“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin” - MÜRACİƏT
Tarix: 27-11-2021, 09:44 | Çap et
“Novruz hər dəfə deyirdi ki, ağrıyıram. Deyirdim ki, gəl həkimə gedək, getmək istəmirdi. Küskün idi nədənsə. Keçən il insult olmuşdu. Deyirdi ki, qolum və ayağım uyuşur. Bu xəstəliyini müalicə etdik, yeni özümüzə gəlirdik ki, dedi ki, köp məni öldürür. Qəfildən halı pisləşdi və onu xəstəxanaya çatdırdıq. Fikirləşdik ki, bəlkə soyuqlayıb. Milli Onkologiya Mərkəzinə gətirdik, yoxlayıb dedilər ki, bağırsağında şiş var. Təcili əməliyyat etdilər. Həkim deyir ki, bir az da qalsaydı şiş partlayardı. Bağırsağı tamamilə sıradan çıxıb. Qaraciyərinə də, ağciyərinə də su yığılıb. Ciyərlərini aparata bağlayıblar. Mən də insult keçirmişəm, öz dərdim yadımdan çıxıb. Əməliyyatdan ayılan kimi deyib ki, hanı mənim qızım? Gətirin onu yanıma. Şiş bütün bədəninə yayılıb”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktyoru Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva deyib. O daha sonra maddi vəziyyətlərinin ağır olduğunu bildirib. “Biz bu günə qədər də kirayələrdə yaşayırıq, aya 400 manat kirayə pulu veririk. Qışdır, istilik sistemi də yoxdur evimizdə. Qızım deyir ki, atamı aparıb yanımda baxaram, ona bu evdə soyuq olar. 55 ildir ki, Novruz teatrda çalışır, amma buna baxmayaraq kirayələrdə yaşayırıq. Əməkdar artist 55 il kirayədə yaşayar? Biz Ginnesin rekordlar kitabına düşmüşük! O burda olsaydı mən bu sözləri deyə bilməzdim! Çünki xoşlamırdı, deyirdi ki, bir adamın yanında deməyin ki, mən kirayədə qalıram. Novruz gör kimlərlə çalışıb? Bir tək elə Nəsibə Zeynalovanın adı kifayətdir. Sağ olsunlar Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev başda olmaqla bütün kollektiv, truppa müdiri hamısı hər an zəng edib maraqlanırlar. Əliqismət müəllim dedi ki, yanına da gedəcəyəm. Novruza deyirdim ki, gəl gedək Mədəniyyət Nazirinin qəbuluna , sən sakit dayan, mən danışım. Gedim deyim ki, dünənki uşağa xalq artisti fəxri adı verirsiniz, Novruzu niyə yaddan çıxartmısınız?! Onun nə qədər ömrü qalıb ki? Ölüm ayağında arzusunu həyata keçirəcəksiniz?! Sizin vasitənizlə Mədəniyyət Nazirliyinə müraciət edirəm, onlardan xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar. Kirayədə yaşayırıq, xahiş edirəm bizi evlə təmin etsinlər. 1700 manat xəstəxanadan çıxanda ödəməliyik. Cibimizdə heç 100 manat da yoxdur. Hamısını iynə-dərmanlara vermişik. Ev vermirsiniz, təqaüd vermirsiniz verməyin. Heç olmasa iynə-dərman və xəstəxana xərclərini qarşılayın. O səhnə adamıdır, amma elə vaxt olub ki, özünə geyim ala bilməyib. Bir köynək kostyumla bütün verilişlərdə iştirak edib. Novruz xəstəxanaya düşəndən 800 manat sələmə pul götürmüşəm. Onu necə ödəyəcəm heç özüm də bilmirəm” deyə sənətkarın həyat yoldaşı bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|