"Fəxri adların hamısı məndə var, necə deyim ki, adlar ləğv olunsun"
Tarix: 18-10-2021, 16:58 |
Çap et
Ötən gün bir qrup sənət adamlarının fəxri adlara layiq görülməsi elə həmkarları tərəfindən qısqanclıqla qarşılanıb. Belə ki, onların bir qismi fəxri adların ləğv olunmasını və bu adları sənətkarlar arasında ayrı seçkilik etdiyini qeyd ediblər.
Mövzu ilə bağlı Xalq artisti Afaq Bəşirqızı təəssüratlarını Moderator.az-a bölüşüb:
"Sənətkara hər hansı mükafatın verilməsinə qarşı çıxması ən böyük eqaistlikdir. Şəxsən mən deyə bilmərəm ki, fəxri adlar ləğv olunsun. O fəxri adların hamısı məndə var. Hər bir insan gördüyü işin bəhrəsini istəyir. Necə ki, ustanın işinə qiymət verdikcə onu daha peşəkar görməyə çalışır, biz də elə. Sənətkarları onsuz da həyatda çox az şey sevindirir. Gəlin bu sevinci onların əlindən almayaq. Ali Baş Komandanımızda belə bir addım atıb, fəxri adları ləğv etməz.
Fəxri adlar sənətkarları yaşadan amildir. Bu dəfə fəxri ad alanların içində buna layiq olanlar da var. Bir çox layiq olanlar da var ki, onlar hələ də adsızdırlar. Çox istərdim ki, layiqlilərə ad verilsin, layiqsizlərdən seçilsinlər.
Məsələ burasındadır ki, eyni sahənin adamı eyni müəssisədə işləyəndə və maaşları da eyni olanda, hər yerdə adları da eyni çəkiləndə birinin adı olub, digərinin olmaması ona pis təsir edir. Buna görə də layiq olanların hamısına fəxri adlar verilməlidir. Qələbə bayramında layiqlilər də nəzərə alınacaq. Bu dəfə yalnız sözün əsil mənasında sənətkarlar mükafata layiq görüləcək".