"Milləti bu gədələrin əlində qoyublar və xalqın xeyrinə bir söz deyən kimi adamın üstünə cumuzdururlar" - ETİRAZ
Tarix: 22-06-2022, 15:51 | Çap et
“Milləti bu gədələrin əlində qoyublar və xalqın xeyrinə bir söz deyən kimi adamın üstünə cumuzdururlar. Bu da şəxsi maraqlara, yala xidmət edir. Bunu da edən bir qrup girdirmə ziyalılardır. Sənət, kino, mədəniyyətimiz hansı səviyyədədirsə, ona xidmət edənlərimiz də elə o səviyyədədir. Çox təəssüf ki, dinib, danışan yoxdur. Danışanın da üstünə hücum edirlər, amma başa düşmürlər ki, burda söhbət şəxsi maraqlardan getmir. Mən uzun bir sənət ömrü yaşamışam. Böyük ustadları görmüşəm, onlardan bəhrələnmişəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül ona qarşı olan hücumlardan da danışıb: “Bəziləri bu sənəti artıq yaltaqlıq, məddahlıq edib. Bununla da gündəmdədirlər və hamı da həmin məddahları tanıyır. Ortada isə heç nələri yoxdur. Mənasız vətənpərvərlik sözləri yazırlar, oxuyurlar. Nəticəsi də belə olur. Məmməd Araz yazırdı ki, Səndən keçdi, mənə dəydi, Məndən keçdi, sənə dəydi, Səndən, məndən keçən zərbə, Vətən, vətən, sənə dəydi. Bu adamlar o qədər dar düşüncələrinə, şəxsi məqsədlərinə aludə olublar ki, artıq xalqın sabahı haqqında fikirləşmirlər. Daş karxanası, şərab zavodu, əkin sahəsi mənimdir deməklə olmaz. Adam bir yorğanına baxar ayağını uzadar. Başın açıblar gələnə Xalq artisti fəxri adı, “Şöhrət” ordeni verirlər. Mən hələ də başa düşə bilmirəm ki, sərəncamla insan necə şərəfli ola bilər... O ordenə qarşı həmişə etirazımı bildirmişəm. İnsan kağızla, qələmlə şərəfli olmur. İnsan əxlaqla, soyla, köklə, milli ruhla, elmlə, savadla şərəfli olur. Bunu deyəndə də xətirlərinə dəyir. Təklif edirəm ki, fəxri adların hamısı ləğv edilsin, təkcə dövlət mükafatı və əməkdar incəsənət xadimi adı qalsın. Çünki bunu dövlət komissiyası verir. Fəxri adlar isə xalqın müzakirəsindən keçməlidir. Müəllimlərin statusu da müqəddəs qanun kimi təsdiq olunmalıdır və qorunmalıdır. Heç bir qudurğan adam müəllimin üstünə hücum etməməlidir. Bu günahdır, faciədir. Qayınana-gəlin münasibətlərinə görə gəlinlərin Bakıya üz tutması, uşaqların küçədə qalması sosial problemlərdir. İndi bunu qəbul etməyənlər münasibətlərini bildirsinlər, daha mənə niyə hürürlər, başa düşə bilmirəm. Mən öz təklifimi verirəm və əgər pisdirsə, desinlər ki, pisdir. Söhbət Nəsibə xanımın böyük sənətindən getmir. Deyirəm ki, “Qaynana”kimi dramaturji mahiyyəti olan əsərlər bu gün bizə lazım deyil. Bu gün o filmdə deyilən qaynana yoxdur. Bu bir mərhələ, oyun, məzhəkə idi. İndi qaynana-gəlin problemi ucbatından yüzlərlə uşaqlarımız küçədə yetim qalıblar. Boşanandan sonra anada qalan uşaqlar ata tərəfini, atada qalan uşaqlar isə ana tərəfini söyür. Burda hansı əxlaqdan danışmaq olar?! Biz bununla hara gedirik, nəticəsi necə olacaq... Televiziyalarımızda bu problemlər baş alıb gedir. O rayonların səlahiyyətliləri hara baxır? O insanlarla söhbətim zamanı soruşmuşam ki, niyə durub verilişə gəlmisən? Deyir ki, Şeyx, verilişə çıxandan sonra rayon rəhbərliyi narahat olur və tədbir görür. Belə məlum olur ki, bizdə həm də ictimai qınaq çatışmır. İctimai qınaq, əxlaqi-mənəvi dəyərlər bərpa olunmalıdır. Mənim o rütbə yoldaşlarım hansı mənəvi əxlaqın daşıyıcılarıdır ki, yaxşıya qarşı münasibət bildirmirlər. Bunların görüşüb, salam verdiyi rütbə yoldaşıyam, evimi başıma uçurdular, külfətimlə küçədə qaldım, sağ olun ki, siz mətbuat nümayəndələri bunu işıqlandırdınız, amma bir nəfər rütbə yoldaşım məni müdafiə etmədi. Hacıbaladan qorxdular. İndi isə hərəsi bir tərəfdən banlayırlar. Vaxtsız banlayan xoruzun isə başını kəsirlər. Şeyx nə vaxtsa ölüb gedəcək, onda biləcəklər mən kiməm, siz kimsiniz. Onda gorunuza söyəcəklər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|