Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?" - deputat
Tarix: 23-02-2024, 09:00 | Çap et
"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?"
dia-az.life Kult.az-a istinadla yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.

- Aqil müəllim, deyəsən, səhhətinizdə ciddi problemlər var. Bu yaxınlarda Türkiyədən müalicədən qayıtdınız...

- Bala, bu səhhət söhbətləri nə qədər olar? Bu sualı çıx. Mən xəstə-zad deyiləm. Gərək ağır xəstəliyim olsun ki, müalicə alım? Sən kimlə müsahibə etməyə gəlmisən? Yazıçı Aqil Abbasla, düzdü? Olmaz elə ədəbiyyatdan danışaq?

- Aqil müəllim, Türkiyədə əsəbinizi müalicə etdirməmisiniz deyəsən...

- Yox, bala, əsəb deyil, bezmişəm. Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən? Yazıçının səhhətinin nə dəxli var məsələyə?

- Aqil müəllim, deyirlər, parlament seçkiləri olacaq. Namizədliyinizi verəcəksinizmi?

- İndi də keçdik siyasətə (gülür). Əgər seçkilər olsa, mən ilk növbədə öz seçicilərimlə görüşəcəm, söhbətləşəcəm. Görüm heç onlar məni təzədən istəyirlərmi? Bəlkə, elə deyəcəklər, ta bəsdi?

- Sizə belə söz deyərlər ki?

- Mən hardan bilim? Dediyim odur, namizəd olmağım seçicilərimin istəyindən asılıdır, ətrafımla, seçicilərimlə məsləhət edəcəm, uyğun görsələr, hə.

- Aqil müəllim, “Ədalət”in vəziyyəti necədir?

- Qəzetlərdəki ümumi vəziyyət it günündədir, amma mənim bu internet saytlarına etibarım yoxdur. Bir də gördün, Amerika bağladı. O günlərdə ermənilərdən yazdığım üçün yazılarımı da internetdən silmişdilər. Sanki qəzetləri tamam sıradan çıxartmaq istəyirlər. Cənab Prezident əlini çəksə, tamam yığışdıracaqlar. Sağ olsun. Abunəliklər yoxdur, qəzet qazanmır.

- Qəzetləri oxuyan da yoxdur...

- Yox, elə deməzdim. Az da olsa, var. Mən özüm tez-tez qəzetlərin arxivinə baxmaq üçün Milli Kitabxanaya gedirəm. Vallah, elə olur, oturmağa yer tapmıram. Gedin, özünüz də baxın, görəcəksiniz. Oxuyan yoxdursa, bu camaat kimdir? Tək orda yox, çox yerdə görürəm ki, oxuyurlar. İndi ürəyimiz istəyən səviyyədə deyil, o ayrı məsələdir.

- Aqil müəllim, Ağdama gedirsinizmi? Necə hisslərdir, otuz illik boşluğu doldura bilirsinizmi?

- Tez-tez gedirəm. Amma o boşluğu nətər doldurum? Mümkün deyil. Bizim, şəxsən mənim ömrümdən oğurlanmış illərdir. Dolmaz o yer, bala, heç nə ilə dolmaz.

- Ağdamda özünüzə ev tikdirəcəksiniz?

- Niyə tikdirmirəm ki? Hətta xanımımla razılaşmışıq, tikdirsəm heç, olmasa da, köçüb orada yaşamaq üçün dövlətdən ev istəyəcəm. Düzdür, işlər gedir, gözəlləşdirirlər, amma Ağdam hələ o Ağdam deyil. Bilirsən əsl Ağdam nə vaxt formalaşacaq? Kinoteatrın qabağında ağdamlı oğlanlar qız üstündə dalaşıb bıçaqlaşanda. Xarakter baxımından deyirəm. Təki ayağımız dəysin, suyu-havası dəysin, hər şey yoluna düşəcək.

- Bəs işləriniz, Milli Məclis?

- Oradan işləmək olmur? Musa Yaqub İsmayıllıda idi, Şəkər Aslan Lənkəranda. Naxçıvanlı deputat təyyara ilə gəlir, iclasda iştirak edib qayıdır. İndi elə yol çəkiblər, üç saata Bakıdasan. Bu il seçkilərdə də Prezidentdən nümunə götürdüm, səsimi də gedib Ağdamda məhz möhtərəm Prezidentə verib qayıtdım. Gedib-gəlməkdə çətinlik nə var ki?

- Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?

- Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.

- İçki niyə vermədiniz ki?

- Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindi (gülür).

- Aqil müəllim, deyirlər ki, yazıçı gərək vəzifədə olmasın. Deputatlıq sizə heçmi mane olmadı?

- Yox, niyə olsun ki? Mən xalqa xidmət edirəm də. Yazı yazmaq sevdiyin qızın dalınca getmək kimi bir şeydi. Qız dalınca gedəndə sənin qarşını nə kəsə bilər? Heç nə. İndi mən də yazmaq istəyəndə qarşımı heç nə kəsə bilməz, kəsmir də.

- Yorulmursunuz, bezmirsinizmi? Sizə müraciətlər də çox olur..

- Bir adam bir xahişi on dəfə edəndə bezirəm..

- Yazıçı olduğunuz halda siyasətçi kimi tanınmaq da narahat etmir sizi?

- Məni yazıçı kimi tanıyırlar. Hara gedirəmsə, yazıçı münasibəti görürəm, adamlar öz aralarında danışanda belə təqdim edir. Bir dəfə İsmayıllıya gedirdik. Avtobusdan düşəndə iki arvad bir-birinə “az, bu Famil Mehdi deyil?” dedi. Dedim, hə, Famil Mehdiyəm, on il qabaq ölmüşəm...

- Məşhurluq yaman xoşunuza gəlir, deyəsən.

- Hə, gəlir, kimin xoşuna gəlmir ki? Qaxda bir monastrda bir oğlan gəlib dedi, olar uşağı qucağınıza alasınız? Aldım, şəkil çəkdirdik, dedi, bu uşaq gələcəkdə deyəcək ki, mənim Aqil Abbasla şəklim var. Xoşuma gələr də. Gəlməsin?

- Aqil müəllim, ” Dolu” hamıya məlumdur, bəs qələbədən nəsə yazmırsınız? Həm elə şikayət edirlər ki, yazıçılar qələbə ilə bağlı nəsə yazmırlar...

- “Dolu-2”-nin ssenarisini yazıram. Amma bundan əlavə də povestlər yazmışam. Axırıncı povestimin birində erməni oğlanla azərbaycanlı oğlanın əvvəllər dost olması, müharibənin hər şeyə son qoymasını göstərmişəm. Əslində, yazırlar, mən çox görürəm, amma tutmur, şablondu. Müharibəyə başqa tərəfdən baxmaq lazımdır. Elə yazmağa nə var?

- Cəmiyyətin tənqidindən çəkinmirsiniz? Bizdə erməni-azərbaycanlı münasibəti sərt tənqid olunur...

- Nədən qorxacam? Mən kimin tənqidi, alqışı ilə yaranmışam ki, qarğışıyla da öləm, qorxam? Pis nə yazıram ki? Real deyil? Dostluqlar olmayıb? Olanı yazmışam da.

- Niyə ancaq Qarabağdan yazırsınız? Adətən, bunu da tənqid edirlər ki, dil köhnədir, mövzu da kənd-kəsək.

- Qələt eləyirlər! Bu nə sözlərdi? Belə də ədəbiyyat söhbətləri olar ki, elə yazma, belə yaz? Mən Qarabağdan yazıram ki, gənclər özünü unutmasın, dədə-babalarını, yurdlarını tanısınlar, bilsinlər kim kimdi, nə nədir. Buna da qadağa var? Nədən yazmağa yox, necə yazmağa baxmaq lazımdır. O vaxt AYO-çular “Ədalət” qəzetində yazırdılar ki, Rəsul Rza niyə Leninə poema yazıb? Onlara cavab yazmışdım ki, sən kimə yazdığını neynirsən? De görüm, poema yaxşıdırmı? Estetik tərəfindən danış, əsər kimi necədirsə, onu de. Hər şeyə belə yanaşmaq lazımdır.

- Bəs Əkrəm Əylisliyə münasibətiniz necədir?

- Əkrəm yazıçı kimi çox gözəl yazıçıdır, amma özünü o yaşda “Daş yuxular” əsəri ilə gözdən saldı. Kim aldatdı, necə aldatdılar ki, sənə Nobel veriləcək, bilinmir. Amma gərək, yazmazdı. Əsas məsələ odur ki, roman heç bədii-estetik roman olaraq da yaxşı deyil, qaldı ki, mövzusu ola.

- Aqil müəllim, sizə niyə “xalq yazıçısı” adı vermirlər? Anar təqdim etmir?

- Hardan bilim niyə vermirlər? Məni dövlət həmişə diqqətdə saxlayıb, cənab Prezident mükafatlandırıb. Özümə ustad saydığım Seyran Səxavətə də xalq yazıçısı adı verilməyib. Süleyman Abdullayev əməkdar artist öldü, amma gör nə boyda sənətkar idi! Hamı da ona “dədə” deyirdi. İndi olar ki, bir gün mənə də “xalq yazıçısı” adını verərlər. Kimin təqdim etməli olduğunu da bilmirəm, bircə onu bilirəm ki, mükafatı, adı Prezident verir.

- Belə çıxır ki, sizin üçün fərqi yoxdur?

- “Xalq yazıçısı” adını alsam, pis olmaz. Amma neyləyim? Səhər-axşam yatım durum ki, mənə ad verin, ad istəyirəm? Bu da bir iş deyil. Versələr də sağ olsunlar, verməsələr də. Məni belə də tanıyırlar, sevirlər, oxuyurlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru