Bakı Apellyasiya Məhkəməsinin hakimi barədə şok iddialar... - Qanunlar nədən bu halda işləmir?
Tarix: 20-10-2015, 09:01 | Çap et
Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun atası Mustafa Murquzov 70-ci illərdə Ağstafa rayonunda müstəntiq işlədiyi dönəmlərdə həbs olunub. Bununla bağlı redaksiyamıza ətraflı məlumat verən Bakı şəhəri, Z.Xəliliov küçəsi, ev 35A, mənzil 28 ünvanında yaşayan Şəhla Şıxmirova bildirir ki, İlqar Murquzovun atası məhz rüşvət üstündə həbs olunub və 1 ilə yaxın həbsdə qaldıqdan sonra qardaşı, o zamanlar "Qalibiyyət bayrağı" adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Qasım Murquzovun və onun həyat yoldaşı, "Raysipolkom"da mühüm vəzifədə işləyən Ziba xanımın yardımları ilə azadlığa buraxılıb. Beləliklə, Xəqani Zahid oğlu Abbasovun "Yol hərəkəti haqqında" Qanunun tələblərini kobud surətdə pozaraq idarə etdiyi avtomobillə həyat yoldaşı İmran Şərafəddin oğlu Şıxmirovu vuraraq öldürdüyünü vurğulayan şikayətçinin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin hakiminin əmisinin övladı olmadığına görə, İlqar Murquzovu bir müddət Qasım Murquzov böyüdüb. Bundan başqa, Şəhla Şıxmirova qeyd edib ki, İlqar Murquzov xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışdığı dönəmlərdə onu Məleykə Abbaszadənin sədri olduğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətini yoxlamağa göndəriblər: "Yoxlama zamanı komissiyanın fəaliyyətində bir sıra problemlər aşkarlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İlqar Murquzova söz vermişdi ki, sən bu işi ağartma, açma, əvəzində mən sənə kömək edəcəm. İlqar Murquzovun Ziba adlı qızı Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir daha qeyd etmək istərdim ki, Bakı Apelyasiya Məhkəməsinin hakiminin qızı onun müstəntiq işlədiyi vaxtlarda Bakı Dövlət Universitetinə daxil olub. Bildiyim qədər İlqar Murquzovun qızı prokurorluq orqanlarında yaxşı işə düzəlib. Sadəcə hazırda analıq məzuniyyətində olduğu üçün işləmir. Bundan başqa, Zibanın həyat yoldaşını, yəni yeznəsini İlqar Murquzov Dövlət Neft Şirkətində çox gözəl vəzifəyə düzəldib". Özünün və himayəsində olduğu 13 yaşlı oğul övladının hüquqlarının Xətai Rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazovun yol verdiyi nöqsanın ucbatından pozulduğunu, eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun buna əhəmiyyət vermədən ədalətsiz qərar çıxardığını deyən Şəhla Şıxmirova iddia edir ki, adıçəkilən hakimin oğlu yayda "009" nömrəli göy rəngli "Ferrari" markalı bahalı avtomobillə rayonda olub: "İlqar Murquzovun iki oğlu və bir qızı var. Onun oğlanları da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiriblər. Görəsən, Bakı Apelyasiya Məhkəməsinin hakimində olduqca baha qiymətə olan "Ferrari"ni almağa o boyda imkan hardandır?" Təbii, şikayətçi bu cür sual ünvanlamaqda tamamilə haqlıdır. Çünki hazırda Bakıda satışda olan ən ucuz "Ferrari"nin qiyməti nə az, nə çox düz 330 min manatdır. İlqar Murquzovun isə məhz hakim maaşı ilə oğluna bu cür avtomobil alması heç də inandırıcı görünmür. Çünki "Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə (Hakimlərin maddi təminatı) əsasən Bakı Apelyasiya Məhkəməsinin hakimlərinə təxminən, 2 min manata yaxın vəzifə maaşı müəyyən edilib. İndi özünüz qərar verin: Ayda 2 min manat əməkhaqqı almaqla, ən ucuz modelinin qiyməti 330 min manat olan "Ferrari"ni almaq olar? Sözsüz, xeyr. O zaman burda nəsə başqa bir əmma var… Nədənsə Vüsal Şahbazov və İlqar Murquzov Şəhla Şıxmirovanın məsələdən kənarda qalmasına çalışıb Bu arada, ilkin istintaq, həmçinin məhkəmə tərəfindən zərərçəkmiş, mərhum həyat yoldaşı, qanuni nikahda olduğu İmran Şərafəddin oğlu Şıxmirovun varisi kimi tanınmadığını qeyd edən Şəhla Şıxmirova bildirir ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov onunla qohum olmasına baxmayaraq, məhkəmə işinə çıxmaqdan imtina etməyib və sonda qeyri-obyektiv, qərəzli qərar qəbul edib. Bu isə birbaşa qanun pozuntusudur. Çünki İlqar Murquzov bu əməli ilə ailə başçısını itirmiş, 13 yaşlı övladı ilə faktiki olaraq sahibsiz qalmış tənha ananın konstitusion hüquqlarını ayaqlar altına alıb. Nəzərinizə çatdıraq ki, təhna analar cəmiyyətdə kişinin üzərinə düşən yükü belə, öz çiyinlərində daşıyaraq övladını böyütmək üçün bütün əziyyətlərə sinə gərən zərif cinsin nümayəndələridir. Onlar üçün həyatda ailə başçısı olaraq bütün məsuliyyəti öz üzərlərinə almaq nə qədər çətin olsa da, bu yükü daşımaq məcburiyyətindədirlər. Çünki onlar ailədə həm ananın, həm də atanın üzərinə düşən vəzifəni icra etməlidirlər. Həyat yoldaşı dünyasını dəyişən və nəticədə övladı ilə tək qalan qadınların bugünkü sosial durumu göstərir ki, onlar üçün təkbaşına yaşamaq heç də asan deyil. Belə ki, tənha analar ailəni dolandırmaq üçün bütün çətinliklərə dözərək, çiynini zərif cinsin nümayəndələrinin daşıya bilmədiyi yükün altına verir. Ekspertlər isə bu qənaətdədirlər ki, tənha analar, dul qadınlar bu gün cəmiyyətdə ən çox hüququ pozulan təbəqə hesab edilir. Məsələn, "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, dul qalmış qadınlar vərəsəlikdən, əmlak və torpaq paylarından "könüllü" imtina etməli olur: "Ərləri öldükdən sonra onlara qarşı baş verən ayrı-şeçkilik, həyatlarını hədələyən amansız münasibətlər onları bu addımı atmaga vadar edir. Dul qadınların evdən qovulması, fiziki zorakılığa məruz qalması halları da var". O, qeyd edir ki, cəmiyyətdə dul qadınların hüquqlarının pozulması ilə əlaqədar cəzasızlıq adi hal olur və yalnız çox az bir hissəsi məsuliyyətə cəlb edilir: "Bəzən əri ölən qadınlar mirasdan məhrum edilərək ya evdən qovulur, yaxud da yaşadığı evdən onlara düşəcək paydan məhrum edilir". Hüquq məsələləri üzrə mütəxəssislər isə bildirirlər ki, vəfat edən şəxsin miras əmlakdakı payı birinci növbə vərəsə olaraq bu növbəyə daxil olan digər vərəsələr də vəsiyyətnamədə ayrı qayda müəyyən edilməyibsə, bərabərdir. Belə ki, birinci növbədəki vərəsələr miras qoyan şəxsin valideynləri, uşaqları daxil olduğu kimi, həyat yoldaşı da aiddir. Yəni əgər vəsiyyətnamədə ayrıca bir qayda yoxdursa, bərabər paya sahibdirlər. Sağ qalan ər və ya arvad ümumi paylı mülkiyyətdə olan miras əmlakına daxil olan əmlak hüquqları üzərində daha üstün hüquqlara malikdirlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ər və ya arvad, vəfat edən şəxsin - miras qoyanın valideynləri ilə birgə birinci dərəcəli mirasçılar sırasına daxildir və onlarla eyni hüquqlara malikdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Yəni miras qoyanın bütün əmlakı və öhdəlikləri miras əmlakıdır. Qadının miras qoyanla nikaha nə vaxt daxil olmasından, miras əmlakını nə zaman almasından asılı olmayaraq, miras qoyanın valideynləri ilə birgə miras əmlakından eyni paya və eyni hüquqlara malikdir. Miras qoyanın vəfat etdiyi tarixədək əldə etdiyi əmlakın hər hansı bir hissəsi birgə mülkiyyətə daxildirsə miras bölgüsü miras qoyanın birgə əmlakda sahib olduğu hissə üzərində aparılacaq. Əgər birgə əmlaka daxil olan hər hansı bir əmlak yoxdursa miras bölgüsü adi qaydada, yəni miras qoyanın bütün əmlakı hər bir vərəsəyə bərabər pay ayrılmaqla həyata keçiriləcək. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov bilməlidir ki, əgər dünyasını dəyişən kişi övladsız olarsa, malının dörddə biri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdə biri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər. Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, Şəhla Şıxmirova ilə İmran Şərafəddin oğlu Şıxmirovun arasında rəsmi nikah və onların bu nikahdan 13 yaşlı övladları olduğundan, Şəhla Şıxmirova mərhum həyat yoldaşının qanuni mirasçısı, varisi hesab olunur. Elə buna görə də Xətai Rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazov ilkin istintaq zamanı məhz Şəhla Şıxmirovanın mərhumun qanuni varisi olduğunu nəzərə alaraq, zərərçəkmiş kimi onu qeydə almalı idi. Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov isə bu məqamı diqqətdən qaçırmamalı və tənha ananın xeyrinə qərar qəbul etməli idi. Lakin nədənsə Vüsal Şahbazov və İlqar Murquzov ciddi cəhdlə Şəhla Şıxmirovanın məsələdən kənarda qalmasına çalışıb. Maraqlıdır, görəsən niyə?.. Mövzu ilə əlaqədar yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Bəs Samir Bağırovun tamadalığı?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|