Beyləqanda "beylaqan vəziyyət" pisləşib.... - Başçı rayonu bərbad günə qoyub
Tarix: 1-10-2015, 08:15 | Çap et
Beyləqanın ictimai həyatında baş alıb gedən sosial ədalətsizliklər, sayı-hesabı bilinməyən qanunsuzluqlar haqda nə qədər tənqidi məqalələr işıq üzü görürsə, bir o qədər, bəlkə də daha çox vətəndaş narazılığını özündə ehtiva edən şikayət ərizələri, redaksiyamıza daxil olmaqda davam edir. Belə bir halın varlığı, əslində rayonda həyata keçirilən idarəçiliyin mahiyyətini, rayon rəhbərliyi ilə kütləvi narazılıq hissinin baş qaldırdığı çoxsaylı sakinlər arasında əmələ gələn uçrumun varlığını göstərir. Bəlkə də, Beyləqan rayonu respublikamızın şəhər və rayonları içərisində yeganə rayondur ki, yerli sakinləri rəhbərlikdən hədsiz dərəcədə incikdirlər.
Bu dəfə də redaksiyamıza rayonun “Dostluq” kəndində yaşayan sakinlər tərəfindən şikayət ərizəsi ünvanlanmışdır. Onlar üzləşdikləri problemlərin varlığından bəhs edərək onu bildirirlər ki, “biz 1999-cu ildə xalqımızın ümumilli lideri, mərhum prezidentimiz Heydər Əliyevlə görüşüb, “Dostluq” sovxozu ərazisində islahat aparılmasının zəruriliyini müzakirə etdik. O, bizimlə ümumi vəziyyəti müzakirə etdikdən sonra, öz təkliflərini də söylədi və islahat aparılması üçün Nazirlər Kabinetinə lazımi tapşırıqlar verəcəyini bildirdi. Verilmiş tapşırıq əsasında 1999-cu ilin aprel ayında Nazirlər Kabinetinin 74 saylı qərarı ilə, “Dostluq” sovxozu ərazisində qismən islahat aparılmağa başlanıldı. Həmin vaxt sovxozda 36 min baş qoyun var idisə, bu gün onların sayı 4 mindir.
2009-cu ilin 07 iyulunda isə, Nazirlər Kabinetinin vermiş olduğu 17/17R-162-10 qərarla, yarımçıq qalmış islahat işlərinin aparılması məqsədilə, Beyləqan rayon İcra Hakimiyyəti Aparatı tərəfindən xüsusi komissiya yaradıldı. Amma, heç bir faydası olmadı. Çünki, yaradılmış komissiyanın fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey olmadığından, tam əksəriyyətdə komissiyanın fəaliyyətinə qarşı inamsızlıq hissi də formalaşdı. Yəni, verilmiş tapşırıqlar kağız üzərində qaldı. Bu gün sovxoza məxsus 6179 ha torpaq sahəsindən istifadə olunsa da, 524 ha torpaq sahəsi sovxozun balansından tamamilə çıxarılıb. Belə bir addımı vaxtilə Beyləqanda icra başçısı olmuş Xasay Məmmədov, İrşad Əliyev, torpaq şöbəsinə rəhbərlik etmiş Rəfayel Pəsiyev, sovxoz təsərrüfatında direktoru işləmiş Sahib Səfərov, Əbülfət İsmayılov, Paşa Məmmədov, sovxozun aqronomu olmuş Yusif Hüseynov, daha çox isə bugünkü icra başçısı Vaqif Abdullayev və digər vəzifə sahibləri, illər ərzində 524 ha torpaq sahəsini hissə-hissə sataraq pullarını da mənimsəmişlər. Belə bir addımın atılması, əslində “Dostluq” kəndinin sadə sakinlərinə qənim kəsilmədən başqa bir şey deyil.
