“Rasim Balayev əslində istefa ərizəsi yazıb, lakin...” - QALMAQAL
Tarix: 18-06-2022, 08:33 | Çap et
Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə kino camiyəsində ciddi bir qalmaqalın əsası qoyulub. Rasim Balayev barəsində tənqidi fikirlər səsləndirən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov və kinorejissor Ayaz Salayevi çox ağır şəkildə təhqir etdi.
Bundan sonra iki kino qurumu - Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri bir-birilərini sərt formada tənqid və təhqir edib, ağır ittihamlar səsləndirdilər. Səslənən fikirlərdən biri də bu oldu ki, zamanında kino ittifaqların parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb.
Artıq uzun illərdir ki, Azərbaycan milli kinosunda durğunluq yaşanır. Gözlənilirdi ki, Vətən müharibəsindən sonra bu durğunluq aradan qaldırılacaq və Azərbaycan, onun tarixi şəxsiyyətləri, Qarabağ həqiqətləri və digər mövzularda nəhayət ki, maraqlı filmlər ortaya çıxacaq, ən əsası, 8 ildir iki kino ittifaqı arasındakı buzlar əriyəcək, kino adamları bir araya gələcək və s. Lakin göründüyü kimi vəziyyət daha da gərginləşməyə başlayıb. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti Afaq Bəşirqızı “Yeni Müsavat”a danışıb: “Mənim üçün Rasim Balayev əziz adamdır, digərləri də mənə çox böyük hörmətlə yanaşır. Əslində mən kino adamı deyiləm, gərək bu haqda Şəfiqə Məmmədova, Ayaz Salayev danışsınlar. Onlar kino mütəxəssisləridir və Azərbaycan kinosuna vurduqları ziyan çox dəhşətlidir. Onu deyə bilərəm ki, hazırda kino camiyəsində mütəxəssis, etibarlı əllər yoxdur. Bildiyimə görə, Rasim Balayev əslində istefa ərizəsi yazıbmış, lakin onun əmrini verməyiblər. Rasim Balayev zamanında Rüstəm İbrahimbəyovun köməkçisi olub, elə indi də ora köməkçi gəlib”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor, “Azərbaycanfilm” kinostudiyasının və Film Fondunun direktoru Cəmil Quliyev isə mövzuya bu cür şərh bildirdi: “Biz yaşlı nəsil artıq az qalmışıq. Ona görə də bir-birimizə hörmətlə yanaşmalıyıq. Sənətkarların bir-birini təhqir, ittiham etməsi yolverilməzdir. Dost olmasaq belə, bir-birimizin hörmətini saxlamalıyıq. Əlbəttə ki, hamı yenə də bir araya gələcək, barışacaq. Sənətkarların bir-biri ilə küsülü qalmaması yaxşıdır. Onların konfliktə getməsi gənc nəsil üçün yaxşı örnək deyil. Hər bir yaşlı kino xadiminin arxasında bir tarix var. O tarixə hörmət etməliyik. Biz köhnə kino xadimləri bir-birimizlə yaxşı münasibətdə olmalı, köhnə hadisələri bağışlamalıyıq. Bizdən əvvəlki nəsil kinematoqrafiyaçılar bir-birilərinə çox şeyi bağışlayıblar və hər zaman çətin günlərdə bir-birinin yanında olublar. Bu çox vacib məsələdir. Bu baxımdan bütün kinematoqrafiyaçıları dostluğa, birliyə çağırıram. Əlbəttə, bu çıxışımdan sonra məni də təhqir edib, barəmdə iftiralar söyləyənlər olacaq. Amma mən heç birinə cavab verməyəcəm”.
Kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov: “Hazırkı kino camiyəsində baş verənləri böyük təəssüf hissi ilə qarşılayıram. Nüfuzlu kino xadimləri arasında bu cür qalmaqalların, təhqirlərin, bayağılın olması yaxşı hal deyil. Biz kinodan gələcək gözləyirik, gənc nəsil də yaşlı nəsil kinoçulardan örnək götürməlidir. Əlbəttə ki, yaradıcı mühitdə ittifaq, təşkilat çox ola bilər, yəni fərqliliyin olması gözəldir. Lakin müxtəliflikdən doğan fəsadlar çox pisdir. Bəli, indi iki Kino İttifaqı var. Əgər belədirsə, hər iki ittifaq oturub, işi ilə məşğul olsun. Dilləri varsa, dilçəkləri də olmalıdır. Qoy iş görən adamlar nəsə söz desin. İş görməyən adamların danışması normal deyil. Təəssüf ki, kinematoqrafçılar arasında həmişə uçurum olub. Nifaqlar hər zaman olub, lakin indiki bayağılıq olmayıb”.
Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə isə “Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” iddiaları haqda danışıb: “Azərbaycan indi əvvəlki Azərbaycan deyil. Artıq bizi bütün dünya tanıyır, dünyanın hər yerindən insanlar ölkəmizə axışır. Ermənilər 200 il bizi ”sağdan" da, “soldan” da vururdu. Dünya da onların təsiri ilə bizə yanaşırdı. Lakin haqqı öz yerini tapdı biz qalib ölkə olduq və dünya artıq bizi olduğumuz kimi tanıyır. Lakin belə bir zamanda kinematoqrafiyaçılrımıza bir-birini söyüb, təhqir edirlər. Gərək belə olmazdı. İndi sözün düzünü deyəndə adamın yeddi qatını söyməlidirlər? Sözün düzünü deyən adam elə gərək söyülsün yeddi qatına? O ki qaldı “Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” iddiasına, bunların hamısı boş söhbətlərdir. Sadəcə, kim Ramiz Mehdiyevdən intiqam almaq istəyir, əlindən gələni ona “yapışdırır”, boynuna qoyur. Azərbaycan Kinematoqrafçılar İttifaqının əsası 1958-ci ildə Lətif Səfərov tərəfindən qoyulub. Lətif Səfərov bu qurumun yaranması üçün xeyli çalışdı, işlər gördü. Lakin gözləmədiyi halda onu kənara qoydular və Mərkəzi Komitənin göstərişi Həsən Seyidbəylini seçdilər. Onda ki, Ramiz Mehdiyev yox idi. Beləliklə, Həsən Seyidbəyli seçiləndə böyük narazılıq olmuşdu. Buna baxmayaraq Seyidbəyli qurumda çox gözəl işlədi. Sonra isə o, Rüstəm İbrahibmbəyovu özünə birinci katib seçdi. Seyidbəyli rəhmətə gedəndən sonra yerinə Rüstəm İbrahimbəyov gəldi. Rüstəmin də bir çatışmayan cəhəti bu idi ki, o, dünya adamı idi. Onun Amerikada, Moskvada, Bakıda evi, ofisi var idi. Yəni, bir yerdə oturmurdu, amma işləyirdi. Rasim Balayevi də seçkisiz-filansız birinci katib gətirdi. Söhbət orasındadır ki, Rasim Balayev böyük sənətkardır, amma onun təşkilatçılıq qabiliyyəti yoxdur. Rüstəm İbrahimbəyov ona görə onu katib seçmişdi ki, Rasim Balayevin yuxarılarda, cəmiyyət arasında nüfuzu var idi. Rüstəm aylarla ölkədə olmurdu və onu Rasim Balayev əvəz edirdi. Lakin Rasim Balayev onun yanına gələnin məsələsini həll etmək istəmirdi, buna heç həvəsi də yox idi. Ona görə də narazılıq var idi. İndi Rasim həmən Rasimdir də. Bu səbəbdən o, sədr seçiləndə hamı narazılıq etdi. Özü də seçiləndə gərək seçki olsun, amma seçkisiz seçildi.
Bir dəfə 70 illik yubileyim olanda gəldim Rasim Balayevin yanına. Mənə dedi ki “pulumuz yoxdur”. Cavab verdim ki, mənə pul lazım deyil, sadəcə kino sahəsindəki işlərimə görə yubileyim təşkil edilsin. İndi isə mətbuata açıqlamasında deyir ki “Kino sahəsində Aydın Kazımzadə adında adam tanımıram”. Tanımırsansa, orda niyə oturmusan? İkinci, kino ittifaqının yaradılmasında Ramiz Mehdiyevin heç bir “barmağı” olmayıb. Sadəcə hökumət gördü ki, ittifaq tamamilə dağılıb, məcbur oldular ikincisini yaratsınlar. Rəhbər də Şəfiqə Məmmədova oldu. Şəfiqə xanım hörmətini gözləyən adamdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|