“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar” - ETİRAZ
Tarix: 18-06-2022, 08:36 | Çap et
Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, çox irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. Tez-tez hansısa verilişdən xoşagəlməz, efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərlikləri tənqid olunur.
Bəs, televiziya kanalları tutduqları bu yoldan niyə dönmürlər? DİA.AZ-ın məlumatına görə, AYNA-nın həmsöhbəti, tanınmış teleaparıcı Kamran Həsənli deyir ki, bunun cavabı çox sadədədir:
- Televiziya kanallarında qeyri-peşəkar adamlar işləyirlər. Onlar orada özləri üçün kiçik bir dünya yaradıblar. Söyüldükcə də sevinirlər ki, onlara baxırlar. Onlar “reytinq” sözünün mənasını bilmirlər. Reytinq baxımlılıq deyil, baxıldıqdan sonra auditoriyada yaranmış münasibətdir. Bunu bilməməkləri qeyri-peşəkar olmaqlarından qaynaqlanır. Bu gün bütün peşəkarları televiziyadan kənarlaşdırıblar. Onların ən böyük bacarığı “torba tikmək”, intriqalar yaratmaqdır. Özlərinin mentallıqlarını, tərbiyələrini də verilişlərə gətirirlər.
- Baxan da deyir ki, “elə biz beləyik”...
- Televiziya bir güzgüdür. Bizi əyri güzgüdə özümüzə göstərirlər. Əlbəttə ki, bu halda bizim televiziya kanallarına baxan əcnəbi də düşünəcək ki, bunların efiri bu gündədirsə, efirə çıxmayanları nə gündədir.
- Evindən televizoru çıxarmış insanların sayı da günü-gündən artır.
- Ağıllı insanlarımız bizim kanallara baxmırlar. Rus dilini bilənlər Rusiya kanallarına, bilməyənlər də Türkiyə kanallarına baxırlar. Bu gün Moskva öz işğalçılıq siyasətini yeritməkdə davam edir. Bu gün Azərbaycanda Rusiyanın tərəfində dayanan insanlar da həmin kanalların təbliğatının formalaşdırdığı insanlardır. Onlar bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti işğal hədəfi olan ölkə biz ola bilərik, amma yenə də Rusiyanın tərəfində dayanırlar.
- Sizcə, həmin adamlar bu gerçəkliyi doğrudan da dərk edirlər?
- Bəli, yaxşı bilirlər. Televiziya çox güclü təbliğat maşınıdır.
- O zaman belə çıxır ki, onlar təbliğatın qurbanlarıdır…
- Yox, onlar təbliğatın qurbanı olsalar da, nəticədə Rusiya siyasətinin, Rusiyanın tərəfdarına çevrilirlər. Əgər sən öz televiziya kanallarına baxmırsansa, Rusiya burada öz insanını yaradacaq və yaradır. Türkiyə bizim can, qardaş ölkədir. Təbii ki, Türkiyə kanallarına baxanlar da onların yaratdığı insan olacaq. Mən Türkiyə kanallarının yaratdığı insanı çox sevirəm. Amma önəmli olan odur ki, biz öz insanımızı yaratmalıyıq. Buna görə də bizim televiziyada peşəkarlar işləməlidir. Lakin yaxın buraxmırlar.
Özümün 22 illik televiziya təcrübəm var. Bu, bir reallıqdır ki, apardığım verilişlərlə uğur qazananların sırasındayam. Amma Azərbaycanda bütün televiziya kanalları mənə qarşı koalisiya yaradıb. Məni kimi televiziyadan çox yaxşı anlayışı olan, onlarla peşəkar adam var. Lakin onlar televiziyaya buraxılmırlar. Həmin şəxslər bu gün televiziya sahəsində hazırda rəhbər şəxslərdən daha çox bilirlər. Bəzən deyirlər ki, “filankəs elə yaxşı oğlandır ki!”. Cavab verirəm ki, axı yaxşı oğlan peşə deyil. Yaxşı oğlan olmaq hələ yaxşı peşəkar olmaq demək deyil.
- Peşəkar televiziya rəhbərində hansı keyfiyyətlər olmalıdır?
- Milliyyətçi olmalıdır. Öz millətinin tarixini, fəlsəfəsini bilməlidir. Siyasi ambisiyası yox, siyasi düşüncəsi olmalıdır. Geopolitikanı bilməlidir. Televiziyadan yaltaqlıq, məddahlıq təbliğ etmək siyasi baxış deyil. Çox güclü təhsili olmalıdır. Tarixi, fəlsəfi bilgisi olmalıdır. Digər məqam isə televiziyada uğur qazanmış adam olmalıdır. Bu, televiziyanın qanunudur. Dünya ölkələrində uğur qazanmış televiziya kanallarının rəhbərləri bu keyfiyyətləri özlərində daşıyırlar. Düşüncəsiz təbəqə bizdə də, İngiltərədə də, Almaniyada da – hər yerdə var. Amma televiziya düşüncəli təbəqə üçün işləməlidir. Musiqi zövqü aşılmalı, intellektual səviyyəni yüksəltməli, şou, əyləncə vasitəsilə də maarifləndirməlidir. Bizim televiziya rəhbərlərinin isə çoxunun bundan heç xəbəri yoxdur.
- Amma bizdəki verilişlər tənqid olunanda deyirlər ki, “tələbat bunadır, camaat bunu izləyir”. Belə çıxır, bizim camaatın səviyyəsi budur?
- Yox, onlar o səviyyədə olan adamlar üçün işləyirlər. Çünki özlərinin səviyyəsi də o yerədir. Sosial şəbəkədə verilişlərdən parçalar paylaşılır, camaat söyür, tənqid edir. Heç bir nəfər görmüsünüz ki, “desin, mən baxıram, yaxşıdır, niyə söyürsünüz?” Yox! Deməli, əhalinin 90%-i bunu sevmir, qəbul etmir. 10%-i isə qorxusundan səsini çıxarmır. Onlar da həmin bu 10% üçün işləyirlər.
- Yenə bu sual yada düşür: Televiziya auditoriyanın istədiyi kimi olmalıdır, yoxsa auditoriyanı öz istədiyi kimi formalaşdırmalıdır?
- Televiziya camaatın istədiyi kimi olmamalıdır. Televiziya camaatı istədiyi kimi yüksəlişə, intellektual səviyyəyə çatdırmalıdır. Çünki televiziyanın qayəsi bundan ibarətdir: toplumu maarifləndirsin, işığa aparsın. Əgər bu gün televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar. “Millətin düşmənidir” deyə bilmirəm, bu, çox ağır ifadədir. Amma etdikləri düşmənlikdir.
- Sosial şəbəkədə ARB televiziya kanalında yayımlanan Elgiz Əkbərin verilişindən bir neçə parça paylaşılır. Verilişdə qonaq olan oğlanın əqli qüsurlu olduğunu iddia edənlərin fikrincə, bu cür adamları efirə çıxaranlar özlərinə populyarlıq qazanmaqla məşğuldurlar. Hər kəsi düşündürən bir sual var: Bu cür halların qarşısını almağın bir yolu yoxdurmu?
- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi problem efirdə peşəkar adamların olmamasından qaynaqlanır. Açığı, mən həmin videonu görməmişəm, bir fikrim yoxdur. Televiziya kanallarımızı izləmirəm.
- Sosial şəbəkələrdə qarşınıza çıxmayıb?
- Çıxsa da, baxmadan çevirirəm. Nə özüm, nə ətrafımdakı insanlar televiziya kanallarımıza baxır, nə də onları müzakirə edirik. Sadəcə onu deyə bilərəm ki, televiziya kökündən dəyişməli, milli düşüncəyə qayıtmalıdır. Bunun üçün də gərək kanal rəhbəri də, efirə çıxanlar özləri də milli düşüncəli insanlar olsunlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|