40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                 

Trampı bəyənməyən, milyarderə naz edən azərbaycanlı aktrisa: - "Nazir oğluna kim yox deyər ki? ”
Tarix: 27-04-2017, 09:29 | Çap et
Trampı bəyənməyən, milyarderə naz edən azərbaycanlı aktrisa:
Yeniçağ.az “2:1” adlı yeni layihəyə start verir: ya bizə verən Allah, ya da müsahibə… Amma məqsədimiz kimisə nokauta salmaq deyil, sadəcə olaraq, onun özünü tanıtmasına tam şərait yaratmaqdır. Bunun üçün də bizə nə lazımdır? Müsahibə tam sərbəstlik vermək, vacib mövzu dairəsində sınamaqdır.

“Büyükfırat” Restoranlar Şəbəkəsinin dəstəyi ilə hazırlanan və Xaqani Ticarət Mərkəzində yerləşən adı çəkilən restoranda baş tutan layihədə ilk qonağımız gənc aktrisa, bir çox yerli serialların baş qəhrəmanı Cəmilə Tağızadədir.

C.Səlimqızı:

– Yarım saatdır səni gözləyirik, demək punktual deyilsən…

– Deyim ki, yüz faiz punktualam, yalan olar. Çünki Bakının tıxacları ilə bu, mümkün deyil.

– Cəmilə, adətən sual xoşuna gəlməyəndə reaksiyan necə olur?

– Susuram.

– Görək susacaqsan, yoxsa, bizi susduracaqsan?

– Susdurmaqla aram yoxdur. Əsas odur ki, sual mənə uyğun olsun. Amma sual qarşısında aciz qalmıram, sadəcə bəzi məqamlarda susmağa üstünlük verirəm.

– Eynşteynin sözüdür: ağıllı insan problemi həll edir, müdrik isə problemin qarşısını alır… Sən hansındansan?

– Desəm ki, həm ondan, həm bundanam, bir az çox olar. Məncə ağıllıyam. Ümumiyyətlə, problemdən qaçıram, amma yenə də məni tapır.

– Təkbaşına həll edirsən?

– Bütün işləri özüm həll edirəm. Anam mənə dəstəkdir – həm maddi, fiziki və mənəvi cəhətdən.

– Arada müflis eləmirsən?

– Edirəm. Ona görə özümə maşın ala bilmirəm də. Onun toyu, bunu ad günü… çatdırmaq olmur.

– Saytları izləyirsən?

– Ölkədə baş verən xəbərləri izləyirəm.

– Hansı saytlardan xəbərin var?

– Elə sizin saytı, “Milli.az”, “Qafqazinfo”, bir də “Axşam.az”ı izləyirəm.

– Məsələn, hansısa ölkədə baş verən terror hadisəsi səni maraqlandırır?

– Hə, izləyirəm, amma onu da deyim ki, bu, siyasət deyil, insanlıqdır.

– Bəs kriminal xəbərlər?

– Mən hətta kriminal filmlərə də baxmıram, çünki qan tökülən yerlərdən qaçıram.

A. Zeynalov:

– Qonorarın əziyyətinə dəyir?

– Yox dəymir, amma sevdiyim işlə məşğulam. Ona qalsa, bizə 30-50 milyon verən olmayacaq. Bizdə şərt budur, Türkiyə deyil ki, aktyor həftəyə 30-50 min alsın və şərtləri diktə eləsin.

– Sənətdən başqa maraq dairənizə nələr daxildir?

– Hazırda Alpaqut Federasiyasında mədəniyyət departamentin rəhbəriyəm. Onu da deyim ki, alpaqut qədim türk döyüş növüdür.

– Özünüz hansısa idman növüylə məşğul olursunuz?

– Uşaq vaxtı taekvando və karate ilə məşğul olmuşam.

C. Səlimqızı:

– Sənin qabağında dayanmaq olmaz ki… Birdən Araz səni sualı ilə hirsləndirdi, fiziki hərəkətə keçə bilərsən?

