Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır - QALMAQAL
Tarix: 29-06-2022, 10:33 | Çap et
Xalq artisti Əli Nur Moderator.az-a müsahibəsində Azərbaycan Dövlət Dram Teatrının direktoru Azərpaşa Nemətovu sərt tənqid edib.
“50 ildən çoxdur ki, teatrda işləyirəm. Sumqayıt teatrında işləmişəm, Ulu Öndərin göstərişi ilə məni ora direktor təyin ediblər və beş il direktor işləmişəm. Qırx ilə yaxındır ki, Azdramada işləyirəm, xalq artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm. Eyni zamanda Şuşa qəhrəmanı Rövşən Nuruzadənin atasıyam" deyən aktyor öncə Bədii Şuradan danışıb: “Teatrda qayda belədir ki, daxili baxış olur, yəni teatrın yaradıcı heyəti oturub tamaşaya baxır. İctimai baxışda isə Bədii Şura oturur, üzvləri isə müxtəlif dövlət qurumlarından ola bilər. Onlar tamaşaya baxıb fikir deyirlər. Bədii Şuranın üzvləri 10-15 nəfər olurdu. Böyük sənət adamları, dövlət adamları iştirak edirdi. Bizdə bu ənənə o vaxt pozuldu ki, İsrafil İsrafilov deyilən bir adam teatra direktor gəldi. O, Bədii Şura yaratdı, teatrda bir aktyor, bir aktrisa və qalan bir neçə adam da ora üzv oldu. Bunu da sabiq mədəniyyət naziri Əbülfəs Qarayev təsdiq edib. İsrafil İsrafilov 6 il bundan qabaq teatrdan qovulub. Əbülfəs Qarayev də işdən çıxarılıb. Teatrda qanun belədir ki, Bədii Şuranın üzvləri ən azı 15 nəfər olmalıdır. Onlar da aktyor, pedaqoq, elmli, savadlı, dünya mədəniyyətini, teatrını bilən mütəxəssislər olmalıdır. Bugünkü gündə birinci dəfədir ki, məni teatra buraxmırlar. İndi o məsələyə Bədii Şura baxmalıdır, amma onun adı var, özü yoxdur. Hər il seçim olmalıdır. Nəyə görə Bədii Şuranın üzvləri mən, Nurəddin Mehdixanlı, Ramiz Məlik, Firəngiz Mütəllimova olmayaq?!”
Xalq artisti deyib ki, “bizim köməyimizlə İsrafil qovulmasaydı, Azərpaşa Nemətov teatra gələ bilməzdi”: “Azərpaşa gözəl rejissordur, sənətkardır, teatrı, öz işini bilən xadimdir. Eyni zamanda Teatr Xadimləri İttifaqının sədridir. Amma Azərpaşa bilməlidir ki, teatrın padşahı aktyordur. Teatrda hər şey şəffaf olmalıdır. Mən bunu dəfələrlə demişəm ki, ictimai baxış zalda olmalıdır. Bu o deməkdir ki, teatrın yaradıcı hissələri bir yerə toplaşır. Amma indi bunlar istəmirlər ki, aktyorlar teatra gəlsinlər, aktyoru didərgin salırlar. Özləri doğurlar, göbəyin kəsirlər, özləri hər şeyi həll edirlər. Bu belə olmaz, əzizim. Teatr dövlət teatrıdır. Teatr dövlətin tribunasıdır. Burada ”dərə xəlvət, tülkü bəy"lik deyil, hər şey kollektivin müzakirəsi ilə olmalıdır. Kim nə istəyir, onu da edir.
Teatrın qanunu var, rol bölgüsü rejissorun estetikasıdır. Bu müzakirədə isə bunlar hamısı teatrın xeyrinə həll olunur. Müzakirədə əgər danışıq gedirsə, teatrın, aktyorun, tamaşanın, rejissorun xeyrinədir. Nəyə görə biz bildiyimiz kəsirlərin, əskiklərin hamısını kənardan gələn adam görsün?! Biz bunların hamısını bilirik axı, niyə siz bunları müzakirə etmirsiniz... Tamaşanın ictimai baxışında kollektivi teatra gəlməyə qoymursunuz. Niyə qapıları kollektivin, yaradıcı heyətin üzünə bağlayırsınız... Teatr aktyorun evidir. Aktyorlar çayxanada, parkda, evdə gün keçirməməlidir. Onların evi teatrdır".
Xalq artisti deyib ki, Nurəddin Mehdixanlı da, o da həmişə Azərpaşa Nemətovu müdafiə ediblər: “Amma bugünkü gündə teatra gəlirəm, məni içəri buraxmırlar. Mən sıradan bir adam deyiləm, institut professoruyam, xalq artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm, eyni zamanda şəhid atasıyam. Bu mənim teatrımdır. Truppa rəhbəri orada kimdir ki, nökər, əlində çomaq, Xudayar bəy kimi qapıda durub heç kimi də içəri buraxmır. Qoluma girib məni çəkir ki, içəri olmaz. Bu nə tərbiyəsizlik, nə idarəetmə, əxlaqsızlıqdır, bu hansı estetikaya sığışır? Sən mənim şərəf və ləyaqətimi alçaldırsan. Mən teatrda direktor olanda siz kim idiniz? Nəyə görə siz kollektivi teatrdan uzaqlaşdırırsınız?! Azərpaşa Nemətov, səndən qabaq bu teatrın direktorları olub və hər birinin yanında iki-üç nəfər öz səviyyəsində olmasa da, istedadlı rejissorlar olub. Sən nəyə görə tək işləməlisən? Sən həm direktorsan, həm iyirmi ildir teatrın rəhbərisən, eyni zamanda baş rejissorsan və bədii rəhbərsən. Sən ildə bir dənə tamaşa hazırlayırsan. Bəs altmış nəfər aktyor bekar gəzir axı..."
Məsələ ilə bağlı teatrın mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza verilən cavabda qeyd olunub: “Xalq artisti Əli Nurun Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan ”Medeya" tamaşasının daxili baxışına - yekun məşqinə buraxılmaması haqqında narazılığını ifadə etdiyi müsahibələri ilə tanış olmuşuq. Ümumi şəkildə onu deyə bilərik ki, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azərpaşa Nemətov və truppa müdiri Elnur Məmmədov Əli Nura həmişə hörmətə əsaslanan yüksək münasibət göstərib. Bu münasibət hər şeydən əvvəl Azərpaşa Nemətovun rejissoru olduğu tamaşalarda Əli Nura rol verməsi ilə özünü göstərib. Xalq artisti Əli Nur müsahibəsində də bunu təsdiq edib ki, Azərpaşa Nemətovun bütün tamaşalarında oynayıb. Eyni zamanda müsahibəsində Azərpaşa Nemətovu peşəkar rejissor kimi dəyərləndirib. Əli Nurun ittihamlarına gəldikdə isə onu deyə bilərik ki, həmin gün teatrın kiçik səhnəsi olan Abbas Mirzə Şərifzadə səhnəsində “Medeya” tamaşasının daxili baxışı - son məşqi keçirilib. Ona görə də Bədii Şuranın üzvləri və tamaşanın yaradıcı heyəti dəvət olunub. Premyera isə iyunun 21-də olub. Teatrın aktyorları premyeraya dəvət olunub. Xalq artisti Əli Nur isə premyerada iştirak etməyib".
Xalq artisti Afaq Bəşirqızı məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlyarım bundan əvvəl Afaq Bəşirqızı həmin bu həyəcan təbilini çalanda, meydanda tək qalanda, təkbaşına Azərpaşa Nemətov və onun mafiyası ilə mübarizə aparanda - hansı ki, bu mübarizənin sonu xərçəng xəstəliyi ilə bitdi - harada idilər?
Necə olur ki, təcrübəli, işi bilən adamı 65 yaşında işdən çıxardırlar, amma 76 yaşlı Azərpaşa Nemətovu işdən çıxarmırlar? Onun fəaliyyətinə baxın da... “Azdrama”ya direktor keçəndən teatr bu vəziyyətə düşüb. Mən zamanında Teatrlar İttifaqını sərt şəkildə tənqid etdim, yerlə-yeksan elədim. İndi Mustafa Mərdanovun sümükləri sızıldayır. Çünki o binada onun adı çəkilmir, halbuki o ittifaqın əsasını Mərdanov qoymuşdu. Beləliklə, niyə mən meydanda tək mübarizə aparanda bir adam ağzını açıb demədi ki “Afaq xanım düz deyir”. Susmuşdular. Niyə susmuşdular? Çünki Azərpaşa Nemətov teatrda çoxlarına fəxri adlar, mükafatlar, pensiya, təbriklər söz vermişdi. Onda susmuşdular, indi danışırlar? Ataların sözü var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Qoy indi də bildiklərini çəksinlər. O ki qaldı Əlibala Nuriyevə (Əli Nur-red.) mən onu 1976-cı ildən tanıyıram. Həmin vaxt Sumqayıt teatrına dəvət olunmuşdu. Onunla tərəf müqabili olmuşam. Yəni gözümüzün qabağında böyüdü, inkişaf etdi, heç kimin işinə qarışmırdı, yalnız öz işi ilə məşğul olurdu, həddən artıq təvazökar idi və sairə. İndi Əlibalanın hər nə istəməyə, deməyə haqqı var, çünki bu vətən üçün öz balasını verib. Onun balası igidliklə, qəhrəmanlıqda şəhid olub.
“Azdrama” gərək fikirləşərdi ki, bir çox sənətkarlarımızın vəziyyəti yaxşı deyil. Həmçinin gənc aktyor və aktrisalara gün ağlamaq lazımdır. Əksəriyyəti evsiz, çöldə qalır. Biri var mənə zəng edib deyir ki “ailəm Beyləqanda qalır, maaşı onlara göndərirəm, özüm isə gecəqonduda qalıram, hansı ki, əvvəllər gecəsi 2 manat idi, indi 5 manatdır”.
Mövzu ilə bağlı teatrşünas Xəyalə Rəis də “Yeni Müsavat”a danışıb: “Mədəniyyət bağdırsa, mədəniyyət işçiləri onun bağbanıdır. Bu sahədə bar əldə etmək üçün bağbanla məsləhətləşməkdə fayda var. Teatr da kollektiv sənətdir. Kollektiv sənətdə zəncirin biri qırılanda, ya da zədə alanda, o, bütün cərgənin sırasının pozulmasında rol oynayır.
Ümumiyyətlə, yaradıcı insanlara qadağalar qoymaq, çərçivələrə salmaq olmaz. Yaradıcı insan texniki işlərdə çalışan insanlardan daha həssas, kövrək və duyğusaldır. Hələ-hələ ömrünü, həyatını sənətinə həsr edən, gəncliyini, həyatının ən gözəl illərini sənət üçün xərcləyən insanlara. Bilirik ki, bu sahə o qədər də gəlirli sahə deyil, sənət adamları da səhnəyə çıxaraq tamaşaçı alqışı ilə təskinlik tapırlar. Onlar bununla nəfəs alırlar. Bu gün o nəfəsi əllərindən almaq, nəfəsliyi onlardan uzaq tutmaq onların ölüm hökmünü imzalamaq deməkdir. Səhnənin tozunu bir dəfə udan və həyatını səhnəyə həsr edən insan üçün bu haqsızlıqdır.
Xalq artistimizə gəldikdə isə o da teatrda can qoyub, həyatını sənətə həsr edib. Düzdür, mətbuatda daha çox emosional çıxışları ilə yadda qalsa da, onun “dilinə görə dilçəyi də var”. Digər tərəfdən, Əli Nur şəhid atasıdır. Onun oğlu vətən uğrunda gedən döyüşdə şəhid olub. Hörmətli Azərpaşa Nemətov, həyatını səhnəyə-sənətə həsr etmiş biri kimi hörmət etmirsiniz, bu, sizin vicdan məsələniz, öz işinizdir, ona heç kim qarışa, müdaxilə edə bilməz, haqqı da yoxdur. Amma bütün bunların önündə xalq artistimizin şəhid atası olması dayanır. Bu isə sizin vətəndaşlıq borcunuzdur, Azərpaşa Nemətov... Onun yaşadıqları özünə bəsdir, bir də siz yaşatmayın". “Yeni Müsavat"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|