“Flora Kərimova, əgər qərəzsizsənsə gəl üzbəüz oturub danışaq, amma məhkəmədə yox...” - QALMAQAL
Tarix: 8-04-2022, 08:39 | Çap et
“Biz gözümüzü açandan nə nənə gördük, nə də ki, baba. Çünki atamla anamın ailə həyatı qurmağına görə hər iki tərəf düşmən olmuşdu. Bu tərəf dedi ki, niyə onu almısan? O tərəf də dedi ki, niyə ona getmisən?! Atam imkanlı olandan sonra həmin qohumların əksəriyyəti qohumluq münasibətlərini bərpa etdilər. Çünki qan qohumlarıyla ömürlük düşmən olmaq olmur. Gözümü açandan görürdüm ki, ata-anamın heç kimlə işi yoxdur, amma qohumlarımız onların şəxsi həyatlarına müdaxilə edirlər. Bu onu alıbsa sizə nə qalıb? Gedin oturun xarabanızda da! Şəxsi həyata müdaxilə etmək nəinki mənim, valideynlərimin də alnına yazılıb. Mənim atam Tovuz-Gəncə-Qazax zonasında böyük elm adamı idi. Ümummilli lider Heydər Əliyev birinci hakimiyyəti dövründə atamın sinəsinə “Xalqlar dostluğu” ordenini şəxsən özü sancmışdı. Atamın bu uğurlarını müəllim yoldaşlarından bəziləri həzm edə bilmirdi. Bakıya hər dəfə anonim məktublar yazırdılar, gəlib atamın işini yoxlayırdılar. Məqsəd də xain və paxıllıq idi. Bu yoxlamalar bitənə qədər atam stress çəkirdi, nə qədər olmasa da insanın həyatı zəhərə dönürdü. Elə oldu ki, 54 yaşında atamı, 56 yaşında anamı itirdim. Ailənin yükü 18 yaşından çiyinlərimdə oldu. Bacı-qardaş, evdə hamının problemi mənim üzərimdə idi, öz evliliyim də o vaxt pozulmuşdu. Çox ağrılı-acılı həyatım oldu, amma sınmadım, möhkəmləndim! Düşünürəm ki, valideynlərin taleyini övladlar da yaşayır. Ucqar bir kənddən Bakıya gəldim, qoymadım ailə dağılsın, bacım, qardaşım yollara səpələnsin, hamını başıma yığdım. Bacım da, qardaşım da elm adamıdırlar, həm də mənim kimi musiqiçidirlər. Çətinliklə də olsa bu sənətlə çörəyimi qazanıb, vəziyyətdən çıxış yolu tapmaq istəyirdim. Allah məni bir az digərlərindən də çox tanıtdı. “Balama xına yaxdıdır” və “Pəncu Şeş” mahnılarım məni tamaşaçılara sevdirdi. Həm irəli getdim, həm də varlandım. Bundan sonra mənə qarşı şər qüvvələr işə düşməyə başladı”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra xalq artisti Flora Kərimova ilə qalmaqalının nə üstündə yaşandığından da danışıb.
“Təsəvvür edin xalq artisti Flora Kərimova mənə kömək olmaqdansa, məni tənqid edirdi. O mənə deyə bilərdi ki, gəl bu qəzəli mənimlə romans janrında oxu! Burada nə var idi ki?! Bu qanunsuz bir iş olsaydı dövlətimiz var, dövlətçiliyimiz var, onlar mənə söz deyərdi! Flora sən kimsən?! Qanunu yazan, ali orqansan?! Sənin kimi o qədər Azərbaycanda xalq artistləri var ki! Tənqidin də deyiliş qaydası var! Hamımız bilirik ki, Flora ömür boyu müxalif yönümlü olub. Mən Permdə toyda olanda onun o müxalif yönümlü qüvvələrindən biri mənə qarşı üsyan yaratmaq, camaatı üstümə qaldırmaq istədi! Sağ olsun Azərbaycanlılar onu utandırıb, məclisdən qovdular!. Belə misallar çoxdur. Mən möhkəm insanam, onları demirəm ki, düşmənlərim gülməsin! Saysız-hesabsız bu kimi hadisələr başıma gəldi. Bunların hamısını Flora Kərimova mənə qarşı yaratdı, çünki məqsədi məni çörəyimdən etmək idi. Azərbaycan xalqı var olsun ki, məni balalarının toyuna dəvət edib, o böyük məbləğdə pulları mənə rəva gördülər. Mən daha da varlandım, irəli getdim, mahnılar yazdırdım. Bu gözü götürməzlik idi! İndi mən Floraya sual verirəm, necə olur ki, sən mən oxuduğum janra bayağı deyirsən, amma bayağı adlandırdığın bu janrda bir neçəsi ilə duet də oxumusan! O balaca, saçları şampunlu oğlanlara kömək olursan, amma niyə mənə kömək olmurdun? Daha da çörəyimə bais olmaq istəyirdin! Amma arzuna çata bilmədin! Ömrün məhkəmələrdə keçib! Ülviyyə Alovlu, Afət Fərmanqızı, Faiq Ağayev, İlhamə Quliyeva, Röya ilə məhkəmən başlamamış bitdi. Sağına-soluna baxmırsanmı sən yaşda sənətçi deyim, sənətkar deyim, onlardan biri mənə qarşı niyə belə etmədi?! Mən Nəsimini sevdiyimdən qəzəl oxumuşam! Nəsimiyə bazar adını mən verməmişəm ki! Əgər qərəzsizsənsə oturaq üzbəüz danışaq, amma məhkəmədə yox! Mən elə yerlərdən uzağam, vəkilim var. Məhkəmə ali orqandır, amma düşünürəm ki, şou-biznesdə ola bilərəm, məhkəmədə yox! Mən Floraya sizin vasitənizlə sual verirəm ki, sən kimsən mənim şəxsi işimə qarışırsan?! Mən sənə deyirəm ki, saçın niyə qaradır? Deyə bilmərəm, heç cəsarətim də çatmaz! Amma sənin cəsarətin çatar, bu tərzdə yox! 5-6 ay dedin, cavab vermədim, amma mənim də səbrim var. Hər şeyə nail olmuşam, qadın, ana kimi xoşbəxtəm. Sağlam canım var! Ən şanslı insanam ki, Azərbaycan kimi ölkənin vətəndaşıyam. Bundan artıq nə olsun ki? Vətənimi sevirəm, dövlətimi, dövlətçiliyimi sevirəm! Atalar deyir ki, milçək bir şey deyil, ürək bulandırır. Yaxşı olardı ki, paxıllıq, xainliq bizim sənətçilərdən, Floradan uzaq olardı kaşki! Atmacanı atır, danışmırsan deyirlər ki, Flora düz deyir! Danışırsan da camaatı səhv yönəldir! Onun mənə dediyi təhqirləri açıb deyə bilmirəm, çünki desəm jurnalistlər götürüb başlıqlar qoyacaqlar, o da ömür boyu damğa kimi məndə qala bilər. Yaxınlarım onların hamısını oxuyub. 3 nəfər eşidibsə, 300 nəfər eşitməyib. Mənim ünvanıma çox biədəb sözlər deyib! Flora deyir ki, sidik içirəm, istifadə edirəm. Mən bunu ona sual vermişəm ki, ata-anam cavan rəhmətə gedib, sizsə uzun ömürlüsünüz, bunun sirri sidik içməkdədir?! Mən sadəcə bunu bilmək istəyirəm. Vannaya girib şəkil çəkdirib, öz səhifəsindən götürüb paylaşmışam ki, sən bu vannaya 80 yaşında girməsəydin!... Bəli, ona ünvanladıqlarım da var. Bir sayt məndən yalan məlumat yazmışdı, demişdim ki, məndən şər-böhtan yazan belə-belə olsun! Bunu da özünə götürüb deyir ki, Afət bu təhqiri mənə deyir! Sənə dediklərim vanna söhbəti və sidik istifadə etməyindir. Mən bunun nəyini yalan demişəm ki? Əlimdə faktlarım da var! Mən nə demişəmsə sözümün ağasıyam! Mənim savadım olmasaydı, iradəm zəif olsaydı onlar mənim üstümə tökülüşüb, intihar həddinə çatdırardılar. Mən çox düz etmişəm, düz yoldayam! Nəsiminin qəzəlini mən belə oxuyuram, xanəndələr muğam janrında oxusunlar, sən də romans janrında oxu! Sənə nə var, sən kimsən?! Sənin fikrinə onda hörmət qoyardım ki, mənə bu tənqidləri qərəzlə yox, xanımyana deyərdin! Bir-iki sənətçi mənə o vaxt dedi ki, başın ağrıyır, əl çəkmirlər səndən, bəlkə qəzəli dəyişdirəsən?! Dedim ki, xeyr! Dövlət var, qanun var! Qanun qarşısında boynumuz qıldan incədir! Amma sən kimsən mənim şəxsi işimə qarışasan? Bu mənim şəxsi işimdir! Yaşı 70, 80-i ötmüş qəzəl, şeir xalqın mülkiyyətinə verilir. Mən də xalqın nümayəndəsiyəm, oxumuşam, əcəb etmişəm” deyə müğənni bildirib.
Afət Fərmanqızı sənət fəaliyyətindəki yeniliklərdən də danışıb. “Xaricdə Mirvari xanım adlı soydaşımız yaşayır, Musa Musayev onun sözlərinə mənə və həyat yoldaşım Mamedə bir mahnı həsr edib. Adını hələ ki, demirəm, fikrimizi oğurlayarlar. Yeni mahnımız və klipimiz yaxın günlərdə işıq üzü görəcək. Onu da deyim ki, Musa Musayev Zeynəb Xanlarovadan başqa heç bir müğənniyə mahnı verməyib. Müğənnilər ondan çox mahnılar istəyiblər, elə “hə” deyib hamını yola verib. Amma mənə öz gözəl musiqisini rəva gördü. Mən öz sənətimlə, toylarımla məşğulam. Rusiyada yeni evimizə köçmüşük, yoldaşımın yanındayam” deyə müğənni bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
|