Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil... - REPLİKA
Tarix: 24-07-2024, 09:12 | Çap et
 Castin Biber 2014-cü ildə Mayamidə küçə yarışlarına və sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olundu. O, həmçinin Los-Ancelesdəki qonşusunun evinə yumurta atdığına görə hücum və vandalizmdə ittiham olunub. Bieber günahını etiraf etdi və təzminat ödəməyə və xeyriyyə işlərində iştirak etməyə məhkum edildi. ... 1991-ci ildə Sent-Luisdə "Guns N' Roses" qrupunun əfsanəvi solisti Aksel Rouz konsertdə şounu çəkən fanatı döymək üçün səhnədən atılıb. Bu iğtişaşlara səbəb olub və konsert dayandırılıb. Daha sonra Rose həbs olundu və asayişi pozmaqda ittiham edildi. O, bir neçə ay məhkəmədə qaldı və şərti cəzaya və cəriməyə məhkum edildi. "Oazis" qrupunun solisti Layam Qallaher 1998-ci ildə Avstraliyada bir oteldə jurnalistlərə hücum etdiyi üçün həbs olundu. O, gecəni həbsxanada keçirib və zaminə buraxılıb. ... Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil. O, heç Castin Biber səviyyəsində də deyil - Ağayevin yaşı 70-ə yaxın olsa da. Sosial şəbəkələrdə müğənnilər onun tərəfinə durub, müdafiə edirlər. "Dahi sənətkar", "Böyük Ustad", "Xalqın artisti" və sair ifadələrlə haqq qazandırırlar balta tolazlayan, sonra da dalaşan Ağayevə. Anlayıram, yaşlıdır, ölkədə tanınır, xalq artistidir, xəstədir. Onu yerə yıxıb döymək, təpikləmək və yumruqlamaq da qəddarlıq, qanunsuzluq, barbarlıqdır təbii. Fəqət... Tanınmış insan, yaşlı ata və baba, özünə sayğı gözləyən adam balta tolazlamaz. O balta dəyəydi kiminsə başına, sinəsinə - nə olacaqdı? Onu da anlayıram ki, Ağayevin səbr kasası daşıb, belə edib. Amma hadisədən sonra "canlı yayım açacam, açıqlama verəcəm" nə demək?! Ağayev üçün qanun, qayda istisnadır? Xalq artisti oldun, bir-iki mahnın populyarlaşdı - demək, hirslənəndə qarşındakılara balta atmalısan, dava etməlisən? Mühafizəçi mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır - bu, aprior məqamdı. Amma Ağadadaş Ağayev də qanun qarşısında cavab verməlidir. Və ona "Xalq artisti" verən xalqdan üzr istəməlidir. "Böyük Ustad", "Sənətkar" tipli epitetlər və ibarələr onun qanunla cəmiyyət qarşısında məsuliyyətinə sipər olmamalıdır. Onkoloji xəstəyə, xalq artistinə balta atmaq imtiyazı verilməyib. Bu mərəkədə ən tragikomik şərh müğənni Xatuna məxsusdur. Bəribaşdan yazım ki, həmin müğənninin adını ilk dəfə eşitdim və belə sənətçinin mövcudluğunu bildim. "Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü..." - buyurub Xatun. Sonda da qəmli birlik çağırışında bulunub: "Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var". Bu şərhi şərh etmək belə, gülüncdür...
Elçin ALIOĞLU - dia-az.life-İnfo

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|