Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                 

"Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam"
Tarix: 8-07-2021, 08:58 | Çap et
"Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam"
Xalq artisti, sevilən xanəndə Simarə İmanova Moderator.az-ın suallarını cavablandırıb.

- Simarə xanım, hal-hazırda nə kimi yeniliklər üzərində çalışırsınız?

- Koronovirusla bağlı ölkəmizdə yaranmış durğunluq digər sahələr kimi bizim sahəmizə də mənfi təsirini göstərdi. Xarici səfərlərimiz, planlaşdırdığımız konsertlər və el şənlikləri təxirə düşdü. Bu da bizim bir növ ziyanımıza işlədi. Təbii ki, hər şeydən öncə insanın canının sağlığı, ailəsinin yanında olmasıdır. Yalandan deyə bilmərəm ki, pandemiyada nə qədər mahnı yazdırdım. Çünki qadağalar nisbətən yeni yumşaldılıb. Bu gün çalışırıq ki, əvvəlki vaxtımıza qayıdaq, həyatımızda hər şeyi yenidən quraq. İnanıram ki, hər şey yaxşı olacaq. Səmimi deyim ki, bu gün istəyirəm gözəl konsertlər verim. Amma konsert üçün də maddi durumun yaxşı olmalıdır. Bir adam ola deyə ki, ay Simarə xanım, bütün maddiyatı mən qarşılayıram, sən gəl sadəcə oxu. Sənət insanı hər zaman gözəl konsertlər fikirləşir, çox təəssüf ki, bütün bunların hamısı maddiyatla bağlıdır.

- Çox nadir hallarda sizi müsahibə verən və efirlərə çıxan görürük. Maraqlıdır, dəvətlər gəlir özünüz çıxmırsız yoxsa əksinə?

- İnanın, bütün telekanallardan mənə dəvətlər gəlir. Hamısı sağ olsun! Ətrafımdakı insanlar mənə deyir ki, niyə efirlərə getmirsən? Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam.

- Deməli seçim edirsiz?

- Bəli, əlbəttə ki! Bir neçə dəfə soruşmuşam ki, qonaqlar kim olacaq və öncədən bilib, qonaqlara görə getmişəm. Gedib görmüşəm ki, həmin insanlardan əsər-əlamət yoxdur! Deyiblər ki, Simarə xanım o qonaqlar gəlmədi. Mən də demişəm ki, gözləyin 5 dəqiqəyə gəlirəm, çıxıb getmişəm. Sənət adamı hansısa bir verilişə, tədbirə gedəndə orada özünü hiss etməlidir, görməlidir. Bilirsiz ki, ulu öndər Heydər Əliyev mənə 19 yaşımda “Əməkdar artist” fəxri adını verib. Azərbaycanın tarixində belə bir hal yaşanmayıb. Bu boyda ad-san, hörmət qazanmışam, onu yerə vura bilmərəm. Mənim üçün efirdə görünmək əsas deyil, səviyyə, sanbal, sənət daha önəmlidir. Mən sənətə dünən sms-lə gəlməmişəm ki. İnsan gərək yerini bilsin. Bəzən görürəm ki, sanballı bir sənətkar özünə uyğun olmayan sənətçi ilə efirə çıxır. Verilişi izləyirəm və böyük təəssüf hissi ilə öz-özümə deyirəm ki, lazımdı sənə onunla efirə çıxmaq?

- Səhnəmizin ən gənc Leylisi olmusuz. Səhv etmirəmsə elə 19 yaşında.

- Bəli, Opera və Balet teatrında ən gənc Leyli mən olmuşam, 19 yaşında. Mən bu obrazı ulu öndərimizin tapşırığı və göstərişi ilə oynamışam. Mənə birinci bunu deyəndə çox həyəcanlandım, qorxu bürüdü məni, fikirləşdim ki, görəsən bu rolun öhdəsindən gələcəyəm? Çünki böyük bir məsuliyyət idi, həm oxumaq tələb olunur, həm aktyor oyunu, üstəgəl də əruz vəznindəki sözləri yadda saxlamaq asan deyildi. Leyli elə bu yaşda olmalıdır. İki dəfə oynadım bu tamaşanı. İkinci tamaşa birinciyə nisbətən daha möhtəşəm oldu. 1997-ci ildə yenə də ulu öndərin göstərişi ilə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında, 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan “Qran-Pri”yə layiq görülmüşəm. O musiqiçilərin hər biri öz ölkələrinin ən məşhur sənətkarları, xalq artistləri idi. Mən isə Asəf Zeynallı adına musiqi məktəbinin 2-ci kurs tələbəsi idim. Orada “Şahnaz” muğamını oxudum, hamı, münsiflər başda olmaqla ayaqüstə alqışladı.

- Məcnun obrazını sizinlə kim ifa edirdi?

- Məcnun obrazını Xalq artistimiz, əziz qardaşım Mənsum İbrahimov oynayırdı. Mənə səhnə arxasında böyük dayaq oldu. Çünki o bir neçə dəfə bu obrazı oynamışdı, deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Çox gözəl tərəf müqabili idi.

- Əslində düz qeyd edirsiz, 19 yaşındakı Leyli səhnədən daha gözəl görünür. Amma bəzi hallarda 50 yaşlı xalq artistinin də Leyli obrazını oynadığını görürük.

- Hər bir xanım xanəndənin arzusudur ki, Leyli obrazını heç olmasa bir dəfə oynasın, həmçinin də bəylər də istəyər ki, Məcnun obrazını oynasınlar. Bəli, sizinlə razıyam. Leyli və Məcnun obrazlarını oynayan xanəndələr cavan olmalıdır. Orada görünüş məsələsi var. Tamaşaçı hiss etməlidir ki, səhnədəkilər həqiqətən də cavandırlar. Belə daha təbii olur.

- Opera və Balet teatrında çalışırsınız, yoxsa siz də teatrı tərk etmisiz?

- Xeyr, mən o illərdə teatrda müqavilə ilə işləmişəm.

- Bir müddət əvvəl sevimli xalq artistimiz Nəzakət xanıma Opera və Balet teatrı haqda sual ünvanlayanda incik danışdı. Hiss etdim ki, məcburiyyət qarşısında teatrı tərk edib.

- Nəzakət xanım mənim çox hörmət bəslədiyim sənətkar xanımlarımızdandır. O bu sözü söhbət əsnasında bir dəfə mənə də demişdi. Özünə hörmət edən hər bir sənət adamı ilk addımı özü atmalıdır, hörmətli-hörmətli tərk etməlidir səhnəni.

- Sizdə də belə hal yaşanmışdı?

- Xeyr, mən müqavilə ilə çalışdım. Sonradan isə mənə təklif etdilər ki, gəl teatrda işlə. Bir neçə yaxın sənət dostum var idi ki, mənə deyirdilər ki, sən əsl Leylisən, niyə teatrda çalışmaq istəmirsən? Mən istəyirdim ki, azad olum. Teatrda işləsəydim nə xarici səfərlərə gedə biləcəkdim, nə də ki, başqa bir yerə. Artıq teatrdan asılı vəziyyətə düşəcəkdim.

- Toylara dəvət alırsınızmı?

- Əlbəttə. Sənət adamının ən çox qazancı elə el şənlikləridir.

- Xanəndələrimizin əksəriyyəti el şənliklərinə getmirlər. Deyirlər ki, mən özümə sığışdırmıram ki, gedim toyda kiminsə qabağında oxuyum.

- Təbii ki, fikirlər müxtəlifdir və hamının fikrinə hörmətlə yanaşıram. Tarixə nəzər salsaq bütün korifey sənətkarlarımız toyda püxtələşiblər. İkinci bir məsələ isə budur ki, kimsə toy edir və arzusudur ki, məni öz toyunda, övladının toyunda görsün. Niyə də olmasın? Əgər kiminsə arzusunu yerinə yetirirəmsə nə xoş mənə! Həm də toyda mənə Allah ruzi yetirirsə deyə bilmərəm ki, mən bu ruzini istəmirəm. Təbii ki, toyları da seçirəm, hər efirə getmədiyim kimi, hər toya da getmirəm. Görürəm ki, bu toy həqiqətən də gözəl toydur, niyə də mən orada iştirak etməyim? O qədər olub ki, xarici səfərlərə dəvət ediblər, mən o adamın danışığından tutmuşam ki, düzgün insan deyil. Demişəm ki, istəyirsizsə mən o konsertdə iştirak edim, qonorarımın yarısını öncədən karta yükləyin. Kart nömrəsi atmışam. Deyib ki, Simarə xanım mənim gözüm üstə, iki günə pulu yükləyəcəm. İnanın elə gedib ki, heç səsi sorağı da gəlməyib (gülür). Həmin nömrəyə də bir müddət zəng çatmayıb.

- Toydan söz düşmüşkən. 2020-ci ildə açıqlama vermişdiniz ki, oğlumu evləndirəcəyəm. Pandemiyaya görə toy təxirə düşdü?

- Oğlum da, gəlinim də hal-hazırda tələbədirlər. Hələ ki, evlənmək fikirləri yoxdur. Sadəcə olaraq qızın barmağına üzük taxmışıq ki, gəlin bizimdir. Pandemiya şərtlərinə əməl edərək kiçik bir nişan mərasimi etdik. O ki, qaldı toya. Onu artıq cavanların öhdəsinə buraxmışıq, nə vaxt istəsələr o vaxt da toy edərik. Allah bütün balaları xoşbəxt etsin!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru