"Qurultay keçirməkdən başqa işləri yoxdur" - Bəstəkar sovetdən qalmış qurumlar barədə
Tarix: 9-05-2022, 08:46 | Çap et
Sovet dönəmindən yaradılan Yazıçılar ittifaqı, Bəstəkarlar ittifaqı, Rəssamlar İttifaqı, Kino ittifaq, Teatrlar ittifaqı, eyni zamanda yaradılan gildiyalar yaradıcı şəxslərə nə verir? Onların mövcud olması həmin qurumların üzvlərinin yaradıcılığına necə təsir edir? Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, sözügedən qurumlar Stalin tərəfindən yaradılıb. Məqsəd yaradıcı şəxslərin "labarotoriyaları"na nəzarət idi. Yaradıcı şəxslərə müxtəlif maddi və mənəvi mükafatlar verməklə bolşeviklərin, kommunistlərin istədikləri mövzuda əsər yazmağa sövq etmək onların başlıca amalı idi: "Sovetlər dağıldı, amma bu qurumlar dağılmadı. Bu gün onların heç bir işi yoxdur. Qəbul olunan qanunlar onları sanki yolun kənarına itələdi. Varlıqları ilə yoxluqları hiss olunmur. Çünki heç nəyə təsir edə bilmirlər. Məsələn, Bəstəkarlar İttifaqı televiziyalara hansısa musiqinin efirə buraxılmasını qadağa qoya bilmir. Uzağı hansısa tədbirdə bu barədə ümumi danışa bilərlər. Ondan o tərəfə keçə bilmirlər. Çünki, əllərində səlahiyyət yoxdur" Cavanşir Quliyev özü də hazırda Bəstəkarlar İttifaqının üzvüdür. Amma onların heç bir tədbirlərinə qatılmır: "Bilirəm ki, orada səslənən fikirlərə heç kəs qulaq asmır. O ittifaqların bir işi var: hansısa sənət adamının yubileyi yaxınlaşırsa, Mədəniyyət Nazirliyinə təqdimat verir ki, ona orden, fəxri ad və ya ev verin. Bir də sovet dönəmindən qalma bir ənənələri var: vaxtaşırı qurultay keçirmək. Bəstəkarlar o qurultayları ona görə gözləyirlər ki, orada onların əsərləri səsləndirilir. Adi günlərdə o əsərləri səsləndirə bilmirlər. Dövlət qurultaya pul ayırır, o pulun bir hissəsi musiqi kollektivlərinə, Filarmoniyaya və opera teatrına verilir ki, bəstəkarların əsərləri səsləndirilsin. Gənc bəstəkarlar ona görə oranın üzvü olmağa can atırlar ki, onların əsərləri səslənsin. O da həmişə yox, qurultaydan, qurultaya". Bəstəkar vurğulayır ki, sovet dönəmində sözügedən qurumları hökumət yaratmışdı və onları dinləyirdi. İndi isə onların fikirləri heç bir əhəmiyyət kəsb eləmir. Bir problem olanda media da, dövlət də deyir ki, Bəstəkarlar İttifaqı hara baxır? Haqlıdırlar, amma onlara heç bir səlahiyyət verilməyib ki, nəyəsə təsir etsinlər. Əslində bu qurumlar mövcud qanunvericiliyə əsasən, ictimai təşkilatlar siyahısına salınıblar. Ona görə də heç bir səlahiyyətləri yoxdur. Əgər qurumun rəhbəri hörmətli adamdırsa, nəsə edə bilər: "Məsələn, Anar kimi. Yazıçı Anarın müəyyən nüfuzu var. O, dövlət başçısının yanına gedib hansısa problemin həllinə nail ola bilər. Bu, sırf onun şəxsi nüfuzuna görədir. Sabah onun yerinə ondan nüfuzca aşağı olan başqası gəlsə, onun etdiklərini edə bilməyəcək". Rəssamlar İttifaqının üzvü, bir çox beynəlxalq və yerli sərgilərdə əsərlərini nümayiş etdirən rəssam Ülkər Əbülfət bildirir ki, sözügedən qurum onun yaradıcılığına heç bir təsir göstərməyıb: "Mən hər il ölkəmizdə və xarici ölkələrdə sərgilər təşkil edirəm. Tələbələrim var, onların əsərlərini də sərgilərdə nümayiş etdirirəm. Rəssamlar İttifaqı nə sərginin təşkilinə, nə də emalatxanaya yardım edir. Sovet dönəmində İttifaq rəssamları emalatxana ilə təmin edirdi. Bundan başqa, onların əsərlərinin sərgisini və satışını təşkil edirdi. İndi isə Rəssamlar İttifaqının təkcə adı var". Tanınmış yazıçı Kəramət Böyükçöl bir il Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. Lakin müstəqil fikirlərinə görə həmin qurumdan uzaqlaşdırılıb. Yazarın fikrincə, ittifaqlar, gildiyalar və s. yaradıcı insanları nəzarətdə saxlamaq üçün yaradılıb: "Orada yaradıcı insanları şirnikləndirmək üçün müəyyən addımlar atılır. Məsələn, hansısa yazara prezident təqaüdü verirlər. Başqa bir gənc yazara ayda 200 manat pul verilir. 200 manat gənc yazara boğaz olur, istədiyini yaza bilmir. Ona görə də bu qurumların yaradıcı insanlara heç bir faydası yoxdur. Onlar əbədi mühiti məhv etməklə məşğuldurlar. Mən yazar olduğum görə, Yazıçılar Birliyini nəzərdə tutub danışıram, amma digərləri də heç AYB-dən fərqlənmirlər. Bütün yaradıcı qurumlar bir məqsədə xidmət edir: Hər şey onların nəzarəti altında olmalıdır. O birliyin üzvü olan şəxs artıq bilir ki, nə olar, nə olmaz. Öz yaradıcılığı qalır kənarda". Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov digər müsahiblərdən fərqli olaraq, gildiyaların, ittifaqların sovetin qalığı adlandırılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu kimi təşkilatlar Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu qurumların mövcud olmasının səbəbi odur ki, yaradıcı insanlar ictimaiyyətdən uzaq düşməsinlər. "Mən belə qurumların yaradılmasının tərəfdarıyam. Bu qurumların adı sovet dövrü ilə bağlı deyil. Bu təcrübə xarici ölkələrdə də var. Məsələn, Amerika Kino Akademiyası, onun təsis etdiyi "Oskar" mükafatı var. Həmin Kino Akademiyasında rejissorlar, aktyorlar gildiyası var. Avropada yüzlərlə belə təşkilat mövcuddur. Sovet dönəmində bu ittifaqlar yaradıcı insanların sosial problemlərini də həll edirdi. Bu yaxınlarda Həsən Seyidbəylinin yubileyində kinooperator Rafael Qəmbərov bildirdi ki, ilk avtomobili Seyidbəylinin və İttifaqın köməkliyi ilə alıb. Bu gün də hansısa kinematoqrafçının problemi olanda İttifaqa üz tutur". //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|