Bir faktı da qeyd edək ki, sovxoza məxsus ən çox torpaq sahəsi bugünkü icra başçısı Vaqif Abdullayevin dövründə satılmışdır. O, DƏDRXİ-nin rayon şöbəsinə rəhbərlik edən Zaman İmanovla əlbir olaraq, istər torpaq sahələrini, istərsə də digər əmlakları qohum-əqrəbalarına “pay-püş” etdilər. Düzdür, onlara lazımi addımları atmaqda DƏDRXİ-də müavin vəzifəsini daşıyan, hansı ki, Zaman İmanovun qardaşı olan Məhəmməd İmanovun da xüsusi köməkliyi oldu. Onlar belə bir dəstəkdən yararlanaraq, heç bir islahat-filan belə aparılmadan sovxoza məxsus torpaq sahələrində, 220 ailənin adına saxta yolla sənədləşmə işi apara bilmişlər.
Ümumiyyətlə, bu gün bizim rayonda elə bir vəziyyət əmələ gəlib ki, ölkə rəhbərinin imzaladığı qanunlar, verdiyi sərəncamlar heç bir vəhclə saya salınmır. Ona görə də Beyləqanda vəzifə sahibi olan hər kəs, xüsusilə də icra başçısı Vaqif Abdullayev nə qanunları saya salır, nə də ki, o, böyük Yaradandan çəkinir. Belə bir səbəblər üzündəndir ki, rayon rəhbərliyi ilə bərabər, digər vəzifə sahibləri də beyləqanlılar haqda düşünmürlər, yalnız özləri üçün var-dövlət toplamaqla məşğul olurlar. Odur ki, biz sakinlər ölkə rəhbəri ilə heç cür görüşə bilmirik ki, dərdimizi ona bildirək. Elə ki, ölkə rəhbərinin bölgələrə səfəri baş tutur, dərhal icra başçısının tapşırığı əsasında polislər, digər hüquq-mühafizə orqanı əməkdaşları elə bir möhtəşəm sədd qururlar ki, yaradılmış səddi heç cür aşıb keçmək mümkün olmur. Ölkə rəhbəri ilə görüşməyin mümkünsüzlüyü qalsın bir yana, hətta nazirlərin də bölgələrə səfərləri zamanı buna imkan verilmir. Məsələn, 30 may 2015-ci il tarixdə Bərdə şəhərində Daxili İşlər Naziri ilə, 24 iyul 2015-ci il tarixdə isə İmişli rayonunda Baş Prokurorla görüşməyimizə imkan verilmədi. Bütün bunların arxasında da, bügünkü icra başçısı Vaqif Abdullayevin yerli hüquq-mühafizə orqanı əməkdaşlarına verdiyi tapşırıqlar durur”.
Sözsüz ki, söylənilən belə bir fikirlər, sadalanan problemlərin varlığı redaksiyamıza şikayət ərizəsi ünvanlayan “Dostluq” kənd sakinlərinə məxsus olduğundan, hələlik bir söz deyə bilmərik. Deyəcəyimiz söz yalnız o olacaq ki, Vaqf Abdullayevin bugünkü idarəçiliyi Beyləqanı elə bir dərdə salıb ki, artıq onun sağalması müşkül məsələyə çevrilib. Bu da onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevlə vidalaşmağın artıq zamanı çatıb.
Diqqəti cəlb edən hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev respublikamızın hər bir şəhər və rayonuna eyni münasibət bəsləyir, eyni yanaşmanı ortaya qoyur. Və hər kəsi şəhər və rayona rəhbər təyin edəndə birmənlı şəkildə tapşırır ki, “gedin sakinlərlə işləməyi bacarın, qayğılarına qalın, sosial problemlərinin həll olunmasına çalışın” deyə, müvafiq tapşırıqlarını da verir. Bəs bu gün nələr baş verir ki, Beyləqanda sosial problemlər tüğyan edir, haqsızlığın həddi-hüdudu bilinmir. Adicə icra hakimiyyətinə gedən mərkəzi magistral yolun hansı durumda olmasını gördükdə, başqa problemlərin izahına ehtiyac qalmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|