Aqşin Fateh iş adamının 1 milyon manatına necə “sahiblənib”? - İLGİNC İDDİALAR...
Tarix: 26-04-2022, 17:03 | Çap et
Qanunlar əslində sahibkarları müdafiə etmək üçündür. Sahibkarlıq, xüsusilə də orta sinifdən olan sahibkarlar hər zaman bir döblətin əsas iqtisadi flaqmanı rolunu oynayırlar. Azərbaycanda orta sahibkarlar adətən qanunsuzluq, qanun keşiyində dayanmalı olan insanların onlara qarşı təzyiqlərindən şikayətçi olurlar.
Orta sahibkarlığın inkişaf etməsi üçün lazım olan əsas məqamlardan biri də odur ki, qanunlara nəzarət etməli olan qurumlar, onlara necə əməl edilməsinə də nəzarət etməyə borcludurlar.
Lakin təəssüf ki, bəzən vergi və polis tərəfindən, bəzən də birbaşa olaraq xidmət sektorundakı sahibkarlara qarşı təzyiqlər edilir. Daha vacibi isə qanunların necə işlədiyinə, qanuni tələblərə necə əməl edildiyinə göz yumurlar. Nəticədə sağlam iqtisadi münasibətlər yaranmır. Rəqabət imkanları aşağı düşür. Kimlərinsə məmurlar tərəfindən himayə edilməsi, kimlərinsə müxtəlif ictimai-inzibati statuslarından istifadə edərək qanunları pozması adi hala çevrilib.
Vergi hesabatlılığı adətən kağız üzərində real olaraq həayata keçirilir. Faktiki olaraq vergidən kənar Azərbaycanda ikinci kölgə vergi siyasəti də var. Bu qaranlıq siyasətə isə adətən iri məmurlar nəzarət edirlər.
“Hürriyyət” olaraq 15.04.2022-ci il tarixində Binəqədi rayon ərazisində baş vermiş məlum hadisənin təfərrüatı ilə bağlı ötən sayımızda məlumat vermişdik.
Xatırladaq ki, tanınmış meyxanaçı Akşin Fateh Bakıda, Əhməd Rəcəbli küçəsində yerləşən “Fateh-2” (əvvəlki adı “Everest”) olan restorana hücum çəkib. Bu barədə artıq oxucularımız məlumatlıdır. İndi isə digər bir məqama diqqət edək. Qısa ardıcıllıqla baş verənlər haqqında qeyd edək ki, Füzuli Alıyev adlı Azərbaycan vətəndaşı uzun müddət işləyib yaşadığı ölkədən vətənə qayıdıb. Azərbaycanda investitsiya yatırmaqla sahibkarlıqla məşğul oub.
2019-cu ildə Binəqədi rayonunda Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında icarəyə götürərək işlətdiyi “Everest” restoranına bir dostu təşrif buyurur. Füzuli Alıyev icarəyə götürdüyü restoranın təmir işlərini yekunlaşdırmaq üzrə olub və həmin dövrə qədər təmir bərpa işlərinə 250 min manata yaxın vəsait xərcləyib.
Rusiyadan tanıdığı dostu İlqar Əliyev Füzuli Alıyevə iş qurmaq istədiyini deyir və nəticədə aralarında “centlmen” razılaşması baş tutur. Belə ki, onlar arasında şərikli biznes razılaşması əldə edilir və qərara gəlinir ki, təmir üçün çəkilən xərclər və hər ay restorandan əldə edilən gəlirlər yarı bölünsün.
Lakin çox keçmir ki, Füzuli Alıyev bir polis kapitanının restoranda qidalanmadan zəhərlənərək dünyasını dəyişməsinə dair ittihamla qarşılaşır və həbs edilir.
Elə məhz bütün yeyintilər də bundan sonra başlayır. Füzuli Alıyevin həbs edilməsindən sonra Covid-19 pandemiyası ilə əlaqədar restoranların fəaliyyəti dayandırılır. Təxminən bir ilə yaxın restoranıın fəaliyyətinə qadağa qoyulur.
“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, əslində restorana 250 min manat vəsait sərf edərək təmir etdirən Füzuli Alıyevlə, sonradan heç bir qəpik də sərf etmədən şərikə çevrilmiş İlqar Əliyev arasında “centlmen” razılaşmasını Qurbanov Nuru Zərbəli oğlunun adına açılan VÖEN-lə rəsmiləşdiriblər. Yəni “Everest” məhz bu şəxsin adına olan vergi ödəyicisinə dair sənədlə rəsmişləşdirilib. Həbs ediləndən sonra isə Füzuli Alıyevlə şəriklik ortadan çıxıb. Nəticədə, apardığımız araşdırmalar zamanı məlum olur ki, 15.12.2020-ci il tarixində Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq dövlətdən maliyyə dəstəyi almış fərdi (mikro) sahibkarların III siyahısı üzrə qeyd edilən VÖEN olaraq Qurbanov Nuru Zərbəli oğluna da 3 dəfə iş yerini müvəqqəti itirdiyinə görə yardım edilir.
Əlbəttə, bu yardımlardan cəzaçəkmə müəssisəsində olan restoranın əsas sahibi Füzuli Alıyevin məlumatı olmur. Ona bildirilir ki, restoran faktiki olaraq işləmir və heç bir gəlir gətirmir. Məhz bundan sonra yeni bir marketinq üsulundan istifadə etməyə qərar verən F.Aliyev həbsdə olduğundan, qardaşı vasitəsilə tanınmış meyxana ustası Aqşin Fatehlə əlaqə yaratmasını və ona ortaqlıq təklif etməsini istəyir. Əldə edilən razılaşmadan sonra meyxana ustası restoranda fəaliyyətə başlayır və çox keçmir ki, burada ticarət yüksəlir. İlkin olaraq restoranın adı dəyişdirilir və “By Fateh-1” edilir. Razılaşmaya əsasən əldə edilən gəlir 33, 33, 34 fazi pay bölgüsü ilə işlədilməyə başlayır. Lakin aylarla gəlirlə işlədiyi məlum olan restoranın digər iki şəriki İlqar Əliyevlə Aqşin Fateh ziyanla işlədiklərini iddia edərək, Füzuli Əliyevə heç bir pay vermirlər. Və ya çox cüzi məbləğdə ayırmalar olur. Bundan sonra aparılan ilkin mühasibatlıq araşdırmaları zamanı son 8 ay üzrə əslində dövriyyənin 1 milyon manata yaxınlaşdığı ortaya çıxır.
Mühasibat uçotu üzrə göstərilən hesabatlardan belə məlum olur ki, son bir rüb üzrə ümumi balans 310 min manat təşkil edib. Günlük gəlirlər üzrə mədaxil isə 1706 manatdan az olmayıb. Növbəti vergi hesabatı üzrə maliyyə rübündə mədaxil 634 min 561 manat olub. Bu vəsaitin isə 533 min 359 manatı nəğdləşdirilərək İlqar Əliyev və Aqşin Fateh arasında bölüşdürülüb. Xəzinədə qalan 101 min 201 manat isə cari xərclər və vergi ödəmələri üçün sərf edilib.
Əvvəlki maliyyə rübü üzrə mövcud olan xalis gəlir kimi 310 min 67 manat da nəğdləşdirilərək İ.Əliyevlə, A.Fateh arasında bölüşdürülüb.
Faktiki olaraq sadələşdirilmiş vergi tutulma qaydasında fəaliyyət göstərən “By Aqşin-1” restoranı (əvvəlki adı “Everest”) üzrə gözayarı illik gəlirlərin məcmusunu müəyyən etmək o qədər də çətin olmur. Faktiki olaraq ilin birinci və ikinci rübü üzrə xalis mədaxillər 900 min manatdan çox olduğu halda, ilin sonuna qədər həmin gəlirlərin 1.2 milyon manata bərabər olduğu ortaya çıxır.
“Hürriyyət”ə müraciət edən hazırda həbsdə saxlanılan iş adamı Füzuli Alıyev bildirir ki, ona qarşı edilən dələduzluq əməlləri ciddi şəkildə araşdırılmalıdır. Bu zaman ilk növbədə iaşə obyektinin işlədilməsi üçün yatırdığı təmir xərcləri, daha sonra dövriyyə üzrə əldə edilmiş gəlirlər vurulmuş ziyanla birlikdə ona qaytarılmalıdır.
Əlbəttə, burada ilkin investitsiya qoymuş şəxsə qarşı çox ciddi dələduzluq faktı mövcuddur. Məsələ burasındadır ki, İlqar Əliyevlə, Aqşin Fateh baş verənlərin fərqinə vararaq “toya dava salıb, sifarişin pulunu verməmək” yolunu seçərək, qaçmağa üstünlük verirlər.
Ortaya çıxan ciddi maliyyə mənimsəmələrindən yayınmaq üçün İ.Əliyevlə, A.Fateh Bakı şəhəri Nərimanov rayonu ərazisində (məşhur 5 saylı xəstəxana yaxınlığında) oxşar adla “By Fateh-2” adlı restoran işlətməyə başlayırlar.
Hesablaşma tələb edən əsas investora isə fiziki güc tətbiq etməyə qərar verirlər. Bu barədə “Hürriyyət” olaraq ətraflı məlumat vermişdik.
Hazırda həbsdə olan F.Aliyev redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, ona dəymiş 500 000( beş yüz min) manatı verməmək üçün güc nümayiş etdirməklə, bunlardan qorxmağımı istəyirlər.
“Xahiş edirəm, İlqar Əliyev və Aqşin Fatehin quldur dəstəsi Cinayət Məcələsinin 178,181,177 və 182-ci maddələrinin əməlini törətdiklərinə görə, qanun qarşısına çıxarılmasının təmin edilməsində mənə yardım edəsiniz. 30 nəfərlik dəstə toplayan Aqşin Fateh hətta kirminal aləm üçün musiqilər yazaraq gənc nəsilin kirminala meylliliyini, onun yaxşı əməl olmasının təbliğini etməkdədir. Dövlət orqanları qeyd etdiyim məsələləri araşdırdıqda bu faktlarla üzləşəcəklər”, - deyə zərərçəkən redaksiyamıza müraciətində qeyd edir.
Görünən odur ki, bir iş adamının həbsdə olmasından istifadə edərək onun vəsaitlərini mənimsəyənlər cəzasız qalacaqlarından əmindirlər. Hər halda, inanırıq ki, müvafiq dövlət qurumları ortada olan külli miqdarda mənimsəmə faktını araşdıracaqlar.
“Hürriyyət”
Redaksiyadan: Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
|