“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
Tarix: 10-08-2014, 11:59 | Çap et
İnsanları yalnız xəyallar öz qanadlarında həm keçmişə çəkir, həm də irəliyə aparır. Bəzən sevgidən çox inam və ümidlərlə yaşayırıq. Həyatın çətinliklərinə dözərək birdən elə zirvəyə gəlib çıxırsan ki, heç özün də inanmırsan. Elə bilirsən ki, hər biri bir röya imiş və özünü çox xoşbəxt sanırsan. Ona görə xoşbəxt sanırsan ki, həyatda özünü tapırsan. Belə insanlardan biri də arzularının eşqi ilə yaşayan, ümidlərini gerçəkləşdirən gənc müğənnimiz Xatun xanımdır. Gəlin birgə onu dinləyək.
- Xatun xanım, bilmək olarmı haralısınız?
- Mən azərbaycanlıyam, amma Bakıda böyüyüb boya-başa çatmışam. Ailədə 4 uşaq olmuşuq – 2 bacı, 2 qardaş. Mən bacımdan sonra evin ikinci övladı olmuşam. Məndən sonra 2 qardaşım olub. Oxatan bürcündənəm, bu bürc altında dünyaya göz açanların çoxu şanslı olur.
- Sirr deyilsə yaşınızı deyə bilərsinizmi?
- Yox, deməyəcəyəm. İstəmirəm mənim yaşımı bilsinlər. Qoy elə məni hamı şıltaq və dəcəl Xatun kimi tanısınlar.
- Ailədə çox sevilən övlad siz olmusunuz?
- Yox, məni heç sevməyiblər.
- Bəlkə ögey olmusan?
- (gülərək) Yox canım, səbəb o idi ki, bacımdan sonra oğlan övladı gözləyirdilər. Təəssüf ki, mən doğulmuşam.
- İndi necə, peşman deyillər ki?
- Əksinə, indi sevinirlər ki, nə yaxşı sən varsan, mənimlə fəxr edirlər.
- Müğənni olmaq həvəsi sizdə uşaqlıqdan yaranıb, yoxsa təsadüfən gəlmisiniz bu sənətə?
- O vaxtlar bizim nəsildə qız övladlarını fortepiano dərsinə qoyurdular. Biz iki bacını da həmin fənn üzrə 16 nömrəli musiqi məktəbinə qoydular. Mən hər zaman fortepianodan çox mahnı oxuyurdum, Müəlliməm hər dəfə anama deyirdi ki, qızının çox gözəl səsi var, icazə verin müğənni olsun. Anam da iradla qız uşağı nədir, oxumaq nədir, – deyirdi. Lakin hər zaman evdə mahnılar oxuduqca nənəm də, ailə üzvlərim də çox həvəslə qulaq asırdılar.
- Bildiyimə görə siz həm də çox gözəl rəqs edirsiniz. Nə əcəb rəqqasəliyi seçmədiniz?
- Bizim ailəmizdə hər birimiz gözəl rəqs etməyi bacarırıq. Oxumaqla bərabər rəqs etməyin özü də bir istedad tələb edir. Düzdür, peşəkar deyiləm, lakin müəyyən məqamlarda gözəl rəqs edirəm.
- Bir zamanlar jurnalist olmusunuz. Jurnalist hara, müğənnilik hara?
- Mən orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunda qabiliyyət imtahanından kəsildim. Valideynlərimin təkidi ilə 18 yaşımda ailə qurdum. Bir oğlum oldu. Ailə həyatım 5 ilə qədər davam elədi. Müəyyən səbəblərdən ayrıldım. Sonra Tibb texnikumunun mamaçalıq fakültəsinə daxil oldum. Təbii ki, valideynlərimin istəyi ilə. Lakin düşünürdüm ki, mən ömrümü ağ xalatla keçirə bilmərəm. Texnikumu bitirdikdən sonra müğənni olmaq həvəsinə düşdüm. Mən bu minvalla nəşriyyatda jurnalist kimi çalışdım. Düşünürdüm ki, bəlkə burdan mənə bir yol açıla ki, müğənni olam. Doğru deyiblər, niyyətin hara mənzilin də ora. Belə də oldu. Bir gün Təhsil Nazirliyinin 10 illiyi ilə bağlı bir konsert təşkil olunmuşdu. Mən həmin konsertdə canlı olaraq iki mahnı oxudum. Mənim səsimi çox bəyəndilər və artıq ansamblda çalışmağa başladım və getdikcə toylara da dəvət aldım. Toylarda oxuya-oxuya bu sənəti öyrəndim.
- Deyə bilərsinizmi, toylara getməyinizə kimlər təkan verib?
- Məmnuniyyətlə deyərəm. Vasif Məhərrəmli, Ağadadaş Ağayev, Sabir Əliyev və başqaları... Hər birinə də bu günə qədər minnətdaram. Artıq püxtələşdikdən sonra 2007-ci ildən 12 mahnı və 2 klipimlə efir və səhnələrə çıxdım.
- Bəs sonradan musiqi təhsili aldınız?
- Xeyr, almadım. Səhnəyə gələndə individual müəllimlərdən Ofeliya və Mahirə xanım mənə vokaldan dərs keçdi. Ən azından da mənim musiqi anlamım var idi.
- Erkən ailə qurduğunuz üçün peşman deyilsiniz ki?
- Əsla yox. Sevib ailə qurmasam da bu gün istərdim onu qeyd edəsiniz ki, hal-hazırda 35 yaşım var, 19 yaşında da ana olmuşam, oğlumun da 17 yaşı var. Bəzi müğənni xanımlar var ki, 35-36 yaşları var, nə ailə qurublar, nə də övlad sahibi olublar. Allah onlara da qismət eləsin. Çox şanslı bir xanımam. Həyatımdan da olduqca razıyam. Ən azından arxamda çox ağıllı bir oğlum var.
- Sizi də təbrik edirik ki, oğlunuz ali məktəbə daxil olub.
- Bəli, 490 balla Neft Akademiyasına daxil olub və gələcəkdə istərdim oğlumu savadlı bir iş adamı kimi görüm.
- Yenidən sevə bilərsiniz?
- Sevgi hər zaman var, əbədi və tükənməzdir. İnsan hər zaman sevə bilər, sadəcə partnyorlar dəyişir.
- Haqqınızda gəzən şayiələrə necə baxırsınız?
- Normal yanaşıram. Düşünürəm ki, mən kimlər üçünsə maraqlıyam.
- İmicinizi necə, tez-tez dəyişməyi sevirsiniz?
- Çox sevirəm. Bildiyiniz kimi qardaşım tanınmış stilistdir. O, məni eyni görkəmdə görməyi sevmir. Hətta ona irad tuturlar ki, heç olmasa Xatunu bir il bir imicdə saxla ki, tanıya bilək. Mən özüm də dəyişkənliyi çox sevirəm, hərdən özüm-özümdən bezirəm. Məndən də çox Balaş bezir. Dəyişək, inkişaf edək. Bu sözü çox sevirəm. Dəyişmək o demək deyil ki, bahalı brendlər geyinəsən. İstər sənətdə, istər musiqidə, istər imicdə dəyişkənlik olmalıdır. Təki insanlığını dəyişməyəsən. Bir çox müğənnilər var ki, illərdir tanıyıram. Saç düzümü də, geyim tərzi də, mahnıları da elə eynidir. Belələrini qəbul eləmirəm. Belə müğənnilər mənim üçün meyar deyillər. Hətta 5 oktava səsləri olsa belə.
- Siz jurnalist işləyərkən tanınmışlardan müsahibə almısınız?
- Mənim Ceyran adlı həmkarım və rəfiqəm var idi. Onunla birgə ilk dəfə Baloğlan Əşrəfovdan müsahibə aldıq. Baloğlan müəllim bizə yaxşı hörmət də eləmişdi, onda bildik ki, o, çox əliaçıq bir insandır. Amma hələ də o bilmir ki, ondan müsahibə alan mənəm.
- Axı necə bilsin, məncə sizin adınız başqa olub?
- Bəli, mənim əsl adım Nərgizdir. Qoy bu müsahibədən sonra sizin vasitənizlə bilsin ki, mən Xatun elə həmin Nərgizəm.
- Necə oldu ki, Xatun ləqəbini götürdünüz?
- Mən artıq peşəkar bir müğənni kimi yüksək səviyyədə efirə gəldikdən sonra prodüserimlə məsləhətləşdim ki, mən ləqəbimi ya Şahzadə, ya Sultan, ya da Banu qoymaq istəyirəm. Təklifimi qəbul eləmədi. Bir gün Gülşən adlı bir xanımla oturmuşduq. Birdən Gülşən mənə dedi sənə ad tapmışam, Xatun!!! Sevincimdən qucaqlayaraq onu öpdüm və sevincimdən qışqıraraq ay daaaa, axır ki adımı tapdım və bu ad mənə bu gün gündəmə gəlməyimə böyük kömək olub. Bir-iki il bundan öncə “Möhtəşəm yüz yıl” filmində o qədər Xatun adı hallandı ki, mən də bu adla artıq şanslı oldum.
- Kimi özünüzə rəqib görürsünüz?
- Mən elə Xatunam da, kimi rəqib görə bilərəm ki. Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir.
- Rəqsanənin necə, imici sizin xoşunuza gəlir?
- Bilirsiniz, o çox cəsarətli addım atdı. Nəsə saçın-zadın qırxdırdı, bilmirəm ona kim bu məsləhətləri verib, ya da özü insanları təəccübləndirmək istəyir. Bir tamaşaçı kimi mənə xoş gəlmir. Bir də ki, onunla mənim həyata baxışlarım başqa-başqadır. Ona da öz işlərində uğurlar arzulayıram.
- Uşaqlıqda ən yaddaqalan hadisə nə olub?
- (gülərək) Heç vaxt yadımdan çıxmaz. İlk dəfə məktəbə 1-ci sinfə gedəndə dərsdən qayıdan kimi çantamı tullayıb, ağlayaraq dedim. Mən belə oxumaq istəmirəm, mən Zeynəb Xanlarova kimi oxumaq istəyirəm. Hələ də bu sözü deyib mənə gülürlər.
- Sizə ilk şöhrət gətirən hansı bəstəkarın mahnısı olub.
- İlk şöhrət gətirən mahnım “Səndən ötrü” olub. Klassik skripka ifaçısı Yalçın Məlikovun mahnısıdır. O mahnı həm ona, həm də mənə şöhrət gətirdi. Bir çox bəstəkarları da mən öz mahnımla tanıtmışam. Onlardan Qüdrət Əsgərli, Azər Nəsibov, Hatəm Nəbioğlu olub. Hal-hazırda “nağd pul” adı ilə tanınan Nadirlə çalışıram. “Axtarmadım” adlı gənclərin ruhunu oxşayan bir mahnı üzərində işləyirəm.
- Deyirlər Xatun toy biznesində yaman xod gedir?
- Elin gözü tərəzidir deyirlər. Xatunun gənc müğənnilərə nisbətən potensialı daha güclü olduğundan bir toydan 3-5 toy tutur. Allah gözdən-nəzərdən saxlasın.
- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
- Onu vurğulaya bilərəm ki, bu dəqiqə ən çox gücü mahnılarıma vermişəm. 1-ci albomum çıxıb 15 mahnıyla, 2-ci albomum da demək olar hazırdır. Bu yaxınlarda işıq üzü görəcək. Hal-hazırda müasir popuri eləmişik. Hər yerdə ritmləri çox bəyənilir. Şükürlər olsun ki, hər şeyə nail olmuşam. Gələcəkdə bir arzum var, o da insanları düşündürəcək dərəcədə bir solo-konsert verməkdir. İnşallah, adını çəkməyəcəm, çox tanınmış bir aparıcı rəfiqəm var. Onun mənə bu işimdə böyük köməyi dəyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|