Masallıda saxta sənəd oyununa hansı məmurlar bulaşdı? - ŞİKAYƏT VAR
Tarix: 18-08-2015, 10:27 | Çap et
Zəmanə, deyəsən, doğrudan da çox dəyişib. Əvvəllər müqəddəs bildiyimiz hisslər, əməllər bu gün o qədər bayağılaşıb, adiləşib ki, sadəcə, insan dəhşətə gəlir. Son zamanlar o qədər qəribə hallarla rastlaşırıq ki, adam özünə söz verir bir də belə hadisələrə təəccüblənməsin. Ançaq mümkün olmur. Bəyənmədiyimiz Sovet dövründə böyük-kiçiyə hörmət, ata-anaya məhəbbət, qardaş-bacının bir-birinə hədsiz dərəcədə olan doğma hissləri heç kimi təəccübləndirməzdi. Axı bu, belə də olmalıdır. Ancaq dövr dəyişdikcə, insanlar da dəyişməyə başladılar. Bu gün qeyd etdiyimiz o doğmalıq hisslərini maddiyyat əvəzləyib. Pul, mal, mülk hərisliyi bu gün ən doğma insanları da bir-birinə düşmən edir. İndi sizə çatdıracağım hadisə də məhz bu qəbildəndir. Adam inana bilimir ki, bir ata-ananın övladları mal, mülk üstündə bir-birilərinə düşmən kəsilərmiş. Bu günlərdə Bakı şəhəri Mir Cəlal küçəsi, ev 145, mənzil 152-də yaşayan Tahir İmran oğlu Əliyevin redaksiyamıza Baş Prokurora ünvanlanmış müraciəti və bu müraciətin fonunda ürəkdolusu şikayəti daxil oldu. Bu şikayətin də məğzi bacı və qardaşlar arasında olan narazılıq, daha doğrusu, bir qardaşın nankorluğu sayəsində digər qardaşlara və bacıya vurulan mənəvi zərbədəndir. Təbii ki, biz həmin müraciət və T.Əliyevlə söhbət etdiyimiz digər problemlər əsasında hazırlanmış yazını aidiyyəti ünvanlara göndərəcəyik. Yəqin ki, problemin həllinə də çarə olunacaq. Ancaq bir qardaşın digər üç qardaş və bir bacıya vurduğu mənəvi zərbə isə ömrü boyu unudulmayacaq. İndi isə gəlin sizləri tükürpədən hadisə ilə yaxından tanış edək. Bizə müraciət edən Əliyev Tahir özü ilə bərabər dörd qardaş və bir bacıdırlar. Qardaşlardan böyüyü 1955-ci il təvəllüdlü Sahibəli Əliyev, 1958-ci il təvəllüdlü Hüseyn Əliyev, 1959-cu il təvəllüdlü Naibə Əliyeva, 1961-ci il təvəllüdlü Tahir Əliyev və bütün bu hadisələrin “qəhrəmanı”, evin kiçiyi 1967-ci il təvəlüdlü Bahadur Əliyevdir. Deməli, bu Əliyevlər ailəsi Masallı rayonunun Yeddioymaq kəndində anadan olsalar da, hal-hazırda Hüseyn Əliyevdən başqa hamısı Bakı şəhərində qeydiyyatdadırlar və öz evlərində yaşayırlar. Kənddə isə ata-anaları uzun müddət tək yaşayıb. Cünki Hüseyn bir vaxtlar Rusiyada yaşayıb və işləyib. 07.01.2013-cü ildə anaları Abışova Səkinə, 28.02.2014-cü ildə isə ataları Əliyev İmran vəfat etmişlər. Ataları dünyasını dəyişəndən sonra isə kənddəki üç otaqlı ev və 30 sot həyətyanı torpaq sahəsi boş qalmışdır. Qardaşlardan Tahir Əliyev ümumi razılığa əsasən ailəli olan oğlu Orxan Əliyevi, ata yurdu boş qalmasın deyə, yaşamaq üçün kəndə göndərir. Eyni zamanda, qonşuluqda yaşayan yeganə bacları Naibə Əliyeva da evə, həyət-bacaya nəzarət edir. Lakin kiçik qardaşları Bahadur Əliyev heç kəsə bir söz demədən, altdan-altdan işlər görməyə başlayır. Özü də necə işlər? Adamın yatsa, yuxusuna da girməyən işləri B.Əliyev reallıqda həyata keçirir. Onun qardaş-bacılara qarşı atdığı addımı isə bəlkə də düşmən, düşmənə atmazdı. Belə ki, atasının bütün mülkünə və torpaq sahəsinə təkbaşına yiyələnmək üçün dürlü-dürlü planlar quraraq, onu reallaşdırmağa girişir. Əvvəlcə bu gözünə döndüyüm “qəhrəman”, atasının adından köhnə tarixlə və bir neçə nəfərin guya şahidliyi ilə yazılmış vəsiyyətnamə ortaya çıxarır. Vəsiyyətnamədə guya rəhmətlik İmran kişi yazıb ki, həyətyanı torpaq sahənin 10 sotunu oğlu Hüseyn Əliyevə, 20 sotunu isə Bahadur Əliyevə vəsiyyət edir. B.Əliyevin ortaya çıxartdığı vəsiyyətnamənin axırında isə İmran kişi guya belə yazıb: “Qalan vərəsələrimi şahidlərin hüzürunda varislik hüququndan məhrum edirəm”. Vəsiyyətnaməyə şahidlik edənlər isə Allahşükür Cəfərov, Ağaxan Cəfərov, Tural Abışovdur. Bu yalançı şahidlərin heç biri sonralar məhkəməyə də gəlməyiblər.
Dini icmanın imzaladığı vəsiyyətnamə dövlət qurumu olan Yeddioymaq ərazi icra nümayəndəsi Nuşirəvan Hüseynov üçün dövlət qanunu kimidir
İndi maraqlı sual ortaya çıxır, bəs bu vəsiyyətnaməni hüquqi tərəfdən kim və hansı dövlət qurumu təsdiqləyib? Təəccüblənməyin, bunu Dini İcmanın sədri Zakir Quliyev təsdiq edib. İndi daha bir suala cavab maraqlıdır: - Konstitusiyaya görə, dövlətdən ayrı olan Dini İcma nə vaxtdan dövlətimizin hüquqi aktlarına imza çəkib, möhür vurur? Yəqin ki, məsələ artıq aydındır. Bəs Dini İcmanın təsdiq etdiyi bu saxta vəsiyyətnaməni dövlət orqanları hüquqi sənəd kimi qəbul edə bilərlərmi? Təbii ki, bu sual sizlərdə gülüş doğurdu. Ancaq gülməyin. Yeddioymaq kəndinin icra nümayəndəsi Nuşirəvan Hüseynovun nəzərində Dini İcmanın təsdiq etdiyi saxta vəsiyytnamə dövlət qanunu kimidir. Ona görə də bu vəsiyyətnamə əsasında mülkün və torpaq sahəsinin Hüseyn və Bahadur qardaşlarına məxsus olması haqqında arayış verir. Yeri gəlmişkən, bir məqama da aydınlıq gətirək. Sual olunur: Bahadur Əliyev nə əcəb qardaşlardan yalnız Hüseyni özünə şərik edib? Bu sualın cavabı da olduqca maraqlı və gülməlidir. Çünki “qəhrəmanımız” Bahadur Əliyev bir zərbə ilə üç qardaş və bir bacını oyundankənar vəziyyətə salıb. Qardaşlardan yalnız Hüseyni özünə sənədlərdə şərik etmək gözə kül üfürmək imiş. Ancaq B.Əliyev icra nümayəndəsindən arayış alanda bildirib ki, qardaşı Hüseyn 2001-ci ildən yoxa çıxıb, heç kəslə əlaqəsi yoxdur, öldüsü-qaldısı bilinmir. İndi aydın oldumu Bahadur niyə Hüseyni özünə şərik edir? İcra nümayəndəsi N.Hüseynov da Bahadurun sözlərini Quran ayəsi kimi qəbul edir. Axı N.Hüseynov nəkarədir ki, dini icmanın təsdiq etdiyi və daşdan keçən vəsiyyətnaməyə şübhə ilə baxsın? Yoxsa, dini icmanın sədri Zakir Quliyev ona bir bəd dua yazar ki, icra nümayəndəsinin ağzı əyilər. Ona görə də Bahadurun sözləri və dini icmanın saxta vəsiyyətnaməsi əsasında belə bir arayış verir: «Verilir ondan ötəri ki, Masallı rayonunun Yeddioymaq kəndində 1958- ci ildə anadan olmuş Əliyev Hüseyn İmran oğlu 2001-ci ildən hal-hazırkı dövrə qədər Yeddioymaq ərazi nümayəndəliyində yaşamır, heç bir qohumu ilə əlaqəsi yoxdur...” Adamdan soruşarlar ki, hansı araşdırma əsasında öyrənmisən ki, “itkin düşmüş” Hüseynin qohumları ilə heç bir əlaqəsi yoxdur? Bununla da belə məlum olur ki, ata mülkünün tək sahibi elə Bahadur Əliyevin özü imiş. Halbuki Hüseyn Əliyev heç bir yerə yoxa çıxmayıb, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olsa da, bir müddət Rusiya Federasiyasında yaşayıb. Atası İmran kişi rəhmətə gedəndən sonra isə kəndə qayıdıb. Bütün bunlara aydınlıq gətirmək üçün Nuşirəvan Hüseynovla telefon əlaqəsi saxladıq. N.Hüseynovun dedikləri: «Mən tam qanuni iş görmüşəm. Əgər mən qanunsuzluq etsəydim, bu, keçirilən məhkəmələrdə üzə çıxardı. Qanunla adam öləndən 6 ay ərzində övladlarından vərəsəlik hüququ barədə kim müraciət edirsə, onun bu hüququ tanınır. Amma İmran kişinin vəfatından sonra övladlarından yalnız Bahadur Əliyev vərəsəlik hüququnun tanınması üçün müraciət edib. Bir də ki, o ev at tövləsinə oxşayır, uçmaq üzrədir”. Soruşanda ki, ay Nuşirəvan müəllim, bizi evin uçub-uçmaması maraqlandırmır, sadəcə, bilmək istəyirik, siz beş ildir orada işləyirsiniz və çox yaxşı bilirsiniz ki, İmran kişinin 5 övladı var. Belə olan halda, niyə maraqlanmamısınız ki, bu kişinin qalan övladları haradadır və vərəsəlik hüququ ilə bağlı yalnız bir övlad- Bahadur Əliyev müraciət edib? N.Hüseynov yenə müxtəlif qanunlardan danışıb, özünü təmizə çıxarmağa başladı. Amma əsas lazım olan qanuna isə heç yaxın gəlmədi, çünki xəbəri yox idi. Daha bilmir ki, Az. Res. Mülki Məcəllənin 1193-cü maddəsinə, 20.11. 2011-ci ildə dəyişiklik edilmiş Konstitusiyanın 13-cü maddəsinin 1 və 2 hissələrinə, 29-cu maddəsinin 1.2.3-cü hissələrinə görə vətəndaş öləndən sonra beş il ərzində övladları vərəsəlik hüququ barədə dölət orqanlarına müraciət edə bilərlər. Görünür, N.Hüseynovu dövlət marağı yox, öz şəxsi marağı daha çox maraqlandırdığından qanunları oxumağa vaxt tapmayıb.
Baş Prokuror Zakir Qaralova müraciət olundu Zəmanə, deyəsən, doğrudan da çox dəyişib. Əvvəllər müqəddəs bildiyimiz hisslər, əməllər bu gün o qədər bayağılaşıb, adiləşib ki, sadəcə, insan dəhşətə gəlir. Son zamanlar o qədər qəribə hallarla rastlaşırıq ki, adam özünə söz verir bir də belə hadisələrə təəccüblənməsin. Ançaq mümkün olmur. Bəyənmədiyimiz Sovet dövründə böyük-kiçiyə hörmət, ata-anaya məhəbbət, qardaş-bacının bir-birinə hədsiz dərəcədə olan doğma hissləri heç kimi təəccübləndirməzdi. Axı bu, belə də olmalıdır. Ancaq dövr dəyişdikcə, insanlar da dəyişməyə başladılar. Bu gün qeyd etdiyimiz o doğmalıq hisslərini maddiyyat əvəzləyib. Pul, mal, mülk hərisliyi bu gün ən doğma insanları da bir-birinə düşmən edir. İndi sizə çatdıracağım hadisə də məhz bu qəbildəndir. Adam inana bilimir ki, bir ata-ananın övladları mal, mülk üstündə bir-birilərinə düşmən kəsilərmiş. Bu günlərdə Bakı şəhəri Mir Cəlal küçəsi, ev 145, mənzil 152-də yaşayan Tahir İmran oğlu Əliyevin redaksiyamıza Baş Prokurora ünvanlanmış müraciəti və bu müraciətin fonunda ürəkdolusu şikayəti daxil oldu. Bu şikayətin də məğzi bacı və qardaşlar arasında olan narazılıq, daha doğrusu, bir qardaşın nankorluğu sayəsində digər qardaşlara və bacıya vurulan mənəvi zərbədəndir. Təbii ki, biz həmin müraciət və T.Əliyevlə söhbət etdiyimiz digər problemlər əsasında hazırlanmış yazını aidiyyəti ünvanlara göndərəcəyik. Yəqin ki, problemin həllinə də çarə olunacaq. Ancaq bir qardaşın digər üç qardaş və bir bacıya vurduğu mənəvi zərbə isə ömrü boyu unudulmayacaq. İndi isə gəlin sizləri tükürpədən hadisə ilə yaxından tanış edək. Bizə müraciət edən Əliyev Tahir özü ilə bərabər dörd qardaş və bir bacıdırlar. Qardaşlardan böyüyü 1955-ci il təvəllüdlü Sahibəli Əliyev, 1958-ci il təvəllüdlü Hüseyn Əliyev, 1959-cu il təvəllüdlü Naibə Əliyeva, 1961-ci il təvəllüdlü Tahir Əliyev və bütün bu hadisələrin “qəhrəmanı”, evin kiçiyi 1967-ci il təvəlüdlü Bahadur Əliyevdir. Deməli, bu Əliyevlər ailəsi Masallı rayonunun Yeddioymaq kəndində anadan olsalar da, hal-hazırda Hüseyn Əliyevdən başqa hamısı Bakı şəhərində qeydiyyatdadırlar və öz evlərində yaşayırlar. Kənddə isə ata-anaları uzun müddət tək yaşayıb. Cünki Hüseyn bir vaxtlar Rusiyada yaşayıb və işləyib. 07.01.2013-cü ildə anaları Abışova Səkinə, 28.02.2014-cü ildə isə ataları Əliyev İmran vəfat etmişlər. Ataları dünyasını dəyişəndən sonra isə kənddəki üç otaqlı ev və 30 sot həyətyanı torpaq sahəsi boş qalmışdır. Qardaşlardan Tahir Əliyev ümumi razılığa əsasən ailəli olan oğlu Orxan Əliyevi, ata yurdu boş qalmasın deyə, yaşamaq üçün kəndə göndərir. Eyni zamanda, qonşuluqda yaşayan yeganə bacları Naibə Əliyeva da evə, həyət-bacaya nəzarət edir. Lakin kiçik qardaşları Bahadur Əliyev heç kəsə bir söz demədən, altdan-altdan işlər görməyə başlayır. Özü də necə işlər? Adamın yatsa, yuxusuna da girməyən işləri B.Əliyev reallıqda həyata keçirir. Onun qardaş-bacılara qarşı atdığı addımı isə bəlkə də düşmən, düşmənə atmazdı. Belə ki, atasının bütün mülkünə və torpaq sahəsinə təkbaşına yiyələnmək üçün dürlü-dürlü planlar quraraq, onu reallaşdırmağa girişir. Əvvəlcə bu gözünə döndüyüm “qəhrəman”, atasının adından köhnə tarixlə və bir neçə nəfərin guya şahidliyi ilə yazılmış vəsiyyətnamə ortaya çıxarır. Vəsiyyətnamədə guya rəhmətlik İmran kişi yazıb ki, həyətyanı torpaq sahənin 10 sotunu oğlu Hüseyn Əliyevə, 20 sotunu isə Bahadur Əliyevə vəsiyyət edir. B.Əliyevin ortaya çıxartdığı vəsiyyətnamənin axırında isə İmran kişi guya belə yazıb: “Qalan vərəsələrimi şahidlərin hüzürunda varislik hüququndan məhrum edirəm”. Vəsiyyətnaməyə şahidlik edənlər isə Allahşükür Cəfərov, Ağaxan Cəfərov, Tural Abışovdur. Bu yalançı şahidlərin heç biri sonralar məhkəməyə də gəlməyiblər. Dini icmanın imzaladığı vəsiyyətnamə dövlət qurumu olan Yeddioymaq ərazi icra nümayəndəsi Nuşirəvan Hüseynov üçün dövlət qanunu kimidir
