Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                 

“Qonorar üzündən peşəkarlar seriallara çagırılmır”
Tarix: 21-01-2017, 09:27 | Çap et
“Qonorar üzündən peşəkarlar seriallara çagırılmır”
Fakturası yaradıcı potensialını üstələyib həmişə. Əslində onu sənətə gətirən də, tamaşaçıya sevdirən də nəsildən gələn yaradıcı gücdən daha çox, çəkici zahiri görünüşü olub.
Yəqin elə bu üzdən rejissorlar çox vaxt ona aşiq rollarını yaraşdırıblar. Tamaşaçısı da ədalarını, təbii artistizmini məmnunluqla izləyib. İki sənət adamının qanını daşıması - Məlik Dadaşovla Sofa Hüseynovanın oğlu olması isə daha sonra yada düşüb.
Hərçənd, yaradıçılığı boyu möhtəşəm Dadaşov soyadı hərdən qolundan tutub, üzünə qapılar açıb, hərdən də şöhrətinə sədd çəkib, həyatını dilə-dişə salıb, tənhalığına baiskar olub.
Bu ay 71 yaşı tamamlandı. Yeni yaşın astanası ona hər şeydən əvvəl, unudulan yubileyini yada saldı.
Özünü tox tutub, “heç kimdən inciməmişəm” desə də, gileylərini gizlədə bilmədi - Xalq artisti, tanınmış sənətkar Rafael Dadaşov:

“50 yaşda yubileyim yada düşdü, 70-də yox”

- Vaxtilə 50, 60 illik yubileylərimi çox gözəl keçiriblər. Tədbirlərin biri bizim teatrda, o birisi Naxçıvanda olub. Üstündən 20 il keçib. Amma həmkarlarım indiyədək də Naxçıvandakı tədbirı yada salırlar, deyirlər ki, o necə yaxşı yubiley, necə yüksək səviyyəli tədbir idi. Elə teatrda keçirilən də yaddaqalandı. Onu da çox yüksək səviyyədə hazırlamışdılar. Amma 70 illiyim qeyd olunmadı.

“Mənimçün də müəmmalıdır...”


- Niyə qeyd olunmadı?

- Açığı, bu, mənimçün də müəmmalıdır. Hələ də anlamıram ki, 70 illiyimə niyə belə laqeyd yanaşıldı. Heç kimdən tələb edə bilmərəm, amma çox, gözləyirdim yubileyim qeyd olunsun. Baxmayaraq ki, yanvarda doğulmuşam, bunu il ərzində də keçirə bilərdilər. Çünki 50 yaşım apreldə, 60 illiyimsə mayda qeyd olundu. Hökm deyildi ki, tədbir yanvarda olsun. Bütün ili gözlədim, keçirmədilər.

“Nə mən deyən oldu, nə də istədiklərini elədilər...”


- Səbəbiylə maraqlanmadınızmı?

- İnciklik, umu-küsü eləmədim. Sadəcə, maraqlandım. Cavab da qəribə oldu. Demək, bizim teatrda gözəl bir əsər hazırlanmalıydı. Hazırlandı da - Qoqolun “Müfəttiş” əsəri. Guya 70 illiyim həmin əsərlə bağlanmalıydı. Mən də etirazımı bildirdim ki, axı niyə belə yuvarlaq bir doğum günü tarixi tamaşayla keçirilsin. İstəyirdim teatrda ayrıca gecə təşkil olunsun, dövlət səviyyəsində, maraqlı... Gələnlər də bilsin ki, Rafaelin 70 illiyidir. Nə mən dediyim oldu, nə də öz istədiklərini elədilər. Heç tamaşayla da qeyd olunmadı. Nə deyim, yəqin belə məsləhətdir...

“Atamın taleyini yaşayıram”

- Elə sənətkarlar var ki, layiq olduqları fəxri adı onlara qısqanırlar. Siz də Xalq artisti adını 60 yaşında almısız...

- Anologiya aparmaq istəmirəm. Amma deyəsən, istər-istəməz belə alınır. Atam Məlik Dadaşov rəhmətliyin də 70 illiyi keçirilmədi.Yəqin onun oğlunun da aqibəti belə olmalıymış. Nə bilim vallah, bəlkə taleh təkrarlanır. Bir misal var, “Ümid sonda sönür”. Ona görə hələ də ümidliyəm.

“Qapılar üzümə bağlıdır”

- Demək istəyirsiz, bəlkə bu yazıdan sonra səhvi düzəldərlər hə?

- (Gülür) Bəlkə də... Sizə bir şey deyim, fikir vermisizsə, Rusiyada sənət adamlarının yubileyləri çox yüksək səviyyədə keçirilir. O tədbirlərdə incəsənət adamlarından başqa biznesmenlər, işgüzar sferanın adamları da iştirak edir. İstəmirəm kiminsə adını çəkim, amma bizdə nədənsə belə tədbirlərdə biznes adamları, məmurlar, o işgüzar dairəyə daxil olanlar heç vaxt iştirak eləmirlər. İnsan gəldi-gedərdi. Bu gün varsan, sabah yoxsan. Vaxtında insana ruh verəndə noolar ki... Təəssüf ki, bizdə bunlar yoxdur. Hətta müəyyən qapılara gedirsən, qapılar üzünə bağlıdır.

“Tək mənə yox, bəzi sənət adamlarına da biganəlik var”


- Rafael müəllim, nə ilə baglı ağız açmısız, istəyinizi geri çeviriblər?

- Geri çeviriblər nədir?! Heç qəbul olunmamışam. Çünki qapıların kandarından keçə bilməmişəm. Bu, dəfələrlə belə olub. Həm də bu, yalnız mənimlə yox, bir çox sənət adamlarıyla bağlıdır. Müəyyən strukturlar var ki, hətta xəbər tutanda da iştirak eləmirlər. Zamanı keçirirlər, sonra da deyirlər ki, bilməmişik.

“Anam tanınmış sənətkardı, itgisinə görə başsağlığı belə vermədilər”

Bu yaxınlarda anam rəhmətə getdi. Məsələ burasındadır ki, anam elə-belə adam deyildi. Xalq artistiydi, şöhrət ordenliydi. Amma Bakıdakı müəyyən strukturlar heç başsağlığı belə vermədilər. Hətta Naxçıvanın o mühitə aid olanları da... Axı toxunur adama. Anamın başdaşında “Xalq artisti, Prezident təqüdçüsü, Şöhrət ordenli” sözləri yazılıb. Sağlığında da bu titul onun üstündə idi, torpağın altında da. Sənətkar özü ilə bu dünyadan ad-sandan başqa nə aparır? Şikayət olmasın, yubileylə bağlı söz-sözü çəkdi, dedim...

“Nazir göstəriş verdi, amma...”

Mədəniyyət Nazirliyindən, Əbülfəz müəllim göstəriş vermişdi. Nazir də yubileyi tamaşayla əlaqələndirmişdi. Bu göstəriş də ötən ilin fevralında olub. Onun da forması belə olmalıydı ki, 4-5 nəfər səhnəyə çıxır, tamaşaçılara agah eləyir ki, filankəsin yubileyidir, sənətkarın 70 illiyidir, təbrik edirik, indi də tamaşaya baxın. Amma bu 70 yaşlı tanınmış sənətkara layiq idimi? Demirdim ki, sarayda, ya başqa böyük bir məkanda eləyin. Öz doğma teatrımda ayrıca bir gecə eləmək olardı.

“Azər Paşa Nemətovun buna səlahiyyəti çatmaz”

- Bu iradlarınızı Azərpaşa Nemətova demisiz?

- Azər Paşa müəllim hər şeyi həll eləmir axı... O, yerində olan bir insandır, yaxşı ki, teatra gəlib. Mənim istədiyim onun səlahiyyətində deyil. O, sadəcə fikrimi çatdıra bilər. Nə bilim vallah... Artıq 71-dir. ( gülür)
Allah bizə bu yaşı veribsə, nə qismətdir o da olacaq.

“Sənətə Alen Delon kimi simama görə gəlsəm də...”

- Bəzi seyrçilərə görə, siz rejissorlar tam aça bilmədiyi sənət adamlarındansız.

- Mən elə deməzdim. Ola bilər tamaşaçı məni daha başqa amplualarda görmək istəyir. Onları başa düşürəm. Sağ olsunlar ki, hələ də məni sevirlər və dəyərləndirirlər. Hətta ixtiyarları çatır, tələb də edə bilərlər. Amma mən şikayət edə bilmərəm. Çünki mənim ampluamda çox müxtəlif rollar var. Mən yalnız “qeroy-lyubovnik” deyiləm. Düzdür, Alen Delonla kimi mən də simama görə sənətə gəlmişəm. O simaya görə də mən sevgili rollarını çox oynamışam. Amma xarakterik rollarım da az olmayıb.Yəqin ki, tamaşaçılar mənim səhnədəki bütün rollarımı görməyiblər. Son illər qoca klounu da oynamışam. İndi isə daha çox xarakterik rollar alıram. Şəhər Bələdiyyə rəisinin müfəttişi. Tamam mənim xarakterimə xas olmayan bir obrazdır. Amma oynayıram. Deyilənə görə də pis alınmayıb. Mənim narazılıq eləməyə yerim yoxdur.
"MƏN YALNIZ "SEVGİ QƏHRƏMANI" DEYİLDİM..."
“40 ildir səhnədə olduğumu da unutdunuz?”

40 ildir səhnədəyəm. Yubiley deyəndə yalnız yaşımı yox, sənətimin də yubileyini nəzərdə tuturam. Bu elə bir tarixdir ki, gərək unudulmayaydı...

“Məni canlı görmək istəyən “Azdrama”ya gəlsin”

İstəyirəm tamaşaçım məni canlı görsün. Bayaqkı suala qayıdıram. Demək istəyirəm, tamaşaçı məni teatrda az görür. Televiziya tamaşaları, kinolar, seriallar öz yerində, bunlar da yaxşıdır, amma teatrdakı rollarımdan da agah olsun ki, mən nə oynayıram.

“Peşəkar rolun peşəkar da dəyəri olmalıdır”

Serialda mafiya başçısını da oynamışam, mənfini də, müsbəti də. Son vaxtlar bir neçə seriala çəkildim. O da belə də... Peşəkar işin peşəkar da dəyəri olmalıdır. Qonorar veriləndə dedilər, gücümüz buna çatır. Belə şeylərə görə çox vaxt bizi dəvət eləmirlər. Çağırmırlar, çəkmirlər ki, peşəkar aktyora qonorar çox verməlidirlər. Düz bilirlər, aktyor kimi biz işimizin dəyərini bilirik. Nə oynayırıqsa, ona ürəyimizi qoyuruq. Onun əvəzində də halal haqqımız ödənməlidir. Bax, bu səbəbdən demək olar ki, bizə dəvətlər yox dərəcəsindədir. Amma televiziyalar qabaq çəkirdi. Həmin televiziya əsərləri artıq retroya çevrilib. “Ordan-burdan”ın 30 illiyini qeyd elədik. 87-ci ilin yanvarın 1-də efirə getmişdi. O əsərlər artıq klassikadır. Uzun sözün kəsəsi, mən rollarımdan narazı deyiləm.

(Davamı olacaq)

Rəna CUMAQIZI, Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru