"Nadirin son anda imic dəyişməsi yanlış idi..."
Tarix: 16-05-2022, 09:56 | Çap et
Tanınmış modelyer-dizayner, sənətçünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ həmin müsahibəni təqdim edir:
- Nadir Rüstəmli ölkəmizi "Avroviziya-2022" mahnı müsabiqəsində "Fade to black" mahnısı ilə təmsil etdi. 106 xal ilə 16-cı yerə layiq görüldü. Onun çıxışını, performansını necə dəyərləndirirsiniz?
- Nadir Rüstəmlinin ifası, performansı, görünüşü çox yaxşı idi. Ümumilikdə bəyəndiyimiz musiqi nömrələrindən biri idi. Müsabiqədə 16-cı yerə layiq görülməsini gözləmirdim. Daha ön sıralarda olmasını düşünürdüm. Yəqin ki, nələrsə baş verdi. Mən şəxsən Nadir Rüstəmlinin 16-cı yerdə qərarlaşacağını güman etmirdim.
- Nadir Rüstəmlinin son anda müsabiqəyə yeni imicdə çıxmasına münasibətinizi bilmək istərdik. Onun imic dəyişikliyi birmənalı qarşılanmadı və tənqid edildi. Hətta imicini "Avroviziya-2008" təmsilçimiz Elnur Hüseynova bənzətdilər.
- Bəli, Nadir Rüstəmlinin son anda imicini dəyişməsi yanlış bir addım idi. Bununla bağlı çox peşəkar insanlardan eşitdiyim qənaət də belədir, eləcə də mənim fikrim...Onun birinci görünüşü obrazına, ifasına çox yaraşırdı. Tamaşaçı Nadir Rüstəmlinin o obrazını xatırlayır, o obrazda yadda qalıb. Birdən-birə finala yaxın iştirakçının görünüşünü dəyişmək çox yaxşı hal deyildi. Hələ də görünüş onu tamamlayırdısa... Buna görə tamaşaçının fikri anında dəyişə bilər. Çünki qeyd etdiyim kimi onun obrazını saçı tamamlayırdı. Yeni imici isə obrazını tamamlamır. Ona görə də bu addımın təmsilçimizin xal və neçənci yerdə qərarlaşmasına təsiri ola bilər. Bu mərhələdə çox ehtiyatlı olmaq lazımdır. Finala bir gün qalmış iştirakçının görünüşündə hansısa dəyişiklik etmək hələ də gözlə görünəcək olan bir dəyişiklikdirsə.. Bu məsələdə xəta buraxıldı. Bu xəta necə oldu, yəqin ki, zamanla həll olunacaq.
- Nadir Rüstəmlinin geyimi Türkiyədə hazırlanıb. Onun geyim tərzi haqda nə deyə bilərsiniz?
- Ümumiyyətlə, çox istərdim ki, "Avroviziya" müsabiqəsində iştirak edən təmsilçimiz üçün haradasa paltar hazırlanması mövzusunu bitirək. Bizim özümüzün hər sahədə yetərincə istedadlı insanlarımız var. Ona görə də çox istərdim və arzulayardım ki, harasa müraciət etməkdənsə, bütün iş prosesində Azərbaycan şəxsən özü iştirak etsin. Ümumiyyətlə, iştirakçılarımızın bütün hazırlığının Azərbaycanın etməsinin tərəfindəyəm.
- Münsif heyətində xalq artisti Faiq Ağayev, bəstəkar İsa Məlikov ilə yanaşı siz də varsınız. "Avroviziya" təmsilçiminizin geyimi ilə bağlı fikrinizi irəli sürdünüz. Növbəti "Avroviziya" ilə bağlı nə kimi təklifləriniz var? Ümumiyyətlə, Nadir Rüstəmlinin mahnı performansı tam ürəyinizcə idimi?
- Deməzdim ki, Nadir Rüstəmlinin mahnı seçimi ürəyimcədir. Düzdür, ifaçı mahnını çox gözəl ifa edirdi. Onun səs imkanları çox güclü idi. Əlbəttə ki, mahnı daha fərqli də ola bilərdi, çox lirik idi. Ümumiyyətlə, bu il "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirakçıların çoxu lirik musiqilərə üstünlük verib. Bilmirəm, bu pandemiyanın təsiri ilə bağlı idimi? Təbii ki, musiqilər içində bəyəndiyim musiqi nömrələri də var idi. Bu nömrələr də ön sıralarda öz yerlərini aldılar.
- Ukrayna təmsilçisi 631 səslə müsabiqənin qalibi oldu. Bu gözlənilən hal idi?
- Əslində, ola bilərdi. Mahnı, səhnə, performans maraqlı və gözlənilən idi. İnsanların münasibətindən və fikirlərindən də Ukrayna təmsilçisinin favori sırasında olduğu görünürdü. Bununla yanaşı favorilər sırasında bir çox ölkələrin təmsilçiləri də var idi. İtaliya, İspaniya çox bəyəndiyim musiqi nömrələrindən idi. Bütövlükdə musiqi, rəqs, görünüş, geyimi ilə möhtəşəm idi.
- Müsabiqədə səsvermə zamanı texniki problem yaşandı. Azərbaycanın 12 xalı səhvən Böyük Britaniyaya verildi, Ukraynaya yox. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, səsvermə zamanı texniki problem yaşandı. Azərbaycanın 12 xalı Böyük Britaniyaya verildi. 12 xal Ukraynaya verilməli idi. Yəni texniki problem baş verə bilər, bu, qaçılacaq hal deyil. Ona görə də bir fikir də söyləyə bilmirəm. Amma məhz bizim 12 xalımız Ukrayna təmsilçisinə verilmişdi.
- "Avroviziya" təmsilçimizin imic dəyişikliyini qənaətbəxş hesab etmədiniz. Müsabiqədə 16-cı yerdə qərarlaşmağımızın başqa hansı səbəbləri var idi?
- Ancaq səhnədə Nadir Rüstəmlinin özü var idi. Bu dəfə səhnə tərtibatımız əlvan deyildi, çox sakit idi. Nadir Rüstəmlinin musiqi nömrəsi Fərid Məmmədovun çıxışını xatırlatdı.
- Televiziya tənqidçisi Oqtay Əliyev də bu fikirdədir. O da Nadir Rüstəmlinin çıxışını Fərid Məmmədova bənzətdiyini söyləyib...
- İşin tam içində olmalısan ki, bəlli mövzu haqda fikir bildirəsən. Amma ümumilikdə Nadir Rüstəmli öz səsi, hərəkətləri, səhnədə duruşu ilə həqiqətən əlindən gələni etdi. Əlbəttə ki, bir az öncə qeyd etdiyim kimi çatışmayan tərəflər var idi. Düşünürəm ki, nələrsə əlavə oluna bilərdi. Səhnədə işıq hərəkəti belə aktiv deyildi. Mahnı, performans insanı cəlb etməlidir ki, yaddaşda qalasan. "Avroviziya" mahnı müsabiqəsində isə belə bir hal var. Təmsilçilər nə iləsə yadda qalırlar. Hər bir mahnıda, performansda nələrsə xatırlanır. Biz burada ancaq Nadir Rüstəmlinin zəhmətini, ifasını gördük. O, əlindən gələni etdi. Başqa yadda qalan məqam yoxdur. Bunları texniki səbəb kimi qiymətləndirmək olar. Niyə və nə üçün belə düşünülüb? Nə üçün belədir? Səbəbini isə bu işlə məşğul olan insanlar daha düzgün deyə bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|