"Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən"
Tarix: 5-08-2021, 08:32 | Çap et
Moderator.az Əməkdar Artist, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova ilə müsahibə edib. - Nəsibə xanım, karantin müddətini necə keçirdiniz?
- Pandemiya bizi yeni tamaşanın məşqlərinin ən qızğın mərhələsində yaxaladı. Sanki sürətlə qaçırsan və birdən dayanırsan. Tək sən yox, ətrafda hər şey dayanır, həyat donur. Daxilindəki yüksək ritm batildəki ətalətlə tam təzad təşkil edir. Bir müddətdən sonra məşğuliyyət axtarmağa başlayırsan. Rəfiqələrinlə WhatsAppda danışırsan, bəhsə-bəhs şirniyyatlar, yeməklər bişirirsən və... Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən. Depressiya, dəhşət! Sən daha heç nəyə qadir deyilsən, heç kimə lazım deyilsən. Bu sondur!!! Sondur? Məhz bu sualı özümə verib hər səhər yürüməyə başladım. Gündə ən azı on min addım atırdım. Daha sonra parkda oturub təbiəti müşahidə edirdim. Daim işlədiyim illər ərzində necə bir hüzurdan məhrum olduğumu anladım. Sən demə, biz heç də təbiətin şahı deyilmişik, biz ona mane olurduq və o, bizdən qisas almağa başladı. İndi insan yenidən yaşamağı öyrənməlidir. Müxtəsər, insan gərək ən pis vəziyyətdə belə nikbin olmağı bacarsın. Mənsə karantinin verdiyi azadlıqdan zövq almağın yolunu tapdım. - Uzun illər fəaliyyət göstərdiyiniz səhnədən ayrı düşmək yormadı ki sizi? - Əlbəttə ki, səhnə üçün çox darıxmışam. Səhnə mənim həyatımın ayrılmaz bir hissəsinə çevirilmişdi. Ən üzgün, ən yorğun məqamlarımda belə heç vaxt səhnədən uzaqlaşmadım. Amma karantin müddətində bəzi çəkilişlərim olduğundan bu niskil o qədər də dözülməz olmadı. - Deyəsən çalışdığınız Gənc Tamaşaçılar Teatrında Covid-19a yoluxanlar xeyli olmuşdu, bəs siz necə? - Qəlbimə əziz adamlardan bu bəlaya düçar olanlar çox idi. Təəssüf ki itirdiklərimiz də oldu. Amma məni Allahım qorudu. Şükür onun mərhəmətinə. Mən bu ağır yoluxucu xəstəlikdən bu günə kimi qorunmağı bacardım. Əgər Covidə yoluxsaydım özüm bir tərəfə, pişiyimə kim baxardı? O mənim üçün çox əzizdir. Demək olar ki, həyatımı bölüşdüyüm birgə yaşadığım yeganə varlıqdır. - Son rol aldığınız “Varislər” tamaşasında göründüyü qədəriylə Burqanın evdən qovulmuş və şəhərdə yüngül həyat tərzi keçirən qızı obrazını canlandırdınız və rol kifayət qədər bəyənildi. Bəs özünüz bu obrazdakı ifanızı bəyəndinizmi? - Stop!!! Yüngül həyat tərzi? Yenə bizim mental düşüncə tərzimiz. Bu əsərdə də, məhz bu kimi düşüncələrə qarşı çıxılır. Həmişə qadın günahkardır, onun bütün bəlalarının kökü olan yazıq kişilər isə mələkdir. Sevdiyi yeganə kişi ona yiyə durmayıb, Allahı, dayağı bildiyi atası isə əl uzadıb yıxılanı qaldırmaqdansa, onu bu vəziyyətdə küçəyə atıb. Söhbət 90-cı illərdən gedir. Siz gəncsiniz, bəlkə də bilməzsiniz ki, o illərdən sağ çıxmaq nə deməkdir. Banatsa sınmayıb, qardaşının verdiyi pulla biznes qurub, quldurlarla, reketlərlə kəllə-kəlləyə gəlib, sağ qalıb və indi müstəqildir. Özünü kişi kimi aparır ki, daha heç kim onu incitməsin. Çünki heç kimə inanmır, heç kimi yaxın buraxmır. Amma Burqanin evi onu məhv etmək üçün 20 il gözləyib. Kaş ki, gəlməyəydi, onda həlak olmazdı. Bu kədərli tamaşanı çox sevirəm, bəyənmək, yaxud bəyənməmək isə tamaşaçıya qalsın. - Səhnədə canlandırdığınız elə bir obraz olubmu ki özünüzə yaxın biləsiniz? - Məncə, oynadığım rollar məni özəlləşdirib. Yox, hər bir rol başqa xarakter, fərqli taledir. Heç biri Nəsibə Eldarova deyil. Ola da bilməz. - Nəsibə xanım özünü güclü qadın hesab edirmi? (Mümkünsə səbəbi) -Düşünmürəm. Səbrli ola bilər, lakin güclü yox. Səbəbini özüm də bilmirəm və buna görə də açıqlaya bilməyəcəyəm. - Müsahibə verməyi sevmirsiniz və bu sahədə bir çox neqativ təcrübələriniz olub.Sizcə bu nədən irəli gəlir ,jurnalistlərin zamanla üzərinizdə reytinq yığmaq istəməsi, yoxsa başqa bir səbəbdən? - Məndən yalan yolla istifadə edənləri heç vaxt sevmirəm. Zamanla bəzi jurnalistlər olub ki, mənimlə olan müsahibələrində sənətimdən xəbərsiz halda şəxsi həyatımı müzakirə etməyə çalışıblar. Azərbaycanda jurnalistikanın dərin ənənələri var və çox təəssüf ki, öz sənətindən xəbərsiz olanlar sadəcə qazanc və reytinq toplamaq üçün bu sənətə gələnlər öz işləri ilə jurnalistika sənətini kiçildən addımlar atıblar. Lakin mən düşünürəm ki, elələri çox getməyəcək. Bıçaq sümüyə dirənəndə qan çıxır. Bir də, misal üçün, Lorkanın kim olduğunu bilməyən individumla nədən danışmaq olar? - Sizcə, post pandemiya dövründə teatrlar açılanda əvvəlki gücünüzlə səhnədə ola biləcəksinizmi? - Bəlkə də, daha böyük qüvvə ilə səhnədə olacağam. Özümü həm fiziki, həm də mənəvi cəhətdən buna hazır hesab edirəm. Axı bu dövrdə çox şeyləri tərəziyə qoyduq, yenidən dəyərləndirib, çox məsələləri dərk etdik. Bir sözlə, deyəsən, bu yaşımızda nəhayət ki, müdrikliyə namizəd olduq. Heç nəyə baxmayaraq, stəkan yarıya qədər doludur, qızım. Hər şey yaxşı olacaq. Ümidsiz yaşamayaq, şükürlü olaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
|