Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                 

"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tarix: 12-07-2021, 08:31 | Çap et
"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Mətanət xanım, bu günlərdə xəbərlər yayıldı ki, MTV-dən çıxıb Xəzər tv-yə keçmisiz. İstərdim söhbətimizə elə bu xəbərdən danışmaqla başlayaq.

- Xeyr, MTV-də “6-8” verilişim davam edir. Bilmirəm insanlar niyə belə başa düşüb, doğru olmayan xəbərlər yazırlar. Sadəcə olaraq prodakşından dəvət gəldi, razılaşdım. Yeni layihəmiz “Gəzək-bişirək” mətbəx verilişidir, bütün bölgələri gəzib, hər bölgənin özünəməxsus yeməklərini sizlərə çəkib göstərəcəyik. Mətanət həm MTV-də, həm Atv-də, həm də Xəzər tv-dədir. Bir sözlə hər yerdə (gülür). Atv-də “Qız atası” serialımız yayımlanır, MTV-də “6-8” canlı verilişimiz, Xəzər tv-də də “Gəzək-bişirək” adlı yeni layihəmiz yayımlanacaq.

- Bu qədər işlə yorulmursuz? Enerji mənbəyiniz nədir?

- Enerji mənbəyim həyatsevərliyimdir, işləmək, işləmək və yenə də işləmək. Başqa heç nə ola bilməz! İşimi sevirəm, nida işarəsi!

- Aktrisa yoxsa aparıcılıq, hansı sizə zövq verir?

- Hər ikisi, çünki hər ikisi biri-birinə bağlıdır. Heç birini ayırmıram. Əksinə, aktrisalıq mənə daha çox imkan verir ki, onu aparıcılıqda da göstərə bilim. Çünki orada bir başqa jestlər, mimikalar var. Ümumiyyətlə mən mimikalarla işləyən insanam.

- Mətanət xanım, aktrisalıqdan söz düşmüşkən, hansı ixtisası bitirmisiz?

- Mən Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. O vaxt çox gözəl pedaqoqlar fəaliyyət göstərirdi, maşallah olsun elə indi də var. Xalq artistləri Şəfiqə Məmmədova, Həsən Turabov, Kamal Xudaverdiyev məndən qabiliyyət imtahanı götürürdülər. Nə deyirdilərsə onu da edirdim. Şeir, monoloq, etüd, rəqs. Nə bacarırdımsa etdim. Onlar hiss etdilər ki, mən mimikalarımla çox yaxşı işləyirəm. Qabiliyyət imtahanında Həsən Turabov məni Şəfiqə Məmmədovaya göstərib dedi ki, Şəfiqə, gözlə yerinə biri gəlir deyəsən. Şəfiqə xanım çox çox sevdiyim sənətkardır. O da dedi ki, mən çox istərdim ki, belə aktrisalarımız səhnədə olsun. Əlbəttə ki, mən Şəfiqə Məmmədova ola bilmərəm, amma çalışdım ki, Mətanət olum, mətanətli yaşayım.

- “Qız atası” serialında qızlarınızı necə lazımdırsa “cəzalandırırsınız”. Ümumiyyətlə olubmu ki, obrazı unudub, həqiqətən də onları incitmisiz?

- (Gülür). Əslində reallıqda Azərbaycan ailəsində qızlar anaları tərəfindən danlanır, ya görürsən ki, saçları yolunur, ayaqqabı çıxıb dəyir onlara. Düzdü, mən bunları orada ana obrazım olaraq tətbiq edirəm, qızlar artıq buna alışıb. 8-ci mövsümə keçəcək artıq serial. O qızlar mənim ürəklərimdir, canlarımdır. “Qızını döyməyən, dizini döyər” sözü ilə razı deyiləm, xeyr. Ümumiyyətlə nəinki qızı, insanı döyməzlər. Bu bir obrazdır ki, ana hirslənir, bu cür hərəkət edir. Çəkilişdən sonra onları qucaqlayıb öpürəm, 10 dəfə üzr istəyirəm. Onlar da deyirlər ki, “ay ana, artıq alışmışıq” (gülür). Bu qarşılıqlı bir anlayışdır. Onlar razı olmasaydılar əlbəttə ki, mən etməzdim. O qədər də elə incitmirəm, çox sağ olsun qızlar ki, buna qarşılıq verirlər.

- Bir neçə telekanalda çalışırsınız. Maddi gəliriniz xərclərinizi ödəyə bilir?

- Bu sirrdir (gülür). Mən çalışmıram ki, oradan nəsə gəlir əldə edim. Mən işimdən zövq alıram. Düzdü, gəlir də vacibdir, amma ilk növbədə mənim üçün işdir. Sən iş təqdim etməlisən ki, onun da bəhrəsini görəsən.

- Amma çox təəssüflər olsun ki, bir zamanlar səsini radiolardan eşitdiyimiz Mətanət xanımın indi səsini heç bir radiodan eşitmirik. Buna səbəb nədir?

- Buna xüsusi bir səbəb yoxdur, sadəcə olaraq hazırda radioya vaxt ayıra bilmirəm. Radio mənim üçün həyatdır, radio mənim televiziya sahəsində addım atmaqda çox böyük rolu olan bir aləmdir. Əslində radio üçün darıxıram. Bilmək olmaz, bir də gördünüz hansısa layihə ilə yenidən radioya qayıtdım. Haradasa 1 saatlıq, saat yarımlıq verilişlə. Hər şey mümkündür, təki insan istəsin.

- Kimləri bağışlaya bilmirsiz? Ümumiyyətlə həyatınızda bu tip insanlar varmı?

- Əstağfurullah! Mən kiməm ki, insanları bağışlamayım?! Allah onların günahından keçsin. Hər birimiz insanıq, hər birimizin səhvi ola bilər. Heç bir kinim-küdurətim olmayan biriyəm. Düzdü kiminsə mənə etdiyi pisliyi unutmuram, amma o insana qarşı da kin saxlamıram. Elə bir insanam ki, deyə bilmərəm ki, mənim düşmənim var. Qətiyyən! Çox yumuşaq xasiyyətliyəm.

- Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Heç nəyi! Mən dəyişməklə deyil ki, həyat özü davam edir. Heç nəyi dəyişməzdim.

- Bəs efirə ilk çıxdığınız gündən bu günə qədər sizdə dəyişməyən nədir?

- Nəinki efirə çıxmaq, doğulduğum gündən bu günə qədər məndə heç nə dəyişməyib. Ola bilər ki, yaş ötür, insan görkəmcə dəyişib, yaşlana bilər. Amma xasiyyətim elə həminkidir. Çılğın, emosional və pozitiv.

- Zaman-zaman verilişlərinizdə jurnalistləri tənqid edən müğənnilərə necə deyərlər “yerlərini göstərmisiz”. Ümumiyyətlə jurnalist-müğənni dostluğu axıra qədər gedir?

- Mən özüm bu sahəni çox yaxşı bilirəm. Böyük bir jurnalist məktəbi görmüşəm. Söhbət əlbəttə ki, ilk çalışdığım Ans telekanalından gedir. Dostluq məgər jurnalistə, müğənniyə baxır? Ümumiyyətlə dost anlayışı çox çətindir. Fərq etmir hansı sahədə çalışırsansa çalış. Dost anlayışı çox fərqlidir. Hər insana dost demək olmur. Niyə müğənni ilə jurnalistin dostluğu olmur ki? Ola bilər! Onun işə, vəzifəyə heç bir aidiyyatı yoxdur. Mən yenə də deyirəm, mənim dostluğumun işimə heç bir aidiyyatı yoxdur. Mən elə mənəm! Sabah Mətanət efirdə olmaya bilər, onda ətrafımdakılar məndən üz döndərməlidir? Qətiyyən mən bu fikirdə deyiləm.

- Amma bizdə belədir ki, aparıcı efirdə deyilsə müğənni ondan uzaq gəzir. Sənətçilərin əksəriyyətinin dostluğu təmənnalıdır. Biz bu kimi halların çox şahidi olmuşuq.

- Müğənnilər hamısı canımız, ciyərimizdir. Heç biri ilə yaxınlığım yoxdur, “salam-sağol”, bayramdan bayrama zəngləşib, hal-əhval tutarıq. Ona görə də mənim üçün bunun fərqi yoxdur, biz sadəcə verilişdə görüşürük. Həyat tərzim deyil ki, efirdə çıxıb, gedib onlarla hardasa oturub yeyib-içim. Bu məndən uzaqdır. Evdən çıxan kimi yenidən evə qaçıram. Çünki uşaqlarım var. Ona görə də mən vaxtımı daha çox özümə və evə həsr edirəm. Toydan-toya görüşə bilərik. Nə mənim onlardan, nə də onların məndən heç bir asılılığı yoxdur. Hər biri mənim, mən də hər birinin xətrini çox istəyirəm. Çünki verilişə çağıranda sevinə-sevinə gəlirlər. Bilirlər ki, orada pozitivlik, dürüstlük var, heç kimi sancmayacağıq.

- İmicinizi dəyişmisiz yoxsa əməliyyat keçirmisiz? Deyərdim ki, 20 il əvvələ qayıtmısız. Bu görünüşünüz bir çox izləyicilərdə “əməliyyat” şübhələrini artırıb.

- Qətiyyən! Əgər lazımdırsa mən çox asanlıqla əməliyyat oluna bilərəm, burada problem yoxdur. Sadəcə olaraq 14 kilo arıqlamışam. İradəm çox güclüdür. Adım Mətanətdir mənim, adımı İradə də də, Mübariz də qoya bilərdilər (gülür). Çox iradəliyəm, özüm-özümlə mübarizə aparan bir insanam. Sadəcə olaraq çörək və şirniyyatı özümdən uzaqlaşdırmışam. Arada konfetlə çay içə bilərəm. Tez kökəlib, tez arıqlamağı bacarıram. Hər şey insanın özündən asılıdır. Qətiyyən əməliyyat etdirməmişəm. Niyə etdirməliyəm ki? Əməliyyata pis baxmıram, lazım gələndə cərrahın plastik bıçağının altına düşmək də olar. Hər bir xanım formada qalmağı sevir. İndi kişilər də plastik əməliyyat etdirirlər. Ümumiyyətlə insan özü üçün nə edirsə bunu normal qarşılayıram. İstəyir efir adamı olsun, istəyir adi insan. Bu onun həyatıdır. Kənardan kimsə başqasının həyatına müdaxil edə bilməz, buna çox pis baxıram. Bu belə də olmalıdır. Sən kimsən ki, mənim həyatıma müdaxilə edirsən? Bu mənim həyatımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru