“Çox şükür, zaksım da, kəbinim də, həyat yoldaşım da var, onlarınsa heç nəyi yoxdur”
Tarix: 7-06-2022, 09:30 | Çap et
“Mənim heç kimlə işim yoxdur, heç kimə pislik etmirəm. Kimsə deyə bilməz ki, Nazənin mənə pislik edib. Heç vaxt deyə bilməzlər! Hətta mənə qarşı pis niyyətləri olan insanlara belə yaxşılıq etmişəm. Bilmirəm məndən nə istəyirlər! Bəlkə də özlərində olmayan nələrisə istəyirlər! O heç vaxt onlarda olmayacaq. Vicdan, şərəf, yaxşılıq bazarda satılmır. Hər zaman parıldayan insana, hərəkət edən qatara daş atarlar. Kim bir az öndə gedir, ona daş atırlar. O daşlarla da güclənirəm, özümə saray tikirəm. Allah məni o şər, böhtan atan insanlardan qorusun. Adıma səhifələr açılır, həyat yoldaşımın, övladlarımın, hətta 10 yaşında olan oğlumun şəkilini qoyub, pis-pis sözlər yazırlar. Çox şükür, zaksım da, kəbinim də, həyat yoldaşım da var. Bunları mənə deyib, paylaşan insanların heç nəyi yoxdur. Düzgün, uğurlu ailə həyatım, məni hər zaman sevən və dəstəkləyən dostlarım, sevənlərim var. Nəyin dərdini etməliyəm ki?” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Nazənin Salayeva deyib. O daha sonra əlavə edərək, həmin səhifələri açanlara bizim vasitəmizlə xəbərdarlıq edib.
“Mənı qarşı qara piar aparanlar 3-4 nəfərdirlər. Amma o səhifələri açan bir qadındır. Ay xəstə, anormal insan, Allah sənə ağıl versin. Hamı bilir ki, bir nəfərdir, yanında bir kişicik də var. 3 ildir ki, böyük bir təxribat aparırdılar. Guya ki, mən səhifələr açıb, xaricdən müğənnilərə kimlərinsə əli ilə nəsə yazdırıram, onları söydürürəm. Şükür Allaha indi bunlar üzə çıxdı və bilindi ki, kimdir. Əgər mən elə şeylər etmişəmsə yaxud edərəmsə Allah məni gün işığına məhrum qoysun. Mən o insana və insanlara da ölüm arzulamıram, ağıl arzulayıram. Bir insanı Allah yıxa bilmirsə, heç kim yıxmaz. Mən həmin insanlara da yaxşılığımla cavab verirəm ki, bəlkə utandılar, bəlkə üzləri qızardı. Onların etdiyi hərəkətlər insanlığa ziddir” deyə sənətçi bildirib. Müğənni çəki atmasından da danışıb. “Çox arıqlamışam, əvvəl 80 kilo idim, indi 68 kilo olmuşam. Nə pəhriz saxlayıram, nə də ki, idman edirəm. Sadəcə olaraq bir az yürüyüş edirəm, bağda gəzirəm. Yeməyimi də azaltmışam. Hər şey yeyirəm, qeyri-adi yemək menyum yoxdur. Hamı nə yeyirsə, mən də ondan yeyirəm. Rejimlə yeyirəm, rejimsiz yesəm kökələrəm. Həm də insan artıq rejimə öyrəşir, istəsən belə rejimsiz yeyə bilməzsən. Sən demə bizi kökəldən nə yediyimiz yox, rejimsiz, saatsız yediyimiz qidalardır” deyə sənətçi bildirib.
|