Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

“Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”
Tarix: 9-02-2017, 09:11 | Çap et
“Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”
Xalq artisti Canəli Əkbərovun öz həmkarları haqqında dediyi nalayiq fikirlər iki gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. Yaranmış qalmaqala səbəb isə xanəndənin muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflərin buna etiraz bildirməsi olub. Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb və onların ünvanına çox ağır ifadələr işlədib.

O, muğam ustadı Arif Babayevi “bədbəxt” adlandırıb, xalq artisti Mənsum İbrahimovu qeyri-etik sözlərlə təhqir edərək fərarilikdə suçlayıb, xalq artistləri Səkinə İsmayılova və Əlibaba Məmmədov haqqında ittihamlar səsləndirib.

“Yeni Müsavat” qalmaqalda adı hallanan sənətkarların mövqeyini öyrənib. Muğam ustadı Arif Babayev barəsində səslənən ittihamlara bu cür rəy bildirdi: “Bəyəm vacibdir ki, o, hər yerdə olsun? Mən də o qədər yer var ki, orda yoxam, onda mən mətbuata çıxıb söyüş söyməli, təhqir etməliyəm? İlk növbədə mənim mənliyim var. Əgər bir yerdə yoxamsa deməli, məsləhət deyil. Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər. Biz onun düşməni deyilik ki? O, bizim sənət yoldaşımızdır. Amma çıxıb deyir ki, ”mən belə sənətkaram, kimsə mənim kimi oxusa əlimi, başımı kəsərəm" və sairə. Yaxşı da oxu. Axı biz uzun müddət yoldaş olmuşuq, bir yerdə oturub çörək kəsmişik. İnsanın gərək bir mənliyi olsun".

Xalq artisti Mənsum İbrahimov isə adının bu cür qalmaqalda hallanmasına təəssüfləndiyini deyib: “Mən sənətlə məşğulam, ömrüm muğama xidmətdə keçib və heç vaxt bir dəfə də olsun kiminsə haqqında nə qeyri-etik ifadə işlətmişəm, nə də kiminsə həyatına müdaxilə etmişəm. Bizi xalqımız yaxşı tanıyır, yəni hər kəsin mədəniyyəti, davranışı, vətəndaşlıq mövqeyini yaxından bilir. Mənim 7 qardaşımın 6-sı müharibə veteranıdır. Mən də demək olar ki, hər ay Qarabağa gedirəm. Aprel hadisələrinin səhəri günü Arif Babayevlə birgə getmişdik Qarabağa. Bilirsiz ki, mən Qarabağa bağlı adamam, bütün nəslim ordadır. Danışır da... Düşünürəm ki, Canəli Əkbərov yaşlı adamdır, əsəbləri yerində deyil. Ona görə də onun heç bir nalayiq fikirlərinə cavab vermək fikrim yoxdur. Hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mən elə tərbiyə görməmişəm ki, kimisə təhqir edim, o da ola özümdən böyük insanlar.

Mən həmişə Canəli müəllimə hörmətlə yanaşmışam, həm özünə, həm də sənətinə. Amma o, nağıl danışır. Özü də təkcə mənim haqqımda deyil, Azərbaycanın böyük, muğam ağsaqqalları Əlibaba müəllim, Arif Babayev haqqında nalayiq danışıb. Onlar bir məktəbdir. Sənət yoldaşları haqqında bu cür danışmaq olmaz. Biz, sadəcə, münsiflər heyətinin ümumi bir rəyini bildirmişik. Nə onun haqqında bir artıq-əskik danışmışıq, nə də təhqir etmişik. Üstəlik, münsiflər heyətini seçmirik, bu, Heydər Əliyev Fondunun layihəsidir. Bundan əvvəl 5 layihə keçirilib və onların heç birində Canəli Əkbərov olmayıb. Bu nə bizim günahımızdır, nə işimizdir. Fikrimizi bildirmişik ki, o, qeyri-obyektiv insandır. Onun cavabında da o nalayiq sözlər işlədib. Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”.

Mənsum İbrahimov fərarilik ittihamlarına da cavab verib: “Doğrudur, mən əlimə silah alıb vuruşmamışam, çünki sənət adamıyam. Sovet dövründə də sənət adamları döyüşməyə getmirdi, onlar cəbhə bölgələrinə gedib konsertlə verirdilər. Bunu əlində bayraq edib şou yaratmaq ayıbdır”.

Xalq artisti qalmaqalın ajiotaja çevrilməsində mətbuat nümayəndələrini də qınayıb: “Bu, şou-aləmi deyil axı. Bir qədər də mətbuat bu məsələni ajiotaja çevirdi. Lap tutaq ki, o adam yaşlı adamdır, əsəbləri yerində deyil, onun danışıqlarından ajiotaj yaratmaq lazım deyildi. Yazıda qeyri-etik sözləri yazmaq da doğru deyildi”.

Xalq artisti Səkinə İsmayılova isə qeyd etdi ki, həmkarının müsabiqədə yer almaması onlardan asılı məsələ deyil: “Artıq 6-cı Muğam Televiziya Müsabiqəsi başlayıb, rayonlarda da seçimlər oldu, inşallah ki, işə başlayacağıq. Onun müsabiqədə olmaması bizlik deyil ki. Qaldı ki, onun dediklərinə, deyir də. Canəli Əkbərov böyük sənətkardır, hamımız onu yaxşı tanıyırıq. Onun sənətini də bilirik, şəxsən mənim haqqım çatmır ki, onun sənəti haqqında söz deyim. Onun dedikləri özünü ifadə edir, başqa nə deyə bilərik? Müsabiqədə iştirakı üçün bizim rəyimiz əsas deyil, bu məsələni biz həll etmirik”.

“Münsiflər heyətini kim seçir” sualımıza isə xalq artisti bu cür cavab verdi: “Bunu deyə bilmərəm. Seçim neçə il bundan əvvəl olub. Bu yaxınlarda rəhmətə gedən Ağaxan Abdullayevdən başqa bütün heyət öz yerindədir”.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən keçirilir. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də muğam müsabiqələri keçirilib və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətində xalqa artistləri Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova yer alır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru