
Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq artisti Nisə Qasımova sağaldıqdan sonra ilk dəfə efirə çıxıb.
DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, 69 yaşlı sənətkar “Gül kimi şou” verilişində qonaq olub.
Səhhətinin yaxşı olduğunu vurğulayan Qasımova bundan sonra tez-tez televiziya proqramlarına qatılacağını söyləyib:
“Özüm yaxşıyam. Bu gün tilsim açıldı, inşallah efirdə çox görünəcəyəm”.