İndi maraqlı sual ortaya çıxır, bəs bu vəsiyyətnaməni hüquqi tərəfdən kim və hansı dövlət qurumu təsdiqləyib? Təəccüblənməyin, bunu Dini İcmanın sədri Zakir Quliyev təsdiq edib. İndi daha bir suala cavab maraqlıdır: - Konstitusiyaya görə, dövlətdən ayrı olan Dini İcma nə vaxtdan dövlətimizin hüquqi aktlarına imza çəkib, möhür vurur? Yəqin ki, məsələ artıq aydındır. Bəs Dini İcmanın təsdiq etdiyi bu saxta vəsiyyətnaməni dövlət orqanları hüquqi sənəd kimi qəbul edə bilərlərmi? Təbii ki, bu sual sizlərdə gülüş doğurdu. Ancaq gülməyin. Yeddioymaq kəndinin icra nümayəndəsi Nuşirəvan Hüseynovun nəzərində Dini İcmanın təsdiq etdiyi saxta vəsiyytnamə dövlət qanunu kimidir. Ona görə də bu vəsiyyətnamə əsasında mülkün və torpaq sahəsinin Hüseyn və Bahadur qardaşlarına məxsus olması haqqında arayış verir. Yeri gəlmişkən, bir məqama da ayd ınlıq gətirək. Sual olunur: Bahadur Əliyev nə əcəb qardaşlardan yalnız Hüseyni özünə şərik edib? Bu sualın cavabı da olduqca maraqlı və gülməlidir. Çünki “qəhrəmanımız” Bahadur Əliyev bir zərbə ilə üç qardaş və bir bacını oyundankənar vəziyyətə salıb. Qardaşlardan yalnız Hüseyni özünə sənədlərdə şərik etmək gözə kül üfürmək imiş. Ancaq B.Əliyev icra nümayəndəsindən arayış alanda bildirib ki, qardaşı Hüseyn 2001-ci ildən yoxa çıxıb, heç kəslə əlaqəsi yoxdur, öldüsü-qaldısı bilinmir. İndi aydın oldumu Bahadur niyə Hüseyni özünə şərik edir? İcra nümayəndəsi N.Hüseynov da Bahadurun sözlərini Quran ayəsi kimi qəbul edir. Axı N.Hüseynov nəkarədir ki, dini icmanın təsdiq etdiyi və daşdan keçən vəsiyyətnaməyə şübhə ilə baxsın? Yoxsa, dini icmanın sədri Zakir Quliyev ona bir bəd dua yazar ki, icra nümayəndəsinin ağzı əyilər. Ona görə də Bahadurun sözləri və dini icmanın saxta vəsiyyətnaməsi əsasında belə bir arayış verir: «Verilir ondan ötəri ki, Masallı rayonunun Yeddioymaq kəndində 1958- ci ildə anadan olmuş Əliyev Hüseyn İmran oğlu 2001-ci ildən hal-hazırkı dövrə qədər Yeddioymaq ərazi nümayəndəliyində yaşamır, heç bir qohumu ilə əlaqəsi yoxdur...” Adamdan soruşarlar ki, hansı araşdırma əsasında öyrənmisən ki, “itkin düşmüş” Hüseynin qohumları ilə heç bir əlaqəsi yoxdur? Bununla da belə məlum olur ki, ata mülkünün tək sahibi elə Bahadur Əliyevin özü imiş. Halbuki Hüseyn Əliyev heç bir yerə yoxa çıxmayıb, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olsa da, bir müddət Rusiya Federasiyasında yaşayıb. Atası İmran kişi rəhmətə gedəndən sonra isə kəndə qayıdıb. Bütün bunlara aydınlıq gətirmək üçün Nuşirəvan Hüseynovla telefon əlaqəsi saxladıq. N.Hüseynovun dedikləri: «Mən tam qanuni iş görmüşəm. Əgər mən qanunsuzluq etsəydim, bu, keçirilən məhkəmələrdə üzə çıxardı. Qanunla adam öləndən 6 ay ərzində övladlarından vərəsəlik hüququ barədə kim müraciət edirsə, onun bu hüququ tanınır. Amma İmran kişinin vəfatından sonra övladlarından yalnız Bahadur Əliyev vərəsəlik hüququnun tanınması üçün müraciət edib. Bir də ki, o ev at tövləsinə oxşayır, uçmaq üzrədir”. Soruşanda ki, ay Nuşirəvan müəllim, bizi evin uçub-uçmaması maraqlandırmır, sadəcə, bilmək istəyirik, siz beş ildir orada işləyirsiniz və çox yaxşı bilirsiniz ki, İmran kişinin 5 övladı var. Belə olan halda, niyə maraqlanmamısınız ki, bu kişinin qalan övladları haradadır və vərəsəlik hüququ ilə bağlı yalnız bir övlad- Bahadur Əliyev müraciət edib? N.Hüseynov yenə müxtəlif qanunlardan danışıb, özünü təmizə çıxarmağa başladı. Amma əsas lazım olan qanuna isə heç yaxın gəlmədi, çünki xəbəri yox idi. Daha bilmir ki, Az. Res. Mülki Məcəllənin 1193-cü maddəsinə, 20.11. 2011-ci ildə dəyişiklik edilmiş Konstitusiyanın 13-cü maddəsinin 1 və 2 hissələrinə, 29-cu maddəsinin 1.2.3-cü hissələrinə görə vətəndaş öləndən sonra beş il ərzində övladları vərəsəlik hüququ barədə dölət orqanlarına müraciət edə bilərlər. Görünür, N.Hüseynovu dövlət marağı yox, öz şəxsi marağı daha çox maraqlandırdığından qanunları oxumağa vaxt tapmayıb. Maraqlı məqam bir də ondan ibarətdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin yerləşdiyi ərazidə 30 sot həyətyanı torpaq sahəsini həmin vaxt qeydiyyatda olan Əliyev İmran Hüseyn oğlu, Abışova Səkinə Adı qızı (Əliyevlərin ata-anası) və Əliyev Hüseyn İmran oğlunun mülkiyyətinə verilib. Deməli, qardaşlardan yalnız Hüseyn ata evində qeydiyyatdadır. Məsələdən xəbər tutan Hüseyn Əliyevin özü də bir ilə yaxındır Masallı İcra Hakimiyyətinə, Respublika Prokrorluğuna, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Aparatına şikayətlər yazır ki, o, itkin düşməyib, sağ-salamatdır və ata mülkündə də yaşayır. Lakin diri gözlü bu insanın harayına heç kəs reaksiya vermir və bütün sənədlərdə də onu qardaşı Bahadurun saxta sənədlərində göstərdiyi kimi itkin düşmüş hesab edirlər.
İcra nümayəndəsi Nuşirəvan Hüseynov Əliyevlər ailəsindən iki qardaş, bir bacını necə yoxa çıxardıb? B.Əliyevin Dini İcmadan aldığı saxta vəsiyyətnamə əsasında Masallı RİH-in Yeddioymaq kəndi ərazisi üzrə icra nümayəndəsi Nuşirəvan Hüseynovun Dövlət Notariat Kontoruna təqdim etmək üçün verdiyi digər arayışda oxuyuruq: “Verilir Masallı rayonunun Yeddioymaq kəndində 16.03.1967-ci il tarixində anadan olmuş Əliyev Bahadur İmran oğluna ondan ötəri ki, onun atası Əliyev İmran Hüseyn oğlu 28.02.2014-cü il tarixində vəfat etmişdir. Mərhum Əliyev İmran Hüseyn oğlunun qeydiyyatdan çıxıb gedən övladları: 1. Oğlu: Əliyev Bahadur İmran oğlu- 1996-cı ildən 2.Oğlu: Əliyev Hüseyn İmran oğlu- 1997-ci ildən Mərhum Əliyev İmran Hüseyn oğlunun yuxarıda qeyd olunan vərəsələrindən başqa vərəsələri yoxdur.” Görəsən, icra nümayəndəsi Nuşirəvan Hüseynova Dini İcmadan gözbağlayıcı dua yazmayıblar ki? Ya da heç bir hüquqi əsası olmayan Dini İcmanın, yəni Konstitusiya ilə dövlətdən ayrı olan bir qurumun saxta vəsiyyətnaməsi onun görmə qabiliyyətinə təsir edib. Əgər belə olmasaydı, Bahadur Əliyevin Bakıda yaşayan və sağ-salamat olan qardaş-bacılarını da görə bilərdi. Axı bu insanlar hazırda məhz Nuşirəvan Hüseynovun görməzlikdən gələrək yaratdığı problemi həll etməklə məşğuldurlar. Görəsən, N.Hüseynovun “Mərhum Əliyev İmran Hüseyn oğlunun yuxarıda qeyd olunan vərəsələrindən başqa vərəsələri yoxdur”- yazanda əlləri titrəmədimi, insaf, vicdan hissi oyanmadımı? Axı bacı-qardaşlar sağ-salamat ola-ola necə yazmaq olar ki, “başqa vərəsələri yoxdur?”
Dövlət Notariat kontorunun rəsi cadu-piti ilə məşğul olur?
Bununla da üç qardaş və bir bacının əzablı günləri başlayır. Çünki qanunsuzluğu təkcə N.Hüseynov etmir. Onun verdiyi saxta arayışla isə Masallı rayonu 2 saylı Dövlət Notariat Kontorunun (DNK) rəisi Cavid Mircavadov problemi lap dərinləşdirib. Belə ki, hüquqşünas olan DNK rəisi C.Mircavadov tutduğu vəzifənin təlimatına görə, hər hansı bir arayışı yalnız dövlət sənədlərinə istinad etməklə verməli olduğu halda, bir icra nümayəndəsinin və Dini icmanın verdiyi adi arayışı əsas götürərək, üç qardaş, bir bacını vərəsəlik hüququndan məhrum edib. Gəlin DNK-nın rəisinin 29.08.2014-ci il tarixdə təsdiq etdiyi vərərsəlik hüququ haqqında şəhadətnamədən bir sitatla tanış olaq: “Mən Masallı rayon 2 saylı dövlət notraiat kontorunun dövlət notariusu Mircavadov C.F Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1159-cu maddisinə əsasən təsdiq edirəm ki, 07.01.2013-cü il tarixdə vəfat etmiş Abışova Səkinə Adı qızının vərəsələri bunlardır: Bakı şəhəri Ə.Cavad küç. Ev 98, mənzil 113 ünvanında qeydiyyatda olan oğlu- Əliyev Bahadur İmran oğlu miras əmlakdan irs almalıdır”. Görəsən, Masallıdakı 2 saylı DNK-nın rəisi C.Mircavadov bilmirmi ki, hər hansı bir vərəsəlik hüququ haqqında sənəd təsdiq edilərkən ailədəki digər üzvlərin də notariusda təsdiq olunmuş yazılı icazələri lazımdır? Bəs C.Mircavadov nə əcəb Bahadur Əliyevdən soruşmayıb ki, sənin əlavə 3 qardaş və 1 bacın haradadır? Ən azından bunu icra nümayəndəsindən də zəng edib soruşmaq olardı. Və yaxud bunu Masallı rayon Polis Şöbəsinin Qeydiyyat Şöbəsindən də rəsmi sorğu verib, öyrənmək mümkün idi. Görünür, C.Mircavadovun hüquqi təhsili mükəmməl deyil. Nəyə görə bu nəticəyə gəlmişəm? Belə ki, KİV haqqında qanuna uyğun olaraq, əks tərəf kimi C.Mircavadovla telefon əlaqəsi yaradıb, baş vermiş qanunsuzluqlarla bağlı onun da münasibətini öyrənmək istədim. Buyurun C.Mircavadovun dedikləri ilə siz də tanış olun, görün bu cavab hüquqşunas cavabına oxşayır ya yox? Mənim “Ailədə 5 övlad ola-ola nəyə görə vərəsəlik hüququ haqqında sənəd bir nəfərin adına sizin təsdiq etdiyiniz arayış əsasında rəsmiləşdirilib” - sualıma C.Mircavadov belə cavab verdi: “Bahadur Əliyev ərazi üzrə icra nümayəndəsindən arayış gətirmişdi. Mən də o arayış əsasında sənəd vermişəm. Bir də ki, bütün bunlar telefon söhbəti deyil, gəlin rayona, görüşək, hər şeyi sizə burada izah edərəm”. Soruşdum ki, “Cavid müəllim, bəlkə sizin yolunuz Bakıya düşdü, burda görüşək”- təklifimə cavab verdi ki, o, işindən uzağa gedə bilməz, yenə də bildirdi ki, mən rayona gəlim və orada onunla çay içərək məsələyə aydınlıq gətirək. Onsuz da bu cavabdan hüquqsünas olan DNK rəisinin bilik səviyyəsi göz önündə idi. Onu da öyrəndik ki, nə qədər təəccüblü də olsa, oxuculardan xahiş edirəm gülməsinlər, C.Mircavadov DNK rəisi işindən əlavə çadu-piti ilə də məşğul olur. Bu nə qədər həqiqətdir, deyə bilmərik. Amma necə deyərlər, “od olmasa, tüstü çıxmaz”. Ona görə də qorxdum ki, gedəndə çayıma nəsə qatar və bir cadu eliyər, sonra mən də gəlib qəzetdə C.Mircavadovu ən ideal hüquqşünas və ideal DNK rəisi kimi tərifləyib, göylərə qaldıraram... Ola da bilər ki, C.Mircavadov müəyyən cadu üsulları ilə hörmətli Fikrət Məmmədovun dilini ağzını bağlayıb və nazir də öz işçisinin bu fenomenal qabliyyətindən xəbərsizdir. Yoxsa, belə bacarıq yiyəsi olan DNK rəisini xalqımız çoxdan tanıyardı...
“Öldürdüyü” qardaşı ata mülkündə yaşadığından Bahadur Əliyev evə yaxınlaşa bilmir və bu səbəbdən qardaşına kənardan zərbə vurur
Beləliklə, Bahadur Əliyev mülkə və torpaq sahəsinə təkbaşına sahiblənmək üçün bütün hüquqi prosedurları keçir və bunun da nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Masallı rayonu 8 saylı ərazi idarəsinin rəisi A.Dilavərovun imzası ilə Seriya RX № 0465156 saylı çıxarış, yəni “kupça” da alır. Maraqlıdır ki, “kupça”-ya B.Əliyev bütün sənədlərdə itkin düşmüş kimi göstərdiyi qardaşı H.Əliyevin də adını yazdırıb. Ancaq həmin evdə hazırda doğrudan da sənədlərdə itkin salıb, “ödürdüyü” H.Əliyev özü tək yaşayır. Çünki torpağı və mülkü adına keçirməsinə baxmayaraq, Hüseyn orada yaşadığından bütün dövlət orqanlarını aldadan Bahadur Əliyev “qanuni” mülkünə yaxın düşə bilmir. Ancaq mülkü idarə etməyi də yadından çıxartmır. Mülk və torpaq sahəsi adına olduğundan B.Əliyev rayon qaz və işıq idarələrinə müraciət edərək, guya hələlik evdə yaşamadığından işığın və qazın bağlanmasını xahiş edib. Bu da maraqlı faktdır. İşığın və qazın pulunu yığan müfəttişlər və ya hər ay sayğacı gəlib yoxlayan işçilər məgər görmürlərmi ki, evdə yaşayan Bahadur yox, Hüseyndir? Hüseyn isə qonşuların hamısının işığı olduğu halda, doğma qardaşının “xeyirxahlığından”, XXI əsrdə şam işığında oturur, biş-düşünü isə həyətdə yandırılan ocaq vasitəsi ilə həyata keçirir.
Masallı rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov şikayətçi Tahir Əliyevi niyə hədələyib?
Bütün bu məsələlər nəhayət digər qardaşlar və bacını boğaza yığdığından dövlətin müxtəlif qurumlarına şikayət məktubları yazmağa başlayırlar. Şikayət məktublarının siyahısına baxanda dəhşətə gəlmək olur. Qardaşlardan Tahir Əliyev şəxsən 20-yə yaxın dövlət strukturlarına şikayət məktubu göndərib. Əvvəlcə T.Əliyev bu şikayətlərə görə Masallı rayon Polis Şöbəsinin rəisi Nəriman İmanovun (050)787-87-17 saylı mobil telefonundan düz 20 gün hədələrə məruz qalıb. Düz 20 gün N.İmanov Tahir Əliyevə hədə-qorxu gəlib ki, şikayətlərindən əl çəksin. Nəhayət, T.Əliyevin daxili işlər naziri cənab Ramil Usubova və Baş Prokuror cənab Zakir Qaralova müraciətindən sonra N.İmanov özünü yığışdırıb və hədələrinə də son qoyub. Sonralar öz vərəsəlik hüquqlarını bərpa etmək üçün T.Əliyev 10 və 11.10.2014-cü il tarixlərdə Daxili İşlər Nazirliyinə və Baş Prokrorluğa teleqram və məktublar göndərib. 27.10.2014-cü il tarixdə Masallı rayon İcra hakimiyyətinə yazılı müraciət edib ki, Yeddioymaq kəndi üzrə ərazi icra nümayəndəsi Nuşirəvan Hüseynova qardaşı Bahadur Əliyev küllü miqdarda rüşvət verərək, saxta sənəd alıb və bu, araşdırılsın. Hətta RİH-in müavini Seymur Nuriyev T.Əliyevə bildirib ki, bu, Nuşirəvan Hüseynovun beşinci belə qanunsuz əməlidir. S.Nuriyev T.Əliyevin yanındaca Nuşirəvan Hüseynova zəng edərək, bu kimi qanunsuzluqlara son verməsini tələb edib. Ancaq yenə də heç bir nəticə hasil olmayıb. T.Əliyev bu qanunsuzluqlar və korrupsiya faktları barədə Masallı rayon prokuroru Fikrət Əsgərova beş dəfə yazılı müraciət edib, iki dəfə isə qəbulunda olub. Lakin Fikrət müəllim, nədənsə, qanunçuluğu bərpa etmək istəməyib. Bununla da onu bu vəzifəyə təyin edən, baş prokuror Zakir Qaralovun prinsiplərinin əleyhinə gedib. Biz yaxşı bilirik ki, Baş Prokuror bölgələrdə vətandaşları qəbul edərək, onların problemlərini həll edir, F.Əsgərov isə, əksinə, vətəndaşlara problem yaradır. Çox təəssüf! Yəqin ki, cənab Z.Qaralov bu məsələni diqqətdə saxlayacaq. Bundan əlavə T.Əliyev dəfələrlə görüş üçün korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə də yazılı müraciət edib, lakin əlində konkret faktı olan şikayətçini heç kəs qəbul etməyib. Bütün bunlara qarşı yəqin ki, cənab Zakir Qaralov, həmişə olduğu kimi, yenə öz sözünü deyəcək və günahkarlar lazımı cəzalarını alacaqlar.
Deyəsən, 2 saylı DNK-nın rəisi C.Mircavadov hakim Anar Alməmmədova dua-cadu edib ki, o da diri adamı görə bilmir
Qazın və işığın qanunsuz kəsilməsi ilə bağlı Respublika “AzəriQaz”İB-nin və “Azərişıq”ASC-yə 04.11.2014-cü ildə müraciətlər edilib, lakin hələ də cavab alınmayıb. Bunu görən bacı və qardaşlar işığın və qazın bərpa edilməsi üçün Masallı rayon Məhkəməsinə müraciət edirlər. 03.11.2014-cü il tarixdə Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovun sədrliyi, məhkəmə iclasının katibi Vidadi Şabanovun katibliyi ilə keçən məhkəmə iclası sonda qərara gəlir ki, işıq və qaz bərpa edilməsin. Lakin qərarda o da qeyd olunur ki, ata mülkində heç kəs tikinti-söküntü apara bilməz. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Maraqlıdır ki, qərarı çıxaran, iclasa sədrlik edən hakim Anar Alməmmədov axırda belə yazıb: “Hakim Anar Alməmmədov Düzdür Hakim Anar Alməmmədov” Yaxşı, bəs görəsən, məhkəmə iclasının katibi Vidadi Şabanov hara qeyb oldu ki, həm hakim, həm də katib yerinə Anar Alməmmədov özü qol çəkir? Maraqlıdır, deyilmi? Bu, ya “Burda mənəm, Bağdada kor Xəlifə”pinsipidir, ya da Anar Alməmmədovun özünün həm rejissor, həm də aktyor olmasıdır. Çünki bir hakim kimi Anar Alməmmədov baş vermiş qanunsuzluqlara son verməli idi. Canlı insanı, yəni Bahadur Əliyevin bütün sənədlərdə itkin düşmüş kimi göstərdiyi Hüseyn Əliyev gəlib hakimin gözü önündə məhkəmədə oturur, lakin hakim onu görmür, itkin düşmüş hesab edir. Hüseyn nə qədər yaxasını dartıb çırsada ki, «mən burdayam, itkin düşməmişəm», yenə də yazığı ruh kimi qəbul edib, heç kəs görmək istəmir. Məni qınamayın, deyirəm, bəlkə DNK rəisi Cavid Mircavadov hakim Anar Alməmmədova dua-cadu elətdirib deyə, o, canlı insanı görə bilmir ki, özünün etdiyi qanunsuzluq üzə çıxmasın. Bütün bunlardan nəticə hasil olmadığını görən T.Əliyev, qardaşı Sahbəli Əliyev və bacısı Naibə Əliyeva bu qanunsuzluqlara yol verərək, onları vərəsəlik hüququndan məhrum edən Yeddioymaq ərazi nümayəndəliyini və Masallı rayon 2 saylı Notariat Kontorunu məhkəməyə verirlər.
Hakim Anar Alməmmədov rəhmətlik İmran kişinin Şeyx Nəsrullahsayağı dirildib, əlavə 4 gün necə yaşadıb?
Xoşbəxtlikdən və ya bədbəxtlikdənmi deyim, iş yenə də hakim Anar Alməmmədova verilir. Bu hakimin də artıq yuxarı da qeyd etdik ki, DNK rəisi C.Mircavadov dua-cadu ilə dilini, ağzını və gözünü bağlayıb və A.Alməmmədov da nə yaxşı görə bilir, nə də həqiqəti deyə bilir. Ancaq “Ümid sonda ölür” - prinsipinə əsaslanaraq, bacı və qardaşlar məhkəmədən yenə də imdat gözləyirdilər. Burada yenə də bir atalar sözü yada düşür: “Sən saydığını say, gör fələk nə sayır.” Bəli, hakim Anar Alməmmədov yenə də öz qanunsuzluğuna sadiq qalır. Və sonda hamının görüb, bildiyi həqiqəti görməzlikdən gələrək, belə bir qətnamə çıxarır: “...Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar Əliyev Tahir İmran oğlunun, Əliyev Sahibəli İmran oğlunun və Əliyeva Naibə İmran qızının cavabdehlər Əliyev Bahadur İmran oğluna, Masallı RİHB-nın Yeddioymaq ərazisi nümayəndəliyinə, Masallı rayonu 2 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnamələrinin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və miras əmlaka payların müəyyən edilərək, mülkiyyətçi kimi müvafiq sənədlərin verilməsi” tələbinə dair ərizəsi təmin edilməsin.” *** Sonda yenə də katib yerinə hakim yazılıb və hər iki hakim sözündən sonra Anar Alməmmədov yazılıb və özü də qol çəkib. “Ərizəsi təmin edilməsin”- deyən hakim, görəsən, hələ də bilmirmi ki, sonda hakimlə katibin qolu olmalıdır? Görünür, bu da yuxarıda dediyimiz kimi Anar Alməmmədovun Masallı məhkəməsində hakimi-mütləq olmasının göstəricisidir. İndi isə, soruşulur, hörmətli Anar müəllim, niyə iddia ərizəsi təmin edilməsin? Məgər Bahadur Əliyevdən başqa rəhmətlik İmran kişinin başqa övladları yoxdur? Ya hüquqlarını bərpə etmək üçün sizə müraciət edən həmin bacı-qardaşları yadplanetli hesab edirsiniz? Bu qətnamədən sonra Anar Alməmmədovun hüquqi təhsilinin olması şübhəli görünür. Görəsən, Anar Alməmmədov hüquq diplomunu bağlanmış ABU-dan almayıb ki? Deyəsən, elə belədir. Ona görə ki, məhkəmə materiallarını oxuyarkən bir çox qaranlıq məqamlara rast gəldik. Məsələn, 06.02.2015-ci il tarixində keçirilən məhkəmə iclasının materialının əvvəlində oxuyuruq: “Ataları Əliyev İmran Hüseyn oğlu 28 fevral 2014-cü il tarixdə vəfat etmişdir”. Məhkəmə materialının axırında isə hakimi-mütləq Anar Alməmmədov yazır: “Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, miras qoyan Əliyev İmran Hüseynoğlu 04 mart 2014-cü il tarixdə vəfat etmiş, mərhumun yas mərasimində cavabdeh, o cümlədən də iddiaçılar iştirak etmişdir”. Görəsən, hakimi-mütləq Anar Alməmmədovun Şeyx Nəsrullahsayağı ölü diriltmək qabiliyyəti varmı ki, bütün sənədlərdə 28 fevral 2014-cü ildə vəfat etdiyi göstərilən rəhmətlik İmran kişini dirildərək daha 4 gün yaşadıb. Maraqlıdır, deyilmi? Daha bir maraqlı və qaranlıq məqam ondan ibarətdir ki, hakim məhkəmə baxışı zamanı müəyyən edib ki, cavabdeh və iddiaçılar, yəni 4 qardaş, 1 bacı atalarının yasında iştirak ediblər. Bəs, görəsən, öz yazdığı faktı hakimi-mütləq Anar Alməmmədov məhkəmə qətnaməsində niyə etiraf etmək istəmir? Axı özü də qeyd edir ki, cavabdeh və iddiaçılar atalarının yasında iştirak ediblər. Deməli, Bahadur Əliyevdən başqa da ata mülkünə vərəsəlik hüququ olan bacı-qardaşlar var. Yenədəmi hakimi-mütləq Anar Alməmmədov onları görmək istəmir? Niyə və nə səbəbə? Buradan korrupsiya iyi gəlmirmi? Ya da yenədəmi 2 saylı DNK-nın rəisi C.Mircavadovun burada “göz bağlaya bilmə qabiliyyəti” öz sözünü deyir? Axı gün kimi həqiqətə arxa çevirmək nə hakimlik peşəsinə, nə də insanlığa sığan iş deyil. Masallı rayon Məhkəməsində həqiqəti bərpa edə bilməyən bacı-qardaşlar Şirvan Apellyasiya Məhkəməsiinə müraciət edirlər. Şirvan Apellyasiya Məhkəməsinin 18 iyun 2015-ci il tarixdə hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçirilən iclası da Masallı rayon məhkəməsinin iclasından fərqlənmir. Çünki hakim V.Cəbrayılovun sədrliyi ilə keçirilən iclasın sonunda iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməməsi barədə qətnamə çıxarılaraq qeyd edilir: “Masallı rayon məhkəməsinin 06.02.2015-ci il tarixli 2(050)-87/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”. Ancaq Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovdan fərqli olaraq hakim Vüsal Cəbrayılov çox böyük və mühüm bir həqiqəti bərpa edib. Bu da ondan ibarətdir ki, qətnamənin sonunda hakim və katib yerinə daha maraqlı sözlər yazılıb: Sədrlik edən: İmza var Hakimlər: İmza var Düzdür: Sədrlik edən: Vüsal Cəbrayılov Bütün bunların hamısını yerinə isə bircə imza var, o da Şirvan Apellyasiya Məhkəməsinin hakimi-mütləqi Vüsal Cəbrayılovundur. Məhkəmə iclasının katibi Ramil Qasımovun imzası isə işə yaramayıb. Nədənsə, həm Masallı rayon Məhkəməsində, həm də Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclasının katibləri hakimlər üçün gözə görünməz olurlar. Biri qətnamənin sonunda hakim-hakim, o biri isə sədrlik edən-sədrlik edən yazaraq qol çəkir. Daha fikirləşmirlər ki, məhkəmə iclasının katibi də var, heç olmasa, formal olaraq, onların da imzası olmalıdır. Nə isə, bunları buraxaq hər iki hakimin hüquqi savadının həddindən artıq yüksək olmasına. Ancaq problem problemliyində qalır. Yəni hər iki məhkəmə instansiyası məhkəmədə iştirak edən canlı Hüseyn Əliyevi görmək istəmirlər, qalan övladları da İmran kişinin övladları hesab etmirlər. S.Rüstəmin “Ana və poçtalyon” şerində deyildiyi kimi “Bəlkə mən yanılmışam, əzəldən yoxdur oğlum”. Yəqin ki, İmran kişinin ruhu da narahatdır ki, 5 övladı ola-ola, məhkəmələr onun yalnız aləmi bir-birinə qatan oğlu Bahadur Əliyevi görürlər. Aldığımız informasiyaya görə, Bahadur Əliyev Teleqüllədə texniki işçidir. Ancaq deyilənə görə özünə jurnalist vəsiqəsi də düzəldib və hər yerdə özünü AzTV-nin jurnalisti kimi tədqim edir və uğurlu nəticələr də əldə edir. Bu faktın nə qədər düz və yalan olduğunu da araşdırmağı hüquq-mühafizə orqanlarının öhdəsinə buraxırıq. Bizi isə 1 bacı və 3 qardaşın gələcək taleyi maraqlandırır. Çünki 3 qardaş və 1 bacı aylardır məhkəmədə çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirlər. Axı ata mülkü övladlar arasında bərabər bölünməlidir. Bu prinsipi unudan “jurnalist” qardaşımız Bahadur Əliyev, görəsən, cəmiyyət içərisində, öz el-obası arasında başını yuxarı qaldırıb necə dik gəzə bilir ki, öz doğma bacı və qardaşlarına “atmaq” istəyir. Qanunları, doğma bacı-qardaşlarını tanımırsa, heç olmasa, başının üstündə Allahını tanısın. İndi ümid qalıb Ali məhkəməyə. Hazırda bacı və qardaşlar Əliyevlər ailəsinə xəyanət edən və ailəyə arxadan zərbə vuran Bahadur Əliyevin, Yeddioymaq ərazi icra nümayəndəliyinin və Masallı rayonu 2 saylı DNK-nın törətdikləri qanunsuzluqların qarşısını almaq üçün Şirvan Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə şikayət veriblər. İnanırıq ki, bir dəlinin quyuya atdığı daşı yüz ağıllı,yəni hər iki məhkəmə instansiyası çıxara bilməsə də, nəhayət, Ali Məhkəmə bu işə son qoyacaq və haqq-ədalət bərpa olunacaq. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən hər bir kəsi dinləməyə hazırıq.\\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|