İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                 

“Bizdə dahilər var ki, dərman almağa pulu yoxdu” - “Müğənnilər illərlə kanal rəhbərləri, aparıcılar tərəfindən istismar olunur”
Tarix: 19-10-2021, 11:03 | Çap et
“Bizdə dahilər var ki, dərman almağa pulu yoxdu”

Xalq artisti Tünzalə Ağayeva Bakupost.az -a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Tünzalə xanım, sizinlə pandemiyadan əvvəl görüşmüşdük. Pandemiyadan əvvəli və sonranı müqayisə edəndə həyatınızda hansı dəyişikliklər baş verdi?
- Pandemiya hamıya olduğu kimi mənə də təsir etdi. Hesab edirəm, həyatımızda baş verən bu bəşəri dəyişiklik düşünmək istəyən insanları düşündürdü. O cümlədən də məni. Zamanıma daha çox dəyər verməyi öyrəndim. Hətta deyərdim, pandemiyanın mənim üçün hikmətli tərəfləri daha çox oldu. Əlbəttə ki, sosial və maddi baxımdan çox sarsıldıq. Toy industriyası bu gün Azərbaycanda sənət adamlarını saxlayan əsas industriyalardandır. Amma pandemiya bütün bu düşüncələri dəyişməyə vadar etdi. Pandemiya bizə onu dərk etməyə imkan yaratdı ki, bizim illərlə şikayət etdiyimiz rəqəmsal bazarlarda, musiqi platformalarında müəllif hüquqları niyə yoxdu? Niyə biz çıxartdığımız albomlardan gəlir əldə edə bilmirik? Bizi qoruya biləcək yayım şirkətləri niyə yoxdur? Mənim həyatımda şəxsən xoş bir hadisə o oldu ki, bu gün Azərbaycanda sənət adamları ilə ən fəal iş görən, deyərdim birinci yerdə olan Promete kimi tanınan reper Pərvizin qurduğu “Mikpro” yayım şirkəti ilə işləməyə başladım. “Mikpro” şirkəti məhz Azərbaycan artistinin rəqəmsal platformalardan düzgün, sistemli şəkildə məhsullarının yayılmasını təmin edir və qoruma altına alır. Bu mənim üçün böyük bir hadisə idi. Artıq elə bir istiqamətdə yol almışıq ki, sabah “toy olmasa nə edəcəyik, necə dolanacağıq” qayğıları ilə vuruşmaq məcburiyyətində qalmayacağıq. Bu, Azərbaycanda musiqi sferasında inqilabi bir hadisədir və məni çox sevindirir.
- Pandemiya dövrü toydan asılı olan müğənnilərin şikayətləri səngimirdi. Siz isə bu xora qoşulmadınız. Tünzalə necə dolandı bəs?
- Pandemiya zamanı tək bizdə yox, bütün dünyada sənətçilər narahat oldular. Şikayətlər səsləndirdilər. Bütün sektorlarda bir xaos yaşandı. Amma ölkələrlə müqayisə edəndə mən gördüm ki, həmin ölkələrdə artistlər şikayət etməklə yanaşı, həm də iş görürlər və ciddi pullar qazanırlar.
Pandemiya dövründə başqa ölkələrin artistləri ilə müqayisədə bizdə vəziyyət daha bərbad idi. Ona görə vəziyyət bərbad idi ki, dijital sistemimiz yox idi. Bütün dünya dijital sistemdə oturub ordan on qat çox qazandığı məqamda biz yenə də boşluğa düşmüşdük. Pərviz oturdu mənə əməlli başlı izah etdi və mən gördüm ki, toydan əldə etdiyimiz gəlirin on qatını burdan əldə etmək mümkündür. Bu günə kimi bu cür yayım şirkətlərinin olmaması mənə bu addımı atmağa mane olurdu. Yayım şirkəti bir -iki insanın simasında var idi, amma istədiyim nəticəni verə bilmirdi mənə. “Mikpro”nu bu gün dünyada böyük və məşhur şirkətlər tanıyır. Bu həm də sənətçinin dünyaya çıxışı deməkdir. Hər ölkənin öz rəsmi fəaliyyət göstərən, bütün qaydalara əməl edən, həm özü qazanıb, həm də artistə qazandıran yayım şirkəti var. Bizdə belə bir yüksək səviyyəli şirkətlərin olmaması səbəbindən bərbad vəziyyətə düşdük. Mənim üçün o qədər də bərbad olmadı. Çünki mən sənətə geniş baxıram. Ancaq toya fokuslanmamışam. Amma gündəlik toylardan, restoranlardakı şou proqramlardan qazanan müğənnilər doğurdan da sırf toy bazarından asılı olduqlarını hiss etdilər.
- Musiqi sahəsində sənətçinin ən çox əziyyət çəkdiyi problem nədir?
- Haqqlarının lazımi səviyyədə qorunmaması. Sənətkarlar var ki, illərlə dayanmadan çalışır, amma ömrünü verdiyi sənətdən bu gün gəlir əldə edə bilmir. Bu sahədə birmənalı olmayan hadisələr çoxdur. Sənət iki tərəfdən dəstək alır. Mənəvi və maddi. Unudulmayan, amma kasıb, ehtiyac içində yaşayan sənətçilərimiz çoxdur. Onlar dahi sayılırlar, amma dərman almağa pul tapmırlar.
Dünyada məşhur olan “Happi Britday”, “Jingle Bells” mahnılarının müəllifləri həyatlarında o mahnılardan başqa heç nə yazmayıblar, amma bu günə kimi o müəlliflərin ailələrinə qonorar ödənilir. Məsələ budur. Bir bəstəkar bir film üçün mahnı yazır, hər dəfə efirdə radioda o mahnı səslənəndə müəllifə qonorar ödənilir. Bizdə sənətkar vəfat etdisə, yaradıcılıq məhsulu ümumiləşir.
- Efirdə az-az görünürsünüz. Siz də kanallara qonorar tələbi irəli sürmüsünüz?
- Yox (gülür). Televiziyaya çıxmağa artıq marağım yoxdur. İndi yox, həmişə belə olub. Bu gün efirinə getdiyim tək-tək kanallara da yalnız özəl bir səbəbə görə gedirəm. Dostluq münasibətlərinə görə. Boş-boşuna efirə çıxmağı sevməmişəm heç zaman. Dəvət edəndə də demişəm gözləyin işlərimi bitirim efirə çıxanda danışmağa sözüm olsun.
O ki, qaldı sənətçinin efir üçün qonorar tələbinə. Ötən il Xatirə İslam belə bir fikir səsləndirdi. Mən onu əsla qınamadım. Ümumi anlamda tələbində haqlı səbəblər var idi. Bilirsən Günel, müğənnilər artıq yorulublar. Psixologiyaları çöküb. Müğənnilər var illərlə kanal rəhbərləri, aparıcılar tərəfindən istismar olunur: “Dayım oğlunun toyudur gəl oxu, nəvəmin sünnətidir gəl. Gəlməsən efiri bağlayacam üzünə”.
Rusiyanın ORT kanalında Poznerin verilişinə Stinq gəlir. Elə-belə çıxmır ki, Stinq Poznerin verilişinə. Bunun üçün ona qonorar ödənilir və bu məsələni kanal ilə sənətçinin prodakşını həll edir. Belə olmalıdır, sadəcə olaraq bizdə bu sistem inkişaf etməyib. Gələcəkdə belə bir sistem yaransa, mən şəxsən çox möhtəşəm bir veriliş olarsa, orda iştirak üçün qonorardan imtina edərəm.
Amma gərək, o verilişin aparıcısı elə bir dahiyanə aparıcı olsun ki, mən özüm orda iştirakdan zövq alım. Məsələn, orda bir Pozner olsa, can ataram ora. Niyə görə? Çünki Poznerin verilişinin vaxtında bütün Rusiya ORT-ni açır. Verilişlər bu səviyyəyə gəlməlidir. Bilməliyəm ki, mən o verilişdə bircə dəfə konsertimlə bağlı elan versəm səhəri gün kassada bilet qalmayacaq. Böyük anlamda mənim konsertimin reklamı gedəcək. Bu gün bizdə belə bir veriliş varmı?
- Kanallara, veriliş aparıcılarına pul verib efirə çıxan müğənnilərə münasibətiniz necədir? Siz ümumiyyətlə, nə vaxtsa kanallara ödəniş etmisiniz?
- Heç vaxt. Kanallara ödəniş edib özünü reklam edən müğənnilər ikinci kateqoriyaya aid sənətçilərdir. Onlar özləri, özlərini televiziyaya yatırım edirlər. Buna da normal baxıram. Adamlar tanınmaq istəyir.

- Siz bayaqdan dünyadakı praktikadan, dijital sistemdən danışırsınız. Gəlin görək, Azərbaycan şou-biznesində, ümumiyyətlə, sənət dünyasında nə qədər sənətçi bunlardan xəbərdardır. Deməli, müğənnilər özləri də bilgisizlikdən istismara açıqdır, hətta hardasa bu sistemin yaranmasına mane olur...
- Tamamilə razıyam Günel. Hətta mən dəfələrlə demişəm, etməyin şərait yaratmayın. Sözsüz ki, müğənnilərin bu hərəkəti arzu etdiyimiz sistemin yaranmasına çox mane olur. Amma mən yenə də bir az müdafiə edəcəm həmkarlarımı (gülür). Dünyanın heç bir ölkəsində bütün müğənnilər ağıllı, intellektual dörd-dördlük deyil. Danışığını bilməyəni də var, ağılsızı, savadsızı da var. Amma onların hər birinin başının üstündə duran bir idarəçi və onları çökdürə biləcək hadisələrdən qoruyan komanda var. Bizdə bu yoxdur. Müğənnilərin çoxu təkbaşına mübarizə aparır hər şeylə. Bilmirlər jurnalistlərlə vuruşsunlar, bilmirlər ağıllı insanların qarşısına çıxıb necə danışsınlar. Bu da onların faciəsidir. Avropada sistem artisti elə gözəl yetişdirir ki, ən ağılsız savadsız artist ən yüksək səviyyəyə çıxa və orda dayana bilir. Onlar bir tur keçirlər bir il meditasiya yaşayırlar. Biz isə hər gün 300-500 nəfərlik toy idarə edən müğənnidən sağlam düşüncə tələb edirik.
- Gəlin etiraf edək ki, Azərbaycanda çox az musiqiçi sənətini sevir və dəyərləndirir. İstedad məsələsi deyil. Sənət bir az da diqqət və sevgi istəyir.
- Bu onların seçimidir. Bütün musiqi janrlarını araşdıranda hamısında bəlli saylar var. Səviyyəli kütlənin sevdiyi, seçdiyi sənətçilərdən gedir söhbət. Kütlə üçün olmayan sənətçilər. Bu yəqin ki, belə də olmalıdır. Bu da bir balansdır. Yəqin, sənət üçün yaşayan insanlar az olmalıdır. Odur ki, mən heç vaxt bu vəziyyəti acınacaqlı hesab etməmişəm. Acınacaqlıyıq ona görə ki, sənətçi hər tərəfdən əziyyət çəkir. Qoruna bilmir. Bu gün sənətçiyə konsert təklif olunanda ciddi sənətçi istəyir onun səhnəsində ciddi musiqiçilər olsun. İşığından tutmuş, səhnə dekoruna kimi hər şey möhtəşəm olsun. Onları sayanda konsertin büdcəsi kəllə-çarxa çıxır.
- Sizin ən bahalı konsertiniz hansı olub və neçə minə başa gəlib sizə?
- 2017-ci ildə verdiyim konsertin sırf xərc büdcəsi 120 min manat tutub. İndi siz deyin, mən bu biletləri neçəyə satmalıyam ki, xərci borcunu ödəsin. O zaman mən nə etməliyəm? Konsertimin keyfiyyətini tamam öldürməli, 120 yox, 20 min manatlıq konsert etməliyəm. Orda da Tünzalə olmayacam və mən tamaşaçını heç cür başa sala bilməyəcəm ki, bu niyə belə oldu. Tamaşaçıya deyiləsi söz deyil bu. Tamaşaçını müğənnini kulisi maraqlandırmır. O keyfiyyətli məhsul tələb edir. Gözlədiyini görə bilməyəndə də sərt şəkildə tənqid edir. Mən ucuz və keyfiyyətsiz məhsulumu tamaşaçıya təqdim edəndə onlara deməliyəm ki, bağışlayın mənim filan problemim vardı ona görə belə oldu? Adama deyərlər biznesini düz qur.
- Tünzalə xanım, bu gün yüksək məbləğə konsert edib o konsertdən pul qazanan müğənni varmı Azərbaycanda?
- Belə bir fakt mövcud deyil hələ ki. Bu gün heç kim deyə bilməz ki, mən Heydər Əliyev Sarayında, Kristal Hollda, Yaşıl Teatrda və digər konsert salonlarında bahalı konsert verib biletlərin də hamısını eyni qiymətə satıb yüksək gəlir götürmüşəm. Bu, günün reallığına uyğun deyil. Konsert biletlərinin çoxu paylanılır. Paylanılır ona görə ki, konsertə gəlmək mədəniyyəti formalaşsın ən azından. Bu gün orta statistik Azərbaycan vətəndaşının ailəvi hansısa bir konsertə yüksək məbləğ xərcləmək lüksu yoxdur axı. Mən məsələn, bu günlərdə prestijli bir məkanda konsert verdim. Çox da böyük bir məkan deyildi. Qiymətlər kifayət qədər yüksək idi və bütün masalar dolmuşdu. Amma bu istisnadır. Bu lokal bir cəmiyyət üçün nəzərdə tutulan məkandır və o məkanın sahibi əmindir ki, biletləri o qiymətə sata biləcək. Çünki öz müştərilərini tanıyır.
- Toyun PR konsertin PR-ından daha çoxdur bizdə. Məsələn, bir adam övladının toyuna beş-altı müğənni dəvət edib 10 min manat ödəyə bilirsə, deməli, ayda bir dəfə ailəvi gedəcəyi keyfiyyətli konsertə 300 manat xərcləyə bilər. Mənə elə gəlir, bu imkan məsələsindən daha çox keyfiyyətli məzmunun hələ də formalaşa bilməmə məsələsidir. Razısınızmı?
- Bu əslində müqayisə olunmayacaq şeylərdir. Konsert kütləvi hadisədir və bunun üstünlükləri, Azərbaycan reallığında yaşanan boşluqları var. Toy hadisəsi isə bizim xalqa məxsus olan bir mentalitetdir. Toy bizim cəmiyyətin həyatında mühüm hadisədir eyni zamanda çox əhəmiyyətli bir industriyadır. Biz bunu pandemiya zamanı gördük ki, toylardan qazanan nə qədər insan var. Toy hadisəsi əhəmiyyətli olan cəmiyyətlərdə eyni hadisə baş verir. Bizim cəmiyyətdə də bir ata üçün övladının toyunun maraqlı keçməsi daha əhəmiyyətlidir nəinki hansısa müğənnini konsertinə pul xərcləmək. Bəli, bu gün toy industriyası həddindən artıq çox təbliğ olunur ona görə də ora yatırım çoxdur. Kaş ki, toy industriyasının təbliğatı konsertdə də olsun. Dünyada banketdə oxumaq müğənni üçün üçüncü dərəcəli məsələdir, amma Azərbaycan ifaçısı üçün birinci dərəcəli məsələ toydur. Çünki toyda qazandığını konsertdən qazana bilmir. Xalq yazıçısı Anarın ssenari əsasında yazılmış “Uzun ömrün akordları” filmində belə bir fraqment var. Üzeyir bəyin “Leyli və Məcnun” tamaşasını hazırladığı illərdir və məşq gedir. Məşqi izləməyə intilgentlər, ölkənin ziyalı təbəqələri gəlib. Tarzən isə məşqə gecikir. Nə qədər ziyalı oturub bir tarzəni gözləyir ki, gəlsin məşq başlasın. Ondan soruşanda ki, niyə gecikmisən məşqə. Deyir ki, Qurban olum, bir bəyin toyu idi, mənə 3 manat verirdi məcbur idim o toyda olmağa. Üzeyir bəy nə yazıq ki, həmin dövrdə o qazancı təmin edə bilmirdi. Baxın bir əsrdən çox vaxt keçib, problem hələ də həll olunmayıb (gülür).
-İldə bir neçə dəfə adını ilk dəfə eşitdiyimiz qurumlar, adamlar mükafatlar, diplomlar paylayır məşhurlara. Bu təltiflər nə üçündür, ümumiyyətlə, gərək varmı bu cür xırda təltiflərə?
- Bu gün həddindən artıq çoxdur belə mükafat verən qurumlar və səviyyələri çox aşağıdır. Hətta elə mükafatlar var satılır. Mükafatlar niyə satılır, onu da anlaya bilmirəm.(gülür)
- Sizi də görürük hərdən belə mükafatlandırılma mərasimlərində.
- Əgər o cür mərasimlərdə iştiraka razılıq vermişəmsə, deməli, hansısa mühüm bir səbəbi olub. Maksimum olaraq getməməyə çalışıram. Əgər gedirəmsə və bunu çox da ürəklə etməmişəmsə açıq deyəcəm, mən o mükafatların, diplomların çoxunu üzə çıxartmıram. Elə vaxt olub anama demişəm “Ana onları yandır ümumiyyətlə” (gülür).

- Müğənnilərin, hələ də şou-biznes aləmində olan müğənnilərin psixoloji travmaları olur. Yəqin ki, sizin də həyatınızda belə dönəmlər olub. Nə vaxtsa psixoloqa müraciət etmisiniz?
- O qədər olub... Mən daşdan-divardan deyiləm, mən də insanam (gülür). Seanslarına getdiyim özəl bir psixoloqum yoxdur. Amma açıq etiraf edirəm ki, çox arzulayıram ciddi bir psixoloji seans keçim. Tanınmışların aqibəti çox ağırdı. Sən ürəyindən keçən, düşündüyün hər sözü deyə bilmirsən. Dediyin hər fikir hadisəyə çevrilir. Mən indi müsahibədə sənə şəxsi bir məqamımı deyim bizim bu saata qədər etdiyimiz o səviyyəli söhbətlərin hamısı qalacaq bir kənarda media da, kütlə də məhz o məqama fokuslanacaq. Bir həftə gəzəcək səhifələrdə (gülür). Bunu boşandığım zaman yaşamışam. Mən nə hayda idim, media nə hayda idi. Ona görə də həyat və praktika məni öyrədib. Bu gün hardasa özüm, öz psixoloquma çevrilə bilmişəm. Bir də mənim bəxtim onda gətirib ki, Yalçın kimi prodüserim var. Tam əminliklə deyə bilərəm Yalçın qadın psixologiyasını çox gözəl bilir. Bu mənada bəlkə də bir çox müğənnilər mənə qibtə edir. Çünki onların vuruşduğu və çaxnaşma yaşadığı məqamlarda mən studiyada oturub işimlə məşğul olmuşam. Ümumiyyətlə, Yalçının strategiyası odur ki, sən sənətinlə məşğul olacaqsan, sənə gələn hər sözün qarşısında mən varam. Elə şeylər olub ki, məndən gizlədib. Amma mənim qərarlarıma fikirlərimə əhəmiyyət verir. Anama demədiyim sarsıntılarımı Yalçınla bölüşmüşəm. O, mənim bütün hallarımın şahidi olan yeganə insandır.
- Şöhrətdən yorulduğunuz məqamlar olur?
- Mən hər gün şöhrətdən yoruluram, amma peşəmdən əsla yorulmuram. Şöhrət mənim peşəm deyil. Şöhrət mənim peşəmi gözəl yerinə yetirdiyim üçün daşıdığım gözəl və ağır bir yükdür. Gözəldir ona görə ki, xalq məni tanıyır, sevir. Amma qeyri- adekvatlıqların başladığı yerlərdə şöhrət həqiqətən də ağır olur.
- Belə bir fikir var: “Sənətçi həm də cəmiyyətin vicdan səsidir”. Biz bunun bariz nümunələrini Avropa ölkələrində tez-tez görürük. Məsələn, ABŞ-da prezident seçkiləri zamanı, Türkiyədə Gezi hadisələri zamanı sənətçilər xalqın yanında oldular. Məmur özbaşınalığına qarşı susmayan sənətçilər var dünyada. Bu günlərdə də elə işığın, qazın qiymətləri qalxdı, amma titullu sənətçilər türklər demiş, heç oralı olmur. Məsələn, siz etiraz etmisinizmi qiymət artımlarına nə zamansa?
- Tvitterdə ara-sıra olur sosial mövzulara münasibətimi bildirirəm. Mən hər zaman orta məxrəc tutmağa çalışmışam. Əgər məzlumun haqqı tapdalanırsa, qadınlar işgəncəyə məruz qalırsa, Qarabağ müharibəsidirsə burda susmaq cinayətdir. Belə məşhur bir kəlam var deyir, məzlumun haqqı tapdalanırsa, susan özü şeytandır. Baxır mövzu nədir. Həyatımda hadisələr olub ki, məni siyasi məsələlərə sürükləmək istəyiblər. Hətta bunu qəsdlə mənim adıma ləkə salmaq üçün ediblər. Mən orda da çalışmışam mərd dayanıb ədalətli danışım. Ədalətli danışmağın tərəfdarıyam. Əgər cəmiyyətdə həqiqətən də vətəndaşlara ziyan vuran hadisələr baş verirsə, hansısa dövlət işində işləyən insanın məsuliyyətsizliyi üzündən baş verən hadisələrə mütləq reaksiya verməlisən. Amma hesab edirəm ki, bunu tək sənət adamı etməməlidir.
Müğənnilərdən bir az əl çəkmək lazımdır. Müğənni bankir deyil, millət vəkili deyil. Suya, işığa, qaza baxan məsul şəxs deyil. İnsanlar elə hesab edir ki, mən dövlətin birinci adamlarına zəng edib problemi həll edə bilərəm. Bu yanlış təsəvvürdür. Eləcə də cəmiyyət hesab edir ki, biz işığın, qazın qiymətinin artımına etiraz etmiriksə, deməli, bizim bu cür kommunal problemlərimiz yoxdur. Əlbəttə var. Hələ bu bir də Azərbaycan artistidirsə lap çoxdur. Bu gün elə sənətçilər var evini, həyat tərzini göstərməyə utanır.
- Siz elə danışdınız az qaldım dəsmal götürüb şou-biznes müğənnilərinin halına ağlayım(gülürük).
- Həqiqətən də belə sənətçilər çoxdur, Günel. Ona görə də mən birmənalı baxmıram ki, Tarif Şurası nəyinsə qiymətini qaldıran kimi tez müğənni önə çıxıb etiraz etməlidir. Bu gün qız uşaqları doğulmadan ana bətnində qətl edilirsə, hələ də 12-13 yaşında qız uşaqları məcbur ərə verilirsə, qadınlar öldürülürsə mən buna səssiz qala bilmirəm. Mən bu gün qiymət artımına səsimi çıxartmaqdan imtina etmirəm. Düşünürəm ki, müğənni aparıcı qüvvə olmamalıdır bu məsələlərdə.

- Pandemiya və müharibə dövründə cəbhə bölgəsinə, ehtiyaclı ailələrə, şəhid ailələrinə yardım aparan sənətçilər cəmiyyətdə birmənalı qarşılanmırdı. Niyə sənətçinin səmimiyyətinə inanmaqda bu qədər tərəddüd yaşayırıq?
- Çünki o səmimiyyəti ötürə bilmirlər. Adamlar əmin olmalıdır ki, bunu edən sənətçi özünü reklam edir, yoxsa həqiqətən də yardım edir. Pandemiya zamanı mənim əsəbiləşdiyim belə məqamlar çox oldu. Hərə əlinə bir-iki torba alıb çəkiliş edirdi. Bu belə olmalı deyil. Ümumiyyətlə, sənətçi yardım etməli deyil, yardım olunması üçün kampaniya başlatmalıdır, dəstək olmalıdır. Mən bəzən şəhidlər xiyabanına gedib şəkil çəkdirən məşhurları başa düşə bilmirəm. Cəbhəyə gedirdilər anında “İnstagrama” selfi çəkib qoyurdular. Mən də getdim cəbhə bölgələrinə. Özü də ən qaynar nöqtələrdə, qızğın döyüşlər gedən zaman oldum. Mən əsgərlərimizi təhlükəyə atmamaq üçün özümü saxlayırdım. Horadizə gedəndə ermənilərin əzilmiş tanklarını görürdüm yolun kənarında. Ürəyim partlayırdı istəyirdim ki, çəkim fotolarını. And olsun özüm özümü telefondan sildim ki, amandı İP adreslər görsənər. O qədər qorxurdum hər şeydən.
-Son zamanlar cəsarətli geyimlərinizlə medianın gündəmindən düşmürsünüz. Və sosial şəbəkələrdə geyiminizlə bağlı sərt reaksiyalar yazılır.
-Öpürəm medianı yaman tez işıqlandırırlar (gülür). Sosial şəbəkələrdə yazılan təhqirlərin fərqindəyəm, amma izləmirəm. Çünki anlayıram ki, rəqəmsal dünyamızda cəhalətin qarşısını almaq mümkün deyil. Mən o kütləni konsertlərimdə görmürəm deyə bu məni o qədər də narahat etmir. Amma deyim ki, internetdəki həmin aqressiv kütləni çox rahatlıqla idarə etmək olur. Sosial media çox unikal texnologiyadır. Əvvəl səni qıcıqlandırır sonra manipulyasiya edir. Gün ərzində siz özünüz haqqınızda beş fərqli fikir eşidə bilərsiniz. Səhər yaxşı söz de səni sevəcəklər. Günorta dekolte geyin söyəcəklər. Axşam get bir şəhid ailəsinə baş çək. Bəhh...Olacaqsan müqəddəs bir insan. Ona görə də mən fikir vermirəm. Azərbaycan artistinin cəsarətli olmağının çoxdan vaxtı gəlib. Cəsarət dekolte ilə ölçülmür təbii ki. Əgər bu günə kimi Ebru Gündeş, Lara Fabian, Ceylo ən açıq kliplərinə, dekoltelrinə görə reytinqdən düşməyib və ölkələrində hələ də onları sevirlərsə bizdə niyə belə olmasın.
- Özünüzlə bağlı eşitdiyiniz ən qıcıqlandırıcı rəy hansıdır?
- Qıcıqlandıran yox gülməli bir fikir səslənir tez-tez. “Çarşabda gəldi sonra soyundu.”(gülür). Əziz travmalı, kompleksli sosial media istifadəçiləri . 20 il keçib mənim bandana geyindiyim zamandan. Bir az araşdırın, Googla girin. Başda yaylıq çarşab deyil və o mənim imicim idi. İnsanlar anlamaq istəmir ki, pop musiqi ifaçısı kolxoz sədri kimi geyinə bilməz. Əgər mənim sənətimə, özümə dekoltemə, “razrezimə” görə qiymət verəcəklərsə, çevirsinlər kanalı, mənə baxmasınlar. Mən qadınlığımla, gözəlliyimlə fəxr edirəm. İndi yüz faiz yenə məni səhv başa düşəcəklər (gülür). Baxın mən heç bir açıq-saçıqlığın təbliğatçısı deyiləm. Bu gün səhnədə geyindiyim geyimlər də sadəcə mənim imicimdir. Vücudum bunu daşıya bilir ki, geyinirəm. Sənəti gəlin belə ucuzlaşdırmayaq. Hə bir də tez-tez eşidirəm deyirlər, yəqin aşiq olub belə dəyişib (gülür).
- Eşqdən söz düşmüşkən həyatınızda eşq var?
- Mən ən birinci özümü sevirəm. Sevənlərimi sevirəm. Bu suala heç vaxt dəqiq bir şəxsin ünvanında cavab verməmişəm və verəsi də deyiləm. İstəyirəm hamı bilsin ki, mən kiməsə görə bəzənmirəm.
- “Səs Azərbaycan”dan danışaq bir az. Sizin də iştirak etdiyiniz əvvəlki “Səs Azərbaycan” yarışması uğurlu alınmadı. Burda necədi vəziyyət, iradlara hazırsınızmı?
- Burda hər şey çox yaxşı gedir. İstedadlı gənclər var. Maraqlı səslər eşdirik. Mənim heyətim olduqca qibtə ediləsi heyətdir. Amma proses hara aparacaq, sonda kim qalib gələcək, onu demək mümkün deyil. Onu deyə bilərəm ki, “The Voice”un Azərbaycana gələn heyəti burdakı müsabiqədən çox razıdır . Əgər bu mövsüm uğurlu keçsə davam edəcək. Qınaqlar, iradlar da olacaq, bu təbiidir. Hər işdə “əmma” tapmaq bizim cəmiyyətə xas imtina edilməz xüsusiyyətlərdəndir (gülür).









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru