NN-nin Sulutəpə sakinlərinə yaratdığı "SS işgəncəsi"... - Və yaxud Nəqliyyat Nazirliyinin pul tələsi...
Tarix: 15-09-2015, 08:34 | Çap et
Bu günlərdə Bakı sakinlərini narahat edən suallardan biri də avtobusların şimal qəsəbələrindən şəhərə daxil olmasına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.
Avropa.info xəbər verir ki, Bakının şimal qəsəbələrindən şəhərə gələn avtobuslar Avropa oyunlarından əvvəl şəhərin 20 Yanvar dairəsinin müxtəlif yerlərində dayanırdı. Avropa oyunlarından əvvəl isə sıxlığın aradan qaldırılması məqsədilə avtobusların marşrut xətti Avtovağzal ərazisində məhdudlaşdırıldı. Sulutəpə, Xocasən, Qobu, Güzdək, Atyalı, Nübar, 28 May, Müşfiq və s. kimi qəsəbələri şəhərlə birləşdirən müvafiq 114, 151, 153, 156, 158, 159, 167 nömrəli avtobuslar Avropa oyunlarından sonra qəsəbə sakinlərini yeni avtovağzala qədər gətirə bildi. Bu isə öz növbəsində sakinlər arasında narazılığa səbəb olmağa başladı. Çünki əvvəllər sakinlər 20 və ya 30 qəpiyə 20 Yanvar dairəsinə qədər gələ bilirdilərsə, indi həmin yolu gəlmək üçün müvafiq olaraq 40 və ya 50 qəpik ödəməli olurlar. Əvvəllər şəhərin hər hansı bir yerində çalışan sakinlər iki avtobus dəyişirdilərsə, indi üç və ya daha çox avtobus dəyişməli olurlar. Belə olan halda isə orta aylıq əmək haqqı 300 manat civarında olan bir vətəndaş maaşının demək olar ki, üçdə biri və ya yarısını avtobuslara xərcləməli olur.
Sakinlərin fikrincə, tətil dövründə bu məbləğin qismən az olmasına baxmayaraq, dərslərin başlaması ilə həmin pul iki mislinə qədər artır. Bundan əlavə, ətraf qəsəbələrdən olan sakinlərin əhəmiyyətli hissəsinin iş yeri Bakı şəhərindədir. Adlarını sadaladığımız qəsəbələrdə məktəblərin və ya təhsilin keyfiyyətinin aşağı olması səbəbilə də uşaqların əksəriyyəti şəhər məktəblərində oxuyur.
Məsələylə bağlı açıqlama almaq üçün ilk növbədə Nəqliyyat Nazirliyinə üz tutduq. Nəqliyyat Nazirliyinin ön qapısından nazirliyə daxil olduq. Bizə mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun yerində olmadığını, yan qapıdan müraciət etməyimiz lazım olduğunu dedilər. Yan qapıdan nazirliyin nəzarət buraxılış məntəqəsinə yaxınlaşdıq. Orada 3 nəfər mühafizəçi var idi. Nə üçün gəldiyimizi soruşanda, hansı məsələylə bağlı gəldiyimizi dedik. Mühafizəçilərin bizə cavabı isə problemin tam “həllini” özünə ehtiva edən cavab oldu: “Marşrutlara nəzarəti Nəqliyyat Nazirliyi yox, Nəqliyyat Departamenti həyata keçirir. Ona görə də siz ora müraciət edin”. Nəqliyyat Departamenti Azərbaycan prezidentinin 2006-cı ildə imzaladığı bir sərəncamla ləğv olunaraq, səlahiyyəti və tabeliyində olan müəssisə və təşkilatlarla birgə Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilib. Bundan sonra dəfələrlə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə zəng etdiksə də telefonu ya götürmədilər, ya da götürüb kənara qoydular. Bundan sonra üz tutduq Müşfiq qəsəbəsini şəhərlə birləşdirən 114 nömrəli avtobusun tabe olduğu “Xaliq Faiq Oğlu” MMC-yə. Şirkətdən bizə bildirdilər ki, onların tabeliyində olan avtobusların marşrut xətti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunur və avtobusların marşrutunun bərpa olunması ilə bağlı hələ ki, heç bir göstəriş gəlməyib.
Daha sonra isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Şəfa xanım da bizə bu barədə çalışdığı qurumda hər hansı bir məlumatın olmadığını bildirdi: “Avropa oyunlarından öncə də, sonra da marşrut xətlərinin optimallaşdırılması üçün işlər görülür. Paytaxtda tıxacların və sıxığın aradan qaldırılması ilə bağlı bir sıra addımlar atılır. Adını çəkdiyiniz qəsəbələrdən gələn avtobuslar şəhərdə kifayət qədər tıxac yaradırdı. Bundan sonra isə həmin marşrut xətlərinin uzadılacağına dair məlumatımız yoxdur. Mən başa düşürəm ki,bu günki əmək haqqı və ya təqaüdlərlə müqaisədə bu bir az çox görünə bilər. Amma onu da nəzərə almalıyıq ki, Azərbaycanda gediş haqları kifayət qədər azdır. Məsələnin bir başqa tərəfi də saatlarla tıxaclarda oturmaqdır. Çünki bu qədər avtobusun dərs vaxtında şəhərə daxil olması uzun sürən tıxaclara səbəb olacaq”.
Şəfa Mehmanqızı, bundan başqa, marşrut xətlərinin optimallaşdırılması ilə bağlı təkliflər planının hazırlandığını və ola bilsin ki, həmin təkliflər planında bu məsələyə də toxunulacağını bildirib.
Metronun Avtovağzal stansiyasının isə hələ də açılmaması sakilərin işini bir az da çətinləşdirir. Nəqliyyat Nazirliyinin bu məsələyə laqeyid yanaşmasının isə nədən irəli gəldiyi heç kimə məlum deyil. Düzdür, burada zərbənin yenə də vətəndaşlara dəydiyini, artıq gəlirin isə Nəqliyyat Nazirliyinə axdığını nəzərə alsaq, məsələni başa düşmək o qədər də çətin deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|