"Yalçın müəllimin mahnılarını oxuyanda ailəsindən icazə almaq lazımdır"
Tarix: 27-07-2021, 08:39 | Çap et
“Yalçın müəllimin mahnılarını oxuyanda ailəsindən icazə almaq lazımdır. Düzdür, o həyatda yoxdur, amma onun ailəsi, sənətini davam etdirən övladı var. Atamın mahnıları mənə əmanət qalıb. Öz mahnılarım kimi onları qoruyub saxlayacağam. Mən demirəm ki, müraciət etməsinlər, oxumasınlar, sadəcə ailəsindən halallıq alsınlar. Zəng edib, halallıq almaq çətin bir prosses deyil”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib. O daha sonra həmkarlarına xəbərdarlıq edib.
“İndiki ifaçıların əksəriyyəti mahnını oxuyurlar, heç maraqlanmırlar ki, kimindir? Mahnının müəllifinin, ilk ifaçısının adını səhv deyirlər. Onun üçün də yaxşı olar ki, maraqlansınlar, xeyir-dua alıb sonra oxusunlar. Əks halda sərt reaksiyamı görəndə heç kim təəccüblənməsin. Kim icazəsiz oxusa mən konkret öz sözümü deyəcəyəm, heç kim məndən inciməsin, hamısına xəbərdarlığımı etmişəm. Elə mahnılar var ki, onlar toxunulmazdır, amma bunlar həmin mahnını bərbad oxumaqla yanaşı hətta sözünü də dəyişirlər. Bu yolverilməzdir. Bu günlərdə Röyanın bir mahnısı çox xoşuma gəldi, oxumaq istədim, ona zəng edib icazə aldım. Dedi ki, bütün mahnılarım sənin halal xoşundur. Pis bir şey deyil, çətin də deyil. Mənə də çox xoş oldu ki, halalllıq verdilər, yəqin ki, Röyaya da xoş oldu ki, ondan icazə aldılar. Yalçın müəllim 2 günlük mahnı oxumayıb, oxuduğu hər mahnı şedevrə çevrilib. Onun 769-dan çox mahnısı “Qızıl fond”-dadır. Hər zaman onun mahnılarını ifa etmişəm, yenidən atamın mahnılarına üz tutub, ifa edəcəyəm. Bu yaxınlarda mahnılarından birinə klip çəkdik, həmin klipdə Yalçın müəllimin də görüntüləri yer aldı” - deyə Mətin Rzazadə bildirib. O daha sonra indiyə qədər atasının məzar daşının qoyulmamasına da aydınlıq gətirib. “Heç kim atamı onun ailəsindən, övladlarından çox istəyə bilməz. Kimlərsə yazıb-pozur ki, niyə indiyə qədər məzar daşı qoyulmayıb, niyə bu yoxdur, niyə o yoxdur? Bunun həmin insanlara heç bir aidiyyatı yoxdur! Hər bölgənin öz adət ən-ənənəsi, qayda-qanunları var. Biz tərəfdə elədir ki, insan rəhmətə gedəndən sonra bir il müddətində onun məzar daşı hazırlanmalıdır. Yalçın müəllim balaca adam olmayıb, məzar daşı adına uyğun olmalıdır. Bir-iki şəkil, məzar daşı heykəltəraşa göstərmişik, məsləhət etmişik. Bundan sonra onun üçün nə edə bilərik ki? Son edəcəyimiz məzar daşının adına uyğun qoyulmasıdır. Onun üçün də bir az yubanır, asan bir şey deyil. Kimlərsə nəsə danışırsa bu bizə maraqlı deyil. Yaxşı olar ki, kimsə burnunu lazımsız yerə soxmasın! Kimsə özünü ora-bura vurursa, bu məsələdə intriqa, reytinq axtarırsa bu birincisi ayıbdır, ikincisi də elə istəyirsənsə, “ürəyin yanırsa” gəl özün bu işlə məşğul ol. Biz dövlətimiz tərəfdən də lazımı dəstəyi alırıq. Bilirsiniz ki, Yalçın müəllim də iki il dövlət tərəfindən Türkiyədə lazımı müalicəni aldı. Atamın iki il artıq yaşamasına görə cənab prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, Heydər Əliyev fonduna borcluyuq. Yalçın müəllimin son nəfəsinə kimi, son mənzilə yola salana kimi bizim dövlətimiz bizə dəstək olub. Bu gün də dövlətimiz tərəfindən lazımı diqqəti görürük. Artıq intirqa axtarmaq, söz-söhbət axtarmaq lazım deyil. Yaxşı olar ki, o insanlar gedib öz ailə problemləri ilə məşğul olsunlar, bizim ailənin işlərinə qarışmağa ixtiyarları yoxdur” - deyə sənətkarın oğlu bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
|