İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                     Qarşıda yeni hədəflər durur .....                     İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır .....                     "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" .....                     "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" .....                     “Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                 

Qış imtahan sezonunda Texnologiya Universitetinə nəzarət gücləndirilməlidir... - Süleymanov tövbə etdimi?
Tarix: 2-10-2015, 08:17 | Çap et
Qış imtahan sezonunda Texnologiya Universitetinə nəzarət gücləndirilməlidir...
Məlum olduğu kimi, 2013-cü ildən etibarən Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə Akif Süleymanov rəhbərlik edir. Təbii ki, ölkəmizdə təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar fonunda bu təyinatın da sözügedən ali təhsil ocağının fəaliyyətinə yeni dinamika gətirəcəyi gözlənilirdi. Lakin aradan keçən keçən iki il ərzində Texnologiya Universitetinin fəaliyyəti ölkə mətbuatında dərc olunan materiallarda yalnız neqativ qiymətləndirmə ilə diqqəti cəlb etmiş oldu. Həmçinin qəzetimizdə dərc etdiyimiz yazılarda da qeyd olunmuşdu ki, daxil olan məlumatlarda Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır. Universitet daxilində olan mənbələr iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələrin iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə, burada bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata “aylığa” buraxır. Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Redaksiyamıza müraciət edən universitet tələbələri bildirirlər ki, rektor universitetdə bu sahədə də əməlli-başlı bazar açıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilirdi: “Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb...” Digər tərəfdən isə, daxil olan məlumatlarda Akif Süleymanov tərəfindən rəhbərlik etdiyi ali təhsil müəssisəsində külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə də yol verildiyi bildirilir. Maraqlıdır ki, hələ aprel ayının ortalarında Maliyyə Nazirliyi tərəfindən Texnologiya Universitetində aparılan yoxlamalar nəticəsində 500 min manatdan çox məbləğdə mənimsəmə faktının aşkarlandığına dair məlumatlar yayılmışdı. Məlumatlarda deyilirdi: “Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək universitet rəhbəri bir neçə gün fikirləşdikdən sonra başqa qərara gəlib. O, Mayis müəllimə müəyyən təkliflərdə bulunaraq yaranmış problemi çözmək istəyib. Amma qarşı tərəf onun təklifini qəbul etməyib...” Bununla belə, sonradan aşakarlanmış yeyinti faktı ətrafında qalmaqal yatırıldı. Yoxlamanın nəticələri barədə isə, nə təkzib, nə də təsdiq edici məlumatlar verilmədi. Bundan bir müddət sonra isə, məlumatlarda Akif Süleymanov tərəfindən törədilən növbəti korrupsiya əməlinin üstü açıldı. Yayımlanan məlumatlara görə, tələbələrin adına saxta təqaüd kartları açan rektor məsələnin üstü açılandan sonra qaçmışdı. Həmçinin korrupsiya ilə bağlı baş verənləri mətbuata verdiyi açıqlamada universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləmişdi. Rövşən Əliyevin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin “təftiş komissiyası” aparılan yoxlamalar zamanı bir çox nöqsanlar aşkarlamışdı. Bu nöqsanlardanbiri də bu olub ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq “Kapital bank”ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib. Lakin artıq avqust ayında Akif Süleymanov heç bir şey baş verməyibmiş kimi, yenidən universitetə qayıtdı və hətta ona ittihamlara özünə sərf edən şəkildə cavab vermək imkanı da yaradıldı. Bundan sonra isə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirildi. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunaraq, Təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçiləri vəzifədən azad olundular. Akif Süleymanov isə, bütün bu törətdikləri əməllərin müqabilində sadəcə töhmətlə yaxasını cəzadan qurtarmış oldu. Elə nazirliyin rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasla da bütün söz-söhbətlərə son qoyuldu. Belə qənaətə gəlmək olur ki, Texnologiya Universitetinin rəhbəri həyata keçirdiyi korrupsiya əməllərindən əldə etdiyi gəlirləri tək xərcləməyib. Məhz bu səbəbdən həmin şəxslər rektorun postunu qorumasında yaxından yardımçı olublar...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru