Azərbaycan Texnologiya Universitetində hüquqi nihilizm - Əgər Mikayıl Cabbarov bunları bilmirsə...
Tarix: 16-12-2015, 08:37 | Çap et
DİA.AZ: - Redaksiyamıza Azərbaycan Texnologiya Universitetindəki mövcud biabırçı mənzərəni əks etdirən məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik: “Azərbaycan Texnologiya Universiteti son iki ildə respublika mətbuatının geniş müzakirə obyektinə çevrilib. Bu müzakirə də səbəsiz deyil. Belə ki, universitet son illər reytinqinə görə ölkənin təhsil müəssisələri arasında ən axırıncı yeri tutur. Bu “liderlik” 2013-cü ildə Akif Süleymanovun rektor təyin olunmasından sonra xeyli “möhkəmlənib”. Deyilənə görə əvvəlki iş yerində-Texniki Universitetdə heç bir üstün müsbət cəhətiilə fərqlənməyən A.Süleymanovun rektor təyinatında keçmiş “Rabitə və yüksək texnilogiyalar” naziri ƏLİ ABBASOVUN böyük rolu olub. O vaxtlar böyük nüfuz sahibi olan dostunun dəstəyi, A.Süleymanovu universiteti özbaşınalıq yuvasına çevirməyə ruhlandırıb və qısa müddətdə 3.000.000 (üç milyon) manat həcmində maliyyə vəsaitini mənimsəməyə sövq edib.
Bu mənimsəmə faktı Maliyyə Nazirliyinin yoxlaması zamanı müəyyən oldu və paxırının açıldığını görən A.Süleymanov qəfil “xəstələndi” və “müalicəyə” getdi. Bir çox KİV-də onun qaçdığı, olkəni tərk etdiyi və s. barədə məlumatlar verildi. Lakin məlum oldu ki, o xəstələnməyib və dostu ƏLİ ABBASOVUN kölgəsinə sığınıb, işini “düzüb qoşur”. Bu “düz-qoş” əməliyyatı zamanı universitetdə struktur bölmə rəhbərləri “qurbanlıq keçi” kimi işdən çıxarıldılar, bəzilərinə isə şiddətli töhmət verildi, hansılar ki, maliyyə işlərinə heç bir aidiyyatları yoxdur. Onlar nə tələbələrə bankdan kart düzəldə bilər, nə işçilərin adına əlavə pul yazdırıb mənimsəyə, nə də bu maliyə sənədlərinə imza ata bilməzlər. Onlar günahkar hesab edilərək işdən çıxarılması, havadarlarının Akif Süleymanova bəraət qazandırmasına xidmət etdi”.
Daha sonra məqalə müəllifi dia-az.life-a yolladığı yazısında ittihamları daha da inkişaf etdirir: “Əvəzində rektor heç nə olmamış kimi təhsil nazirindən sadəcə töhmət alaraq iş başına gətirildi və yeni “idarəçilik metodu” ilə işə başladı. Bu metod “yeni komanda ilə rəsmi talama” adlandrıla bilər. “Metodun” əsasını oğlu Şamil Süleymanovun rəhbərliyi və əqidə birliyinə əsaslanan təriqətçi şəxslərin vəzifələrə təyin olunması və onların adına heç bir qanunda nəzərdə tutulmayan əsaslarla böyük məbləğdə (1500-2500 AZN)əlavə maaş yazılıb mənimsənilməsi təşkil edir. (Məlumat üçün deyək ki, “əlavə maaş” verilməsi barədə əmrin surəti mətbuatda dərc edilib).
Deyilənə görə A.Süleymanovun mənimsədiyi pullar bu metodla toplanaraq büdcəyə ödəniləcək və onun barəsində qaldırılmış cinayət işi ört-basdır ediləcək. Məhz ona görə məlum mənumsəmə halının olması aydın olsa da, aprel ayından başlanmış cinayət işi hələ də “yekunlaşa bilmir””.
Yazılan məqalənin dia-az.life-a daxil olan mətnində daha sonra deyilir: “A.Süleymanovun işi bununla bitmir. Rektor olduğu ilk ildə universitetdə uzun illər işləyən 100-dən artıq işçi ixtisar adı ilə işdən çıxarıldı və onların yerinə yeniləri götürüldü. Məlumdur ki, bu işə götürmə “şirinlik”siz olmadı. Həm də ilk baxışdan sadəlöhv görünən Akif müəllimin yaxşı iştahının olmasını göstərdi, Əməkdar müəllim olan bu zatın “yeməkdar” qabiliyyətini isbat etdi.
Universitetdə işdən çıxarılmış şəxslərin yerinə keçirilmiş “seçki” zamanı da rektor “gül vurdu”. Bir il öncə təriqətçi fəaliyyətinə görə universitetdən aralanmış və elmi adı olmayan A.Hüseyin, 15 ildən artıq elmi-pedaqoji işdən xəbəri olmayan H.Musayev, müxtəlif qeyri-hökumət təşkilatlarında işləmiş və rektorun həmkəndlisi olan M.Abadov dekan “seçildi”.
Ən dəhşətlisi isə “İqtisadiyyat və idarəetmə” fakultəsinə bir saat da audutoriyada olmamış, ümumiyyətlə tədrisdən bixəbər olan və sadəcə magist dərəcəli Nicat Nəsirlinin dekan əvəzi təyin olunmasıdır. Bu fakt təhsil sisteminin təşkili və idarə edilməsi sahəsindəki bütün qanun, təlimat və normativ sənədlərin kobud surətdə pozulmasıdır.
Görəsən ali təhsilin tarixində elmi adı, elmi dərəcəsi, elmi-pedaqoji təcrübəsi olmayan şəxsin fakultə dekanı təyin olunması faktı varmı?
Qəti demək olar ki, bu mümkün deyil! Bu faktın özü hüquqi nihilizm deyilmi? Süleymanovların bu özbaşınalığına nə ad vermək olar?
N.Nəsirlinin dekan əvəzi təyin olunması milli təhsil tariximizdə ən böyük qanun pozuntusu kimi tarixə düşəcək və bu əmri vermiş A. Süleymanov birmənalı cəzasını alacaq.
Akif Süleymanovun və oğlu Şamil Süleymanovun özbaşınalıqları haqda mətbuatda çox yazılıb. Bu özbaşınalıqlarda oğul Süleymanov daha irəli gedib: şəxsi avtomobili ilə universitetin həyətində gəzintiyə çıxır, “nurçu” dostlarını vəzifələrə təyin etdirir, universitetin təmir, tikinti işlərini dostlarına “həvalə edir”, universiteti dəftərxana malları, avadanlıqlarla “təmin edir” və s.
Maraqlıdır ki, Əli Abbasovun nazir işlədiyi zamanlar ata və oğul Süleymanovlar onun yaxın adamları olduqlarını deyirdilər. Akif müəllimin tələbə yoldaşı olan və onu rektor təyin etdirməyə nail olmuş ƏLİ ABBASOV vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə Süleymanovlar kursu dəyişərək Təhsil nazirinin adından istifadə etməyə başladılar. Özünü təhsil naziri Mikayıl Cabbarovun dostu, bəzən də səlahiyyətli nümayəndəsi kimi təqdim edən oğul Süleymanov çəkinmədən bu qanunsuzluqları nazirin adından istifadə edərək həyata keçirir .
A.Süleymanov mənimsəmə işini həm də “Müştəri yönümlü proqram” adı altında həyata keçirir. Bu proqrama əsasən yeni laboratoriyalar təşkil edilməli, tələbələr istehsal müəssisələrində təcrübə keçməli, məzunlar işlə təmin edilməli, müəssisələrin sifarişi əsasında elmi işlər yerinə yetirilməlidir və s.
Sual olunur: bəs təhsil verən orqan kimi universitetin funksiyası nədən ibarətdir? “Müştəri yönümlü proqram” olmasa bu işlər görülməməlidir?
Burada xoruzun quyruğu görünür. Deməli bu proqram universitetin maliyyə vəsaitlərinin talanması üçün düşünülmüş vasitədir. Belə olmasa, Akif müəllim yalnız özünə yaxın olan bir qrup şəxsi həmin proqrama “üzv” edib, onlara əlavə maaş yazmazdı. Bu maaşın hansı mənbədən, hansı əsasla verilməsi isə yeni sual yaradır.
Daha bir sual: “Müştəri yönümlü proqram” universitetdə həyata keçirilirsə və burada bütün əməkdaşlar iştirak etməlidirlərsə, nə üçün oğul Süleymanovun dostları olan prorektorlara, dekanlara, rektora yaxın şəxslərə bu əlavə maaşlar verilir, digər prorektor və anoloji vəzifə sahiblərinə yox?
Akif Süleymanov hansı maraqla bir qrup işçiyə əmək məcəlləsinə zidd olaraq iki ştat vahidi işləməyə və maaş almağa şərait yaradır?
Universitetdə mövcud qanunsuzluqlar barədə çoxlu suallar var. Bu suallar kollektivi narahat edir və onların haqlı narahatlığı başa düşülür. Çünki, bir zamanlar adı hörmətlə çəkilən Azərbaycan Texnologiya Universitetinin nüfuzu A.Süleymanovun rektorluğu dövründə ciddi şəkildə düşmüş, təhsil müəssisəsinin adı daha çox qara səhifələrdə çəkilmişdir. Bu səbəbdən bu ilin oktyabr ayında universitetin 45 illik yubileyi sönük keçmiş, dəvət edilən qonaqlar, xüsusilə universitetin məzunları olmuş və olkəmizin müxtəlif strukturlarında məsul vəzifə tutan (rayon və şəhər İH başçıları, müəssisə və təşkilat rəhbərləri və s.) şəxslər tədbirdə iştirak etməmişlər. Səbə isə bəlli idi: son illər əməkdaşlar və məzunların öyünməsi üçün ürəkaçan bir şey yoxdur.
Tədbir zamanı qonaqlar arasında “Çağ öyrətim” təhsil müəssisələrinə yaxınlığı ilə tanınan şəxslər üstünlük təşkil edirdi. Universitet rektorlarından isə yalnız Qafqaz universitetinin rektoru Ahmet Sanıç gözə dəydi... Düşündürücüdür!!!
Mətbuatda bu özbaşınalıqlar barədə xeyli informasiya verilməsinə baxmayaraq, Təhsil Nazirliyinin universitetin taleyinə biganə münasibəti və susqunluğu sual doğurur. Təhsil sistemində şəffaflıq yaratmağa çalışan hörmətli nazir M.Cabbarov ATU-da baş verən hüquqi nihilizmin aradan qaldırılmasına müdaxilə etmək barədə düşünürmü görəsən?
Görünən odur ki, hələlik yox!
Çünki, “Loxma boğmadır” atalar misalı bu qənaəti yaradır.
Axı A.Süleymanov oğlu Şamilin M.Cabbarova avtomobil hədiyyə etməsi və onunla yaxın dost olması barədə çox həvəslə danışır və indi nazirin ona arxa olduğunu bildirir.Ğörünür bu hədiyyə “kal armud” effekti yaradıb.
Amma kollektivin düşüncəsinə görə ATU-nun taleyi bir avtomobildən daha dəyərlidir.
Bu təhsil ocağı həm də kollektiv üçün ona görə əziz və dəyərlidir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
İ.S.Turgenyev özünün “Atalar və oğullar” əsərində ilk dəfənihilist obraz yaratmışdı. Obrazın adı çox qəribə idi:Bazarov.
Ümid edirik ki, hörmətli nazir M.Cabbarov Akif və Şamil Süleymanovlara və onların yeni təyin etdikləri “müştəri yönümlü” kadrlara ATU-nun nihilist obrazını (Bazar Universiteti) yaratmaq üçün şans verməyəcək.
Ümidləri(mi, ni)z üzülməsin”...
Bütün bu iddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|