Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

"İdeal-İ-İnşaat"ın rəhbərinə qarşı ağır ittiham - NARAZILIQ VAR...
Tarix: 2-01-2016, 10:43 | Çap et
"İdeal-İ-İnşaat"ın rəhbərinə qarşı ağır ittiham
Xəbər verildiyi kimi, “İdeal-İ-İnşaaat” MMC-nin rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı bir qrup paytaxt sakinləri Prezident İlham Əliyevə və Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, DİN naziri R.Usubova... müraciət etmişdir. Bu müraciət “Təzadlar”ın rəsmi saytında işıqlandırılmışdır... Bundan sonra qarşı tərəf redaksiyaya ittiham dolu cavab təqdim etmişdir, əsasən, məlum tikinti qalmaqalında Rasim Nərimanov adlı iş adamını hədəf seçmişdir... Amma elə həmin gün İsa Məmmədov DİN-nin əməkdaşları tərəfindən qanunsuz əməlinə görə saxlanılmışdır (Bu barədə Tezadlar.az və “Balansinfo.az” saytları məlumat yaymışdır).
Bu gün (10.07.2015) məlum cavab məktubunda adı hallanan Rasim Nərimanovu redaksiyamıza dəvət etdik. Onunla müsahibəni təqdim edirik:
-Rasim müəllim, “İdeal İ İnşaat” MMC-nin rəhbərliyi tərəfindən redaksiyaya göndərilmiş cavab məktubunda sizə qarşı ciddi ittihamlar var. Həmin ittihamlarla redaksiyamızda tanış oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiləşdirərək hamısına yalnız bir cavabı verə bilərəm – yalan və böhtan! Həmin cavab məktubunda yalnız bəraətedici hallara uyğun - böhtan və yalanlar öz əksini tapıb. Başqa heç nə deyə bilmərəm.
-Qarşı tərəfin cavab məktubunda keçmiş Şüşə zavodunun ərazisində tikilən çoxmənzilli binanın inşası ilə bağlı sifarişçi ilə podratçı arasında uzun müddətdir davam edən tikinti mübahisəsindən söhbət gedir. İstər sizin – payçıların əvvəl dərc olunmuş şikayət ərizəsindən, istərsə də qarşı tərəfin cavabından məlum olur ki, podratçı tikinti ilə məşğul olmaq əvəzinə, inşa etdiyi və başa çatdırmadığı çoxmənzilli və çoxmərtəbəli yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrini satmaqla məşğul olub. Dövlət aktı ilə qəbul edilməmiş yaşayış binasının mənzillərinin və qeyri-yaşayış sahəsinin satışı təbii ki, Az. Res. Mənzil Məcəlləsinə görə yolverilməzdir. Bu barədə nə deyə bilərsiniz?
-Əvvəla, qarşı tərəf məni “THE-BAKU-GROUP” LTD” MMC-nin rəhbəri kimi təqdim edir. Düzdür, mənim “THE-BAKU-GROUP” LTD” MMC-yə aidiyyətim var, lakin həmin MMC-nin rəhbəri deyiləm. Qarşı tərəfin cızma-qarasını mənə təqdim etdiniz və tanış oldum. Yazırlar ki, bizə 25% pay düşür, yəni “THE-BAKU-GROUP” LTD” MMC-yə... Lakin faktiki olaraq “THE-BAKU-GROUP” LTD” MMC-yə vur-tut 22,2% pay düşüb. Həmin binanın mənzillərinin 2,5%- i Bakı şəhər İcra Hakimiyyətinə pay kimi verilir. Yəni, payımıza düşən 25 faizin 2,5 faizi, yəni 10 faizi Bakı şəhər İH-ə verilir. Buna baxmayaraq podratçı İsa Məmmədov, hətta Bakı şəhər İH-ə çatası hissəni də mənimsəmişdir və 1 kvm sahə belə qoymamışdır.
Qarşı tərəfin məlum şantaj və böhtan dolu cavabından belə məlum olur ki, guya həmin yaşayış kompleksindən bizə, yəni “THE-BAKU-GROUP” LTD” MMC-yə həm də 250 qaraj qalmışdır, amma biləsiniz ki, faktiki olaraq bizə 10 qaraj belə qalmamışdır. Hamısını İsa Məmmədov və onun dəstəsi ayrı-ayrı şəxslərə satıb- talamışdır. İsa Məmmədov orada 250 qaraj olduğunu yazır, halbuki orada cəmi 192 qaraj vardır. Ən dəhşətlisi odur ki, o binanın inşaat sənədlərinə görə mövcud 192 qaraj əvəzinə bu adam vətəndaşlara saxta sənədlərlə 210 qaraj satmışdır. Buradan saxtakarlıq açıq-aşkar görünür. Deməli, 18 nəfər İsa Məmmədov tərəfindən bilə-bilə aldadılmış və pulları bilə-bilə mənimsənilmişdir. Elə isə necə olmuşdur ki, İsa Məmmədov “THE-BAKU-GROUP” LTD” MMC-yə 250 qaraj qalması iddiasını ortaya qoyur? Həmin kompleksdə 24 blok var. 24 blokun altı qeyri-yaşayış sahəsi kimi sənədlərdə keçir. Cəmi bu sahə 6150 kv.m-dir. Necə ola bilər ki, İsa Məmmədov kimi bir fırıldaqçı mən Rasim Nərimanova 6000 kv.m sahə vermişdir. Bu, necə ola bilər? Həmin kompleksin 22,5 faizini götürsək bu təxminən 1500 kv. edir. Deməli, 6000 kv. məsələsi qeyri-mümükündür. Bu daha bir yalandır.
- Rasim müəllim, qarşı tərəfin cavab-təkzib məktubunda sizin Qazaxıstan Respublikasındakı qanunazidd fəaliyyətinizdən bəhs olunur…
- Sizin qəzet o imkana malikdir ki, aidiyyəti dövlət qurumlarına sorğu versin, mənim xaricdə hansı ölkələrdə olub – olmamağımı sorğu verərək dəqiqləşdirsin. Elə siz İnterpola müraciət edərək hər şeyi öyrənə bilərsiniz. Məlum olar ki, mən Rasim Nərimanov Qazaxıstanda nə vaxt və neçənci ildə olmuşam. Ümumiyyətlə, mənim Qazaxıstan torpağına ayağım belə dəyməyib…
- Qarşı tərəfin cavabından həm də belə məlum olur ki, guya siz xaricdə hansısa kriminal ünsürlərin bank fəaliyyəti ilə əlaqəli olmusunuz…
- Bunlar növbəti şər və böhtan, uydurmadır. İsa Məmmədov özünə və məlum əməlinə layiq növbəti yalan və uydurmalarını işə keçirmək istəyir…
-Ortaya olduqca maraqlı bir hüquqi məsələ çıxır: “THE-BAKU-GROUP” LTD” MMC sifarişçidir, İsa Məmmədov isə “İdeal İ İnşaat” MMC-nin rəhbəri kimi podratçı. Bəs, sifarişçi müqavilə bağladığı, müəyyən şərtləri hüquqi müstəvidə konkretləşdirdiyi podratçıya necə imkan verə bilər ki, ikinci tərəf bu şərtlərdən kənara çıxıb qanunsuz fəaliyyətlə məşğul olsun. Yəni tikilməkdə olan binada mənzillərin və qeyri-yaşayış sahələrinin satışı ilə məşğul olsun... Bu qanunsuz hərəkətlərlə bağlı aidiyyəti dövlət qurumlarına şikayətiniz olubmu?
- “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi aidiyyəti dövlət qurumlarına, o cümlədən başda cənab prezident İlham Əliyev olmaqla, MTN-ə, DİN-ə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Düzdür, müəyyən addımlar atılmaqdadır, lakin biz hələki qane ediləsi nəticəni görmürük. Amma inanırıq ki, görəcəyik. Mən belə düşünürəm, Azərbaycan hüquqi dövlətdir, heç kim - bu sırada İsa Məmmədov, törətdiyi qanunsuz əməllərindən hüquqi cavab və nəticə olmadan kənarda qala bilməz.
- İsa Məmmədovun redaksiyamıza göndərdiyi cavab məktubundan o da məlum olur ki, “THE-BAKU-GROUP” LTD” MMC ilə “İdeal İ İnşaat” MMC arasında hansısa borc müqaviləsi olub və guya “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi külli miqdarda həmin borcu hələ də qaytara bilməyib…
- Mən bu iddiada şər və böhtandan başqa heç nə görmürəm. Bunlar əsassız ittihamlardır.
- Elə isə bu böhtan və şər məlumatlara görə qarşı tərəfi məhkəməyə vermək fikriniz varmı?
- Bəli, belə bir fikrimiz var… Bu insan bütün bu dolaşıq məsələlərdə əsassız olaraq, böhtan ataraq mənim adımı çəkir… Əgər mənim, yaxud “THE-BAKU-GROUP” LTD” MMC-nin kiməsə borcu varsa, arada ən azından borc müqaviləsi olmalıdır, şərtlər müəyyən edilməlidir. Yaxud da borc ilə bağlı ortada şahidlər olmalıdır. Bunların hansı mövcuddur? Cavab məktubunda həm də 45 min kv.m sahədən söhbət açılır. Ortada cəmi 42 min 342 kv.m sahədən söhbət gedə bilər. İsa Məmmədov bu məsələdə də böhtana yol açıb. Yazır ki, guya ortada 45 min kv.m sahə belə olub… Bunlar ağ yalandır. Yəni pay bölgüsündə “THE-BAKU-GROUP” LTD” MMC-yə 42 min 342 kv.m sahə düşmüşdür. Göründüyü kimi İsa Məmmədovun yazdıqları şər və böhtandır.
- Həmin cavab məktubunda sizə qarşı daha bir ciddi ittiham irəli sürülür. O da xaricdən qanunsuz yolla gətirilən mobil telefon aparatı məsələsidir.
- Mən hazırda sizin redaksiyadayam və mənim sizə zəng etdiyim telefon aparatımı görürsünüz. Sizin telefon aparatı mənimkidən ən azı iki dəfə bahadır…
- Yox, mənim telefon aparatımın qiyməti təqribən 60-70 manat arasıdır.
- Deməli, gördüyünüz kimi, əgər mənim, İsa Məmmədovun şantaj etdiyi kimi, evimdə, yaxud ofisimdə xaricdən gətirilən çox ucuz telefon aparatlarını qablaşdırıb bu ölkənin istehlak bazarında satmaq imkanım varsa, ən azından həmin baha satılan telefon aparatından birini özümə götürmüş olaram. Əgər İsa Məmmədov belə iddia edirsə buyursun, həmin bu aparatı ona bağışlayıram. Görünür ehtiyacı var. Mənim evim nə “Kitay”ın telefon sexidir, nə də mən o sexi idarə edən şəxsəm…
- Podratçının sifarişçi olaraq “THE-BAKU-GROUP” LTD” MMC rəhbərinin başı üzərindən atdığı məlum qanunsuz hərəkətlər nə vaxta kimi davam edəcək? Çünki bu problem sənədlərdən də görünür ki, artıq 10 ildir davam edir.
- Mən bu barədə konkret heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin binada mənzil almış, pulunu ödəmiş, lakin 10 ilə yaxındır mənzilinə köçə bilməyən vətəndaşlara yazığım gəlir. Onların mülkiyyət hüquqları İsa Məmmədov və onun ətrafı tərəfindən kobud surətdə tapdalanmaqdadır. Bircə onu deyə bilərəm ki, “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi mənə etibar və etimad göstərərək öz külli miqdarda şəxsi vəsaiti hesabına bu kompleksin tikilib başa çatdırılmasını qarşıya məqsəd qoymuşdur... Bu rəqəm heç də kiçik rəqəm deyil… Sadəcə, biz belə qəbul etdik ki, “İdeal İ İnşaat” MMC kimi bir fırıldaqçı şirkətin rəhbəri ilə üz-üzə qalmışıq, indiyədək həmin şirkətin rəhbəri İsa Məmmədovun yalanlarına aldanmışıq, lakin sifarişçi kimi vətəndaşlar qarşısında etibarımızı itirə bilmərik… Böyük rəqəmlə ifadə olunan bu vəsait “THE-BAKU-GROUP” LTD” MMC-nin təsisçilərinin ortaya qoyduğu şəxsi vəsaitdir. Həmin vəsaitin xərclənməsinin subyekti olan çoxsaylı inşaatçılar – mütəxəssis və fəhlələr bunu təsdiq edə bilərlər. Onların hansı birini çağırıb soruşsanız ki, sizi bu obyektdə kim çalışdırmışdır, deyəcəklər ki, Rasim Nərimanov… Siz təsəvvür edirsinizmi, İsa Məmmədov nə qədər acgözdür ki, yaşayış kompleksinin həyətinə girişi belə kənar şəxslərə satmışdır. Bu insan artıq özünü idarə edə bilmir. Əlimdə kifayət qədər fakt vardır ki, bu adam bir mənzili iki adama satıb… Bir qeyri-yaşayış sahəsini isə 2-3 adama satıb…
-Kompleksdə təxminən neçə belə mübahisəli mənzil mövcuddur?
- Çoxdur… Təbii ki, biz məhkəməyə sənəd təqdim edəndən sonra bu say müəyyənləşdiriləcək və İsa Məmmədovun məsuliyyəti ortada olacaqdır.
- Həmin sənədləri yəqin ki, həm də redaksiyamıza təqdim edəcəksiniz?
- Əlbəttə… İsa Məmmədov eyni zamanda qeyri-yaşayış sahələrini də oxşar üsulla satıb.
- Bizə belə bir məlumat da daxil olub ki, İsa Məmmədov 2 gün əvvəl DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin qohumu-yerinə tələm-tələsik direktor təyin etdiyi Çingiz Məmmədov. Bu məlumatlar doğrudurmu?
“İDEAL-İ-İNŞAAT” MMC RƏHBƏRİNƏ AĞIR İTTİHAM-YENİLƏNDİ

- Bəli, tamamilə doğrudur… İsa Məmmədov üst-üstə satdığı mağazaya görə Vahid adlı mülkiyyətçinin şikayəti əsasında saxlanılmışdır.
- Həmin şikayətçinin soyadı sizə məlumdurmu?
- Lazım gələrsə öyrənib deyərəm… Həmin şəxs özü tanınmış hüquqşünasdır. Bəli, bu insanın pulu alınıb saxta sənədlər verilmişdir. Hazırda o öz mülkünə sahib ola bilmir. Belə nümunələr bir neçədir. Bu barədə sizə əlavə məlumat verəcəyəm.
- Rasim müəllim, vətəndaşların bizə etdiyi şikayətdən məlum olur ki, həmin bina təhvil verilmədiyi halda və vətəndaşlar həmin mənzillərə köçmədiyi halda onlardan neçə illərdir ki, İsa Məmmədov tərəfindən kommunal xərclər tutulur.
- Özü də məcburi qaydada… Bu cinayət əməlidir, korrupsiya faktıdır. Təsəvvür edin, binada lift işləmir. Qaz, su, işıq yoxdur. Heç kəs mülkiyyəti olan mənzilində 10 ilə yaxındır təmir apara bilmir, amma kommunal xidmət haqqı ödəyir. Belə də özbaşınalıq olar?
- Həmin vəsait heç olmasa binanın zəruri ehtiyaclarına xərclənirmi?
- Siz nə danışırsız? İsa Məmmədov bu vəsaiti şəxsi ehtiyaclarına, kef məclislərinə xərcləyir...
- Bəs, sifarişçi niyə podratçının belə qanunsuz hərəkətlərinə imkan verir?
- Bildiyimə görə, “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi dəfələrlə aidiyyəti dövlət qurumlarına və İsa Məmmədovun şəxsən özünə müraciət edərək müqavilə öhdəliklərini xatırlatmışdır. Hətta təklif edilmişdir ki, əgər kompleksi tikib başa çatdırmaq üçün maliyyə imkanlarınız yoxdursa, çıxıb gedə bilərsiniz. Yəni belə xəbərdarlıq dəfələrlə olub. Lakin nəticə olmadığından “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi artıq aidiyyəti dövlət qurumlarına şikayət edib. Yəqin ki, tezliklə nəticəsini görəcəyik… Nəhayət, İsa Məmmədov cavab məktubunda bir absurd iddia və özünəməxsus yalanı da ortaya qoyub. Yazır ki, guya “İdeal İ İnşaat” MMC bu kompleksdə 9%-lik paya məxsusdur. Bu, tamamilə ağ yalandır. Aydınlıq gətirim ki, bu kompleksdə 99 % səhm “THE-BAKU-GROUP” LTD” MMC-yə məxsusdur. Onun yazdıqları böhtandan başqa bir şey deyil. Bunu aidiyyəti qurumlarla aydınlaşdırıb bir daha dəqiqləşdirə bilərsiniz.
- Siz, İsa Məmmədovu yaxından tanıyan bir şəxssiniz. Redaksiyaya daxil olan məlumatda onun əvvəllər başqa bir cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğu deyilir. Bu doğrudurmu?
- Bəli, mən də eşitmişəm, bəzi məlumatlara malikəm... İsa Məmmədov bir neçə il əvvəl cinayət məsuliyyətinə cəlb edilib. Hətta bəzi dostlarım mənə bildiriblər ki, sən belə “maşennik”ə necə rast gəlmisən? Bu adam iki dəfə məsuliyyətə cəlb olunub… Bir dəfə saxta pul kəsməyə görə, həmçinin borc qalmaqalına görə… Hətta Bayıl “türmə”sində yatması barədə məlumat da var – 2002-ci ildə. Aidiyyəti qurumlara sorğu versəniz, daha dəqiq məlumat əldə edə bilərsiniz.
- Sifarişçi ilə podratçı arasındakı bu qalmaqal nə vaxtadək davam edəcək?
- Təbii ki, cavab birmənalıdır: İsa Məmmədov əməlinə görə qanun qarşısında cavab verənədək və inanıram ki, bu tezliklə baş verəcəkdir.
\\Təzadlar\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru