

- “Tək səbir” kollektivində Elməddindən başqası ilə də soyuq münasibətiniz var?

– Biz o uşaqlarla ailə kimiyik. Zamanla hansısa xırda problemlər ola bilər aramızda, ancaq indi hamısı unudulub. İnsan uzun müddət ona doğma olan insanları görəndə, çox gözəl hisslər keçirir. Hər dəfə bir-birimizi görəndə, öpüşüb-görüşürük. Hətta Elməddinlə bağlı gözəl xatirələri yadda saxlamağa çalışıram. Ancaq belə məsələləri özüm anlamıram. Sadəcə, deyirəm ki, Allahından qorxsun və utansın. Mən inanmıram ki, Elməddin üzr istəsin. Çünki üzr istəmək üçün insanın abrı olmalıdır. İndi isə istəyirəm ki, Elməddin dediyi sözlərin arxasında dursun.

- Yeri gəlmişkən, yeni “Tək səbir”in əvvəlki qədər uğurlu olacağına inanırsız?

– Mənim heç bir fikrim yoxdur. Sadəcə, bir şərait yarandı və bu layihəni yenidən başlatdım. Tutdu qatıq, tutmadı ayran… Alınsa, yeni simalarIMG_3514 yaranacaq. Keçmiş “Tək səbir”in simaları hamısı öz istedadları ilə birlikdə mənim sayəmdə tanındılar. Bu məni çox sevindirir. Hamısı mənim uğurumdur. Onlara monoloqu yazıb verirdim və öz istedadlarını ortaya qoyurdular…

- “Tək səbir” kollektivinin aktyorlarının çəkildikləri filmlərin təqdimat mərasimlərində iştirak etmirsiniz. Səbəb nədir?

– Hamısı mənim dostlarımdı. Uğurlarına çox sevinirəm. Düzdür, getmirəm və baxmıram. Çünki birdən xoşum gəlməsə, məndən soruşsalar, deyəcəm ki, pis idi. Bax, o sözü deməmək üçün heç baxmıram. Ancaq onu söyləyim ki, əgər uğurlu olmasaydı, bu qədər sevilməzdi. Bir neçə filmlər uğurlu oldu…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Bu gün, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Bu gün, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Bu gün, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Bu gün, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Bu gün, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Bu gün, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Bu gün, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Bu gün, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Bu gün, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Bu gün, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Bu gün, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Bu gün, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Bu gün, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Bu gün, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru