DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                 

"Rusiyanın kino və serial sektorunun əlli faizini erməni prodüserlər idarə edir"
Tarix: 28-04-2022, 12:07 | Çap et
"Rusiyanın kino və serial sektorunun əlli faizini erməni prodüserlər idarə edir"
Rusiyanın Birinci kanalında yayımlanan “Yeniçəri” tarixi serialı son günlər mətbuatın gündəmindədir. Serialda azərbaycanlı aktyorlardan xalq artisti Pərviz Məmmədrzayev, aktyor Kamran Ağabalayev rol alıb.

Serialın çəkilişləri Türkiyə və Rusiyada aparılıb. Ekran əsərinin rejissoru İvan Şurxovetski, prodüserləri Yelena Deniseviç və milliyətcə erməni olan Ruben Dişdişyandır. 11 ölkədən 150 aktyorun çəkildiyi serialda əsas obrazı İlya Malakov canlandırıb.

Hadisələrin Boris Qodunov dövründə cərəyan etdiyi serial XVI əsrin sonu-XVII əsrin əvvəllərini əhatə edən Osmanlı İmperiyası ilə bağlıdır. Atasının son vəsiyyətini yerinə yetirmək üçün kazak Alyoxa Məryəmin qarşısında baş əymək üçün yad ölkəyə yollanır. Alyoxanın yolu Osmanlı İmperiyası sultanının sarayından keçdiyindən orada əsir düşür və Əlinin yeniçəri olur.

Amma heç bir qala azad kazakın iradəsini boğa bilməz. Alyoxa azadlıq əldə etmək, atasının vəsiyyətini yerinə yetirmək, sevgisini qarşılamaq və vətənə qayıtmaq ümidini itirmir. dia-az.life xəbər verir ki, Azərbaycanın bu layihədə iştirakı ilə bağlı Teleqraf.com-un suallarını istehsalçı şirkətlə danışıqları həyata keçirən “Azerbaijan Actors Agency”nin direktoru, prodüser Səbuhi Məmmədov cavablandırıb.

- Səbuhi bəy, sizə təklif kim, yaxud hansı şirkət tərəfindən gəlmişdi?

- On beş ildən çoxdur Rusiya kinematoqrafçıları ilə işbirliyim var. Məqsəd Azərbaycan aktyorlarının Rusiya kino və serial sektorunda işləməsini təmin etməkdir. Təbii ki, Azərbaycan aktyorlarının dövlət naminə orada təmsil olunmasından söhbət gedir. Ermənilər Rusiyada həddən artıq çoxdurlar. Orada yalnız aktyor çoxluğu söhbət mövzusu deyil, Rusiyanın kino və serial sektorunun əlli faizini erməni prodüserlər idarə edir. “Mosfilm”in direktoru Karen Şahnazarov milliyətcə ermənidir.

“Yeniçəri” serialı üçün “Alyans” kino şirkəti mənə müraciət etdi. Bildirdilər ki, çoxseriyalı bədii televiziya filmi çəkiləcək. Beynəlxalq layihədir, serialda Rusiya, Türkiyə, Gürcüstan, Slovakiya, Azərbaycan, Osetiya, Abxaz aktyorları rol alıblar.

Serial üçün 20 azərbaycanlı aktyor kastinq mərhələlərindən keçdi. Son mərhələyə adlayan iki aktyorumuz oldu: Pərviz Məmmədrzayev, Kamran Ağabalayev.

- Pərviz bəy saytımıza açıqlamasında ssenarinin ilkin versiyasında çoxlu təhriflər olduğunu bildirib. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.

- “Yeniçəri” macəra serialıdır, tarixi faktlara söykənmir. Ssenaridə erməni knyazının qızını türk sultanı Mehmetə cariyə kimi göndərirlər. Erməni knyazı Həsən Cəlal paşanın qurduğu Alban Xaçın knyazı kimi təqdim olunurdu. Vikipediyada ermənilər bunu çox güclü, aktiv şəkildə təbliğ edirlər. Mən “Alyans” kino şirkətinə vikipediya linkini, Xaçın knyazlığı, Cəlal paşa haqda olan məlumatları və ümumiyyətlə, o dövrdə ermənilərin o ərazidə yaşamadıqlarına dair müəyyən materiallar göndərdim.

Kastinq direktoru ilə danışdım və bildirdim ki, bu faktlara görə serialda çəkilməkdən imtina edirik. Mənə də bildirdilər ki, bu serial tarixi faktlara söykənmir, uydurulmuş hekayədir. Dedim, əgər belədirsə, onda ssenaridən Xaçın knyazlığının adı çıxarılsın, uydurduğunuz hadisələri Ermənistan ərazisinə yönləndirin.

Layihə “Alyans kino” şirkətinə məxsusdur. Prodüser Yelena Deniseviç tərəfindən hazırlanıb. Bir sözlə, bizə həmin şirkətin adından müraciət olunub. Biz də danışıqları həmin şirkətlə aparmışıq. Səhəri gün zəng eləyib, bizi başa düşdüklərini deyib, bildirdi ki, prodüserlərdən biri erməni olsa necə olacaq... Dedim, o sizin öz haqqınızdır. Rusiya kino və serial sektorunun erməni prodüserlərinin çoxluğunu nəzərə alsaq, bu gözlənilən idi. Bizim üçün vacib olan nüans ssenari müəllifinin, rejissorun erməni olmamasıdır.

10 gündən sonra Yelena xanımın nümayəndəsi Tanya Yarmak mənə telefon açdı və dedi ki, sizin verdiyiniz məlumatlarla tanış olduq və ssenaristlərlə danışdıq. Hadisələr Qarabağ ərazisindən çıxarılır, həmçinin Xaçın knyazlığı adı da ləğv olunur.

Şərtlərimiz qəbul olunandan sonra razılıq verdik, kastinqin ikinci prosesinə keçid aldıq.

Serialın ikinci istehsalçı şirkəti “Mars media”dır. Rəhbəri milliyətcə erməni olan Ruben Dişdişyandır. Biz həmin şirkətlə heç bir danışıqlar aparmamışıq. Amma onlar da bizim şərtlərimizi qəbul ediblər. Çünki layihənin partnyoru kimi bizim şərtlərimizə öz etirazları bildirmək iqtidarında idilər. Hətta mən aktyorlara dedim ki, Ruben Dişdişyan şərtlərimizi qəbul edibsə, mütləq çəkilməliyik. Çünki orada Qarabağ mövzusu, həqiqətə uyğun olmayan məqamlar reklam olunurdu. Sabah seriala baxan biri Xaçın knyazlığı ifadəsini eşidib onu araşdırmağa başlayacaq və internetdə erməni seqmentinin fəallığı nəticəsində təhrif olunmuş məlumatlarla qarşılaşacaq.

Ətraflı
- Serialı izləmisiniz?

- Serialın yayımının gecikməsi bir sıra problemlərlə bağlı oldu. Əvvəl ORT kanalı ilə əlaqədar bəzi nüanslar ortalığa çıxdı, montajı uzun çəkdi, digər tərəfdən pandemiya və son məqamda serialın premyerası Rusiya –Ukrayna müharibəsi ilə üst-üstə düşdüyünə görə yenə gecikdirildi.

Serialı tam izlədiyimi söyləyə bilmərəm. Yalnız birinci seriyasına baxmışam.

- Serialı izləyən tamaşaçıları qıcıqlandıran məqamlar var: Xəzər sahillərinin knyazlığı ifadəsi, türklərə qarşı alçaldıcı ifadələrin işlədilməsi...

- Əgər tarixin ermənilər, yaxud ruslar tərəfindən saxtalaşdırılması məsələsinə yanaşsaq bu, dəfələrlə olub. Xəzər sahilində beş dövlət yerləşir və serialda hansı dövlətdən söhbət açıldığı naməlumdur. Serialda Azərbaycanın adı çəkilmir.

Tamaşaçıları ümumi mövzu ilə bağlı hansısa nüans qıcıqlandırırsa, təbii, mən onları dəstəkləyirəm. Həmin nüanslar var. Yenə deyirəm, əgər bir ölkənin kino və serial sektoruna ermənilər nəzarət edirsə, deməli, onlar öz ideologiyalarını hər bir serialda, filmdə, televiziya verilişlərində az-çox əks etdirə bilərlər. Çünki illərdir ki, bu onların ən əsas məqsədi olub.

Biz məqsədimizə çatmışıq. Şərtlərimizi hər iki şirkət qəbul edib. O ki qaldı hər hansı ifadənin işlənməsinə...Bu, ədəbi materialdır.

Türkiyə ilə Rusiya arasında çəkişmələr hər zaman olub. Əgər bir dövlətin nümayəndəsi digər dövlətin nümayəndəsini düşmən bilirsə, onun haqqında nəlayiq sözlər işlədəcək. Onu da qeyd edim ki, çəkilişlər Türkiyə ərazisində aparılırdı. Ona görə dramaturji materiallarla onlar əvvəlcədən tanış idilər.

Serialda türklərə qarşı nəlayiq ifadələr işlədilirsə, bu, dramaturji materiala əsasən baş verir. Bu baxımdan ilk etirazı türklər bildirməli idilər. Serialda türk aktyoru da çəkilib: tipaj və kütləvi səhnə iştirakçıları Türkiyə tərəfindən idi.

-Səbuhi bəy, özünüz də söylədiniz ki, ermənilər öz ideologiyalarını bütün formalarda yaymağa maraqlıdırlar və bunu illərdir ki, edirlər. Belə bir layihə qarşınıza gəlir, araşdırmağa başlayırsınız. Amma bədii material layihənin ekran təcəssümünü tam nümayiş etdirə bilmir. Belə ki, ssenarinin ekran həllində kiçik detallarla eyhamların vurulması, yaxud ssenarinin sizdən xəbərsiz dəyişikliyə məruz qala biləcəyini düşünmüsünüzmü?

- Ssenarinin dəyişdirilməsində Rusiya tərəfinin marağı yoxdur. Onlar məsələyə başqa cür yanaşırlar. Onların planı keçmiş SSRİ-də olan xalqların birlikdə beynəlxalq layihədə yer almasıdır. Azərbaycandan 20 nəfər kastinqdən keçdi, 2 nəfər seçildi. Daha çox aktyorla təmsil oluna bilərdik. Gürcüstanın Rusiya ilə diplomatik münasibətlərini hamımız bilirik. Amma Gürcüstan dörd aktyorla təmsil olunurdu. Yəni demək istədiyim odur ki, burda başqa formada müharibə gedir.

Ən böyük səhvimiz etiraz bildirməməyimiz, pula görə çəkilməyimiz ola bilərdi. Bu, belə deyil, heç vaxt belə olmayıb, olmayacaq da. Dövlətin maraqları gözlənilməlidir.

Həmçinin qeyd edim ki, hər hansı bir avantüra olacağını nəzərə alaraq bu layihə barədə Mədəniyyət Nazirliyinə öncədən məlumat vermişdik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru