Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı... - ŞİKAYƏT VAR
Tarix: 26-08-2015, 09:44 | Çap et
DİA.AZ: - Masallı rayonu Qəriblər kənd sakini, 34 yaşlı azad sahibkar Qasımov Cavid Yavər oğlu bizə şikayət ünvanlayıb. Həmin şikayət məktubunda deyilir:
- Masallı rayonunun Qəriblər kəndində “Qəriblər” şadlıq sarayı da daxil olmaqla 2,3 ha torpaq sahəm var. Bunun 0,3 hektarı “Qəriblər” şadlıq sarayının binasını və ətrafını əhatə edir. Ona bitişik 2 hektar torpaq sahəsi isə kənddəki keçmiş konserv zavoduna daxildir. 2012-ci ildə “Qəriblər” şadlıq sarayı mənə - Cavid Qasımova satılıb. Onun torpağına və binanın özünə dair Çıxarışım (kupçam) da vardır. 2014-cü il avqustun 20-də isə həmin şadlıq sarayının cənubunda yerləşən və 2 hektar sahəni əhatə edən ərazini alqı-satqı yolu ilə alıb və onun sənədlərini Masallıdakı 2 saylı Natoriat kontorunda təsdiq etdirmişəm. Daha dəqiq desək, keçmiş konserv zavodunun binası və həmin zavodun altındakı torpaqla birgə mənə satılıb. Həmin torpaq dövlət torpağı olduğu , bələdiyyəyə heç bir aidiyyatı olmadığı üçün bələdiyyədən alqı-satqı edilməyib. Lakin Qəriblər bələdiyyəsi iddia edir ki, həmin dövlət torpaqları kənd bələdiyyəsinə məxsusdur. Onlar bu iddia ilə bu il mart ayının 30-da Şirvan İqtisad Məhkəməsinə müraciət ediblər. Şirvan İqtisad Məhkəməsi bu il aprelin 24-də həmin iddiaya baxıb və Qəriblər bələdiyyəsinin iddiasını əsassız sayıb. Bundan sonra Qərbilər bələdiyyəsi həmin iddiadan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib. Nəticə yenə də onlar üçün uğursuz olub. Bütün bunlarla kifayətlənməyərək onlar Masallı Rayon Məhkəməsinə müraciət edib. Nemət Musayevin sədrliyi ilə keçən məhkəmə iclası 16 iyun 2015-ci il tarixində onların xeyrinə olmayan qərar qəbul edib və iş yenidən Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərilib. Göründüyü kimi, bizim istifadəmizdə olan 2 hektar torpaq sahəsinin Qəriblər bələdiyyəsinin mülkiyyətində olmasına dair ortada heç bir sənəd yoxdur. Bu da məlumdur ki, məhkəmənin qərarı olmadan kimsənin mülkiyyətini sökmək olmaz. Lakin Qəriblər bələdiyyəsinin sədri Müşfiq Ağayevin rəhbərliyi ilə mənim normal sahibkarlıq fəaliyyətimə ardıcıl və kobud müdaxilə edilir. Onu da qeyd edim ki, nəinki onların əlində məhkəmə qərarı yoxdur, onlar bizə hər hansı bildiriş belə göndərməyibər. 2015-ci il iyulun 10-u , günün 2-ci yarısı, təxminən saat 13-15 arası onlar xeyli adamla – polis, ərazi nümayəndəsi və digər şəxslərlə məhkəmə qərarı və prokururun sanksiyası olmadan yuxarıda adı çəkilən obyektin çəpərini traktorla sökməyə başladılar və hasarın bir hissəsini dağıtdılar. Deyirlər ki, nə sənəd, bizim sənəd bizim sözümüzdür.
Maraqlı orasıdır ki, zorakılıqla aparılan söküntü zamanı şəkil və video çəkməyə imkan vermədilər. Deyirlər, çəksəniz sizi həbs edərik. Bizi açıq-aşkar həbslə hədələdilər. Anamızın, bacımızın və digər qadınların ürəyi getdi. İş o yerə çatdı ki, 102 xidməti də bizim şikayətimizə əhəmiyyət vermədi. Sanki həmin vaxt qanunları dondurmuşdular. Bu proses təxminən 3-4 saat çəkdi. Kəndin Ərazi nümayəndəsi Elnur İmamyarov orada olsa da, olanlara əhəmiyyət vermədi. Biz prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişik. Biz həm də Masallı I Rayon Məhkəməsinə müraciət etmişik. Tələbimiz odur ki, maddi - mənəvi ziyana, elə də bizə qarşı açıq-aşkar özbaşınalığa görə tədbir görülsün. Bütün bu işlərin başında isə kənd bələdiyyəsinin sədri Müşfiq Ağayev durur. O, doğrudan da haqq, qanun qoruyandırsa, niyə payıbəlli torpaqda özü üçün ev tikib, qohumlarına və digər ərazidə yaşayan kənar şəxslərə qeyri-qanuni torpaq sahələri verib. Biz bu olayla bağlı Respublika Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Masallıda görüşdə olarkən onun da qəbulunda olduq. Kərim müəllim də sənədlərlə tanış olduqdan sonra bizim haqlı olduğumuzu bildirdi. Hazırda bizə müxtəlif vasitələrlə təzyiqlər edilir. Şikayətlərimizə ədalətlə baxılmır. Bizim üçün hələ də qaranlıqdır ki, axund nəvəsi, suvarma idarəsinin rəhbəri Hacı Ağabəy hansı əsasla traktorlarını azad sahibkarın obyektini sökdürməyə göndərir? 102 xidməti nədən zəngimizə reaksiya vermir, əksər rəhbər işçilər (hələlik adlarını çəkmirəm) Azərbaycan qanunlarına açıq-aşkar hörmətsilik edən bələdiyyə sədrinə dur deməyə niyə cəsarət etmirlər?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|