– Balaca qarışqanı əzə bilmərəm. Hətta uşaq olanda buna görə ağlayırdım, o ki qalmışdı kimisə döyüm.

– Onda Araz siyasətdən sual ver.

A.Zeynalov:

– Siyasətdən özünüzü kənar göstərməyiniz…

– (Sözünü ağzında qoyur) Gəlin bu barədə danışmayaq. Yaradıcılıqdan sual verin.

– Türkiyədə bu günlərdə ciddi hadisə oldu, nə baş verdiyini bildiz?

– Məlumatım var, amma qəti şəkildə siyasi suallara cavab verməyəcəm.

C. Səlimqızı:

– Qorxursan məlumatsızlığın üzə çıxar?

– Sadəcə, siyasi səhvə yol verə bilərəm. Ürəyimdən keçəni söyləyirəm, birdən başqa cür səslənə bilər.

A. Zeynalov:

– Sənət adamları niyə siyasətdən uzaqdır?

– Başqa sual verin.

– Bəlkə siyasətdən danışmamaq üçün sizə şərt qoyulub?

– Yox öz şərtimdir.

– Seçkilərə gedirsiz?

– Gedirəm.

– Öz deputatızı tanıyırsız?

– Nəsimi rayon ərazisində yaşayıram, amma yox, tanımıram.

– Səs verməmisiz?

– Mən yalnız prezidentə səs verirəm, onu dəstəkləyirəm.

– Deyim ki, görünüşünüz istənilən partiyaya gözəl imic də gətirə bilər.

– (gülür)…

C. Səlimqızı:

– Bəs partiya rəhbərlərini tanıyırsan?

– Başqa suala keçin.

– Birinci ledilərdən kimləri tanıyrsan ?

– Mehriban xanımın görünüşü, xanımlığı, oturuşu-duruşu savadı məni valeh edib. Həm də çox dəbli geyinir.

A.Zeynalov:

– 30 il əvvəl sənətdə sərbəstlik yox idi; təsəvvür edin ki, sovet dövrü qayıdır, yaşamaq necə olardı?

– Çox çətin.

– Hər şeyin qadağan olunduğu həmin cəmiyyətdə özünüzü harada görürsünüz?

– Əslində, sovet dönəmində elə də qadağalar yox idi axı.

C.Səlimqızı:

– Niyə ki, kifayət qədər qadağalar olub. Məsələn, seks sözü qadağan idi. Sənət adamına açıq-saçıq geyiminə görə illərlə qadağa qoyulurdu. Bu gün sənətçilərin çılpaq fotoları yayılır, heç qadağa qoyan da olmur.

– Mənim öz qadağalarım var: içmirəm, siqaret çəkmirəm, – elə sovet adamı kimi bir şeyəm.

A. Zeynalov:

– Onu deyirəm də… Təsəvvür edin, dövr dəyişir sizə qadağalar qoyulur ki, bunu geyinmək olar, bunu olmaz. Axı sizin də kifayət qədər açıq-saçıq şəkilləriniz var?

– (üzü dönür) Nə? Mənim açıq-saçıq şəkillərim var ki?

C. Səlimqızı:

– Dekolte, qısa ətəkləri deyir…

– Siz o paltarlara açıq-saçıq deyirsiz? Bütün kişilər elə geyinmiş arvadları ilə toylara gedirlər. Mən nə vaxt alt geyimində çəkildim?

– Araz “cəsur geyimlər” demək istədi…

– Qısaqola açıq-saçıq deyirsiz? Bura İran deyil e qardaş. Açıq-saçıqlıq alt geyimində, dəniz kənarında çəkilən çılpaq fotolardır. Buna razılıq vermirəm. Dünyaşöhrətli ulduzları izləyirəm, onlar belə fotolar çəkdirir. Normal da baxıram. Amma mənim öz çərçivəm, öz qanunlarım, həyat tərzim var. O qanunları özüm qoymuşam. Alkoqol içmirəm, klublarda veyllənmirəm, qəlyan çəkmirəm, vaxtımı sənətimə ayırıram.

– Sənə geridə qalmış kimi baxmırlar?

– Baxırlar. Hətta uzun ətək geyinəndə deyirlər ki, “gəldi də nənəxanım”. Deyirlər, “bütün respublika dəyişdi, bir dənə bu dəyişmədi”. Tərzim retro stilidir. Mən kaş ki, 50-60-cı illərdə yaşayaydım.

– Bəlkə cəmiyyətdən, söz-söhbətdən qorxursan?

-Yox.

– Ay Cəmilə, başqa ölkələri bilmirəm, bizdə məşhur bir ifadə var: “evdəqalmış”, müəyyən yaş həddindən sonra…

– (sözümü tamamlayır) Başlayırlar suallara ki, niyə ərə getmirsən? Ərə gedəndən sonra da soruşurlar, niyə uşağın olmur? Ona görə də bizdə heç kim öz həyatını istədiyi kimi yaşaya bilmir.

– Sənə “evdəqalmış” damğası vurmaq üçün neçə ilin qalıb?

– Mən 50 yaşına qədər seviləcəm və gözəl qalacam.

– Yəni o vaxta qədər evdə qalmaq fikrin var?

– Yox, o vaxta kimi nəvələrim də olacaq. Planlaşdırılır.

A. Zeynalov:

– “Planlaşdırılır” deyərkən?

– Bu ilə artıq qərar veriləcək.

– Birdən eləsi oldu, sənətinə qadağa qoydu?

– Mən eləsini seçmərəm axı.

C. Səlimqızı:

– Sevgi sifarişlə olmur axı?

– Məndə hər şey planlaşdırılır. Sevib ailə həyatı qurmayacam, əsas odur xasiyyətimə uyğun olsun. Mütləq deyil, dünya gözəli ya da milyonçu olsun.

– Acından ölsün?

– Bir pillə məndən yüksək olsun, bilim uşaqlarım çoldə ac-yalvac qalmayacaq. Mən dəli sevgi yaşamamışam. Sənətim birinci yerdədir, ikinci yerdə şəxsi həyatım, yəqin sonra fikrim dəyişəcək.

A. Zeynalov:

– Bu gün nəzərdə tutduğun karyeranın hansı pilləsindəsiz?

– İstədiklərimin 10 faizini etmişəm 90 faizi qabaqdadır. 29 yaşım var, amma hələ çox şey eləyə bilərəm. Onu da deyim ki, bu yaşda olsam da obrazlarım 18-20 yaşındadır.

– Maşallah, elə bildim universiteti təzə bitirmisiz.

C.Səlimqızı

– Bu kişilər də kimi görür deyir ki, yaşınızdan cavan görünürsünüz. Araz məni də nəzərə al, kompliment edəndə…

A. Zeynalov:

– Səninlə bağlı vəziyyəti düzəldərik. Cəmilə xanım, sizə gəldikdə isə sözlərim doğrudan da şablon deyil.

– Mən qrimsiz lap uşağa oxşayıram.

– Sosial şəbəkədə sizi narahat edənlər çox olur?

– O qədər… Hətta polisə də müraciət etmişəm. Amma yenə xeyri olmur, yazırlar ki, səni çox istəyirik, ölürük səndən ötəri. Hansı ki yarımay efirdə olmasam yadından çıxaracaq e, yalandan deyir.

– Cəzalandırdılar o adamı?

– Yox, üstünə getmədim, çünki vaxtım yoxdur. Əsəblərimi itirməkdənsə, düşündüm ki, bu zamanı yaradıcılığıma sərf edim.

– YAP-çı deputat Siyavuş Novruzov təklif edib ki, sosial şəbəkələrdə qeydiyyat şəxsiyyət vəsiqəsi əsasında olsun. Nə deyirsiz?

– Məndə rəsmi səhifələrimdir, gizlin işim yoxdur. Elə olsa, lap gözəl… İnsanlar qorxarlar, ağızlarına gələni yazmazlar.

– Sosial şəbəkədə adətən, paylasımlarınız nə olur?

– Fotolar, getdiyim tədbirlərdən videolar…

– Birdən qazınız kəsildi, ictimailəşdirirsiz?

– Bəzən.

– Reaksiya olur?

– Heç nə dəyişmir.

C. Səlimqızı:

– Hansısa məmura isin düşəndə kömək edirlər?

– Ağız açmıram, özüm həll edirəm.

– Təşkilatçılıq qabiliyyətin yaxşıdır, bəs millət vəkili olsan, hansı problemi həll edərdin?

– Belə bir fikrim yoxdur. Amma biznes-ledi ola bilərəm. İstərdim çoxlu pulum olsun, fond yaradım.

A.Zeynalov:

– Böyük pullar siyasi iddia yaradır.

C. Səlimqızı:

– Tramp da milyarder idi.

– Mənim elə planım yoxdur. İstəyirəm ki, Azərbaycana “Qızıl palma”, “Oskar”, “Altun kələbəyi” gətirə bilim.

– Trampın gənc xanımı səncə, onu puluna görə seçib?

– Melani özü bilər.

A.Zeynalov:

– Amma xanımın ona dəstəyi çox oldu.

C. Səlimqızı:

– Sən qoca, amma pullu milyarderi seçərdin?

– Yox.

– Qoca olduğuna görə?

– Hə.

– Yəni Trampa “yox” deyərdin?

– Nəyimə lazımdır.

A.Zeynalov:

– Gecikdiyini görə belə deyirsən?

– Yox.

C. Səlimqızı:

– Amma puluna görə istifadə etmək olardı…

– Puluna görə kimdənsə istifadə etməyi bacarsaydım, özümə milyarder tapıb, bahalı avtomobillərdə gəzərdim, villarda yaşayardım.

– Trampa “yox” deməyin məni lap təəccübləndirdi…

– Bacı mən milyarder ovuna çıxsaydım, tapıb işlərimi görərdim.

– Heç vaxt heç vaxt demə…

– Düzdü, bəlkə hansısa milyarderin oğlu gəlib məni bəyəndi, heç etiraz eləmərəm. Nazir oğluna kim yox deyər ki? Baxır onun insani keyfiyyətinə

– Safura da nazir oğluna ərə getdi.

– Demək, yarısını tapdı. Əslində, kitablardakı sevgi yoxdur – anlaşmaqdır.

– Necədir, şahmat gedişi ilə müqayisə etsək, kim kimi mat etdi?

– Təəssüf ki, şahmat oynaya bilmirəm. Atam nə qədər elədi, öyrədə bilmədi. Çox istədim öyrənim.

A. Zeynalov:

– Qalib olmamaq üçün oyunu təxirə salınmış vəziyyətdə saxlamaq olar.

– Məncə də, siz iki nəfər, mək tək.

A. Zeynalov:

– Yoldaşlıq oyununda məncə, hesab bərabər oldu.

– Rəqibdən razı qaldınız?

– Sizə rəqib kimi baxmırdım.

– Nə xoşunuza gəldi, nə gəlmədi?

– Hər şey xoşuma gəldi, tək siyasi suallardan qıcıqlandım.

C. Səlimqızı:

– Öz aramızda qalacaq, de görüm, niyə siyasətdən xoşlanmırsan?

– Cenifer Lopez də heç vaxt siyasi sualları cavablandırmır. O, Rusiyaya gedəndə Kseniya Sobçaq ona prezidentlə bağlı sual verdi, Ceylo qəti şəkildə dedi ki, cavablandırmıram. Mən də bu strategiyanı qəbul edirəm.

P.S. Müsahibənin götürülməsinə yaratdığı şəraitə görə “Büyükfırat” restoranlar şəbəkəsinə minnətdarlığımızı bildiririk.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Bu gün, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Bu gün, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Bu gün, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Bu gün, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Bu gün, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Bu gün, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Bu gün, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Bu gün, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Bu gün, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Bu gün, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Bu gün, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Bu gün, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Bu gün, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Bu gün, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Bu gün, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Bu gün, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Bu gün, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Bu gün, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Bu gün, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru