“Mən gitaranı lirik lad üzərində kökləyərəm..."
Tarix: 5-08-2021, 10:39 | Çap et
Gitara ifasını laqeydliklə dinləmək qeyri-mümkündür. Onun sehrli səsləri kədər və sevincdən bəhs edir, eyni zamanda əhval-ruhiyyəni yüksəldir və qəlbləri sakitləşdirir. Hər kəs gitaraçının ifasında öz əhval-ruhiyyəsinin əks-sədasını tapır. Buna görə bu gözəl alətin həm peşəkarlar, həm də həvəskarlar auditoriyasında çox sayda pərəstişkarı vardır.
İllər əvvəl musiqi məktəbində keçirilən bir konsert haqqında məqalə yazmalı idim və mənim xatirimdə iştirakçılardan birinin, gənc gitaraçı Cavid Bakının, ifası qaldı. Parlaq performans, əla texnika, ecazkar üslub heç kəsi laqeyd qoymadı.
Cavid Ələkbərli (Cavid Bakı) Bakıda anadan olub, musiqi məktəbini əvvəlcə fortepiano, sonra gitara ixtisası üzrə bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə başa vurub. Hal-hazırda dissertasiya müdafiəsinə hazırlaşır.
Cavid İspaniyanın Kordoba şəhərində keçirilən "Festival dela guitarrade Cordoba" festivalında master-klaslarda iştirak etmiş, festival konsertlərində uğurla çıxış etmişdir. O, Manolo Sanlucar, Paco Serrano, Manolo Franco və Jose Antonio Rodriguez kimi beynəlxalq miqyasda tanınmış gitaraçılardan dərs almışdır. Cavid Bakı 2013-cü ildə Sevilyadaki Fundacion de Cristina Heeren de arte flamenco məktəbində flamenko kursu keçmişdir.
Gənc gitaraçı müxtəlifillərdə Bakıda bir sıra solo konsertlər vermiş, İstanbulda “Pera”, Rusiyanın Kaluqa şəhərində keçirilən beynəlxalq gitara festivallarında Azərbaycanı təmsil etmişdir. 2016-cı ildə Cavid Bakı "Simlərin səsi ilə" adlı ilk albomunu çıxarmışdır.
– Cavid, necə oldu ki, piano təhsilı aldığın zaman bu alətin yerinə gitaranı seçdin, özü də heç də asan olmayan flamenko ifaçılığı yolunu?
– Musiqi ilə 5 yaşından məşğulam. Fortepiano anamın arzusu idi. Özüm isə yeniyetmə ikən təhsil aldığım müddətdə gitaraçılar Con Maklaflin və Larri Koryelin ifalarını eşitdim və bu məni doğrusu heyrətə gətirdi. O zamana qədər gitarada bu dərəcədə virtuoz ifanın mümkünlüyünə inanmırdım. Hər şey bu andan etibarən
başladı və mən gitaraçı olmağa qərar verdim. Mən arzumun arxasınca gedirəm. Məqsədimə çatdığımı deyə bilmərəm, lakin sevdiyim işlə məşğul olmaq üçün əlimdən gələni edirəm.
-Sizə elə gəlmir ki, gitara Azərbaycanda çox da populyar bir alət deyil?
– Doğrudur. Gitara nə əvvəllər, nə də indi ölkəmizdə arzu olunan qədər populyar olmamışdır. Lakin, bu mənim üçün xüsusi əhəmiyyət daşımır. Çünki, əgər gitarada ifa etmək arzundursa artıq bu aləti sevənlərin sayının az və ya çox olması xüsusi önəm kəsb etmir.
– Sizin müəlliminiz kim olmuşdur?
– Gitara üzrə ilk müəllimim Azad Rzayev olmuşdur. O, piano təhsili aldığım musiqi məktəbində dərs deyirdi. Daha sonra universitetə daxil oldum və bu illərdə də gitarada ifa etməyi davam edirdim, lakin hansı növ klassik gitaraçı, caz gitaraçı və ya flamenko gitaraçı olmağıma hələ qərar verə bilməmişdim. Həmin məqamda məni flamenko dünyası ilə Məmmədəli müəllim Hüseynov tanış etdi. Ondan dərs almağa başlayanda anladım ki, mənə lazım olan elə flamenkodur. Artıq 12 il keçməsinə baxmayaraq, mən hələ də Məmmədəli müəllimə öz yeni əsərlərimi göndərir, fikirləri mənə maraqlı olduğu üçün bu və ya digər məsələ ilə əlaqədar onunla məsləhətləşirəm.
– Siz Azərbaycan parçalarından klassik gitara üçün kitab nəşr etdirmisiniz. Bu fikir necə yarandı?
– 2015-ci ildə məni Üzeyir Hacıbəylinin yubileyinə dəvət etdilər. Tədbir bəstəkarın ev muzeyində keçirilirdi. Düşündüm ki, dahi bəstəkarın ev muzeyində flamenko əsərləri ilə çıxış etmək məntiqli olmaz və tədbirdə onun "Sənsiz" romansını ifa etməyə qərar verdim. İki günə romansı gitara üçün nota çevirdim və yubileydə çıxış etdim. Sonra digər romansı - "Sevgili canan"I gitara üçün hazırladım. O an ağlıma gəldi ki, Azərbaycan musiqilərini klassik gitara üçün nota çevirmək vacibdir. İş prosesində aydın oldu ki, klassik gitaraya uyğun "düzgün" ariya, romans və mahnı tapmaq heç də asan deyildir. O zaman mən iyirmi əsəri gitara üçün işlədim. "Klassik gitara üçün Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri" adlı kitabım 2018-ci ildə nəşr
olundu. 2021-ci ildə isə eyni adlı kitabıma artıq klassik gitara üçün işlənmiş və səs studiyasında yazılmış 40 parça daxil etmişəm. Kitaba bir ədəd CD disk əlavə edilmişdir. Diski açaraq parçaların gitarada səslənişini dinləmək mümkündür. Bu mədəniyyətimizin təbliği üçün çox vacibdir və Azərbaycan musiqisini sevənlər üçün bir motivasiya ola bilər.
– Hansı ifa tərzi Sizə daha yaxındır? Ümumiyyətlə, gitara ifa tərzlərinin sayı çoxdurmu?
– Tərzlərin sayı az deyil. Ən populyar olanları klassik, rok, blyuz və flamenkodur. Məsələ burasındadır ki, tərzlərlə birlikdə gitara da dəyişir. Məsələn, rok elektrogitarada ifa olunur. Dahi sənətkar İohann Sebastyan Baxın əsərləri klassik gitarada, Pako de Lyusiyanın əsərləri isə flamenko gitarada çalınır. Şəxsən mənə texniki ifa və daxili dünya baxımından flamenko daha yaxındır.
– Dissertasiya mövzunuz gitara ilə bağlıdır?
– Xeyir. İspaniya ilə bağlıdır. Dissertasiya mövzumun adı "Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan-İspaniya mədəni əlaqələri"dir və burada gitara haqqında da məlumat vermişəm. Müdafiə yaxın zamanlarda baş tutmalıdır.
– Hansı kollektivlərlə əməkdaşlıq edirsən? Türkiyədə və ya Azərbaycanda konsert verməyi planlaşdırırsan?
– Pandemiyadan öncə kamera və sinfonik orkestrlərlə əməkdaşlıq etmişəm. İndi tək işləyirəm, lakin Xoakin Rodriqonun Aranxuez konsert isini orkestrin müşaiəti ilə ifa etmək istəyirəm. Azərbaycanda bu konsertin II bölümünü xalq artisti dirijor Teymur Göyçayevin rəhbərliyi ilə ifa etmişəm. İndi isə bu çətin konserti tam şəkildə ifa etmək istəyirəm. Türkiyədəki orkestrlərə məktublarla müraciət etmişəm, lakin hələ ki, yerin olmadığını bilirəm. Pandemiya hamının planlarını alt-üst etdi. Bu il keçən il səhnəyə çıxmalı olan solistlər səhnəyə çıxdılar, gələn il isə bu iI üçün nəzərdə tutulan solistlər ifa edəcəklər. Odur ki, hələlik gözləyirik.
–Həyatını gitaraya həsr etmək istəyən insan mütləq şəkildə nələri bilməlidir və hansı sirrlər mövcuddur ki, onları yalnız zamanla açmaq olar?
– İlk növbədə bu işə başlayan kəs bilməlidir ki, bu asan yol deyil. Gitarada məharətlə ifa edə bilmək üçün zaman və səbr
lazımdır, eyni zamanda əgər həvəs və alətə olan sevgi varsa qarşıda olan bütün maneələri aşmaq mümkündür. Sirrlərə gəlincə isə, onların əksəriyyəti texnika ilə əlaqədardır ki, onları da zamanla öyrənirsən. Şəxsən mən gitara ilə yorğunluq və stresimi çıxarıram, çünki gitara mənə hüzur verir.
Məqalə üzərində işləyərkən, bir çox yeni adlarla tanış oldum, tanınmış məşhurların və çox da tanınmayan musiqiçilərin bir neçə klip və konsertlərindən parçaları izlədim. Təəssüflər olsun ki, əzbərdən bildiyimiz və tez-tez eşitdiyimiz məşhur musiqilərin müəlliflərin adı ilə maraqlanmırıq. Bu sırada Hoakin Rodriqonun “Aranxues konsertini”ni göstərə bilərik. Ümid edək ki, bizim azərbaycanllı gitaraçımız, flamenko ifaçısı Cavid Bakı gitara və sinfonik orkestr üçün yazılmış bu və bir sıra başqa əsərləri də ifa edə biləcəkdir. Cavid müsiqi ilə yaşayır. Gitara – onun həyatıdır…
Adilə İmanova Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
|