Ayan: “Analıq hissi yaradıcılığımı ikinci plana salıb”
Tarix: 27-08-2014, 13:41 | Çap et
Müğənni Ayan Babakişiyeva Hafta.az-a müsahibəsində həyat və yaradıcılığı haqqında danışıb.
“Analıq hissi yaradıcılığımı ikinci plana salıb”
- Ana olduqdan sonra yaradıcılıq fəaliyyətinizi yenidən bərpa etmisiniz. Yaradıcılığınızda nə kimi yeniliklər olacaq?
- Ana olduqdan sonra hər şeyə fərqli yanaşıram. Atdığım hər addıma fikir verirəm, getdiyim verilişləri, ifa etdiyim mahnıları, çəkdirdiyim kliplərə xüsusi diqqət edirəm. Məncə, artıq hər şeyi düşünərək etmək lazımdır. Yaradıcılığıma gəldikdə isə yeni mahnılar üzərində işləyirəm, həm buna vaxtım da var. Xanım İsmayılqızından, Elçin İmanovdan yeni mahnılar var. Artıq aranjiman işləri bitib. Tək mənim ifa etməyim qalıb. Sadəcə, qızım Selenaya çox vaxt ayırıram. Sanki analıq hissi yaradıcılığımı ikinci plana salıb.
- Yeni klip olacaq?
- Əlbəttə olacaq. Tezlikləçəkilişlərə başlayacağıq. Bilirsiniz, bəlli bir vaxt var ki, onu ötürmək lazımdır. Ardıcıl olaraq o qədər maraqlı işlər görmüşəm ki, istəmirəm sadəcə musiqi çarxı olsun. Hər zaman istəmişəm ki, hər şeyin idealı, hər şeyin gözəli olsun.
- Həmkarlarınızın çoxu konsert verir. Konsert haqqında düşünmürsünüz?
- İnanırsınız konsert dedikdə gülməyim tutur. Ona görə də bu haqda heç düşünmürəm. Özüm-özümü aldatmaq kimi fikrim yoxdur və nədə heç kimə söz atmıram. Şou-biznes əhlini nəzərə alsaq, deyə bilərəm ki, konsertlə heç kimin populyarlığının üstə populyarlıq gəlmir. Sadəcə, tamaşaçılara hesabat verirsən ki, konsert verməyi, canlı ifa etməyi bacardım. Konsert barədəümumiyyətlə, düşünmürəm, tam başqa planlar qururam. İnşallah konsert verməyin də zamanı gələcək, mən də tamaşaçılarımın qarşısında hesabat verəcəyəm.
- Əksər ifaçılar gəlir əldə etmədikləri üçün albom çıxartmırlar. Siz necə düşünürsünüz?
- Albom mütləq olacaq, yeni mahnılarım çoxdur. Son müddətdə ifa etdiyim bütün mahnılar sevilib, bəyənildi. Xanım İsmayılqızının, Elçin İmanovun, Kamal müəllimin bəstələri hit oldu. Ona görə albom mütləq lazımdır, mahnıların dinləyicinin əlində bir sırada olmağı vacibdir. Albomdan Azərbaycanda gəlir əldə etmək olmur, bu gün heç kim disk almır, mahnıları internetdən yükləyib, qulaq asır. Şəxsən mən də internetdən yükləyib, avtomobilimdə dinləyirəm. Lakin düşünürəm ki, albom lazımdır, xarici səfərlərdə, tədbirlərdə olursan. İnsanlara nəsə təqdim etmək lazımdır.
- Sosial şəbəkədə aktivsiz. Bu şəbəkələr sizin üçün nə ifadə edir?
- Çalışıram şəbəkə izləyicilərimə neqativlərimi ötürməyim. Ən çox instagram-dan istifadə edirəm, facebook səhifəm də var. Bu gün hər kəs instagram-a yönəldiyi üçün mənə də ora daha maraqlıdır. Məni sevənlərə, ünsiyyətdə olanlara yaxın olmağa çalışıram. Gözəl sözlər yazırlar, bu məni ruhlandırır.
- Ana olmaq necə hissdir?
- Ana olmaq gözəl hissdir. Bunu hansısa sözlə ifadə edə bilməzsən. Övladımın üzünə baxıram, onun gülüşü, hərəkətləri, baxışı məni dünyanın ən xoşbəxti edir. Bu mənə bəs edir, onun üzünə baxanda dünyanın bütün pisliklərini unuduram. Mənə heç nə təsir etmir, övladım və mən dünyanın ən xoşbəxtiyik.
- Selenanın üzünü həmişə hamıdan gizlədirsən, yəqin bədnəzərdən qorxursan?
- Gah bədnəzərdən qorxuram, gah da fikirləşirəm ki, hələ körpədir, üzünüçox adam görməsə yaxşıdır. Lazım gələndə böyük bir tədbir edib, hamıya göstərəcəyəm. Selenanın üzəçıxmasını bayram edəcəyəm.
- Hamiləlikdən sonra sizi əvvəlki formada gördük.
- Hamiləlikdə 10 kilo almışdım. Onları da verdim. İdmanla məşğul oluram, dieta saxlayıram. Bir aya 10 kilo arıqlamışam. Demək olar ki, ac qalıram, su ilə qidalanıram. Hamilə olanda da dieta saxlayırdım, yeyib-içdiyimə diqqət edirdim, ancaq anamın bişirdiyi yeməkləri yeyirdim.
- Selena olandan sonra həyatınızda nələr dəyişdi?
- O sualı hər gün özümə verirəm. O, mənim bütün həyatımı dəyişdi. Ana olandan sonra xarakterim dəyişmədi, lakin dünyaya baxışım dəyişdi. Dostlarımın sayını azaltdım, gördüm düşmənlərimin də sayı azalıb. Sağ olsunlar gözəl dostlarım var, onları dəyişmək istəmirəm, mən necə varam elə qəbul ediblər və edəcəklər.
- Hər zaman bahalı geyimlərinizlə diqqət çəkmisiniz. Geyim seçərkən nələrə diqqət edirsiniz, kimdən yardım alırsınız?
- Yenə də deyirəm, ən yaxın rəfiqəm anamdır, çalışıram anamla məsləhətləşim. Bilirəm ki, məni kim çox istəsə də, anamdan çox istəməyəcək. Geyim seçərkən anam yanımda olur vəən böyük məsləhətçim anamdır. Çalışıram zövqlü geyinim, geyindiyim libaslar insanları təəccübləndirsin. Efir adamıyıq nə qədər sadə geyinsək də, efir qeyri-adiliyi tələb edir. Rəngarəng geyimləri çox sevirəm. Düşünürəm ki, geyim həm də insanın əhvali-ruhiyyəsini bəlli edə bilər. Mən bu gün necə geyinmişəmsə, 100-də 100 əhvali-ruhiyyəm də elədir. Başqa cür də ola bilməz.
- Ayanın ən çox nəyə marağı var?
- Ən birinci marağım sənətimədir. Yaxşı mahnılar ifa etməyi, aranjimanların gözəl olmasına sevirəm. Musiqiçiləri bir yerə yığıb, yerindəcə aranjiman etməyi xoşlayıram. Avtomobillərə, telefonlara, geyimə marağım çox güclüdür. Tanıyanlar bilir ki, pulumun çoxunu beləşeylərə xərcləyirəm. Böyük salonlu avtomobil almaq istəyirəm ki, qızımın bütün aksessuarlarını maşına yığa bilim. İndiki maşınlarım buna imkan vermir.
- Boş vaxtlarını necə keçirməyi sevirsiniz?
- Boş vaxtlarım ancaq axşamlar olur. Çalışıram kitab oxuyum. Kinoya baxmağı xoşlayıram. Desələr ki, günlərlə filmə bax, məmuniyyətlə baxıb zövq alaram.
- Özünüzdə hansı xasiyyəti silib atardınız?
- Buna kiməsə yazığı gəlmək deməzdim, sadəcə, uman insana az qalıram ürəyimi çıxarıb verim. Ürəyim tez yanır adama. Amma görürəm ki, həmin adam mənim ona yanmağımdan, ürəyimin yumşaqlığından istifadə edir. Bacardığımı edirəm, kömək edirəm, amma qarşı tərəf bundan sui-istifadə edir.
- Həyatınızda kiməsə həsr etdiyiniz mahnı var?
- Şəxsi həyata toxunmayaq. Həyatımda yox olan şeylərdən danışmaq istəmirəm. Bugünkü gündəşəxsi həyatım övladımdır, o, mənim üçün hər şeydir, dünyanın hər bir nemətidir, varlığıdır.
- Qızınız Selenayla bağlı hansı arzularınız var?
- O arzular mənim ürəyimdədir, onu deməzlər. Təbii ki, övladım üçün hər şeyin ən yaxşısını, ən gözəlini istəyirəm. Bütün analar istəyir ki, övladı sağlam olsun və hər şeyin gözəlini yaşasın. Mən də o sıradayam.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|