"Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                 

“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq - Replika
Tarix: 13-01-2022, 08:23 | Çap et
“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq
Adəmdən üzü bu yana hələ bir mövzu olmayıb ki, insanlar onun barəsində yekdil və tam həmrəy olsunlar. Hətta bütün səmavi dinlər də birmənalı şəkildə iddia edir ki, ilk insanın – Adəmin övladları belə, ümumi məxrəcə gələ bilməyiblər, nəticədə yer üzündə ilk qətl törədilib - Qabil Habili qanına qəltan edib.

Əgər belə bir vəziyyət bəşəriyyətin lap gündoğan dövründə hökm sürübsə, indiki zəmanədəki durumu təsəvvür etmək olar. Odur ki, heç bir məsələ ətrafında vahid fikir yaranmasını gözləmək sadəlövhlükdən savayı bir şey olmazdı. İstənilən iş, istənilən fəaliyyət tənqidə tuş gəlməlidir, mütləq bir ağız büzən olacaq. Bu, normal haldır. Amma tənqiddən də tənqidə fərq var...

Sovet dövründə komediya və estrada janrında parlayan bir cütlük var idi – Şirvindt və Derjavin. Onların bir səhnəciyində qəti yumor hissindən məhrum şəxsin obrazını canlandıran Derjavinə tərəf müqabili lətifə danışırdı: “Bir dəfə Nil çayı ilə timsah üzür, pəncəsində də 10 rubl...” “Ciddi adam” Şirvindtin sözünü kəsirdi: “Bir dayan! Misir səhrasında yaşayan timsah sovet pulunu necə tapıb axı...”.

Bu səhnəcik son günlər sosial şəbəkələrdə artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmış Əlixan Rəcəbovun təqdim etdiyi son işi – “Sonuncu şam yeməyi” qısametrajlı filmin müzakirələri zamanı yazılanlarla tanış olduqdan sonra xatirəmdə canlandı. Filmi başdan sona qədər danışmaq fikrində deyilik, çoxları da bəlkə izləyiblər. Qısaca olaraq bircə onu deyək ki, Əlixan ürək sözlərini, qəlbindəkiləri cəmiyyətə çatdırmaq üçün bu dəfə dəfn mərasimini və bu mərasim ətrafında cərəyan edən hadisələrin satirik təqdimatını seçib.

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib. Bir qisim insanlar isə ümumiyyətlə filmi tam fərqli müstəvidə, eyni ilə yuxarıda xatırlatdığımız “ciddi insan” kimi anlayıblar. Xüsusən də narazı qalan kütləni Əlixanın yas mərasimlərinə və dəfn ənənəsinə sarkastik baxışı hiddətləndirib. Bəs konkret olaraq nə?

Məsələn, Əlixana irad tuturlar ki, nə üçün ölünü yuyan mürdəşir mərhumun oğlundan 150 manat tələb etdi? Axı, əslində bu dövlət rüsumu daha az məbləğdir. Qəribədir, deyilmi? Misir səhrasındakı timsahın pəncəsindəki əsginasa irəli sürülən iradı xatırlatmırmı? Və yaxud Əlixanın mollanı yumoristik çalarlara bürüməsi. Məgər fırıldaqçı, pulgir, məclisi birtəhər yola verib aradan çıxan din xadimi azmı görmüşük?

Başqa bir məqam. Gənclərin dəfn zamanı, daha sonra isə mərhumun qırx məclisində zarafatlaşmaları, kənar söhbət edərək mollanı dinləməmələri bəzilərini əsəbiləşdirir. Niyə? Məgər yas mərasimlərinin böyük əksəriyyətində mollanı dinləyən olur ki? Ya mərhuma heç bir yaxınlıq və qohumluğu çatmayanların zarafatları yenilikdir?

Və son olaraq daha bir irada nəzər salaq. Əlixanın yazdığı ssenaridə mərhumun vəsiyyətinə uyğun olaraq onun cənazəsinin yanında meyxana deyilir. Bu da bəziləri tərəfindən həm mərhuma, həm də ümumiyyətlə ənənələrimizə hörmətsizlik hesab edilib. Çox nahaq! İnternetdə sadə axtarış nəticəsində sazla, vağzalı ilə edilən neçə-neçə dəfnlərin kadrlarını izləmək mümkündür. Axı Əlixan bunu həyatın içindən götürüb! Düzdür, meyxana olmayıb. Hələ ki! Amma Əlixan da axı sənədli film çəkməyib.

Bir məsələyə də xüsusi diqqət çəkmək istərdik. “Sonuncu şam yeməyi”ndə yumor, satira, ironiya, sarkazm müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına aid insanlara tətbiq edilib. Amma ümumilikdə nə dini, nə əxlaqi, nə mənəvi, nə tarixi irsimizə və dəyərlərimizə toxunulub. Tənqid oxlarına onlar yox, fərdlər, ümumən cəmiyyət tuş gəlib.

Filmin əsas ismarıcına gəldikdə isə... Epizodların birində Əlixanın qəhrəmanı “40 gün necə gəldi keçdi, heç bilmədim” söyləyir. Cavabında isə sevimli aktyorumuz Şamil Süleymanovun ifasında izlədiyimiz qoca dillənir: “40 il necə gəldi keçdi, bilmədim”.

Demək olar ki, bu, filmin kulminasiya nöqtəsidir. Bütün zarafatlar, yumor, sarkazm 52 dəqiqəlik filmdə tamaşaçılara məhz bunu çatdırmaq üçün səfərbər edilib: “Dünya fanidir, zaman sürətlə ötüb keçir. Bütün çalışmalar, dünya malını qazanmaq üçün bütün fırıldaqlar bir gün heç olacaq, hər şey bu dünyada qalacaq. İnsan isə bu dünyaya necə əliboş gəlmişdisə, elə də əliboş torpağın altına gedəcək. Tək-tənha! Elə isə bu dünya üçün bu cür hoqqalardan çıxmağına dəyərmi?”.

P.S. Əlbəttə ki, zövqlər fərqli olur və zövq haqqında mübahisə məhsuldarlığı çox aşağı olan bir əməldir. Amma hər halda, istənilən tənqidi söylədikdə əndazəni gözləmək, ən azından qarşı tərəfin də arqumentlərinə qulaq vermək, vicdanın səsini dinləmək lazımdır. Dünya axı fanidir. İstənilən şam yeməyi sonuncu ola bilər...

Müəllif: Polad Xudayarlı
//AYNA.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru