Ebru Şəmkirdə Günellə eyni səhnəyə çıxmaq istəmədi
Tarix: 5-07-2023, 10:51 |
Çap et
Türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlib.
DİA.AZ “Unikal”a istinadla xəbər verir ki, türkiyəli ifaçı Şiştəpə kəndində toy mərasimində çıxış edib. Azərbaycanlı müğənni Günel Zeynalova da eyni məclisə dəvət olunub. Lakin Ebru Günellə eyni gündə səhnəyə çıxmaq istəməyib. Buna görə G.Zeynalova Gündeşdən bir gün əvvəl səhnəyə çıxmalı olub. Günel bununla bağlı instaqram səhifəsində türkiyəli ifaçının ünvanına sərt sözlər yazıb:
“25 illik səhnə həyatımda heç kimi qısqanmadım, ruzisini kəsmədim, düşmənlik belə etmədim. Sual edirəm: Sən həyatımdakını bilə-bilə saxlayan, eşidilməsin deyə özünü saf göstərən jurnalistlərə pul verən, hələ də nəyin davasını edirsən? Olan olub, keçən keçib. Nə istəyirsən? Sən çox pis qəlbli birisən. Pissən! İllərin təcrübəli sənətçisi, nə oldu, qorxdun? Qorxma, biz qonaqpərvər xalqıq, gələn qonağa pislik etmərik. Adı üstündədir: keçmiş. Mən sənə görə narahat lmadım. Sənin komandan 25-30 nəfər, mənimki 15 nəfərdir. Mənimlə bərabər çörək pulu qazanırlar. Heç vicdanın sızlamır? Bu neçənci pisliyindir? Günahlarının cəzasını Allaha tapşırdım. 4 iyulda səhnəyə çıxmalı olsaq da, 3 iyulda çıxdıq. Narahat olub eyni səhnəyə çıxmaq istəməyib...”.
Qeyd edək ki, Ebru Gündeş Günel Zeynalovanın keçmiş nişanlısı, iş adamı Rza Zərrabla ailəli olub.