Aktrisamız erməni təklifindən imtina etdi
Tarix: 13-08-2016, 09:35 | Çap et
Axar.az aktrisa, gənc yazar Gülay Hüseynova ilə müsahibəni təqdim edir: - Gülay, bir-birinin ardınca seriallarda, reklamlarda, filmlərdə gördük səni. Sonra birdən-birə ekranlardan uzaqlaşdın. Bu bir seçimdir, yoxsa şəxsi səbəb? - Yox, əlbəttə ki, bu, nə seçimdir, nə də şəxsi həyatla əlaqədar bir şey. Sadəcə olaraq, artıq 1 il olacaq ki, İstanbula köçmüşəm. Bu səbəbdən də, Azərbaycan ekranlarından uzaqdayam hazırda. - Azərbaycanda kifayət qədər tamaşaçı kütlən var idi. Birdən-birə hər şeyi qoyub getmək, yeni bir ölkədə sıfırdan başlamaq kifayət qədər cəsarətli addımdır. Necə bu qərarı verdin? - Sözün düzü, həqiqətən, hər şey birdən-birə oldu. İstanbulu sevirdim, yaşamaq istədiyim ölkə idi, bu öz yerində. Amma bu qədər tez köçəcəyimi özüm də gözləmirdim. Hər şey mənim ilk kitabım olan “P.S. Zaten boyun da küçüktü…” ilə başladı. Bilirsiniz ki, 2015-ci ildə nəşr olunan bu kitab Azərbaycanda ilin ən çox satılan kitabı olmuşdu. Bestseller olandan sonra da “Qızıl Qələm” mükafatına layiq görülmüşdüm. Kitabın uğurları qardaş ölkəyə kimi səs-soraq salmışdı. Orijinal dili türkcə olduğuna görə də Türkiyədəki nəşriyyatlardan kitabı orada nəşr etdirməyə dair təkliflər gəlməyə başladı. Aylarla mail yolu ilə danışıqlar davam etdi, sonda ən yaxşı təklifi dəyərləndirib, kitabın Türkiyədə nəşrinə razılıq verdim. Transfer yazar olaraq, “İthaki” yayınlarından dəvət alıb yanvarın 1-də İstanbula köçdüm, müqaviləmizi imzaladıq. Fevralın 19-da kitabım nəşr olundu və Türkiyənin dörd bir tərəfində kitab mağazalarının rəflərini bəzədi. Ardınca imza günlərim başladı, İstanbul, İzmir, Trabzon, Bursa, Kocaeli kimi böyük şəhərlərdə çalışdığım nəşriyyatlar tərəfindən çox yüksək səviyyədə imza günlərim təşkil olundu. O böyük, möhtəşəm kitab sərgilərində Azərbaycanı təmsil edən tək yazar kimi, çox qürurverici və məsuliyyətli hiss var idi ürəyimdə. Allaha şükür ki, ölkəmi ən layiqli şəkildə, alnıaçıq, üzüağ təmsil etdim. Türkiyənin bir çox böyük şair və yazıçılarıyla, eləcə də minlərlə oxucuyla tanış oldum. Mən imzamla onların kitablarında, onlarsa sevgiləri ilə mənim ürəyimdə dərin izlər buraxdılar. Sırf bunları düşünərək anlayıram ki, həyatda heç nə təsadüf deyil, ola da bilməz. Hər şey göylər tərəfindən planlaşdırıldığı kimi cərəyan edir. - Özün üçün ssenari yazmağı düşünmüsən bəs? - Beynimdə özümə dair layihələrimi yazmışam da, oynamışam da (gülür). Amma real olaraq, hələ ki, “P.S. Zaten boyun da küçüktü…” var. Onun filmi çəkiləndə baş rolunu özüm oynayacağam inşallah. Bundan başqa, ssenarist olaraq, yeni bir serial müqaviləsi imzalamışam. Hazırda onunla məşğulam, vaxt məhdudiyyəti var deyə, tətilə də gedə bilməmişəm. Həftəlik 80 dəqiqəlik serial yazıram çünki. Sentyabrda Allahın izni ilə çəkilişlər başlayacaq. Bir neçə bölüm sonra eyni serialda, sırf xatirə üçün aktrisa olaraq da özümə bir rol yaza bilərəm. - Türkiyə şou-biznesində yazar-ssenarist, yoxsa aktrisa kimi tanınmaq istəyərdin? - Düşünürəm ki, incəsənət sahəsindəki qabiliyyətim hər ikisinə imkan verir. Həm yazar-ssenarist, həm də aktrisa kimi uğurlu fəaliyyət göstərəcəyimə inanıram və iddialıyam. Sadəcə olaraq, xaricdə yaşayan zaman bəzən planda olmayan xoşagəlməz hadisələrlə də üzləşir insan. Uzağa getməyim, elə 4-5 gün əvvəl olan bir hadisəni misal göstərim. Türkiyənin çox böyük və reytinqli bir kanalından ssenarist olaraq, 90 dəqiqəlik bir televiziya serialı təklifi aldım. Ard-arda hər gün iclas oldu, bütün komanda ilə yığışdıq. Sinopsis və 2 bölüm üçün tretmanlar yazdım, bəyənildi. Maddi məsələlərdə də şərtlərimi dedim, qəbul edildi, razılaşdıq. Və təsəvvür edin, sözləşmə imzalamağa hazırlaşırıq, hamı bir-birinə “xeyirli olsun” deyir. Birdən mənə dedilər ki, serialda bir erməni qadın obrazı olmalıdır və finala kimi bu qadın müsbət qəhrəman olaraq qalmalıdır. Masa üstündə müqavilə, əlimdə qələm, qətiyyətlə deyirəm ki, bu, mümkün deyil, mən belə bir obraz yazmayacağam. Ortaya sükut çökdü, hamı şokda mənə baxırdı. Qələmin qapağını keçirib qoydum masanın üstünə. Dedim, Azərbaycanla Ermənistanın düşmənçilik münasibətini az-çox bilən biri olaraq, məndən bunu istəyə bilməzsiniz. Mən ölkəmi, millətimi hər şeydən çox sevən, Azərbaycanı Türkiyədə təmsil edən bir yaradıcı insan olaraq, tərcümeyi-halıma ləkə salmaq istəmirəm. Bəlkə siz bunu qeyri-peşəkarlıq və ya millətçilik adlandıra bilərsiniz. Amma əmin olun ki, mən bu serialı yazmayıb evimdə ac otursam, özümü daha xoşbəxt və vicdanlı hiss edəcəyəm. Və eyni situasiya yenə yaransa, mən yenə imtina edərəm. Vətənimi və adımı nə böyük pullara, nə də reytinqlərə sataram. Sözümün canı odur ki, hər nə qədər qardaş ölkə olsaq da, xarici vətəndaş olduğumuz üçün heç də hər zaman hər şey planlaşdırdığımız kimi olmur. - Yeri gəlmişkən, özün öz ayağınla getmişkən, türk vətəndaşı ilə ailə qurmaq barədə düşünmüsən heç? - Sözün düzü, Türkiyəyə gələndən başım işə-gücə o qədər qarışıb ki, nəinki türk vətəndaşı, ümumiyyətlə, ailə qurmaq barədə düşünmürəm. Hətta inanın, Azərbaycanda olanda daha çox düşünürdüm evlilik haqqında. Əlbəttə ki, gələcək övladlarımın atasının öncə insan, sonra müsəlman, daha sonra da Azərbaycanlı olmağını istəyərəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
|