AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                     Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? .....                     Fransa artıq bütün körpüləri yandırıb... .....                     Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı .....                     Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... .....                     “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? .....                     Sərdar Əsədova ağır itki üz verib .....                     Məktəblərin qapısına ASILACAQ QIFIL... .....                     Tarix İnstitutunda daha bir QALMAQAL .....                     Heç bir sosial platformada təmsil olunmayan iki partiya... .....                     “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK .....                     “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB .....                     Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... .....                     Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... .....                     KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                 

“İstəyir çıxıb trasda lüt dayansın, nəyimə lazımdır!” – Nadir Qafarzadə bar qalmaqalından danışdı
Tarix: 7-04-2022, 15:10 | Çap et
“İstəyir çıxıb trasda lüt dayansın, nəyimə lazımdır!”
“Əylənmək üçün nə qədər yerlərimiz, ailəvi restoranlarımız var. Mütləqdirmi gecə barlarına gedəsən?!” dia-az.life xəbər verir ki, bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.

Gecə klubunda baş verən partlayış barədə yazdığı şərhdən sonra bəzi izləyicilər tərəfindən qınanan sənətçi Azərbaycan xanımlarına gecə klubuna getməyi yaraşdırmadığını bildirib:

“Mən fikirlərimi bir vətəndaş olaraq bildirmişəm. Artıq əsəbləşirəm! Bu kütlənin əlindən bezmişəm. Mən fikrimi şərh olaraq yazmışam, heç kəsi təhqir etməmişəm, heç tənqid belə etməmişəm. Fikrimi yazmışam ki, ay bəzi bədbəxt qızlar, oğlanlar, ay yazıqlar, gəncliyinizi qoruyun. Əylənmək istəyirsinizsə, gedin opera-balet teatrına, “Yeddi gözəl”ə, “Leyli və Məcnun”a baxın, Gənc tamaşaçılar teatrına, “Azdrama”ya gedin. Bizim əylənmək üçün nə qədər yerlərimiz, ailəvi restoranlarımız var.

Mütləqdirmi gecə barlarına gedəsən? Ən çox da qızlara bunu yaraşdırmıram. Düzdür, mənim qızım yoxdur, amma qızları çox sevirəm, mən sadəcə məsləhət vermişəm, kimin xoşuna gəlmirsə, getsin su içsin. İstəyir bara getməsin, çıxsın trasda lüt dayansın, nəyimə lazım! Mən vətəndaş olaraq fikrimi bildirmişəm, yenə deyirəm, heç kəsi nə tənqid, nə də təhqir etmişəm”.

Müğənnin sözlərinə görə, 95 faiz izləyici onun yazdığı şərhlə eyni fikirdədir:

“Orada bəziləri yazır ki, “Nadir Qafarzadə ölən adamın dalınca danışır”. Xeyr! Mən ölən adamın dalınca danışmamışam, valideyn olaraq fikrimi bildirmişəm, orada qərəzli heç nə yoxdur. 95 faiz oxucu mənim tərəfimdədir, qalan 5 faiz də “otxod”dur, elə gecə klublarında olanların tayıdır. Elələri həmişə olub, olacaq da, fikir vermirəm.

Azərbaycanda yaxşı qızlar, oğullar, ailələr var. Yaxşı oğlanlar olmasaydı, biz bu gün qalibiyyət əldə etməzdik. Yaxşı qızlar olmasaydı, bu gün yaxşı ailələr olmazdı. Pislər həmişə, hər bir dövrdə olub. Mən deyirəm ki, gənclər onları pis yola sürkləyənlərdən uzaq dursunlar. Vallah, dolanmaq üçün başqa yollar da var.

Bəziləri fikirləşir ki, bu dolanışıq yoludur. Xeyr! Özünü satmaq dolanmaq deyil, bu, fahişəlikdir! Onun adını dolanışıq qoymayın! Nə qədər küçə süpürən, qab yuyan qadınlar var. Onda belə çıxır ki, hər çətinliklə üzləşən qadın küçəyə getməlidir?! Yaxud kişi dolana bilmirsə, gedib oğurluq etməlidir? Çıxış yolu hər zaman var, sadəcə bəziləri asan yolu seçirlər.

Zamanında bizə də çətin deyildimi? Hamıya çətindir, indi heç kəsə asan deyil. Çətindir deyib pis yola düşmək olmaz. Yazıqdır o qızlar, heç bir qadın, kişi doğulanda əxlaqsız, pozğun doğulmur. Deyirlər, guya cəmiyyət onları pozur, yoldan çıxarır, Elə şey yoxdur! Heç kim heç kimi yoldan çıxarmır. Bu, özünümüdafiədir. Allah insan ağıl verib, baş verib, heyvan deyilik ki”.

Qafarzadə qeyd edib ki, onun fikirləri ilə razılaşmayıb tənqidi şərh yazanlara fikir vermir:

“Gəncliyimizdən muğayət olmalıyıq. Mən özüm də əylənirəm, əylənmişəm də. Amma elə yerlərə gedənlər, zaman gələcək peşman olacaqlar, vallah-billah peşman olacaqlar. Hər şeyi zamanında fikirləşmək lazımdır. Əylənməyə çox yerlər var. Bu bəhanədir ki, “hər kəs istədiyi kimi əylənə bilər”. Ümumiyyətlə, mən düşünürəm ki, gecə klublarını yığışdırmaq lazımdır.

Necə ki, zamanında kazinoları yığışdırdılar, indi də bu cür məkanlar yığışdırılmalıdır. Eyni şeydir, sadəcə adı dəyişib. Bununla biz gəncləri uçuruma aparırıq. Düzdür, mənim övladlarım o etapı artıq keçiblər, biri Moskvada, biri də burada öz işi ilə məşğuldur. Lakin mən başqalarını da düşünürəm. Biz hamımız birik, bu xalqın nümayəndəsiyik, birimizin dərdi hamımızın dərdidir.

Mənim fikrimi 95 faiz çox bəyənir, mən özüm də sosial şəbəkələrdə izləyirəm. Bir-iki dırnaqarası qızlar, oğlanlar var ki, mənimlə razı deyil, onlar da o yolun yolçusudur deyə belə deyir. Ataların məsəli var, it itin ayağını tapdamaz. Ona görə də itlərə fikir vermirəm, onlar həmişə olublar, hürüblər, hürəcəklər də…”

Xatırladaq ki, aprelin 3-də "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. Sosial şəbəkədə mərhumun gecə klublarında əyləndiyi anın görüntülərinin yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub:

"İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru