Fazil Məmmədov: iş adamlarının və büdcənin qənimi - Nazir postu ona "Allah vergisi"dirmi?
Tarix: 11-01-2016, 08:39 | Çap et
Post-neft dövründə prioritet təbii ki, qeyri-neft sektorudurr. Həm yeni iş yerlərinin açılması, həm də büdcə gəlirlərinin təmin edilməsinin ağırlığı indi qeyri-neft sektoruna yüklənib. Ancaq qeyri-neft sektorunun imkanları bu yükü çəkməyə adekvatdırmı?
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında hesabat dövründə 30 min iş yerlərinin qapadıldığını bildirib, buna görə hökumət üzvlərindən izahat tələb etmişdi. Üstündən 3 ay keçib, ancaq rəsmi izahat yoxdur.
İzahat verməli olan əsas dövlət qurumlarından biri də Vergilər Nazirliyidir. Ötən il qeyri-neft sektoru üzrə 4 milyard 812 milyon manat vergi yığılması proqnozlaşdırılıb. 11 ay üzrə daxilolmalar 100 faiz olub, yəqin ki, ilin yekununda da belə olacaq (Bu barədə rəsmi məlumat hələ yoxdur). Maraqlıdır ki, 30 min iş yeri qapadıldıqdan sonra vergi daxilolmalarında heç bir problem yaranmayıb. Üstəlik də 30 min ilin ilk 9 ayına aiddir və həm də rəsmi göstəricidir. Qeyri-rəsmi isə bu rəqəm daha böyükdür - iş yerlərinin qapadılması, ixtisarların intensiv xarakter alması fonunda vergi daxilolmalarının sabit qalması şübhəli məqamlarla zəngindir.
Bu yaxınlarda vergilər nazirinin birinci müavini Natiq Əmirov ilk baxışdan mübahisə predmeti olmayan açıqlama verdi: “Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkədə bank sektorunun vergi ödənişləri 35% artıb”.
Fevralın 21-də baş verən birinci devalvasiyadan sonra bankların necə ziyana düşdüyünü xatırlatmağa ehtiyac yoxdur – problemli kreditlərin kəskin artması, bankların əsas maliyyə qaynağı əmanətlərin (xüsusilə də manatla qoyulan əmanətlərdən söhbət gedir) geri çəkilməsi, kreditləşmənin azalması fonunda bank sektorundan daxilolmalar necə 35 faiz arta bilər? Təkcə onu xatırladaq ki, ölkənin bank aktivlərinin 70 faizinə nəzarət edən Beynəlxalq Bankı məlum səbəblər ucbatından indi ən çətin dövrünü yaşayır – 6 milyard dollar kreditin mənimsənilməsi, tək bankın özünə yox, bütövlükdə bank sisteminə böyük ziyan vurub. Azərbaycanın vergi yığılması praktikasına bələd olmayanlar üçün bunun izahını tapmaq Nobel mükafatı almaq qədər çətin və mürəkkəb bir işdir. Ancaq bu praktikaya bələd olanlar üşün bunun sadə izahı var.
Vergi yığımlarının yalnız bir hissəsi dövlət büdcəsinə yönləndirilir – qalan hissə isə nazirlik rəhbərliyinin “qara kassasına” daxil olur. “Qara kassa” vergi bosslarının “qara günləri” üçün nəzərdə tutulub – bu pullar mənimsənilir, şəxsi biznesə və şəxsi komforta xərclənir. Eyni zamanda vergi ödəmələri azalanda qara kassanın bir hissəsi büdcəyə bərpa edilir. Çətin günlərini yaşayan bank sektorunun vergi ödəmələrini 35 faiz artırması da bu rakursdan izah edilməlidir – bank sektorundan “qara kassa”ya daxilolmalarının bir hissəsi büdcəyə bərpa edilib. Yəni normalda il ərzində qeyri-neft sektorundan 4,8 milyard manat yox, ən azı bundan 2 dəfə çox vergi yığılır, ancaq yarısı qara kassaya, yarısı büdcəyə daxil olur. İlin birinci yarısının yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident İlham Əliyev əsassız vergi ödəmələrini tənqid etdi və buna son qoymağa çağırdı. Hətta o vaxt mediada yayılan məlumatlara görə, müşavirədə vergilər naziri Fazil Məmmədovun ürəyi getmiş və təcili yardım çağırmağa məcbur olmuşdu. Bu faktın nə dərəcədə real olub-olmamasını araşdırmaq imkanlarımız məhdud olsa da, həmin tədbirdən yayılan fotolarda Fazil Məmmədov gözə dəymədi. Ancaq az sonra prezident sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması barədə fərman imzaladı və Vergilər Nazirliyi “bu fərman bizə aid deyil” deyə yoxlamalarda davam etdilər. Yəqin qısa müddət ərzində vergilər naziri “ürəyini müalicə” etdirə bilib. Əslində isə fərman daha çox elə Vergilər Nazirliyinə aid idi – iş adamları ən çox bu nazirlikdən şikayətlənirdi.
Yenidən rəsmi statistikaya istinad edək. Vergilər nazirinin birinci müavini Natiq Əmirov 2015-ci ilin noyabr ayında bildirdi ki, ilin ilk 10 ayında sahibkarlardan nazirliyə 77 min müraciət daxil olub: “Bunlardan 2686-sı şikayət xarakterli olub. 642 vergi orqanı əməkdaşı cəzalandırılıb. 9 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib”.
Rəqəmlərin fəlsəfəsinə diqqət yetirin. 2686 iş adamı artıq dözməyərək vergi müfəttişlərin əməllərindən şikayət edib. Azərbayacan reallığında hamı gözəl bilir ki, şikayət vermək son həddir – sabhibkar vergisini də verir, üstəlik qeyri-rəsmi ödənişini də. Ancaq vergi müfəttişi bununla kifayətlənməyib daha çox qeyri-rəsmi ödəniş tələb edir, iş adamı yenə onunla “dil tapmağa” çalışır və yenə də söhbət alınmır. Və nahayət, “dinc yolların” tükəndiyini görən iş adamı şikayətə məcbur olub. 2686 iş adamı “ürəkli” çıxıb vergi müfəttişindən şikayət edir. “Ürəkli olmayanların” isə sayının “ürəklilərdən” qat-qat çox olması heç kimdə şübhə yaratmır - əksəriyyət şikayətdə prespektiv görmür. “Mənim səndən sənə şikayətim var” formulasının nə qədər mənasız olması hamıya bəllidir. Ilin 9 ayında 30 min iş yerinin qapadılmasının real səbəblərindən biri, bəlkə də birincisi elə budur. Hətta kredit götürüb vergi müfəttişlərini “yola salan” iş adamları barədə də məlumatlar var.
İkincisi, bu şikayətlər əsasında cəmi 9 nəfər işdən qovulub, 642 nəfər isə cəzalandırılıb. Necə cəzalandırılıb? Bu barədə heç nə deyilmir. Bəlkə də deyiblər “bir az acgözlük etmə”, vəssalam.
Nəhayət, vergi sistemində 2 min 355 nəfər çalışır. Bunun 642 nəfəri - 28 faizindən iş adamları şikayət edib. Əgər birbaşa iş adamları ilə ünsiyyətdə olmayan vergi işçilərini də nəzərə alsaq (bu kateqoriyaya cəmi vergi sistemində çalışanların 70 faizi daxildir), demək olar ki, iş adamları ilə ünsiyyət quran hər bir vergi əməkdaşından şikayət edilib. Bu faktın özü belə vergilər nazirliyində korrupsiyanın səviyyəsinin hansı həddə olmasını göstərir.
Azərbaycan kəskin devalvasiya dövrünə daxil olub. Ölkənin əsas gəlir mənbəyi olan neft dollarları minimuma enib. Belə bir vaxtda iş yerlərinin qorynması və yenilərinin açılması ən prioritet məsələdir. İndiki vergi yığılması praktikası isə nəinki yeni iş yerlərinin açılmasını, hətta mövcud olan iş yerlərinin qorunmasını mümkünsüz edir. Bu praktikanı kökündən dəyişmək hava və su qədər həyatı əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin vergi şəffalığının yaradılması barədə mesajları buradan qaynaqlanır. Vergi ödəyiclərinin əsas hədəfi qanunla hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etməkdir, vergi generallarının cibini doldurmaq vergi ödəyicilərinin hədəfi ola bilməz.
Qadir İBRAHİMLİ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|